Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-756/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 24 dekabr 2019-cu il tarixli, **********195223 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-71/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli, **********192647 nömrəli səyyar vergi yoxlama aktının qanunsuz hesab edilməsi və ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Vəkil Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsinə əlavə daxil olmuş, “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-ti barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********993600 nömrəli qərarlarının ləğv olunması” barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə" xx.xx.2019-cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********993600 nömrəli qərarlarının ləğv olunması”na dair tələbi 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********993600 nömrəli qərarlarının ləğv olunması hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində **********192647 nömrəli səyyar vergi yoxlaması (SVY) barədə akt tərtib olunmuşdur. SVY barədə akt 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********189093 saylı qərarına əsasən ’‘CASPİAN ENERJİ-2020’' MMC üzrə Oktyabr 2018 iyun 2019 dövründə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilən növbədənkənar SVY nəticəsində tərtib olunmuşdur. Həmin akt qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Həmçinin növbədənkənar SVY həyata keçirilərkən vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə əməl olunmamış və ümumiyyətlə yoxlama kobud pozuntularla keçirilmişdir. Bu səbəbdən də həmin aktla razı deyil və akt ləğv olunmalıdır. Belə ki, SVY xx.xx.2019-cu il tarixində başlamış və 18.1 1.2019-cu il tarixində başa çatmışdır. Yoxlama müddəti xx.xx.2019-cu il tarixli **********191061 saylı qərara əsasən 30 gün uzadılmışdır. Bu zaman müddət pozuntusu hallarına yol verilmişdir. xx.xx.2019-cu il tarixində başlamış yoxlama 30 gündən artıq davam etmiş və müddət uzadıldıqdan sonra da uzadılma müddətinə əməl olunmamışdır. xx.xx.2019-cu il tarixində müddət 30 gün uzadılsa da xx.xx.2019-cu il tarixədək yoxlama davam etmişdir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. SVY barədə akt tərtib olunduqdan sonra aktın təqdim olunma və ya verilmə müddətinə də əməl olunmamışdır. Belə ki, 20.11,2019-cu il tarixində tərtib olunmuş akt onun təqdim edilmə müddəti ötdükdən sonra xx.xx.2019-cu il tarixində müəssisənin rəhbərliyinə deyil, müqavilə əsasında müəssisənin mühasibatlıq işlərini (xidmətlərini) yerinə yetirən başqa müəssisənin ofisinə təqdim edilmişdir. Eyni zamanda akt tərtib olunarkən müəssisənin iştirakı təmin edilməmiş və akt tərəfimizdən imzalanmamışdır. İmzalamaqdan imtina olunması və bu barədə həmin aktda müvafiq qeyd aparılmamışdır. Aparımış SVY nəticəsində vergi ödəyicisinə mənfəət vergisi üzrə 395510.43 manat vergi hesablanmış və vergi məbləğinin 50% miqdarında, yəni 197755.22 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin 2018-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-71/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçının nümayəndəsi və vəkili qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin mümkün sayılmamasına əsas kimi Vəkil iddiaçını təmsil etmə səlahiyyətinin olmaması qeyd edilmişdir. Həmin zaman onun əsas iş yerinin MMC olması barədə hər hansı məlumatın müəyyən edilmədiyi qeyd edilmişdir. İddia ərizəsi həmin zaman məhkəməyə təqdim edilərkən iddia ərizəsi imzalanmalı yerdə MMC-nin direktoru tərəfindən imza edilmiş və möhür vurulmuşdur. Məhkəmə iclasında hüquqşünas İbrahimov Rəşad adlı şəxsdə iştirak etmişdir. Həmçinin iddiaçı tərəfindən etibarnamə təqdim edilmişdir. Həmin tarixdə Vəkil müəssisənin əsas işçisi olmaması işə mahiyyəti üzrə baxılmasına və qərar qəbul edilməsinə heç bir maneə törətmir. Məhkəmə tərəfindən İPM-in 26.2-ci maddəsinə istinad edilərək əsas iş yeri barədə bildirişin olmamasını və bu səbəbdən işə mahiyyəti üzrə baxılmasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilmişdir. Lakin məhkəmə öz təşəbbüsü ilə həmin bildirişin məhkəməyə təqdim edilməsini tələb edə bilərdi. Həmin sözügedən əmək müqaviləsi bildirişi təqdim edilmədiyi hallda belə məhkəmə işin tərəflərinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə və yekun məhkəmə aktımmn qəbul edilməsini təmin edə bilərdi. Lakin bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qaldırıılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin Sumqayıt İnzibati Məhkəməsi tərəfindən bu kimi hallar nəzərə alınmamışdır. Məhkəmə işə mahiyyəti üzrə onların iştirakı olmadan da baxa və yekun məkhəmə aktı qəbul edə bilərdi. Lakin bu kimi hallar məkhəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən qeyd edilmişdir ki, Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağli iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Həmin məhkəmə bildirişinə əsasən isə qeyd etmək mümkündür ki, məhkəmə tərəflərin iştirakı olmadan işin faktiki hallarını araşdıraraq qanunamüvafiq qərar qəbul edə bilər. Lakin bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamış və iddia üzrə tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazıki iş üzrə iddia tələbi cavabdeh inzibati orqanın müvafiq qərarının ləğv edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış, əsas kimi iddia tələbinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsi, iddia ərizəsinə əlavə iddiaçının təmsiletmə səlahiyyəti olmayan şəxs tərəfindən imzlanaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edilmiş və iddia tələbi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlamasın barədə aktın ləğv olunmasından ibarət olmuşdur. Daha sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə dair əlavə məhkəməyə təqdim edilmiş və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 24 dekabr 2019-cu il tarixli qərar mübahisələndirilmişdir, iddiaçı iddia tələbinin dəqqiləşdirilməsini zəruri edən hal kimi səyyar vergi yoxlamasının nəticəsində həmin qərar qəbul edildiyindən, qeyd edilən qərarın ləğv edilməsi halına istinad etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlər əsasında qeyd edilən qərarın iddiaçıya nə vaxt təqdim edilməsi, iddiaçı tərəfindən nə vaxt təhvil alınması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə isə iddiaçı tərəfindən məhz onun barəsində aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair akt mübahisələndirilmiş, daha sonra iddia tələbi dəqiqləşdirilərək, həmin yoxlamanın nəticəsində qəbul edilmiş müvafiq qərar mübahisələndirilmişdir. İndiki halda isə hazırki iş üzrə birinci instansiya məhkəməsi müvafiq qərarın ləğv edilməsi barədə tələbin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi halına istinad etsə də, inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş qeyd edilən prosessual müddətin axımının hansı tarixdən və hansı əsaslarla müəyyən edildiyi aşkar olunmur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar (müddətin axımının başlanğıc tarixinin) müəyyən edilmədən müddətin ötürülməsi halına formal olaraq istinad edilməsi halı özlüyündə prosessual qanunvericiliyin norma və prinsiplərinə zidd olmaqla, tərəflərin hüquqlarının əsassız olaraq məhdudaşdırılmasına gətirib çıxarda bilər. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavənin onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması (əsas iş yerinin İddiaçı MMC olmaması) halına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal iş materialları əsasında müəyyən edilməməklə yanaşı, özlüyündə iddianın mümkün sayılmaması üçün əsas kimi çıxış etməmişdir. Belə ki, qeyd edilən hal iş materialları əsasında müəyyən edilməmiş, habelə hətta müəyyən edilsə idi belə həmin hal iddiaçının özü tərəfindən aradan qaldırılması mümkün ola bilən hal olduğundan, bununla bağlı hüquqi yardım edilərək, bu halın onun diqqətinə çatdıırlması və yol verilmiş çatışmazlığı aradan qaldırılmasının mümkünlüyü məsələsi müzakirə edilməli, buna dair müvafiq tədbir görülə bilərdi. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olmaqla, qismən təmin edilməli, iddianının mümkün sayılması hissəsində isə işin halları baxımından həmin hala yenidən qiymət verilməsi zəruri olduğundan, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-71/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 24 dekabr 2019-cu il tarixli, **********195223 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-756/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-756/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver