Məhkəmə qərarları › İş №2-1(105)-756/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-756/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-756/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2023cü il tarixli **********004300 və **********00500 nömrəli qərarlarının tam şəkildə, xx.xx.2023-cü il tarixli **********006700 nömrəli qərarın isə 75426,75 manat hissəsində qismən ləğv edilməsi barədə qərar qəbul edilməsi“ tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(118)-887/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********004300, **********00500 və **********006700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********004300 və **********00500 nömrəli qərarlarının tam şəkildə, xx.xx.2023-cü il tarixli **********006700 nömrəli qərarın isə 75426,75 manat hissəsində qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********004300, **********00500 və **********006700 nömrəli qərarına əsasən müəssisəyə kameral qaydada 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü üzrə ödəmə mənbəyində əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən bəhs edilən qərarlar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış) və xaricə (satılmış) ixrac edilmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı’nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəflərindən elektron alış aktı ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəflərindən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********004300, **********00500 və **********006700 nömrəli qanunsuz qərarlar qəbul edilmiş və əsassız əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olduğu kimi əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. (ödəmə mənbəyində vergi) “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi orqanının yalnış qənaətinə görə Vergi Məcəlləsinin 101.6-cı və “Nağdsız hesablaşmalar haqqında” 3.5-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında əhalidən nağd qaydada satın alınan metal tullantılarına görə müəssisə tərəfindən onlara nağd qaydada ödənilən məbləğlərdən ödəmə mənbəyində 5 faiz dərəcəsi ilə vergi tutulmalı idi. Bu səbəbdən xx.xx.2023-cü il tarixli **********004300, **********00500 və **********006700 nömrəli qərarlar qəbul edilmiş və əhaliyə ödənilən məbləğdən 5 faiz ödəmə mənbəyində vergi məbləği müəssisəyə hesablamışdır. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı VMnin 102-ci maddəsində öz əksini tapmışdır. Belə ki, VM-nin 102.1.7-ci maddəsinin 2023-cü il yanvar ayının 1-dək qüvvədə olan redaksiyasına əsasən əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi VM-nin 102.1.7-ci maddəsinə dəyişiklik edilmiş, fiziki şəxslərə ödənilən məbləğlərdən 5 faiz verginin tutulması tələbi irəli sürülmüş və bu dəyişiklik 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Belə olan halda qanunun geriyə qüvvəsi olmaması səbəbindən 2022-ci ilin müvafiq rübləri üzrə ÖMV vergisinin hesablanması tamamilə qanunsuzdur. Bundan əlavə VM-nin 15.1.2-ci, 24.0.3-cü və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 8.4-cü maddələrinin vəhdət halında tələbinə əsasən yoxlayıcı orqan olan vergi orqanı vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə və qanunvericiliyin tətbiqi ilə bağlı sahibkarlara metodiki köməklik göstərməyə borcludur. Qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantılara görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə dair daha əvvəlki tarixlərdə vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixli **********851400 nömrəli, habelə xx.xx.2018ci il tarixli, **********959800 nömrəli məktublar ilə hüquqi münasibət bildirilmiş və qiymətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir. Hazırkı rəsmi məktublar da öz növbəsində iddia tələbinin əsaslı olduğunu göstərir. Belə bir verginin 2023-cü ilin yanvarına kimi tutulmaması barədə kassasiya məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran çoxsaylı qərarları vardır. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi verərək bildirmişdir ki, hazırkı iddia tələbi çərçivəsində cavabdehin xx.xx.2023-cü il tarixli **********004300, **********00500 və **********006700 nömrəli qərarları mübahisələndirilir. Bu qərarlara əsasən AR VM-nin 101.6-ci və 102.1.7-ci maddələrinə istinad edilməklə metal tullantılarına görə iddiaçı barəsində 2022-ci ilin 1 -ci, 2-ci və 3-cü rübləri üzrə ödəmə mənbəyində əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, **********006700 nömrəli qərar üzrə hesablanmış vergi məbləği iki kateqoriya üzrə - 101.6-ci maddəyə uyğun olaraq 75426.75 manat və 122-ci maddəyə uyğun olaraq dividend üzrə 20687.51 manat əlavə vergi məbləğini özündə əks etdirir. Araşdırma zamanı məlum olmuşdur ki, bəhs edilən qərar üzrə dividendə görə hesablanan 20687.51 manat əlavə vergi məbləği 2022-ci ilin mənfəət bəyannaməsinin məlumatları əsasında formalaşdırılmışdı. Buna səbəb isə iddiaçı tərəfindən 2022-ci ilin mənfəət bəyannaməsi təqdim edilən zaman riyazi səhvə yol verməsi, sətirlərin doldurulması zamanı texniki səhvə yol verməsi və nəticədə mənfəət vergisinin 1 nömrəli əlavəsini səhv tərtib etməsidir. Bu səbəbdən VM-nin 85.5-ci maddəsinə uyğun olaraq 2022-ci il üzrə ödəyici tərəfindən gələcəkdə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim ediləcək və dividend üzrə hesablanan məbləğə düzəliş edilməsi vergi orqanından xahiş ediləcəkdi. Müraciətin nəticəsi üzrə qəbul edilmiş qərara uyğun olaraq müvafiq addım atılacaq və qəbul edilmiş qərardan narazı olacağı halda həmin qərar müstəqil qaydada mübahisələndiriləcəkdi. Bu səbəbdən hazırkı vəziyyətdə iddia ərizəsinin dəyişdirilməsinə zərurət yaranmışdı. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, məlumat üçün bildirilmişdir ki, 2022-ci ilin 1-ci rübü ərzində vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirləri (vergidən azad olunan gəlirlər istisna olmaqla) 3228165,0 manat dəyərində olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində məlumatlar əks etdirilməmiş və kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma üzrə 3228165,0*5%=161408,25 manat vergidən yayınma riski yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Yuxarıda qeyd olunanlara əsasən 26 may 2023-cü il tarixli **********694400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 161408,25 manat vergi hesablanılmışdır. Vergilərin hesablanması barədə 12 iyun 2023-cü il tarixli, **********004300 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, 2022-ci ilin 2-ci rübü ərzində vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında (vergidən azad olunan gəlirlər istisna olmaqla) 10240775,0 manat dəyərində mallar alınmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində məlumatlar əks etdirilməmiş və kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşma üzrə 1508535,0*5%=512038,75 manat vergidən yayınma riski yaranmışdır. Bununla bağlı vergi ödəyicisinə 26 may 2023-cü il tarixli **********694400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən 12 iyun 2023-cü il tarixli **********005000 nömrəli "Vergilərin hesablaması barədə qərarla 512038,75 manat vergi hesablanmışdır. Həmçinin 2022-ci ilin 3-cü rübü ərzində vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında (vergidən azad olunan gəlirlər istisna olmaqla) 1508535,0 manat dəyərində mallar alınmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində məlumatlar əks etdirilməmiş və kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşma üzrə 1508535,0 *5%=75426,75 manat vergidən yayınma riski yaranmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət üzrə 206875,18 manat təqdimetmə (silinmə) əks etdirilməsinə baxmayaraq, 2022-ci il üzrə ÖMV bəyannamələri üzrə dividend gəlirlərinə görə 0 manat hesablama aparıldığından (206875,18 *10%) 206875,18 manat kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşma üzrə (206875,18 *10%) 20687,51 manat vergidən yayınma riski yaranmışdır. Bununla bağlı vergi ödəyicisinə 26 may 2023cü il tarixli **********694400 nömrəli və xx.xx.2023-cü il tarixli **********192300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublar göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən 12 iyun 2023-cü il tarixli **********006700 nömrəli “Vergilərin hesablaması barədə qərarı ilə 96114,27 manat vergi hesablanmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********004300, **********00500 və **********006700 nömrəli qərarlara əsasən kameral qaydada 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü üzrə ödəmə mənbəyində əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə olunmuş 31 oktyabr 2017-ci il tarixli, **********184300 nömrəli xidməti məktubda qeyd edilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin gəlir vergisinə cəlb edilir. Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(118)-887/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********004300 və **********00500 nömrəli qərarları tam şəkildə, xx.xx.2023-cü il tarixli **********006700 nömrəli qərarın isə 75426.75 manat hissəsində qismən ləğv edilməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və : ymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyəp qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, vergi orqanının xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2- ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir.Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir. Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən ealış aktlarına əsasən İİ-ci rüb üzrə 10240775,0 manat, İİİ rüb üzrə 1508535,0 manat dəyərində alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-yrı fiziki şəxslər tərəfindən satılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, hal-hazırda formalaşmış məhkəmə təcrübəsində anoloji iddia tələblərinin əsaslı olmasına dəlalət edir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəliri vergidən azad olunduğu üçün hesablanmış vergilər qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız olaraq məhdudlaşdırıcı şərh etmişdir. Həmin maddi hüquq normasının məhkəmə kollegiyası tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır. Belə ki, həmin maddi hüquq normasının dispozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi, metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsinin metalların bütün növlərinə aid edilməsini təsdiq etmək üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edirlər. Öncəliklə bildirilir ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” AR Qanununun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal” ifadələri mütləq şəkildə “qiymətli” ifadəsi ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünün digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymətli daşlar” ifadəsi öncə əks olunmuş, daha sonra isə metallar ifadəsi müəyyən olunmuşdur ki, bu da birmənalı şəkildə “qiymətli” ifadəsinin yalnız daşlara aid edildiyini, həmin normada metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutulmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanuna əsasən “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi əks olunacaqdır. Bu baxımdan hesab edilir ki, həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni, metalların bütün növləri üzrə satış; gəlir vergisindən azad deyildir. Həmçinin bildirilir ki, azərbaycan dilinin qrammatikası baxımından da qiymətli ifadəsi metal ifadəsinə aid olmadığı üçün məhkəmə kollegiyasının məhdudlaşdırıcı şərhi yolverilməzdir. Belə ki, qiymətli daşlar ifadəsi birinci növ təyini söz birləşməsi olmaqla, qiymətli sözü yalnız daşlar ifadəsini təyin və izah edir. Lakin metallar ifadəsi təyini söz birləşməsi olmadığı üçün, yəni metallar ifadəsinin konkret və müstəqil təyini mövcud olmadığı üçün “qiymətli” ifadəsinin “metallar” sözünə aid edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan və həmin sənədlər əsaslandırılmadan rədd edilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, AR İPM-nin 85-ci maddəsi ilə apellyasiya şikayətinə dair tələblər müəyyən edilmişdir. Lakin cavabdehin apellyasiya şikayətinə nəzər salsaq bu şikayətin hər hansı sübuta və əsasa malik olmadığı, VM-nin müvafiq maddələrini sadalanması ilə şikayətin mətninin formalaşdırıldığı və maddi-prossesual normaların pozuntusunun nədə ifadə olması barədə məlumatın təqdim edilmədiyini aydın görmək mümkündür. Eyni zamanda tərəflərindən iş materiallarına əlavə edilmiş və vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiya məhkəməsinin çoxsaylı qərarlarına dair cavabdeh hər hansı münasibət bildirməmişdir. Bununla yanaşı cavabdeh " İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə uyğun olaraq hansı səbəbdən inzibati praktikaya uyğun davranmaması barədə də hər hansı əsaslandırma apara bilməmişdi. Çünki iddia tələbləri əsaslıdır. Xüsusilə qeyd edilir ki, iş materiallarına və hazırki etiraza əlavə edilmiş vahid məhkəmə təcrübəsinə dair kassasiya məhkəməsinin çoxsaylı qərarlarına əsasən 2023-cü ilin yanvar ayının 1-nədək əhalidən alınmış metal tullantılarına görə ödənilən məbləğlər AR VM-nin 102.1.7-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən vergiyə cəlb edilmir. Nəticədə belə hesablamaların əsassız olması barədə kassasiya instansiyası tərəfindən vahid, sabit və dəyişməz məhkəmə təcrübəsi yaradılmışdı. Hətta, eyni predmetli məhkəmə işləri üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair 01/2023 nömrəli qərardadının tələbləri də rəhbər tutularaq AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1316/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-1477/2024 nömrəli qərardadları qəbul edilərək cavabdehin kassasiya şikayəti mümkün sayılmayaraq kassasiya şikayətinin qəbulundan imtina edilmişdi. Bununla da eyni predmetli kassasiya şikayətlərinin formal olaraq tərtib edildiyi və sadəcə məhkəmələrin iş yükünü süni olaraq artırdığı diqqətə çatdırılmışdı. Qeyd edildiyi kimi hazırki etiraza əlavə edilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarlarına əsasən AR VM-nin 101.6-ci və 102.1.7-ci maddələrinin tətbiqi və metal tullantılarının alışına görə fiziki şəxslərə (əhaliyə) ödənilən məbləğlərin vergidən azad olması ilə bağlı birmənalı, aydın , vahid və sabit məhkəmə təcrübəsi vardır. Buna baxmayaraq cavabdeh hüququndan sui istifadə edərək kserosurətli, formal və şablon xarakterli şikayətləri tərtib etməkdə davam edir. Bu baxımdan həm də qeyd edilir ki, AR Konstitusiya Məhkəməsi Plenumu V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarlarında haqlı olaraq qeyd etmişdir ki, faktiki və hüquqi cəhətdən analoji hallara münasibətdə məhkəmənin artıq formalaşmış məhkəmə təcrübəsindən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxarır. Həmçinin , AR Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu baxımdan müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilir. Bununla yanaşı Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə təcrübəsində fərqlər ərazi yurisdiksiya aidiyyətinə malik olan birinci və apellyasiya instansiyası məhkəmələrindən ibarət olan istənilən məhkəmə sisteminin qaçılmaz nəticəsidir və Ali Məhkəmənin rolu məhz aşağı məhkəmələrin qərarları arasında ziddiyyətlərin həllindən ibarətdir. Ali Məhkəmənin özünün hüquqi məsələlərə dair vahid təcrübəsinin vacibliyinə toxunan Avropa Məhkəməsi bildirmişdir ki, milli məhkəmələrin təcrübəsində sabitliyi təmin edən mexanizm olmadıqda, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələyə dair məhkəmə təcrübəsində dərin və davamlı fərqlər qeyri-müəyyənlik yaratmış və məhkəmə sisteminə qanunun aliliyinə əsaslanan Dövləti səciyyələndirən amillərdən biri olan ictimai etimadı azaltmış olur. (Padararu Rumıniyaya qarşı, no. 63252/00, 01 dekabr 2005-ci il, § 98). Bununla yanaşı hazırki etiraza əlavə edilmiş yuxarı vergi orqanının 2017-ci il tarixli rəsmi məktublarında da həmin gəlirlərin vergidən azad edildiyi aydın formada öz əksini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, AR VM-nin 102.1.7-ci maddəsinə edilmiş və məhz xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliklərdən sonra sözügedən gəlirlər vergiyə cəlb edilməyə başlanılmışdı. Bu hal özü özülüyündə həmin gəlirlərin dəyişikliyə qədər vergidən azad edildiyini təsdiq etmişdi. (AR VM-nin 3.9-cu, 3.11-ci və 53.3-cü maddələri) Qeyd edilir ki, apellyasiya şikayətinin dəlili kimi maddi hüquq norması olaraq Vergi Məcəlləsinin 101.6-cı, 102.1.7-ci maddələrinə və "Nağdsız hesablaşmalar haqqında" 3.5ci maddəsinə istinad edilmişdir. AR VM-nin 101.6-cı maddəsinə əsasən (mübahisə olan zaman qüvvədə olan redaksiyasına görə): "Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur". Aydın olduğu kimi Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında" (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) " şərti qeyd edilmiş və bu şərt vasitəsilə "Nağdsız hesablaşmalar haqqında" 3.5ci maddəsində nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz dərəcə ilə vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə deyilsə, sözügedən maddənin tələbinə əsasən Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. AR VMnin 102.1.7-ci maddəsinə əsasən (mübahisə olan zaman qüvvədə olan redaksiyasına görə) : "Fiziki şəxslərin qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə etdiyi gəlirləri vergidən azaddır." AR VM-nin 13.1-ci maddəsinə əsasən bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Apellyasiya şikayətinin əsassız dəlili barədə qeyd edilir ki, sahəvi normativ aktın adından istifadə edərək VM-nin müvafiq maddəsindəki söz və ifadənin izahının verilməsi hüquqi cəhətdən düzgün deyil və belə müqayisə barədə hər hansı ağlabatan mühakimə yürütmək də mümkün deyildir. Bəhs edilən maddənin qrammatik baxımdan şərhinə gəlincə isə qeyd edilməlidir ki, "qiymətli daşlardan və metallardan" ifadəsi təyini söz birləşməsi kimi "qiymətli" ifadəsinin həm daşlara, həm də metallara aid olduğunu bildirir. Belə ki, "daşlar" sözü "və" bağlayıcısı vasitəsilə "metal" sözü ilə əlaqələndirildiyinə görə "qiymətli" ifadəsi hər iki sözə aiddir və onların hər ikisinin də mahiyyətini təyin edir. Bağlayıcı ilə əlaqələndirildiyinə görə "metal" sözünün müstəqil mənada ayrıca işlədilməsi qrammatik cəhətdən mümkün deyildir. Təsadüfi deyildir ki, həmin maddənin dispozisiyasında həm də "qiymətli daşlar və metalların məmulatlarından" ifadəsi də nəzərdə tutulmuşdur ki, bu da özündən əvvəlki ifadənin izahında mühüm rola malikdir. Başqa sözlə deyilsə , kassasiya şikayətinin dəlilinə uyğun olaraq 102.1.7-ci maddədə qeyd edilən "qiymətli daşlar və metallar" ifadəsini ayrı-ayrı müstəqil mənalı ifadələr kimi parçalasaq, alınan nəticə belə olacaqdır : "qiymətli daşlardan " ( və ) 2. "metallardan" 3. "qiymətli daşlar" ( və ) 4. “metalların məmulatlarından". Aydın olduğu kimi cümlədə istifadə edilən 1-ci, 2-ci və 4-cü söz birləşmələri ayrılıqda müstəqil işlədilə bilsə də , 3-cü ifadə ayrılıqda hər hansı mənaya malik deyil və ondan ayrılıqda istifadə edilməsi həmin maddənin məzmununu tam yararsız vəziyyətə salır. Bu bir daha onu göstərir ki, "daşlar" və "metallar" sözləri bir-birinə bağlıdır və "qiymətli” sözü hər iki ifadəyə şamil edilir. Bu baxımdan qiymətli metal və onların məmulatı anlayışı "Qiymətli metallar və qiymətli daşlar haqqında" 1.1.1-ci və 1.1.3-cü maddələrində dəqiq formada öz əksini tapmışdır. Fiziki şəxslər tərəfindən təqdim edilmiş metal tullantıları qiymətli metal kateqoriyasına aid olmadığı üçün apellyasiya şikayəti əsassızdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş vergi orqanının xx.xx.2017-ci il tarixli **********5184300 nömrəli məktubunda VM-nin 102.1.7-ci maddəsinin ətraflı izahı öz əksini tapmış və həmin məktubda yalnız qiymətli metalların vergiyə cəlb edildiyi, qiymətli metal olmayan əlvan və qara metalların isə vergidən azad edildiyi aydın formada bəyan edilmişdir. Xüsusi qeyd edilməlidir ki, bəhs edilən bu məktub VM-nin 15.1.2-ci, 24.0.3-cü və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 8.4-cü və 8.6-ci maddələri baxımından mötəbər sübutetmə vasitəsi hesab edilir. Bu baxımdan da apellyasiya şikayəti əsassızdır. Nəzərə almaq lazımdır ki, VM-nin 102.1.7-ci maddəsinə məhz 9 dekabr 2022-ci il qanunla əlavə edilmiş və həmin qanunun 3.5-ci maddəsinə əsasən bu qanun 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdi. Məlum olduğu kimi konstitusion normaların tələbinə əsasən normativ aktın ağırlaşdığı halda geriyə qüvvəsi yoxdur. (AR Konstitusiyasının 149.7-ci maddəsi, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.1-ci maddəsi, AR VM-nin 3.9-cu, 3.11-ci və 53.3-cü maddələri) Bu baxımdan dəyişikliyə qədər AR VM-nin 102.1.7-ci maddəsinin məzmununda qeyri-müəyyənliyin olması və məzmunun səhv anlaşılması, bu səbəbdən həmin maddəyə dəyişikliyin edilməsi barədə cavabdehin dəlili də tamamilə əsassızdır. Belə ki, AR VM-nin 3.11-ci maddələrinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu baxımdan apellyasiya şikayəti tamamilə əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: ...... Maddə 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar. 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar: 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;.... İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********004300 və **********00500 nömrəli qərarların tam şəkildə, xx.xx.2023-cü il tarixli **********006700 nömrəli qərarın isə 75426,75 manat hissəsində qismən ləğv edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində qeyd olunan qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni, metalların bütün növləri üzrə satış gəlir vergisindən azad deyildir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda tərəflər arasında mübahisə məhz Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tətbiqi ilə bağlı yaranmışdır. Həmin normanın məzmununa əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir gəlir vergisindən azaddır. Cavabdeh həmin normanın məzmununda əks olunmuş “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün yalnız “daşlar”a aid edildiyini, “metallar”a aid edilmədiyini qeyd edərək, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu qənaətinə gəlmişdir. İddiaçı isə əksinə “qiymətli” ifadəsinin həm daşlara, həm də metallara aid edilməsi halına istinad edərək, onun barəsində vergi məbləğinin əsassız olaraq hesbalandığını qeyd edir. Qeyd edilən hallara əsasən müəyyən edilmişdir ki, qiymətli metal qismində hansı məmulatların çıxış etməsi halı məhz bu barədə mövcud olan yuxarıda istinad edilən müvafiq qanunla tənzimlənir. Həmin normanın tələbindən də görünür ki, əlvan və qara metallar, habelə onların tullantı və qırıntıları qiymətli metal anlayışının məzmununa daxil deyildir. Qiymətli olmayan metallar və onların tullantı (qırıntıları) Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin təsiri dairəsinə düşür. Bu səbəbdən də həmin məmulatların təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2022ci il tarixli, 2-1(102)-719/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-310/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 101.6cı maddəsinin tələbinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Hansı gəlirlərin vergidən azad edildiyini müəyyən etmək üçün isə Vergi Məcəlləsinin 102-ci maddəsinə müraciət edilməlidir. İddiaçı və cavabdeh arasında mübahisə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tətbiqi ilə bağlı yaranmışdır. Belə ki, həmin maddənin malların alınması zamanı qüvvədə olan redaksiyasına əsasən, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir, gəlir vergisindən azaddır. Cavabdeh həmin müddəadakı “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sifətinin yalnız “daşlar”a aid edildiyinə, “metallar”a aid edilmədiyinə istinad etmiş, bununla da, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu nəticəsinə gəlmişdir. İddiaçı isə əksinə olaraq, “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sifətinin həm “daşlar”a, həm də “metallar”a aid edildiyinə istinadən verginin düzgün hesablanmaması halından çıxış edir. İstinad edilən məhkəmə qərarlarında qeyd edilmişdir ki, qiymətləndirilməli məsələ Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sifətinin “metallar”a aid edilib-edilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən, iş materiallarında olan vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunun 2-ci sətrində göstərilmişdir ki, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Beləliklə, həm Vergi Məcəlləsinin tələbinə əsasən qanunvericiliyin aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğundan, həm də qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinin fiziki şəxslərin gəlir vergisindən azad edildiyi vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunda öz əksini tapdığından, iddia tələbinin təmin edilməsi qanunvericiliyə və vergi orqanının hüquqi mövqeyinə uyğun olmuşdur. Hazırki iş üzrə mübahisələndirilən qərarlarda əlavə vergi hesablanmasına səbəb kimi əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad olunan gəlirlər siyahısına daxildir və bu səbəbdən, belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(118)-887/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar