Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-757/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: işin hallarının tam araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-360N/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, 2016-cı ilin yanvar ayında Hərbi Çağırış və Səfərbərlik üzrə Xaçmaz rayon şöbəsindən hərbi xidmətə çağrılmışdır və N №-li hərbi hissədə xidmətə başlamışdır. N №-li hərbi hissənin tərkibində Füzuli rayonunun işğal altında olan Lələ-təpə ərazisində və Ağdam rayonunun Tapqaraqoyunlu ərazisində gedən döyüşlərdə iştirak etmişdir və bu barədə hərbi biletində qeydlər var. Bu barədə xx.xx.2022-ci il tarixli Hərbi hissə komandirinin arayışında da qeyd olunub ki, iddiaçı, həqiqətən, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi N №-li hərbi hissənin 1-ci və 2-ci ordu korpuslarının müdafiə zolağında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2021-ci il tarixli 3088 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmış Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il 27 sentyabr tarixinədək Füzuli və Ağdam rayonlarının işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlarının tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı və müvafiq vəsiqə verilməlidir. Veteran haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Bütün bunlara baxmayaraq iddiaçının müraciətinə baxmış Müdafiə Nazirliyinin katibliyi nəzdində fəaliyyət göstərən "Veteran adı və müvafiq vəsiqənin verilməsi” komissiyası onun müraciətinə, yeni qərara deyil, 12 may 1NN4-cü il tarixli Nazirlər "etinin qərarına uyğun imtina verir. İddiaçı yenidən müraciət etsə də, eyni şablon qərarı qəbul edir. Onun müraciəti barədə komissiyanın qəbul etdiyi qərar qanunsuz və əsasızdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-360N/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur və ləğv olunmalı, iş icraata qəbul olunmalıdır. Belə ki, Müdafiə Nazirliyinin nəzdində (Aparatında) fəaliyyət göstərən «Veteran adı və müvafiq vəsiqənin verilməsi» Komissiyasına veteran adının və müvafiq vəsiqənin verilməsi barədə müraciət etmiş və komissiyanın sədrinin imzası ilə imtina məktubu və materiallar qaytarılmışdır. Bundan sonra Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Həmin maddədə nəzərdə tutulan iddianın verilməsi müddətinə də əməl olunub. Lakin işə baxan məhkəmə İPM-nin 35-ci maddəsinə riayət olunmaması qənaətinə gələrək iddianın mümkün sayılması barədə qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh iddia ərizəsinə münasibətə dair yazılı ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi’1 tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz:iddiaçı komissiyaya müraciət etmiş, lakin hər hansı inzibati akt qəbul edilmədən məhkəməyə müraciət etmişdir, iddiaçının müraciəti hal-hazırda komissiyada baxılmaqdadır. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.1NN5-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən "Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı keçirilən məhkəmə iclası və verilən izahat Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 4N.1. İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə həmin orqan tərəfindən uzadıla bilər. Maddə 4N.2. İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri xəbərdar etməyə borcludur. Maddə 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Maddə 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Maddə 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Maddə 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Maddə 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti N0 gündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı olmuşdur. Birinci instanisya məhkəməsi tərəfindən iddia mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı həmin tələblə bağlı ilkin olaraq, cavabdeh inzibati orqana müraciət etməli, cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş, daha sonra həmin tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə yazılı münasibətinə dair ərizənin məzmunundan görünür ki, iddiaçı həmin tələblə bağlı ona müraciət etmiş və həmin müraciətə müvafiq komissiyada baxılır. Eyni zamanda iddiaçı özü də iddia tələbinin əsası kimi məhz həmin tələblə bağlı cavabdehə iki dəfə müraciət etdiyini, hər dəfə onun tələbi ilə bağlı imtina cavabı aldığını, onun tələbindən imtina olunmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni müvafiq Qərarı əsasında deyil, 1NN4-cü il tarixli müvafiq Qərarı tətbiq edilməklə baxılması kimi hallara istinad etmişdir. Göründüyü kimi indiki halda iddiaçının həmin tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməsi halı öz təsdiqini tapmış, habelə cavabdeh inzibati orqan tərəfindən isə müraciətdən xeyli vaxt keçməsinə baxmayaraq (iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunmuş, cavabdehin iddia tələbinə dair yazılı münasibəti isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur), hələ də həmin tələblə bağlı hər hansı qərar qəbul etməsi halı müəyyən edilməmişdir. Bu hal isə özlüyündə cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik göstərməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən fiziki şəxsin ərizəsi inzibati orqan tərəfindən inzibati icraatın başlanması üçün əsas qismində çıxış edir, habelə həmin ərizəyə inzibati orqan tərəfindən məhz qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmaqla, onun nəticəsinə dair müvafiq qərar qəbul edilir. İndiki halda isə iş materiallarından görünür ki, iddiaçının qeyd edilən tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməsindən xeyli vaxt keçməsinə baxmayaraq, həmin müraciətə hazırda da baxılmaqla, hər hansı qərar qəbul edilməmiş, habelə cavabdeh inzibati orqan həmin müddətin uzadılması və ya uzadılmasına səbəb olan hallar barədə heç bir hala istinad etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış, habelə iddiaçı iddia tələbinin əsası kimi cavabdeh inzibati orqana müraciət etməsi, tələbi ilə bağlı imtina cavabı alması kimi hallara istinad etsə də, məhkəmə öz xidməti vəzifəsinə görə həmin halları araşdırmalı olduğu halda, araşdırmamış, həmin halların mövcud olub-olmaması, habelə iddiaçının bununla bağlı cavabdehə müraciətinin olub-olmaması, həmin müraciətə baxılıb-baxılmasının nəticəsinə dair sənədlər tələb edilməmiş, bununla da iş üzrə yalnış nəticəyə gəlmişdir. Qeyd olunan hallara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddianın mümkünlük şərti qismində iddiaçının həmin tələblə bağlı ilk növbədə cavabdeh inzibati orqana müraciət etməsi müəyyən edildiyindən, habelə, cavabdeh inzibati orqan tərəfindən isə həmin tələblə bağlı hər hansı qərar qəbul edib-etməməsi halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən həmin əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti yalnış olmaqla, işin hallarına uyğun olmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olmaqla, təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-360N/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-757/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-757/2023
29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver