Məhkəmə qərarları › İş №2-1(105)-758/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-758/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-758/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər:əlillik dərəcəsinin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3- 3-2777/2023 saylı qərarın ləğv edilərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 1118/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Müdagiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 765 saylı, 20 aprel 2017-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırımış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP-03/139 nömrəli məktbuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyul ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz; “Qəlpə yaralanmalarından sonra sol budun orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci il tarixli 551 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 82 nömrəli arayışı, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(06)-14984 nömrəli qətnaməsi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2017-ci il tarixli 135 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli HP-03/139 nömrəli məktbu, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ "TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 05 may 2023-cü il tarixli, 3- 17-4/3-3-2777/2023 saylı qərarından görünür ki, İddiaçı tam reabilitasiya olunması və minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciət əsasında İddiaçı xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 T77/2024 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə olan “XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36hərbi əməliyyatlar => Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta A-nin ön səthində 1 ədəd, sol baldırın orta A-nin ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlamətləri təyin etmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər-hansı birinə aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, onun Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyinin “əlillik” altsistemində etibarsız hesab olunduğu 2023-cü ilin aprel ayından bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3-3-2777/2023 saylı qərarın ləğv edilərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə anadan olmuş və 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1992-ci ildə döyüş zonasında xəsarət aldığından ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza X5 aparılan müayinə nəticəsində qəlpə yaralanmalarından sonra sol budun orta 1/3 hissəsinin ön səthində 1 ədəd, sol baldırın ön səthində 1 ədəd sol ayaq pəncəsinin içəri səthində 1 ədəd sol ayaq pəncəsinin bayır səthində bir ədəd köhnə sapıq toxumalarının olması aşkar edilmiş, hərbi travma kimi qiymətləndirilməklə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Ona aldığı travmalarla bağlı cavabdeh təşkilat tərəfindən xx.xx.2019-cu ildə 2-ci dərəcəli əlillik təyin edilmiş və bu barədə məlumat Əlillik barədə altsistemə daxil edilərək xəstəlik diaqnozu «odlu silahla qəlpə yaralanmasından sonra sol budun 1/3 hissəsinin ön səthində İ ədəd, sol baldırın 1/3 hissəsində ön səthində 1 ədəd, ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumaları, sapıq nahiyyələrinin trofiki yaraları, qaşınmalarla aşağı ətrafların funksiya pozğunluğu, aşağı ətrafların xroniki işemiyası, ikinci, üçüncü dərəcəli, xroniki venoz çatmamazlığı ikinci və üçüncü dərəcəli» kimi qeyd olunmuşdur. Lakin cavabdeh təşkilat onun əlillik məlumatlarımı altsistemdə etibarsız hesab etmiş və bunun səbəbi kimi diaqnozunun əlillik təyinatına əsas verməməsi kimi qeyd etmişdir. O, dəfələrlə cavabdeh təşkilata müraciət etmiş, ona yalnız xx.xx.2023-cü il tarixli məktubla qeyri-müəyyən cavab verilmişdir. Belə hesab edir ki, cavabdehin qüvvədə olan əlilliyini etibarsız hesab etməsi üçün əsaslar olmamış və onun bu hərəkəti qanunsuz hərəkət kimi qəbul olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => y36.4 - hə-bi əməliyyatlar nəticəsində odlu ...; diaqnozun mətni; hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnrnələr, odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3 nin ön səthində 1 ədəd,sol baldırın orta 1/3 də ön səthində 1 ədəd.sol ayaq pəncəsinin bayır səthində 1 ədəd,sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar,çapıq nahiyələrininn tropiki yaraları.qaşınmalarlaperiferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, aşağı ətrafların xroniki işemiyası,ikinci üçüncü dərəcə (xroniki) (periferik) venoz çatmamazlıq, xroniki venoz çatmamazlığı ikinci ücüncü dərəcə.hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların funksiya poğunluğuaşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətraf venalarının varikoz genəlməsi,xroniki tromboflebiti.hər iki baldırın ,pəncə daban nahiyələrinin trofiki yaraları periferik damarların digər xəstəlikləri, aşağı ətrafların xroniki aterosklerozu.hər iki aşağı ətrafın baldır arteriyalarının stenooklüziyasıbel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə diskogen lümboişalgiya.diffuz disk qabarması,l3-l4 l5 fəqərələrarası disk yırtığı,generalizə olunmuş epileptik tutmlarla baş beynin silkələnməsi, qapalı kəllə beyin travması.baş beynin silkələnməsi.fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş epileptik tutmlarla ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi ücünücü mərhələ ; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstə M.Topçubaşov adına X10 müayinə və müalicə olunmalı diaqnoz dəqiqləşdirilməlidir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ... ; Diaqnozun mətni: odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3 nin ön səthində 1 ədəd,sol baldırın orta 1/3 də ön səthində 1 ədəd.sol ayac pəncəsinin bayır səthində 1 ədəd,sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar, çapıq nahiyələrininn trofiki yaraları. qaşınmalarla.aşağı ətrafların funksiya poğunluğu.aşağı ətrafların xroniki işemiyası,ikinci üçüncü dərəcə.xroniki venoz çatmamazlığı ikinci ücüncü dərəcə; Meyar 2.2 ikinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İll dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74. İ74.3, İ80- İ80.3, 183.0’183.9)" səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında təkrar baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Həroi əməliyyatlar nəticəsində odlu ... ; Diaqnozun mətni: Odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3-nin ön səthində 1 ədəd, sol baldırın ona 1/3-nin ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumalar; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 05 may 2023-cü il tarixli, 3-17-4/3-3- 2777/2023 nömrəli qərar qəbul edilmişdir Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0531003AAHA6 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 765 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra sol budun orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ayaqarxasında zəif nəbz qeyd edilmişdir. Baxış zamanı yaralanma yerlərinə müvafiq səthi çapıqlar izlənmiş, heç bir hərəki məhdudluq aşkar edilməmişdir. Ege Hospitalın xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Saq aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə Saq popliteal areteriyaya. Saq SFA- ya, ATA-ya və PTA-ya balon anqioplastika icra olundu" kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. Bifazik və trifazik axımlar1’ kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'’yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-cİ yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdınlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1118/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 05 may 2023-cü il tarixli, 3-17-4/3-3-2777/2023 saylı qərarı ləğv edilmiş, İddiaçı 20 aprel 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda iddiaçıya 2019cu il tarixindən 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin müddəti tamam olmadan, iddiaçının cavabdeh orqan tərəfindən yenidən müayinəyə dəvət edilməsinin səbəbləri barədə məhkəməyə hər hasnı sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 20 aprel 2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə ekspert rəyinə belə düzgün hüquqi qiymət verməyərək öz mülahizələrinə əsasən ümumi maddələri qeyd etməklə işin hallarını araşdırmayaraq əsassız nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq əyani müayinə qərardadı qəbul etməyərək orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ayaqarxasında zəif nəbz qeyd edilmişdir. Baxış zamanı yaralanma yerlərinə müvafiq səthi çapıqlar izlənmiş, heç bir hərəki məhdudluq aşkar edilməmişdir. “Ege” Hospitalın xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Saq aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə Saq popliteal areteriyaya. Saq SFA-ya, AT A-ya və PTA-ya balon anqioplastika icra olundu” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. Bifazik və trifazik axımlar” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3-3-2777/2023 saylı qərarının “tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi hissəsində” ləğv edilərək, xx.xx.2019-cu il tarixdə təyin edilmiş müddətli ikinci dərəcə əlilliyin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsinin nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, ona xx.xx.2019-cu il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tam reabilitasiya olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq “ odlu silahla yaralanmasından sonra sol budun orta 1/3 nin ön səthində 1 ədəd, sol baldırın orta 1/3 də ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar, çapıq nahiyələrinin trofiki yaraları, qaşınmalarla, aşağı ətrafların funksiya pozğunluğu, aşağı ətrafların xroniki işemiyası, ikinci, üçüncü dərəcə, xroniki venoz çamamazlığı ikinci üçüncü dərəcə” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, növbəti müayinənin tarixi kimi xx.xx.2024-cü il tarix qeyd edilmişdir. Daha sonra cavabdeh tərfindən iddiaçı barəsində tam reabilitasiya olunması əsası ilə əlillik təyinatının ləğv edilməsi barədə 05 may 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz şəxsin stasionar müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Məhkəmə kolllegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində aparılmış inzibati icraatın nəticəsi olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı apardığı halda, həmin əlilliyin müddəti bitməmiş iddiaçının iştirakı ilə heç bir inzibati icraat həyata keçirmədən, iddiaçının əyani müayinəsi həyata keçirilmədən, tam reabilitasiya olunması halına istinad etməklə, əlilliyin ləğv edilməsi barədə gəldiyi nəticə qanunauyğun olmamışdır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olubolmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. İddiaçı barəsində də məhz belə bir icraat aparılmaqla, əlillik təyin edilmişdir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müyainəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, əlilliyin müddəti bitmədən, əvvəlki qərarının yoxlanılması üçün hər hansı əsaslı şübhə olmadığı halda, həmin qərarın ləğv edilməsi və iddiaçı barəsində əlilliyin olmaması qənaətinə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibai orqan tərəfindən istinad olunan qanunvericiliyin imperativ norma şəklində müəyyən edilmiş tələbləri pozulmuş, iddiaçı barəsində 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik dərəcəsinin ləğv edilməsi barədə gəldiyi qənaəti onun tərəfindən əvvəlki qərarının düzgünlüyünü şünbhə altına alan hər hansı əsaslı sübutların olması və həmin sübutlar əsasında inzibati icraatın təzələnməsi və aparılmış yeni inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş qərar kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin hallara əməl edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlillik təyinatının aparılması ilə bağlı qəbul edtiyi qərarın ləğv edilməsini məhz iddiaçının tam reabilitasiya olunması halı ilə əsaslandırmışdır. Qeyd edilən hissə ilə bağlı məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehin istinad etdiyi həmin hal iş materiallarında olan ekspert rəyi və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur. Nəticə etibarilə cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi əlillik təyinatının ləğv edilməsi barədə qərarının qəbul edilməsinə əsas olan hal kimi istinad etdiyi əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımından da yanaşıldıqda cavabdehin iddiaçı barəsində əlillik təyinatının ləğv edilməsinə dair hərəkətləri qanuni olmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı əlilliyi müəyyən edilmiş şəxs qimsində minik avtomobili ilə təmin edilmə barədə müraciət etdiyi halda, cavabdeh tərəfindən iddiaçı artıq əlilliyi müəyyən edilmiş şəxs qimsində çıxış etdiyi halda, həmin müraciət əsasında onun əlillik vəziyyəti qiymətləndiirlərək, tam reabilitasiya olunması barədə qərar qəbul edilmiş və nəticə etibarilə əlilliyi ləğv edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi” Qaydası və Şərtləri məhz əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilmə qaydası və şərtlərini müəyyən edir. Həmin Qaydaların məzmununda əlilliyi müəyyən edilmiş şəxsin məhz reabiilitasiya vasitələri ilə təmin edilməsi əsası ilə əlilliyin yenidən qiymətləndirilməsinə dair hər hansı norma nəzərdə tutulmamışdır. Bundan əlavə, əlilliyin müəyyən edilməsi haqqında qanunvericilik normasında da buna dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin əsasa istinad edilməklə iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alaraq, “tam reabilitasiya olunması” əsası ilə həmin qərarın ləğv edilməsi ilə bağlı hərəkətləri də qanunauyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazlı ərizə təqdim edilərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3-3-2777/2023 saylı qərarının “tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi hissəsində” ləğv edilərək, iddiaçı ona xx.xx.2019-cu il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsini xahiş etmişdir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində əlillik təyinatı məhz xx.xx.2019-cu il tarixdə beş illik müddətə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə isə həmin əlillik təyinatı cavabdeh tərəfindən ləğv edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində əlillik təyinatının ləğv edilməsi ilə bağlı qərarının qanunauyğun olmaması halı müəyyən edildiyindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1118/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Publik hüquqi şəxs tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3-3- 2777/2023 saylı qərarı “tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi hissəsində” ləğv edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə təyin edilmiş müddətli ikinci dərəcə əlilliyin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar