Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-76/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 regional filialına qarşı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-512/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Regional filialına qarşı mütəxəssis dəvət olunmaqla onun ailə başçısını itirdiyinə görə əmək pensiyası hesablanması və ona çatacaq pulun hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli, 2-1(102)-2039/2019 saylı qərarı əsasında xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellasiya Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı 20 fevral 2019-cu il tarixli, (iş 2-1(105)-88/2019) saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati İqtisad Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2-1(85)- 546/2018 saylı qərarı ləğv edilmiş yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Lakin Şamaxı Rayon DSMF şöbəsi bu günə kimi Sumqayıt Apellasiya Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı 20 fevral 2019-cu il tarixli, (iş nömrə 2-1(105)-88/2019) saylı qərarı icra edilməmişdir. İddiaçı bildirir ki, o tək anadır, maddi imkanı yoxdur. Cavabdeh ƏƏSMN nəzdində DSMF-nin **********9 saylı, 16 iyul 2021-ci il tarixli Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2-1(102)- 2039/2019 saylı qərarına əsasən ona xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təmin edilmiş, həmin qərarın icrası ilə bağlı yaranmış 7101.42 fərq məbləği müvafiq kart hesabına köçürülmüşdür, lakin o bununla razı deyil. Belə ki, cavabdeh ƏƏSMN nəzdində DSMF-nin ona ödədiyi Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli, 2-1(102)-2039/2019 saylı qərarına əsasən xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təmin edilmiş pulun bir hissəsini təşkil edir. Ona görə də mütəxəssis dəvət olunmaqla onun ailə başçısını itirdiyinə görə əmək pensiyasının hesablanmasını və ona çatacaq pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq 1993-cü il 10 yanvar tarixindən təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, 2-1(118)-512/2022 nömrəli iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı xx.xx.2017ci il tarixdə DSMF-nin Şamaxı rayon şöbəsinə ona həyat yoldaşı X1 vəfat etdiyi tarixdən yəni, 10 yanvar 1993-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2017-ci il tarixli 81/3107 nömrəli məktubla pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra İddiaçı xx.xx.1994cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)- 546/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 55 yaşdan, yəni xx.xx.2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə onun xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq çıxılmaqla ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2-1(105)-88/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)- 546/2018 nömrəli qərarı ləğv edilərək İddiaçı xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə yeni qərar qəbul edilmişdir. Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli 2-1(102)-2039/2019 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2-1(105)-88/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2-1(102)-2039/2019 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2006cı il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, qərarın icrası ilə bağlı 7101,42 manat fərq məbləği iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Qeyd olunanlardan da göründüyü kimi hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 261-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsaslarından bəhs edilir. Həmin Məcəllənin 261.0.2-ci maddəsində əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verməlidir. Bu səbəbdən də, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün, hazırkı iş üzrə icraata xitam verilməlidir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-512/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2006cı il tarixdən ailə başçısını itirməyə görə ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Regional filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri X3 və X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
Maddə 18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği
18.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada)
Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması
27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyada)
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
17. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ona ödənilməli olan pensiya məbləğinin az ödənildiyini (tam ödənilmədiyini) iddia edərək, pensiya məbləğinin yenidən hesablanaraq ödənilməmiş hissənin də ödənilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək qərarın icrası ilə bağlı yaranmış 7101,42 manat fərq məbləğinin onun kart hesabına köçürüldüyünü bildirmişdir.
18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 26 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək vətəndaşa ötən dövr üzrə ödənilməli olan 13793,42 manat əmək pensiyasının məbləği həmin dövr üzrə vətəndaşın aldığı 6692 manat sosial müavinətin məbləği ilə əvəzləşdirildikdən sonra ötən dövr üzrə 7101,42 manat fərq məbləği vətəndaşa ödənilmişdir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 01 iyul 2003-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək əmək pensiyasının məbləği tam ödənilməmişdir. İddiaçıya ödənilmiş müavinətin məbləğinin ona xx.xx.2006-cı il tarixindən hesablanmış pensiya məbləğindən çıxılması qərara alınmamış, əksinə həmin məhkəmə qərarlarında iddiaçının 2003-cü il tarixdən sosial-pensiya müavinəti almasının, onu xx.xx.2006-cı ildən ailə başçısını itirməyə görə pensiya almaq hüququndan məhrum etdiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya ödənilməli olan məbləği sosial müavinətlə əvəzləşdirib ödəməsi qanunsuz olmuşdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 90-cı maddəsinə uyğun olaraq 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial pensiya (müavinət) təyin edilmişdir. İddiaçının müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
21. İddiaçı xx.xx.2017-ci il tarixdə DSMF-nin Şamaxı rayon şöbəsinə əri X1 vəfat etdiyi tarixdən, yəni 10 yanvar 1993-cü il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2017-ci il tarixli, 81/3107 nömrəli məktubla pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra, iddiaçı xx.xx.1994-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
22. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-546/2018 saylı, 10 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı 55 yaşdan, yəni 01 iyul 2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə 01 iyul 2003-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq çıxılmaqla ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(85)-546/2018 saylı qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
24. Həmin qərarda həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın göstərilən qaydada təmin edilməsi İPM-nin 52-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş, məhkəmə iddia tələbindən kənara çıxmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2039/2019 saylı 28 avqust 2019-cu il tarixli qərar ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış 16 iyul 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu ilin 28 avqust tarixli 2- 1(102)-2039/2019 nömrəli qərarına əsasən ona xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi və həmin qərarın icrası ilə bağlı yaranmış 7101,42 manat fərq məbləğinin müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir.
27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 26 may 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan məlum olur ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək vətəndaşa ötən dövr üzrə ödənilməli olan 13793,42 manat əmək pensiyasının məbləği həmin dövr üzrə vətəndaşın aldığı 6692 manat sosial müavinətin məbləği ilə əvəzləşdirildikdən sonra ötən dövr üzrə 7101,42 manat fərq məbləği vətəndaşa ödənilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hesablama qanunvericiliyin tələbinə uyğun olaraq aparılmış və iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək aldığı sosial müavinətin məbləği əvəzləşdirildikdən sonra ötən dövr üzrə fərq məbləği ona ödənilmişdir.
29. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-512/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 regional filialına qarşı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.