Məhkəmə qərarları › İş №2-1(105)-760/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-760/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-760/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı3, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-3426/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 (təsisçilər) cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanında yerləşən və **********90-1230 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan sahəsi 1,0890 ha olan torpaq sahəsinə görə yaranmış 7.914,75 manat məbləğində torpaq vergisi borcu və həmin çıxarışa əsasən, ümumi birgə mülkiyyətində olan sahəsi 3.679,10 kv.m qeyri-yaşayış sahəsinə görə yaranmış 9.269,68 manat məbləğində əmlak vergisi borcunun İddiaçı3 və İddiaçı2 müştərək qaydada tutularaq bələdiyyənin büdcəsinə ödənilməsinə dair 19 nömrəli protokol, paraqraf 31,32 olan 20 dekabr 2023-cü il tarixli qərarların ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin 12 aprel 1988-ci il tarixli, 43 nömrəli qərarı ilə Sumqayıt şəhərinin mərkəzində ticarət mərkəzinin tikilməsi məqsədilə 1 ha torpaq sahəsi (keçmiş Şərq bazarı, hazırda iddiaçının yerləşdiyi ərazi) ayrılaraq qanunvericiliyə uyğun qaydada “Şərq” bazarı inşa edilmiş və 1992-ci ildə də həmin bazar Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, 1997-ci ilin yanvar ayında “Şərq” bazarı özəlləşdirilərək onun “A” və “B” korpuslarının əmlakı İddiaçı3 və icarə kollektivinin digər üzvlərinə satılmış, bu barədə Dövlət Əmlak Komitəsi tərəfindən 27 yanvar 1997-ci il tarixli, 000934 nömrəli şəhadətnamə verilərək həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin şəxslər tərəfindən 27 yanvar 1997-ci il tarixdə özəlləşdirdikləri Sumqayıt şəhər “Şərq” bazarının “A” və “B” korpuslarının əmlakında ifadə olunan paylarını birləşdirərək onun hüquqi varisi kimi iddiaçı təsis edilmiş və nizamnaməsi qeydə alınaraq xüsusi mülkiyyət formasında olan şərikli müəssisə kimi 32764 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və hazırda da vergi uçotunda olub fəaliyyət göstərən hüquqi şəxsdir. Təsisçilərin “Şərq” bazarında yerləşən əmlak kompleksindəki mülkiyyət payları İddiaçı3 ilə İddiaçı2 tərəfindən satın alınmış və həmin əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 avqust 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışla qeydiyyata alınaraq, təsisçilərin 6 noyabr 2007-ci il tarixli qərarı ilə İddiaçı2 müəssisənin təsisçilərinin sırasına qəbul olunmuş və 15 noyabr 2007-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində təsisçilərin sayında dəyişiklik edilərək, nizamnamə kapitalında təsisçilər R.M. Babayev və İddiaçı2 əmlak payları bərabər, hər birinin payı 50% olmaqla qeydiyyata alınmışdır. İddiaçı3 və İddiaçı2 məxsus iddiaçı şirkətinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX tərəfindən həmin müəssisəyə dair yeni 10 iyun 2010cu il tarixli inventar nömrəsi 12245 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib olunaraq, həmin Texniki pasportda da iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin 1,08896 ha olması müəyyən edilmişdir. ƏMDK ilə İddiaçı2 və İddiaçı3 arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 30 iyun 2010-cu il tarixli, 2658 nömrəli müqavilə əsasında, qeyd olunan 10.889,6 kv.m torpaq sahəsi qanunvericiliyə uyğun qaydada həmin şəxslərə satılmış və Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, 197157 nömrəli çıxarışla ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Sumqayıt şəhər “Şərq” bazarının hüquqi varisi olan iddiaçı hazırda da vergi orqanında qeydiyyatda olub, fəaliyyət göstərən hüquqi şəxsdir və həmin hüquqi şəxs tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bütün vergilər, eləcə də torpaq və əmlak vergiləri dövlət büdcəsinə ödənilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 yanvar 2024-cü il tarixli, **********526400 JVMi arayışı ilə də təsdiq edilir ki, AZ 5001, Sumqayıt şəhəri, 9-cu mkr. ünvanında fəaliyyət göstərən iddiaçının 15 yanvar 2024-cü il tarixə dövlət büdcəsinə 518,41 manat (torpaq vergisi üzrə 22,2 manat) ödənilməmiş vergi borcu vardır. Qanunvericiliyə əsasən, vergi orqanlarında qeydiyyatda olan hüquqi şəxslərin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əmlakı və torpaq sahələri bələdiyyə vergilərinin vergitutma obyekti deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq iddiaçının cavabdehə qarşı “qərarların ləğv edilməsi” tələbinin tələb hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünü, eləcə də mübahisələndirilən qərarların İddiaçı3 29 dekabr 2023-cü il tarixdə, İddiaçı2 isə 30 dekabr 2023-cü il tarixdə rəsmi təqdim olunduğunu və həmin şəxslər tərəfindən inzibati aktların mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətinin ötürüldüyünü nəzərə alaraq, tələbin mümkün sayılmaması barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi isə onunla əsaslandırılır ki, **********90-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ərazisində yerləşən sahəsi 1,089 ha olan torpaq sahəsi və torpağın üzərində inşa edilmiş sahəsi 3.679,10 olan qeyri-yaşayış obyekti fiziki şəxslər olan İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyəti şəklində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirildiyindən və həmin qeyri-yaşayış binası və torpaq sahəsi vergitutma obyektləri olduğundan adı çəkilən şəxslər cavabdeh orqanda vergi ödəyiciləri kimi qeydiyyata alınmışlar. Lakin İddiaçı3 və İddiaçı2 dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, əmlak və torpaq vergisini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə bələdiyyəyə ödəməmişdir. Bu səbəbdən adı çəkilən şəxslərin yerli (bələdiyyə) vergilərini ödəməkdən yayınmaları ilə bağlı inzibati icraata başlanılmış və həmin icraatın nəticəsi olaraq cavabdehin 20 dekabr 2023-cü il tarixli, 19 saylı iclasının müvafiq olaraq 31 və 32 saylı qərarları qəbul edilmişdir. Qərarlara əsasən İddiaçı3 və İddiaçı2 torpaq vergisi üzrə cavabdehə yaranmış 7.914,75 manat məbləğində torpaq vergisi və 9.269,68 manat məbləğində əmlak vergisi borcunun onlardan tutulması müəyyən edilmişdir. Həmin qərarlar poçt rabitəsi vasitəsi ilə rəsmi şəkildə xəbərnaməli məktubla İddiaçı3 və İddiaçı2 ünvanına göndərilmişdir. İddiaçı3 29 dekabr 2023-cü il tarixdə, İddiaçı2 30 dekabr 2023-cü il tarixdə qəbzə imza etdirməklə təqdim olunmuş, vergi borcunun ödənilməsi üçün onlara müəyyən müddət verilmiş, ancaq həmin şəxlər qeyd edilən müddət ərzində borcu ödəmədiklərindən cavabdeh qərarları icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmışdır. İddiaçının mübahisələndirilən torpaq sahəsinin və qeyri-yaşayış obyektinin ona məxsus olması, eləcə də bazar şəklində onun tərəfindən istifadə edilməsinə dair dəlilləri sözügedən bələdiyyə qərarının ləğvi üçün əsas sayıla bilməz. Vergi obyekti olan torpaq sahəsi və qeyri-yaşayış obyekti hal-hazırda da İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində qalmaqdadır. Vergi qanunvericiliyinin normalarına əsasən, mübahisələndirilən vergi obyektləri bələdiyyədə qeydiyyatdan keçirilməli və vergilər yerli (bələdiyyə) büdcəsinə ödənilməlidir. Vergi obyekti olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı3 və İddiaçı2 adlarına verilmiş **********90-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ərazisində yerləşən sahəsi 1,089 ha olan torpaq sahəsi və torpağın üzərində inşa edilmiş sahəsi 3.679,10 olan qeyri-yaşayış obyekti üzərində İddiaçı3 və İddiaçı2 mülkiyyət hüququ mövcuddur. Bu səbəbdən adı çəkilən daşınmaz əmlaklar vergi obyekti, İddiaçı3 və İddiaçı2 isə vergi ödəyiciləri olduqlarından, bələdiyyə qərarları ilə həmin şəxslərə hesablanmış əmlak və torpaq vergisi borcları cavabdehə ödənilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı1nə verilən kommersiya hüquqi şəxslərinin 21 may 2012-ci il tarixli, **********550300 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı2 və İddiaçı3 qurumun təsisçiləridirlər, İddiaçı3 eyni zamanda qanuni təmsilçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə X4 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Sumqayıt bələdiyyəsinin 20 dekabr 2023-cü il tarixli, Protokol N 19 (§31) qərarından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanında yerləşən və **********90- 1230 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan sahəsi 1,0890 ha olan torpaq sahəsinə görə Sumqayıt bələdiyyəsinə yaranmış 7.914,75 manat məbləğində torpaq vergisi borcunun İddiaçı3 və İddiaçı2 müştərək qaydada tutularaq Sumqayıt bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 20 dekabr 2023-cü il tarixli, Protokol N 19 (§32) qərarından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanında yerləşən və **********90-1230 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan sahəsi 3.679,10 kv.m qeyri-yaşayış sahəsinə görə Sumqayıt bələdiyyəsinə yaranmış 9.269,68 manat məbləğində əmlak vergisi borcunun İddiaçı3 və İddiaçı2 müştərək qaydada tutularaq Sumqayıt bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı1nə göndərilmiş 15 yanvar 2024-cü il tarixli, **********526400 nömrəli borcun olub-olmaması barədə məktubundan görünür ki, şəxsi hesab vərəqəsinə əsasən 15 yanvar 2024-cü il tarixə dövlət büdcəsinə 518,41 manat (o cümlədən torpaq vergisi üzrə 22,2 manat) ödənilməmiş vergi borcu, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 31,83 manat, icbari tibbi sığorta haqqı üzrə 66,72 manat ödənilməmiş borcunun olması bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər üzrə İcra İdarəsinin İddiaçı3 və İddiaçı2 göndərilmiş 25 yanvar 2024-cü il tarixli, 27599/24/07 və 27600/24/07 nömrəli bildirişlərdən görünür ki, Sumqayıt bələdiyyəsinin 20 dekabr 2023-cü il tarixli, 19/2023 saylı icra sənədində göstərilən tələbi könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Bu müddətdə tələbi üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin edilməsi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin tutulması bildirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2016-cı il tarixli, 2-2(85)-37/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Sumqayıt bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri İddiaçı3 və İddiaçı2 Sadiq qızı arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli, 2658 saylı özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinin Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində “Şərq bazarı” adlandırılan Əmlak kompleksinin perimetri boyunca olan və ayrı-ayrı şəxslərin mülkiyyətinə verilmiş mağazaların qarşısında yerləşən piyada yolları hissəsində etibarsız sayılması, həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsi tərəfindən MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun qeyd edilən torpaq sahələrinə aid hissədə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(060)-414/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Sumqayıt bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, "xxxx" Şirkəti Ticarət Mərkəzi, üçüncü şəxslər İddiaçı3 və İddiaçı2 Sadiq qızına qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri İddiaçı3 və İddiaçı2 Sadiq qızı arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli, 2658 saylı “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış İddiaçı3 və İddiaçı2 Sadiq qızının mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması, həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın və müvafiq texniki pasportun ləğv olunması, alqı-satqı müqaviləsinin predmeti olmuş 10.889,6 kv.m torpaq sahəsinin və cavabdehin əlavə olaraq zəbt etdiyi 5.000 kv.m-dək torpaq sahəsinin geri alınaraq Sumqayıt bələdiyyəsinə qaytarılması və iddia tələblərinin təmin edilməsi müqabilində Sumqayıt bələdiyyəsi tərəfindən "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri İddiaçı3 və İddiaçı2 Sadiq qızına MA ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da göstərilmiş 10.889,6 kv.m torpaq sahəsinin əvəzində eyni ölçüdə və eyni təyinatla Sumqayıt şəhərinin 10-cu mikrorayonu, Babək prospektində, yaxud “Sumqayıt Bulvarı” ərazisində, yaxud da Sumqayıt şəhərinin 18- ci mikrorayonu “Daş Bazarı” adlandırılan ərazisində başqa torpaq sahəsinin verilməsi, yaxud da mübahisələndirilən torpaq sahəsinin dəyərinin bazar qiymətləri əsas götürülərək ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-3426/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən qərarlar poçt rabitəsi vasitəsi ilə rəsmi şəkildə xəbərnaməli məktubla İddiaçı3 və İddiaçı2 ünvanına göndərilmişdir. İddiaçı3 29 dekabr 2023-cü il tarixdə, İddiaçı2 30 dekabr 2023-cü il tarixdə qəbzə imza etdirməklə təqdim olunmuşdur. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 20 dekabr 2023- cü il tarixli, 19 nömrəli (§ 31, 32) protokollar İddiaçı3 - ünvan 3 ünvanına göndərilmiş “gəlini B.Elnarə” adlı şəxs tərəfindən imzalanmaqla təhvil alınmışdır. İddiaçı tərəfin mübahisələndirdiyi hissə İddiaçı3 ünvan 3 ünvanda yaşamadığı, eyni zamanda gəlininə onun adından poçt göndərişlərini qəbul etmək səlahiyyətinin verilməməsi ilə bağlıdır. Qanunvericiliyin müvafiq normalarının məzmunundan görünür ki, poçt göndərişləri poçt rabitəsi operatorları tərəfindən ünvançılara poçt ünvanlarında çatdırılır və ya poçt obyektində verilir. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Ünvançı və ya onun yetkinlik yaşına çatmış ailə üzvü olmadıqda isə ünvan qutusuna göstərilən qeydiyyatlı poçt göndərişinin, pul köçürməsinin, sifarişli xəbərnamənin daxil olması barədə bildiriş qoyulur. Xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin ötürülməmiş hesab olunaraq bərpa edilməsinə dair ərizələrdə İddiaçı3 və İddiaçı2 ünvanları müvafiq olaraq - “şəxsiyyət vəsiqəsi AZE Na 0*******, FİN 224PHYB, ünvan 4 ünvanında qeydiyyatda olan və şəxsiyyət vəsiqəsi AA*******, FİN 0SYBAJE, ünvan 5 ünvanında qeydiyyatda olan” kimi qeyd olunmuşdur (§ 15). “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş “şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı3 ünvanı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20, 38 kimi qeyd olunmuşdur. Cavabdeh orqan tərəfindən də xəbərnaməli poçt göndərişi həmin ünvana göndərilmişdir. Normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Bununla da, məhkəmə İddiaçı3 “ünvan 3 ünvanda yaşamaması ilə bağlı bildirdiklərini qanununvericiliyin tələbləri baxımından qiymətləndirərək əsassız hesab edir. Həmçinin, əgər İddiaçı3 bildirdiyi “iki ildir ki, Qusar şəhərində yaşamasını həqiqət kimi qəbul edilsə belə, o, rəsmi müraciət etməklə ümumiyyətlə poçt göndərişlərinin istifadəsində olan ünvan qutusu vasitəsilə çatdırılmasını xahiş edə bilərdi. Bu halda isə əldə olunmuş razılaşmaya uyğun olaraq poçt göndərişlərinin verilmə tarixi onların qutuya qoyulma tarixi hesab olunur. İddiaçı tərəf İddiaçı3 ünvanına gödərilmiş poçt göndərişinin onun gəlini olan B.Elnarə tərəfindən imzalandığını, imzanın gəlin B.Elnarəyə məxsus olduğunu mübahisələndirməmiş, “X2”na məxsus AZE seriyalı, 09289666 nömrəli şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək imzanın qeyd olunan şəxsə məxsus olduğunu məhkəmə iclasında təsdiq etmişdirlər. Bu səbəbdən, məhkəmə İddiaçı3 qeydiyyatda olduğu “ünvan 3 ünvanında onun gəlini X2 tərəfindən xəbərnaməli poçt göndərişi imzalanması işin mübahisəsiz halı olduğundan, iddiaçı tərəfin bildirdiklərini əsassız hesab edir. Bundan başqa, “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 20 dekabr 2023-cü il tarixli, 19 nömrəli (§31, 32) protokollar İddiaçı2 - “ünvan 7 ünvanına göndərilmiş, həmin sənədlər 30 dekabr 2023-cü il tarixdə imzalanaraq təhvil alınmışdır. “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş “şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı2 ünvanı “ünvan 8qan tərəfindən də xəbərnaməli poçt göndərişi həmin ünvana göndərilmişdir. İddiaçı tərəf məhkəmə prosesində də İddiaçı2 həmin ünvanda yaşadığını və xəbərnaməli poçt göndərişinin qeyd olunan ünvana göndərildiyini təsdiq etmiş, bu hissəni mübahisələndirməmiş, ona münasibətdə müddətin bərpasına dair ərizə də təqdim olunmamışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizələrdə xüsusilə vurğulanmışdır ki, cavabdeh tərəfindən həmin qərarlar barədə də bilərəkdən onların bilavasitə maraqlarına toxunduğu "xxxx" Şirkətinin Ticarət Mərkəzinə heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdeh orqanın mövqeyi belə olmuşdur ki, vergi borcu, "xxxx" Şirkətinin Ticarət Mərkəzinə deyil, fiziki şəxslərə münasibətdə hesablandığı üçün, sonuncuların onlara məlum olan şəxsiyyət vəsiqəsi üzrə ünvanlarına poçt göndərişləri göndərilmişdir. Normaların məzmunundan aydın olur ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər torpaq vergisinin (VM-in 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla) ödəyiciləridir. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə uçota durmalıdırlar. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır. Vergi qanunvericiliyinə görə, müəssisələrin və bu VM-in 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Yəni, müəssisələrin və kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə ödənilir. Bundan əlavə, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11, 13.2.17 və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Vergiləri qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda ödəmək hər bir şəxsin konstitusiya vəzifələrindən biri olmaqla, dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və müddətin bərpası barədə ərizələrin təmin edilməsi, iddianın mümkün sayılaraq işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri Qanuni qüvvədə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2016-cı il tarixli, 2-2(85)-37/2016 nömrəli qətnaməsindən də görünür ki, işə baxılmasında üçüncü şəxs kimi "xxxx" Şirkəti Ticarət Mərkəzinin prezidenti İddiaçı3 və nümayəndəsi iştirak etmişlər. Qanuni qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(060)- 414/2020 nömrəli qətnaməsi ilə də göstərilir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin tələb olunduğu cavabdeh, "xxxx" Şirkətinin Ticarət Mərkəzidir və məhkəmə prosesində də həmin Şirkətin direktoru İddiaçı3 iştirak etmişdir. Göründüyü kimi İddiaçı3 və İddiaçı2, təsisçiləri olduqları "xxxx" Şirkətinın Ticarət Mərkəzində mülkiyyətçi kimi sahib olduqları əmlak və torpaq payları üzrə müstəqil formada ayrılıqda heç bir fəaliyyətləri olmamış, həmin əmlak və torpaq payları üzrə bütün fəaliyyətləri "xxxx" Şirkətinın Ticarət Mərkəzi vasitəsilə həyata keçirilmiş, əmlak və torpaq vergiləri də Şirkət tərəfindən dövlət büdcəsinə ödənilmişdir. "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri İddiaçı3 və İddiaçı2 ünvanına, qeyd olunan əmlak və torpaq sahəsinə görə vergi borcu tələbi barədə, cavabdeh Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 3731 nömrəli Xəbərdarlıq-Bildiriş daxil olduqdan sonra İddiaçı3 tərəfindən "xxxx" Şirkətinin Ticarət Mərkəzi təsisçilərinin əmlak və torpaq vergi ödəyiciləri kimi Bələdiyyədə uçotda olmadıqları və həmin vergilərin də digər vergilərlə birlikdə Şirkət tərəfindən dövlət büdcəsinə ödənilməsi, buna da müvafiq vergi orqanları tərəfindən nəzarət edilməsi barədə Sumqayıt Bələdiyyəsinə məlumat verilib müvafiq sənədlər təqdim olunsa da nəticəsi olmamışdır. Əksinə, Sumqayıt Bələdiyyəsinin Protokol №19, paraqraf 31,32 olan 20 dekabr 2023-cü il tarixli qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanında yerləşən və **********901230 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan sahəsi 1,0890 ha olan torpaq sahəsinə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 7914,75 (yeddi min doqquz yüz on dörd manat yetmiş beş qəpik) manat məbləğində torpaq vergisi borcu və eləcə də həmin çıxarışa əsasən ümumi birgə mülkiyyətində olan sahəsi 3679,10 kvadrat metr qeyri-yaşayış sahəsinə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 9269,68 (doqquz min iki yüz altımış doqquz manat altımış səkkiz qəpik) manat məbləğində əmlak vergisi borcunun İddiaçı3 (şəxsiyyət vəsiqəsi AZE N 0*******, FİN 224PHYB, ünvan 4 ünvanında qeydiyyatda olan) və İddiaçı2 (şəxsiyyət vəsiqəsi AA*******, FİN 0SYBAJL, ünvan 5 ünvanında qeydiyyatda olan) müştərək qaydada tutularaq Sumqayıt Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Halbuki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 206.3-cü maddəsinə görə də Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, vergi orqanlarında qeydiyyatda olan hüquqi şəxslərin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əmlak və torpaq sahələri Bələdiyyə vergilərinin vergitutma obyekti deyildir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixdə keçirilən iclası barədə "xxxx" Şirkətinin Ticarət Mərkəzinə heç bir məlumat verilməmiş, onun nümayəndəsinin iştirakı təmin olunmamış, həmin Şirkətin rəhbəri İddiaçı3 iradlarına heç bir əhəmiyyət verilməmiş və yuxarıda qeyd edilən vəziyyətdən kifayət qədər məlumatı olan cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən qəsdən "xxxx" Şirkəti Ticarət Mərkəzinə xəbər verilmədən, həmin Şirkətin təsisçilərindən əmlak və torpaq vergilərinin tələb olunması barədə yuxarıda qeyd olunan qərarlar qəbul edilmiş, həmin qərarlar barədə də bilərəkdən, onların bilavasitə maraqlarına toxunduğu "xxxx" Şirkətinin Ticarət Mərkəzinə heç bir məlumat verilməmişdir. Həmin əmlak və torpaq sahəsinə görə dövlət büdcəsinə ödənilmiş vergilərin təkrarən onun təsisçilərindən tələb olunması isə absurd olmaqla "xxxx" Şirkəti Ticarət Mərkəzinin hüquqlarının pozulmasıdır və Sumqayıt Bələdiyyəsinin həmin qərarları, əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçi kimi hüquqi şəxs - "xxxx" Şirkətinin Ticarət Mərkəzinin hüquqlarını pozmuş aktlardır ki, həmin qərarların etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə də iddia müddəti şamil edilmir. Sonra da həmin qərarlar icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə də surətləri "xxxx" Şirkəti Ticarət Mərkəzinin qanuni təmsilçisi İddiaçı3 təqdim olunmuşdur. Yalnız xx.xx.2024-cü il tarixdə "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçisi İddiaçı3, qeyd olunan Bələdiyyə qərarlarının icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunduqda həmin qərarlardan xəbər tutaraq surətlərini qəbul etmiş və xx.xx.2024-cü il tarixdə də "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri İddiaçı3 ilə İddiaçı2 tərəfindən Sumqayıt İnzibati Məhkəməsində, Sumqayıt Bələdiyyəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi Vergilər İdarəsi Üçüncü şəxs qismində cəlb olunmaqla) “Sumqayıt Bələdiyyəsinin, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvanında yerləşən və **********90-1230 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan sahəsi 1,0890 ha olan torpaq sahəsinə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 7914,75 (yeddi min doqquz yüz on dörd manat yetmiş beş qəpik) manat məbləğində torpaq vergisi borcu və eləcə də həmin çıxarışa əsasən ümumi birgə mülkiyyətində olan sahəsi 3679,10 kvadrat metr qeyri-yaşayış sahəsinə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 9269,68 (doqquz min iki yüz altımış doqquz manat altımış səkkiz qəpik) manat məbləğində əmlak vergisi borcunun İddiaçı3 (şəxsiyyət vəsiqəsi AZE Na 0*******, FİN 224PHYB, ünvan 4 ünvanında qeydiyyatda olan) və İddiaçı2 (şəxsiyyət vəsiqəsi AA*******, FİN 0SYBAJL, ünvan 5 ünvanında qeydiyyatda olan) müştərək qaydada tutularaq Sumqayıt Bələdiyyəsinin büdcəsinə ödənilməsinə dair Protokol № 19, paraqraf 31,32 olan 20 dekabr 2023-cü il tarixli qərarları ləğv edilməsi” tələbi ilə iddia qaldırılmışdır. Bununla bağlı məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən ilk iclasında cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilir ki, guya iddiaçı "xxxx" Şirkəti Ticarət Mərkəzinin mübahisələndirilən torpaq sahəsinin və qeyri-yaşayış obyektinin Şirkətə məxsus olması barədə, eləcə də bazar şəklində Şirkət tərəfindən istifadə edilməsinə dair dəlillər sözügedən bələdiyyə qərarının ləğvi üçün əsas sayıla bilməz və guya iddiaçı "xxxx" Şirkəti Ticarət Mərkəzinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi ilə iddia irəli sürməyə hüququ olmamışdır. Sonra da etirazda göstərilir ki, vergi tutulması tələb olunan İddiaçı3 ilə İddiaçı2 Sumqayıt Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və vergi ödəyiciləridirlər. Etirazda daha sonra göstərilir ki, qeyd olunan bələdiyyə qərarları İddiaçı3 29 dekabr 2023-cü il tarixdə, İddiaçı2 da 30 dekabr 2023-cü il tarixdə rəsmi qaydada təqdim olunduğuna görə onların tərəfindən inzibati aktların mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu barədə cavabdehin etirazında qeyd olunanların heç bir hüquqi əsası yoxdur və reallıqdan uzaqdır. Belə ki, İddiaçı3 ilə İddiaçı2, qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış obyektlərinə görə heç bir vaxt Sumqayıt Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamış və bu barədə onlara heç bir məlumat verilməmiş, Sumqayıt Bələdiyyəsində də bunu təsdiq edəcək heç bir sənəd yoxdur. Cavabdehin etirazına əlavə olunmuş, qeyd edilən bələdiyyə qərarlarının İddiaçı3 təqdim olunması barədə poçt qəbzindən görünür ki, qəbz İddiaçı3 tərəfindən yox, “gəlin B.Elnarə” adı ilə imzalanmışdır ki, həmin şəxs də İddiaçı3 evinə qonaq gəlmiş şəxsin adıdır, həmin ünvanda pasport qeydiyyatında deyildir və onun da qeyd olunan məktubu qəbul etməyə səlahiyyəti olmamışdır. İddiaçı3 isə həmin günlərdə bayramla əlaqədar Sumqayıt şəhərində pasport qeydiyyatında olduğu evində olmamış və Sumqayıt Bələdiyyəsi tərəfindən göndərilmiş sənədlər də İddiaçı3 təqdim olunmamışdır. Ona görə də həmin qəbz üzrə göndərilən sənədlər, göstərilən tarixdə İddiaçı3 təqdim olunmuş hesab edilə bilməz. Cavabdehin etirazına əlavə olunmuş, qeyd edilən bələdiyyə qərarlarının İddiaçı2 təqdim olunması barədə poçt qəbzinə gəldikdə "xxxx" Şirkəti Ticarət Mərkəzinin qanuni təmsilçisi İddiaçı3 olduğuna, hazırkı mübahisə ilə əlaqədar Sumqayıt Bələdiyyəsindən göndərilən Xəbərdarlıq-Bildiriş məktubunun bir surəti də İddiaçı3 təqdim olunmaqla, Şirkətin idarəçiliyi ilə də bilavasitə İddiaçı3 məşğul olduğuna görə İddiaçı2 xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuş Sumqayıt Bələdiyyəsinin sənədlərinə əhəmiyyət verməmişdir. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" Şirkəti Ticarət Mərkəzinin qanuni təmsilçisi İddiaçı3, təsisçilərin ünvanına daxil olmuş, qeyd olunan əmlak və torpaq sahəsinə görə vergi borcu tələbi barədə cavabdeh Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 3731 nömrəli Xəbərdarlıq-Bildirişlə əlaqədar 2023- cü ilin dekabr ayının axırları və 2024-cü ilin yanvar aylarında dəfələrlə Sumqayıt Bələdiyəsində olub "xxxx" Şirkətinin Ticarət Mərkəzi təsisçilərinin əmlak və torpaq vergi ödəyiciləri kimi Bələdiyyədə uçotda olmadıqları və həmin vergilərin də digər vergilərlə birlikdə Şirkət tərəfindən dövlət büdcəsinə ödənilməsi, buna da müvafiq vergi orqanları tərəfindən nəzarət edilməsi barədə məlumat verilib müvafiq sənədlər təqdim olunsa da, nəticəsi olmamışdır. Ona görə də məhkəmə tərəfindən zəruri hesab olunduğuna görə iddiaçılar - "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri İddiaçı3 ilə İddiaçı2 tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə iş üzrə iddia müddətinin ötürülməmiş hesab olunaraq bərpa edilməsi barədə ərizələr təqdim olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)- 3426/2024 nömrəli qərardadı ilə də iş üzrə prosessual müddətin bərpa edilməsinə dair ərizələr təmin olunmamış və iddiaçılar "xxxx" Şirkətinin Ticarət Mərkəzi, İddiaçı3, İddiaçı2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi mümkün sayılmamışdır. Halbuki, iş üzrə iddiaçıların ərizələri prosessual müddətin bərpası edilməsi barədə yox, iddia müddətinin ötürülməmiş hesab olunaraq bərpa edilməsi barədədir. Birinci instansiya məhkəməsi isə hazırkı iş üzrə iddiaçılar tərəfindən iddianın verilmə müddətinin buraxılmamış hesab olunması və bərpa olunmasına dair ərizələrinə baxarkən həmin maddi hüquq normalarının tələblərini pozaraq onları tətbiq etməmiş, iddiaçılar İddiaçı3 və İddiaçı2 iddia verilmə müddətlərinin bərpa olunmaması üçün, mübahisə predmeti olan Bələdiyyə qərarlarının onların ev ünvanlarına göndərilərək İddiaçı3 gəlininə, İddiaçı2 da özünə təqdim olunması əsas götürülsə də, digər iddiaçı - "xxxx" Şirkəti Ticarət Mərkəzinin iddia verilmə müddətinin buraxılmamış hesab olunmasına dair ərizəsi üzrə demək olar ki, heç bir araşdırma aparılmayaraq iddia mümkün sayılmamışdır. Halbuki, Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixdə keçirilən iclası barədə "xxxx" Şirkətinin Ticarət Mərkəzinə heç bir məlumat verilməmiş, onun nümayəndəsinin iştirakı təmin olunmamış, həmin Şirkətin rəhbəri İddiaçı3 iradlarına heç bir əhəmiyyət verilməmiş və cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən qəsdən "xxxx" Şirkəti Ticarət Mərkəzinə xəbər verilmədən, həmin Şirkətin təsisçilərindən əmlak və torpaq vergilərinin tələb olunması barədə yuxarıda qeyd olunan qərarlar qəbul edilmiş, həmin qərarlar barədə də bilərəkdən, onların bilavasitə maraqlarına toxunduğu "xxxx" Şirkətinin Ticarət Mərkəzinə heç bir məlumat verilməmişdir. "xxxx" Şirkətinin Ticarət Mərkəzi isə, dövlət qeydiyyatına alındığı gündən, hələ Bələdiyyələrin yaranmasından xeyli əvvəllər vergi orqanında qeydiyyatda olub fəaliyyət göstərən hüquqi şəxsdir və həmin hüquqi şəxs tərəfindən, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün vergilər, eləcə də torpaq və əmlak vergiləri dövlət büdcəsinə ödənilir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 yanvar 2024-cü il tarixli **********526400 N-li arayışı ilə də təsdiq edilir ki, "xxxx" Şirkəti Ticarət Mərkəzinin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 518,41 manat (o cümlədən torpaq vergisi üzrə 22,2 manat) ödənilməmiş vergi borcu vardır. Bütün bunlardan da cavabdeh Sumqayıt Bələdiyyəsinin tam və ətraflı məlumatı olmuş və həmin əmlak, eləcə də torpaq sahəsinə görə dövlət büdcəsinə ödənilmiş vergilərin təkrarən onun təsisçilərindən tələb olunması absurd olmaqla "xxxx" Şirkəti Ticarət Mərkəzinin hüquqlarının pozulmasıdır və Sumqayıt Bələdiyyəsinin həmin qərarları, əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçi kimi hüquqi şəxs - "xxxx" Şirkətinin Ticarət Mərkəzinin hüquqlarını pozmuş aktlardır ki, həmin qərarların etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə də iddia müddəti şamil edilmir. Bundan başqa iddiaçı "xxxx" Şirkətinin Ticarət Mərkəzi tərəfindən eyni əmlak və torpaq sahəsinə görə dövlət büdcəsinə ödənilmiş vergilərin təkrarən onun təsisçilərindən tələb olunması barədə qərarların qüvvədə saxlanması, Respublika üzrə bu sahədə qanunsuz bir təcrübənin yaranmasına gətirib çıxaracaq və digər Bələdiyyələrlə hüquqi şəxslər arasında da əsassız mübahisələrin baş verməsinə rəvac verəcəkdir. Məhkəmə qərardadında iddiaçılar "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri İddiaçı3 ilə İddiaçı2 iddia verilmə müddətinin buraxılmamış hesab olunması və həmin müddətlərin bərpa olunmaması üçün, İnzibati icraat haqqında Qanunun 2.0.1, 2.0.2, 3.1-ci, “Poçt haqqında” Qanunun 1-ci, “Bələdiyyələrin statusu haqqında Qanunun 2.8, 43.1, 68-ci, İPM-nin 12.1, 35.1, 38.1-ci, Mülki Məcəllənin 24.1, 27.1-ci, Vergi Məcəlləsinin 4, 8, 11, 196, 197, 199, 200, 203, 204, 208-ci maddələrinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarına, “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimata və eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmə Plenumlarının bir sıra qərarlarına istinad olunur ki, həmin hüquqi normalar da hazırkı iş üzrə iddiaçıların iddia verilmə müddətinin buraxılmamış hesab olunması və həmin müddətlərin bərpa olunmaması üçün hüquqi əsas kimi tətbiq oluna bilməz. Həmin hüquq normalarının bir hissəsi, xüsusilə də Vergi Məcəlləsinin normaları hazırkı işə mahiyyəti üzrə baxılarkən nəzərə alınıb tətbiq olunmalıdır. Və təsadüfi deyildir ki, hazırkı iş üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsi üçüncü şəxs kimi işə cəlb edilmişdir. İnzibati-Prosessual Məcəllənin 24.1-ci maddəsi, 35.1-ci maddəsi, 80.1 və 80.2-ci maddələrinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırkı halda da iş üzrə iddiaçıların ərizələri prosessual müddətin bərpası edilməsi barədə yox, iddia müddətinin ötürülməmiş hesab olunaraq bərpa edilməsi barədədir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən həmin hüquqi norma düzgün tətbiq edilməmişdir. Və məhkəmənin iş üzrə prosessual müddətin bərpa edilməsinə dair ərizələrin təmin edilməməsi və iddiaçılar "xxxx" Şirkətinin Ticarət Mərkəzi, İddiaçı3, İddiaçı2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinin mümkün sayılmamasına dair xx.xx.2024-cü il tarixli 2-1(118)-3426/2024 nömrəli qərardadı da İnzibati-Prosessual Məcəllənin tələblərinə ziddir. Həmin hüquqi normanın tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı halda da iddiaçılar tərəfindən inzibati orqan kimi Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarlar nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları tam şəkildə əsaslandırılmış, lakin birinci instansiya məhkəməsi işə baxarkən həmin hüquqi normanı düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə qəbul olunan və şikayət verilən məhkəmə qərardadı isə Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndi, Mülki Məcəllənin 377.1, 384.0.5-ci maddələri, İnzibati icraaat haqqında Qanunun 21.1, 21.2, 22.1, 71.1, 72.1, 73.2 və 73.3-cü maddələrinin tələbləri baxımından əsaslandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddianın mümkün sayılaraq işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) İnzibati Prosessual Məcəllə: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçıların hazırkı tələbi Sumqayıt bələdiyyəsinin 19 nömrəli protokol, paraqraf 31, 32 olan 20 dekabr 2023-cü il tarixli qərarlarının ləğvi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaətini iddiaçılar tərəfindən qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi və müddətin bərpa edilməsi üçün əsasların olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisələndirmə haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın verilməsi müddətinə əməl olunması şərti də ödənilmiş olmalıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılmasından əvvəl iddiaçıların kim olması, onların hüquqi maraqlarının nədən ibarət olması, onların prosessual həmiştirakçı kimi qəbul edilib edilməməsinin mümkünlüyü yoxlanılmalı və buna uyğun olaraq da tərəflərə hüquqi yardım edilməlidir. Bu inzibati məhkəmələrin öz xidməti vəzifəsinə uyğun olaraq əlavə araşdırma aparmaq və tərəflərə hüquqi yardım etmək vəzifəsindən irəli gəlir. Lakin iş materiallarından və birinci instansiya məhkəməsinin qərardadından bu halların araşdırılaraq tərəflərə hüquqi yardım edilməsi və qeyd edilən hallara hüquqi qiymət verilməsi müəyyən edilmir. İddia ərizəsindən görünür ki, digər iki fiziki şəxs ilə birlikdə RSHT Şirkəti cavabdeh bələdiyyəyə qarşı iddia qaldırmış və qeyd etmişdir ki, vergi hesablanan əmlaklara onun tərəfindən digər vergi orqanına müvafiq vergilər ödənilmişdir. Lakin birinci instansiya bu halı araşdırmamış, ümumiyyətlə RSHT Şirkətinin iddiaçı olmasına münasibət bildirməmişdir. Halbuki, iddiaçıların tələbinin əsasını o təşkil edir ki, cavabdeh tərəfindən vergi hesablanan əmlaklara RSHT Şirkəti tərəfindən digər vergi orqanına vergilər ödənilir. Ona görə də birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü yoxlamamışdan əvvəl, iddiaçıların kim olmasını və onların hüquqi maraqlarının nədən ibarət olmasını araşdırmalı, cavabdeh tərəfindən vergi hesablanan əmlaklara RSHT Şirkəti tərəfindən digər vergi orqanına vergilər ödənilib-odənilməməsini müəyyən etməli və ondan sonra hüquqi yardım edərək hüquq müdafiə vasitələrini izah etməli idi. Hazırkı iş üzrə iddiaçılar vergi ödəməkdən imtina etmirlər və vergini digər quruma ödədiklərini iddia edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən vergi hesablanan əmlaklara RSHT Şirkəti tərəfindən digər vergi orqanına vergilər ödənilib-ödənilməməsini müəyyən edilməsi fərqli hüquqi vəziyyətlər yaradır. RSHT Şirkəti tərəfindən qeyd edilən vergilərin ödənildiyi halda, onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yaranmış olur, əks halda onun hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması əsası ilə ona münasibətdə iddianın mümkünlüyünə qiymət verilməlidir. Cavabdeh tərəfindən vergi hesablanan əmlaklara RSHT Şirkəti tərəfindən digər vergi orqanına vergilər ödənildiyi və həmin ödəmələrin qanunvericiliyə uyğun olduğu halda, mübahisələndirilən qərarların etibarsızlığı tələbi irəli sürülə bilər. Çünki bir əmlaka görə iki fərqli orqanın vergi tələb etməsi mümkün deyil. Cavabdeh tərəfindən vergi hesablanan əmlaklara RSHT Şirkəti tərəfindən digər vergi orqanına vergilər ödənildiyi, lakin həmin ödəmələrin qanunvericiliyə uyğun olmadığı halda isə mübahisələndirilən inzibati aktların qanuni olub-olmaması yoxlanıla bilər və məhkəmədən həmin qərarların ləğvi tələb edilə bilər. Eyni zamanda bu halda səlahiyyətsiz vergi orqanına ödənilən vergilərin geri tələb edilmə imkanı izah edilməlidir. İddia ərizəsindən də görünür ki, iddiaçı ərizəsində digər vergi orqanını üçüncü şəxs kimi göstərmiş, lakin birinci instansiya məhkəməsi həmin qurumun hüququna toxunan halları araşdırmamış, qeyd etmişdir ki, iddia mümkün sayılmadığından, üçüncü şəxsin cəlbi və digər məsələlərin araşdırılmasına zərurət qalmamışdır. Halbuki, cavabdeh tərəfindən vergi hesablanan əmlaklara RSHT Şirkəti tərəfindən digər vergi orqanına vergilər ödənildiyi halda, həmin qurum hazırkı iş üzrə icraata üçüncü şəxs kimi mütləq cəlb edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Şirkətinin Ticarət Mərkəzi tərəfindən ünvanlanan 26 aprel 2024-cü il tarixli, 02/24 nömrəli iddia müddətinin ötürülməmiş hesab olunaraq bərpa edilməsinə dair ərizədə qeyd edilir ki, 13 fevral 2024-cü il tarixdə "xxxx" Şirkətinin Ticarət Mərkəzinin təsisçisi İddiaçı3 qeyd olunan bələdiyyə qərarlarının icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunduqda həmin qərarlardan xəbər tutaraq surətlərini qəbul etmiş və 19 fevral 2024-cü il tarixdə hazırki iş üzrə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 17 fevral 2016-cı il tarixli, 2-2(85)-37/2016 nömrəli qətnaməsi və Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(060)-414/2020 nömrəli qətnaməsindən də görünür ki, tərəflər arasında davam edən məhkəmə mübahisələri olmuşdur. Həmçinin iddia ərizəsində Sumqayıt şəhər “Şərq” bazarının hüquqi varisi olan "xxxx" Şirkətinin Ticarət Mərkəzinin hazırda da vergi orqanında qeydiyyatda olub, fəaliyyət göstərən hüquqi şəxs olduğu və həmin hüquqi şəxs tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bütün vergilər, eləcə də torpaq və əmlak vergiləri dövlət büdcəsinə ödənildiyi qeyd olunmuşdur. Belə olduğu halda isə iddiaçıların mübahisələndirilən bələdiyyə qərarlarından məlumatlı olub da, müraciət etməməsi ağlabatan deyil. Bu səbəbdən də İddiaçı3 tərəfindən prosessual müddətin buraxılması üzrlü sayıla bilərdi. Belə ki, İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə yuxarıda qeyd olunan hallar araşdırılmalı, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmaqla müvafiq qərar qəbul edilməlidir. İddiaçılar apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddianın mümkün sayılaraq işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalıdır və bununla bağlı ayrıca qərardad qəbul edilməsi nəzərdə tutulmamışdır. Əgər iddianın mümkünsüzlüyünə səbəb olan yeni əsas yaranarsa, məhkəmə prosesinin istənilən mərhələsində bununla bağlı qərardad qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi hissəsi əsaslı hesab edilə bilməz və həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-3426/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar