Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-760/2025 28.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-821/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun 26 il 4 ay iş stajı və 12 il 9 ay güzəştli iş stajı nəzərə alınmasını və ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, 1.09.1979-cu ildən xx.xx.1982-ci ilə kimi 44 nömrəli TPM-də elektrik qaynaqçısı ixtisası üzrə oxumuşdur. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə kimi 1 nömrəli Trestin 17 nömrəli Tikinti İdarəsində elektrik qaynaqçısı peşəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə kimi 17 nömrəli Tikinti İdarəsində işləmiş, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək 2 nömrəli Trestin SUM-23, SU- 24-də elektrik qaynaqçısı işləmiş, xx.xx.1991-ci ildən xx.xx.1999-cu ilədək köçürmə yolu ilə 3 saylı THS-də sürücü işləmiş, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək köçürmə yolu ilə 3 saylı THS-də elektrik qaynaqçısı peşəsində işləmişdir. Onun ümumi stajı 26 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. O, müvafiq sənədləri toplamaqla 08 dekabr 2023-cü ildə cavabdeh təşkilata müraciət etmiş, lakin 29 dekabr 2023-cü il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 12 il 6 aydan az olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin bu imtinası ilə razılaşmır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Ü.X2 təqdim etdiyi ******* nömrəli əmək kitabçasının, hərbi biletinin surətinə əsasən, güzəştli sığorta stajı 4 il 10 ay 23 gün, ümumi sığorta stajı 8 il 5 ay 4 gün təşkil edir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10457,18 manat təşkil edir. Ü. Nadirovun təqdim etdiyi əmək kitabçasının, hərbi biletin, xx.xx.2016-cı il tarixli 09/25 nömrəli arayışın surətinə əsasən, ..hərbi xidmət dövrü nəzərə alınmaqla ümumi sığorta stajı 8 il 5 ay 4 gün, güzəştli sığorta stajı 4 il 10 ay 23 gün təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və xx.xx.2016-cı il tarixli 09/25 nömrəli arayışa əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Azərtikintisənaye" SC-də əl qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunsa da, iddiaçı tərəfindən təqdim olunmuş hərbi biletin surətinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri “Azərsənayetikinti” SC-də işlədiyini iddia etdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 11 ay 24 gün ümumi və xx.xx.1999-cu il tarixdən xx.xx.2006cı il tarixədək 6 il 4 ay 17 gün güzəştli əmək fəaliyyəti dövrlərindən və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı dövrdən ibarətdir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövrləri aşağıdakı səbəblərdən sığorta stajına daxil edilməmişdir. Əmək kitabçasının 8-9-cu səhifələrində 15-ci qeyd müəssisənin möhürü ilə təsdiq edilməmiş, 19- 20-ci qeydlərində isə 2 fərqli möhürdən, üst-üstə olmaqla istifadə edilmişdir. Hesab edilir ki, bununla, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən əmək kitabçasının doldurulma qaydaları pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə işçinin vəzifəyə qəbul edilməsi və işdən azad edilməsi işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Həmçinin, əmək kitabçasının 8-9-cu səhifələrində 14-cü qeyd əsasında iddiaçının “Avtonəqliyyat müəssisəsinin ləğvi ilə əlaqədar olaraq yeni yaradılmış “Avtonəqliyyat-mexanika təchizat” idarəsinə keçirildiyi müəyyən olur. Lakin işin faktiki hallarından məlum olduğu kimi iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərsənayetikinti” SC-də işlədiyini iddia edir. Bundan başqa, əmək kitabçasının 10-11-ci səhifələrində olan 17-ci qeydən sonradan 4-cü dərəcəli elektrik qaynaqçısı qeydi əlavə edilmişdir. Lakin, əmək kitabçasında sözügedən düzəlişin səbəbi göstərilməməklə əlavə qeyd edilməmişdir. Belə ki, “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır, qeyd etibarsızdır, eləcə də, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən məlumatlar yerində dəqiqləşdirilərək, 11 oktyabr 2021-ci il tarixli akt (qoşmaya əlavə edir) tərtib olunmuşdur. Qeyd olunan aktın məzmunundan məlum olur ki, xx.xx.2016-cı il tarixli 09/25 nömrəli arayış əsasında xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan əmək fəaliyyəti yoxlanılmışdır və iddiaçı müəssisədə 1994-cü ildən istehsalat zərurəti ilə əlaqədar işləməmişdir. Bununla bağlı, bildirməyi zəruri hesab edir ki, sözügedən akt "Azərsənayetikinti" SC-nin 2 saylı idarəsinin rəisi İsmayıl Bayramovun iştirakı ilə aparılmış qarşılıqlı yoxlama zamanı tərtib edilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.2016-cı il tarixli 09/25 nömrəli arayışda xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2008-cı il tarixədək “Azərtikintisənaye” SC-də işlədiyi qeyd olunsa da, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 09/01 nömrəli arayışda xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərtikintisənaye” SC-də işlədiyi qeyd olunmuşdur. Hesab edilir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi arayış ilə məhkəmə təqdim etdiyi arayış arasında onların mötəbərliyinə dair əsaslı şübhəyə səbəb olan ziddiyyətlər vardır. Belə ki, həmin arayışların tarixləri arasında 8 il müddət olması və məzmunlarında qeyd olunmuş əmək fəaliyyəti dövrlərinin fərqli olması arayışların saxta olması barədə nəticəyə gəlməyə əsas verir. İddiaçının təhsil aldığı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 10 ay 18 gün) olan dövrə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təsdiqedici sənəd olaraq 809321 nömrəli diplomun surəti təqdim edilsə də, diplomun surətində iddiaçının əyani təhsil alması barədə məlumat əks olunmamışdır. Müəssisənin fəaliyyəti və dövlət qeydiyyatına alınmasına münasibətdə bildirməyi zəruri hesab edir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********905500 nömrəli məktubu ilə "xxxx" SC-nin 2 saylı Müəssisəsi xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alındığı və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən olunur. Belə ki, iddiaçı Ö.Nadirovun xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Azərsənayətikinti SC-nin 2 saylı Müəssisəsində xx.xx.1991-ci il tarixdən işlədiyini və müəssisənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyət göstərməməsinə baxmayaraq, müəssisədən xx.xx.2024-cü il tarixli güzəştli arayış təqdim edərək işlədiyini iddia etməsi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 09/01 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1991 və xx.xx.1999-xx.xx.2005-ci illərdə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının XXXİİİ bölüm 23200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 14 oktyabr 2016cı il tarixli, 09/25 nömrəli arayışdan görünür ki, İddiaçı Nəciməddin oğlu xx.xx.1982xx.xx.1991 və xx.xx.1999-xx.xx.2006-cı illərdə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində əl qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2 nömrəli siyahısının 35 bölməsi üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. Öz hesabına məzuniyyətdə olmamışdır. “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 09/24 nömrəli məktubdan görünür ki, iddiaçıya aid arayışda olan texniki səhv aradan qaldırılaraq xüsusi şərtlərlə verilmiş arayış yenidən təqdim edilmişdir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş 01 may 2025-ci il tarixli, 09/23 nömrəli arayışdan görünür ki, İddiaçı Nəciməddin oğlu xx.xx.1982-xx.xx.1983, xx.xx.1985-xx.xx.1991 və xx.xx.1999-xx.xx.2005-ci illərdə əl qaynaqçısı peşəsində işləmişdir. Bu peşə 21 iyun 1993cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının 3200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-821/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə müvafiq arayışda 1995, 1996, 1997-ci illər üzrə iddiaçının əməkhaqqı alması faktını nəzərə alaraq, cavabdehin “müəssisə rəhbərinin də imza etdiyi xx.xx.2021-ci il tarixli aktda qeyd olunan müəssisədə istehsalat zərurəti ilə əlaqədar 1994-cü ildən işləməməsi” barədə dəlilinin əsassız olmasına istinad etsə də, həmin arayışda qeyd olunan əməkhaqqı ödənilən dövrlər iddiaçının mübahisələndirilməyən sığorta stajına daxil edilsə belə, iddiaçının hüquqi marağı olan 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi sığorta stajından (20 il) az təşkil etməsinə münasibət bildirməmişdir. Belə ki, məktubda qeyd edilən 1991-ci il üzrə 11 ay, 1992-ci il üzrə 12 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 3 ay, 1996-cı il üzrə 9 ay, 1997ci il üzrə 5 ay əməkhaqqı ödənilən dövrlər və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 10 ay 18 gün) təhsil dövrü iddiaçının sığorta stajına daxil edilərsə, ümumi sığorta stajı 16 il 6 ay 22 gün (8 il 5 ay 4 gün + 5 il 3 ay+ 2 il 10 ay 18 gün) olacaqdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin 57 yaşı tamam olduğu tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Bu baxımdan, kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 22 noyabr 2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki əsas mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,6 il güzəştli iş stajının mövcud olması. İşdən görünür ki, iddiaçının 8 il, 5 ay, 4 gün ümumi iş stajına və 4 il, 10 ay, 23 gün güzəştli iş stajına malik olması cavabdeh inzibati orqan tərəfindən qəbul edilir. İş materiallarına əlavə olunmuş “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 09/01 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1991 və xx.xx.1999-xx.xx.2005-ci illərdə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının XXXİİİ bölüm 23200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 609321 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildən 19 iyul 1982-ci ilədək təhsil almışdır. H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 14 aprel 1983cü ildən 19 iyun 1985-ci ilədək hərbi xidmətdə olmuşdur. “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 14 oktyabr 2016cı il tarixli, 09/25 nömrəli arayışdan görünür ki, İddiaçı Nəciməddin oğlu xx.xx.1982xx.xx.1991 və xx.xx.1999-xx.xx.2006-cı illərdə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində əl qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2 nömrəli siyahısının 35 bölməsi üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. Öz hesabına məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 773 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixində Sumqayıt şəhər 44 nömrəli texniki peşə məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq xx.xx.1982-ci ildə Sumqayıt şəhər 44 nömrəli texniki peşə məktəbini “Armaturçular, armatur torları və karkasları elektrik qaynaqçıları” ixtisasını əyani bitirmişdir. “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 09/24 nömrəli məktubdan görünür ki, iddiaçıya aid arayışda olan texniki səhv aradan qaldırılaraq xüsusi şərtlərlə verilmiş arayış yenidən təqdim edilmişdir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş 01 may 2025-ci il tarixli, 09/23 nömrəli arayışdan görünür ki, İddiaçı Nəciməddin oğlu xx.xx.1982-xx.xx.1983, xx.xx.1985-xx.xx.1991 və xx.xx.1999-xx.xx.2005-ci illərdə əl qaynaqçısı peşəsində işləmişdir. Bu peşə 21 iyun 1993cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının 3200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Birinci instansiya məhkəməsində icraat zamanı inzibati orqanın dəlilləri aşağıdakılardan ibarət olmuşdur: iddiaçıya məxsus əmək kitabçasının 8-9-cu səhifələrində 15-ci qeyd müəssisənin möhürü ilə təsdiq edilməmiş, 19-20-ci qeydlərində isə 2 fərqli möhürdən, üst-üstə olmaqla istifadə edilmişdir. Həmçinin, əmək kitabçasının 8-9-cu səhifələrində 14-cü qeyd əsasında iddiaçının “Avtonəqliyyat müəssisəsinin ləğvi ilə əlaqədar olaraq yeni yaradılmış “Avtonəqliyyat-mexanika təchizat” idarəsinə keçirildiyi müəyyən olur. Lakin işin faktiki hallarından məlum olduğu kimi iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərsənayetikinti” SC-də işlədiyini iddia edir. Bundan başqa, əmək kitabçasının 10-11-ci səhifələrində olan 17-ci qeydən sonradan 4-cü dərəcəli elektrik qaynaqçısı qeydi əlavə edilmişdir. Lakin, əmək kitabçasında sözügedən düzəlişin səbəbi göstərilməməklə əlavə qeyd edilməmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən məlumatlar yerində dəqiqləşdirilərək, 11 oktyabr 2021-ci il tarixli akt tərtib olunmuşdur. Qeyd olunan aktın məzmunundan məlum olur ki, xx.xx.2016-cı il tarixli 09/25 nömrəli arayış əsasında xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan əmək fəaliyyəti yoxlanılmışdır və iddiaçı müəssisədə 1994-cü ildən istehsalat zərurəti ilə əlaqədar işləməmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.2016-cı il tarixli 09/25 nömrəli arayışda xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2008-cı il tarixədək “Azərtikintisənaye” SC-də işlədiyi qeyd olunsa da, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 09/01 nömrəli arayışda xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərtikintisənaye” SC-də işlədiyi qeyd olunmuşdur. Qeyd olunan dəlillərin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilərək Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş arxiv arayışları və “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsinin əməkhaqqının ödənilməsinə dair cədvəlləri və arayışları əldə olunmuşdur. Belə ki, təqdim edilmiş əmək kitabçası, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş arxiv arayışları və “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsinin əməkhaqqının ödənilməsinə dair cədvəllərdən, arayışlarından müəyyən olunur ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş və əl qaynaqçısı vəzifəsində uzun müddət işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında qeyd edilən müvafiq vəzifələrə uyğundur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından da müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əlavə olaraq göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ilk növbədə əmək kitabçasında olan qeydlərin mötəbərliyi mübahisələndirilmişdir. Kollegiya cavabdehin dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Belə ki, iddiaçının iş fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlil iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın istinad etdiyi dəlillər məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan əmək kitabçasındakı müvafiq qeydin müəssisənin möhürü ilə təsdiq edilməməsi, 2 fərqli möhürdən, üst-üstə olmaqla istifadə edilməsi, eləcə də əmək kitabçasında düzəliş edilməsi iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Qeyd olunan hallar iddiaçının ziyanına şərh edilməyə, nəticə etibarilə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Belə ki, müvafiq sənədlərin düzgün tərtib edilməsi və orada əks olunmuş məlumatların düzgün yazılmasına görə məhz işəgötürən məsuliyyət daşıyır. Həmin sənədlərin tərtib edilməsi zamanı yalnışlığa yol verilməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun öhdəlik daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin hala istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin prinsiplərinə ziddir. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri, təhsil aldığı dövrləri və hərbi xidmətdə olduğu dövrləri sosial sığorta stajı kimi nəzərə alanda onun malik olduğu ümumi sığorta stajı 25 ildən, güzəştli iş stajı isə 12,6 ildən artıq olur. Həmçinin yuxarıda qeyd olunduğu kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı “Azərsənayetikinti" SC-də işlədiyini iddia etdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2006cı il tarixədək 14 il 11 ay 24 gün ümumi, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək 6 il 4 ay 17 gün güzəştli əmək fəaliyyəti dövrləri və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı dövrlər əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi şübhəsi yarandığından onun stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının “Azərsənayetikinti" SC-də xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər onun stajına daxil edilməlidir. Kollegiya hesab edir ki, iddiaçının çalışdığı “elektrik qaynaqçısı” vəzifəsi müəssisələr tərəfindən verilmiş güzəştli arayışlar da nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23-cü Ümumi Peşələr bölməsinin " əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (Kod 23200000—19906) peşəsinə uyğundur. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə müvafiq arayışda 1995, 1996, 1997-ci illər üzrə iddiaçının əməkhaqqı alması faktını nəzərə alaraq, cavabdehin “müəssisə rəhbərinin də imza etdiyi xx.xx.2021-ci il tarixli aktda qeyd olunan müəssisədə istehsalat zərurəti ilə əlaqədar 1994-cü ildən işləməməsi” barədə dəlilinin əsassız olmasına istinad etsə də, həmin arayışda qeyd olunan əməkhaqqı ödənilən dövrlər iddiaçının mübahisələndirilməyən sığorta stajına daxil edilsə belə, iddiaçının hüquqi marağı olan 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi sığorta stajından (20 il) az təşkil etməsinə münasibət bildirməmişdir. Belə ki, məktubda qeyd edilən 1991-ci il üzrə 11 ay, 1992-ci il üzrə 12 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 3 ay, 1996-cı il üzrə 9 ay, 1997-ci il üzrə 5 ay əməkhaqqı ödənilən dövrlər və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 10 ay 18 gün) təhsil dövrü iddiaçının sığorta stajına daxil edilərsə, ümumi sığorta stajı 16 il 6 ay 22 gün (8 il 5 ay 4 gün + 5 il 3 ay+ 2 il 10 ay 18 gün) olacaqdır. Kollegiya həmin dəlili əsassız hesab etməklə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi əmək kitabçasında müvafiq qeydlərin olması həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi üçün yetərlidir. Əlavə olaraq da mübahisəli dövrlərə dair əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla son nəticədə onun sosial təminat hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıya 57 yaşının tamam olduğu 22 noyabr 2020ci il tarixdən pensiya təyin edilməsi üçün 25 il ümumi iş stajı və 12,6 il güzəştli iş stajı mövcud olması yetərlidir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 22 noyabr 2020-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan 29 dekabr 2023-cü il tarixli, 3-17-1/2-N-310196/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının cavabdeh inzibati orqana 21 oktyabr 2021-ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi ilə bağlı 21 oktyabr 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edilməsi iş materialları ilə də öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-821/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.