Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-764/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “09 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(118)-3048/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 27 aprel 1979-cu il tarixdə açılmış əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək X9 fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Xaçmaz Sukanal idarəsində fəhlə, dispetçer, çilingər peşələrində və xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Xaçmaz-Süd" MMC-də süd qəbuledən usta vəzifəsində işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 04 sentyabr 2024-cü il tarixli imtina məktubundan görünür ki, təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 24 il 5 ay 10 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay 10 gün sığorta stajına uyğun olaraq 24295,50 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 324,91 manat olmaqla, ümumilikdə 24620,41 manat (2024-cü il tarixə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1977-ci ildə işdən çıxma əmrinin tarixi və nömrəsi qeyd edilməmiş) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Xaçmaz Sukanal idarəsində və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X2 Xaçmaz Sukanal İdarəsi ilə birgə tərtib etdiyi xx.xx.2024cü il tarixli akta əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999cu il tarixdən xx.xx.2001-ci il tarixədək adına əmək haqqı hesablanan dövrlər sığorta stajına daxil edilmiş, əmək haqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən "xxxx" MMC-də əmək fəaliyyətiniz zamanı xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək adına əmək haqqı hesablanan dövrlər sığorta stajına daxil edilmiş (DSMF-1 icmal sənədlərinə əsasən), sözügedən müəssisənin 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Ərizədə qeyd edimiş 1976-1977-ci illər üzrə adına əmək haqqı hesablanan aylar (7 ay) sığorta stajı hesablanması zamanı nəzərə alınmışdır. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə xx.xx.1981-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Xaçmaz Sukanal İdarəsində və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-dəki işlədiyi müddəti ümumi iş stajına daxil etməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalı ilə əvəz edilməsini, “09 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 27 aprel 1979-cu il tarixdə açılmış əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək X9 fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Xaçmaz Sukanal idarəsində fəhlə, dispetçer, çilingər peşələrində və xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Xaçmaz-Süd" MMC-də süd qəbuledən usta vəzifəsində işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh onun işlədiyi dövrlərin hamısın sosial sığorta stajına qəbul etməmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-Ə- 211819/2024 nömrəli imtina məktubuna əsasən qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, İddiaçı pensiya hüququ 65 yaşda xx.xx.2024-cü il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 24 il 5 ay 10 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 24 il 1 ay 10 gün sığorta stajınıza uyğun olaraq 24295,50 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 324,91 manat olmaqla, ümumilikdə 24620,41 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1977-ci ildə işdən çıxma əmrinin tarixi və nömrəsi qeyd edilməyib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X10 idarəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X2 Xaçmaz Sukanal İdarəsi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək iddiaçının adına əmək haqqı hesablanan dövrlər sığorta stajınıza daxil edilmiş, əmək haqqı hesablanmayan dövrlərin isə sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən iddiaçının "xxxx" MMC-də əmək fəaliyyəti zamanı xx.xx.2005ci il tarixdən xx.xx.2005-ci il tarixədək adına əməkhaqqı hesablanan dövrlər sığorta stajına daxil edilmiş (DSMF-1 icmal sənədlərinə əsasən), sözügedən müəssisənin 2002- 2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(118)-3048/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 65 yaşının tamam olduğu 09 yanvar 2024-cü il il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının 01 may 1977-ci il tarixindək 13 aprel 1979-cu il tarixinədək hərbi xidmətdə olması, 01 sentyabr 1982-ci il tarixdən 05 iyul 1983-cü il tarixədək əyani təhsil alması, 04 iyun 1981ci il tarixindən 04 yanvar 2002-ci il tarixədək, 15 fevral 2002-ci il tarixdən 28 fevral 2007cil tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan 27 aprel 1979-cu il tarixli əmək kitabçası, В № 675320 saylı diplom və НЗ № ******* saylı hərbi biletdə öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasıda müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə ünvanlanmış icmal məktubda da qeyd edilmişdir ki, iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Lakin işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələn işin hallarının araşdırılması prinsipinə riayət etmədən, bu istiqamətdə araşdırma aparmadan iddiaçıya məxsus məlumatların mötəbərliyini şübhə altına almadan, stajla bağlı hər hansı qiymətləndirmə aparmamışdır... Göründüyü kimi, iddiaçının əmək kitaçasında işləməsinə dair qeydlərin mötəbərliyin şübhə doğurmadığı nəticəsinə gələrkən məhkəmə bununla bağlı əlavə araşdırma materiallarına istinad etməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, işin hallarının hərtərəfli araşdırılması prinsipinə əsasən iddiaçının qanunla tələb olunan iş stajına malik olub- olmaması istiqamətində araşdırma aparılmalı, bununla bağlı iddiaçının işlədiyi müəssisəyə sorğu verilməli idi. Bundan əlavə, cavabdehin dəlilləri məhkəmə tərəfindən yetərli hesab edilməmiş, qərarda cavabdeh inzibati orqanın tərtib etdiyi yoxlama aktına, akta əlavə edilmiş əməkhaqqı cədvəllərinə hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, əmək haqqı ödənilməyən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı Ali Məhkəmənin mövqeyinə görə əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı olsa da, məhkəmə qərarında hansı səbəbdən əmək haqqı ödənilməməsinə dair məsələyə münasibət bildirilməmişdir. Belə ki, əmək haqqı hesablanmayan dövrlər Fondun 1 saylı X2 Xaçmaz Sukanal İdarəsi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akt əsasında müəyyən edilmişdir. Cavabdehin əmək haqqı olmayan dövrlərin sığortastajına daxil edilməməsi barədə mövqeyi işin faktiki hallarına uyğundur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 09 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina cavabını əsaslandırarkən iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına və pensiya kapitalına malik olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan dövrün əmək kitabçasında doldurulma qaydası pozulduğu üçün, 1992-ci il, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək X10 İdarəsində və xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərldə əmək haqqı cədvəllərinin aşkar aşkar edilmədiyi üçün həmin dövr sığorta stajına qəbul edilməmişdir. Cavabdeh iddiaçının ümumi iş stajını xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 24 il 5 ay 10 gün olaraq qəbul edir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 01 may 1977-ci il tarixindək 13 aprel 1979-cu il tarixinədək hərbi xidmətdə olması, 01 sentyabr 1982-ci il tarixdən 05 iyul 1983cü il tarixədək əyani təhsil alması, 04 iyun 1981-ci il tarixindən 04 yanvar 2002-ci il tarixədək, 15 fevral 2002-ci il tarixdən 28 fevral 2007-cil tarixədək əmək fəaliyyəti ilə məşğul olması 27 aprel 1979-cu il tarixli əmək kitabçası, В № 675320 saylı diplom və НЗ № ******* saylı hərbi biletdə öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası və digər) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərə aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hal ilə bağlı qeyd edir ki, əmək kitabçasının qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə doldurulması məhz işəgötürənin vəzifəsi kimi çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi halda, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Məhkəmə kollegiyası cavabdehin X10 İdarəsində işlədiyi dövrdə bəəzi aylar üçün əmək haqqı cədvəllərinin və "xxxx" MMC-nin 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkar edilməməsi halına münasibət bildirirərək qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Kollegiya cavabdehin istinad etdiyi xx.xx.2024-cü il tarixli akta münasibətdə qeyd edir ki, həmin akt X10 İdarəsinin sahəsinin mühəndis qrup rəhbəri və DSMF-nin Pensiya təminatı şöbəsinin baş mütəxəssisi tərəfindən tərtib edilmişdir. Aktın məzmununa görə iddiaçının xx.xx.1981-xx.xx.2002-ci il tarixədək olan dövr üçün sığorta stajını yerinqaə qarşılıqlı yoxlanılmışdır və idarənin 1981-1991-ci illər üzrə əmək haqqı hesablaçma cədvəllərindən 1981, 1982, 1983, 1984, 1985 və 1986-cı illər üzrə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Həmin illərdə İddiaçı əmək haqqı hesbalandığı müəyyən edilmişdir. 1992-2001-ci illər üzrə əmək haqqı cədvəllərindən 1992-ci il üzrə və 1999-cu ilin yanvar, fevral və mart ayları üzrə əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Məhkəmə kolegiyası hesab edir ki, müəyyən aylar üçün əmək haqqı cədvəllərinin aşkar edilməməsi iddiaçının ziyanına təfsir edilə bilməz. Belə ki, indiki halda iddiaçının həmin müəssilərdə işlədiyi dövrlərə aid əmək kitabçasında müvafiq qeydlər olduğundan, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən sosial sığorta stajının müəyyən edilməsində əsas rəsmi sənəd qismində əmək kitabçası çıxış etdiyindən, indiki halda həmin qeydlərin mötəbər olmaması halı müəyyən edilmədiyindən və bu hal təsdiq edilmədiyindən, dolayısı ilə həmin qeydləri təkzib edən hər ahnsı hal müəyyən edilmədiyindən, həmin dövrlər iddiaçının iddia tələbinə uyğun olaraq, sosial sığorta stajına daxil edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyindən, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sosial sığorta satjı tamamlanmış olur. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan (xx.xx.2006-cı il tarixədək), habelə mübəhisəli dövrlərə aid əmək kitabçasında qeydlər olduğundan, həmin qeydləri təkzib edən hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti əsassız hesab edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(118)-3048/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.