Məhkəmə qərarları › İş №2-1(105)-767/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-767/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-767/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Quliyev İsmayıl Rza oğlu və XN ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun NN5-ci il tarixli,N-1(118)-1410/NN5 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmrin ləğv edilməsi, cavabdeh tərəfindən SX ******* nömrəli hərbi biletdə qeyd edilmiş N dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilərək hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxx 1996-cı il təvəllüdlüdür, 30 aprel N14-cü il – 1 oktyabr N15-ci il tarixlərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra, yəni 30 yanvar N17-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində Gizir hazırlıq kursuna qəbul olunmuşdur. 15 aprel N17-ci il tarixdə N saylı hərbi hissədə gizir rütbəsində hərbi xidmətə başlamışdır. N saylı hərbi hissə komandanlığının N dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmri əsasında “Azərbaycan Respublikası Silahlı X1 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin “ə” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, həmin əmrlə razılaşmır. Belə ki, müqavilə tələblərini pozmadığı halda ayrı-ayrı vaxtlarda məlumatı olmadan xidməti vərəqəsinə İntizam Nizamnaməsinin tələblərini pozaraq cavabdeh tərəfindən intizam cəzası yazılmış, lakin parallel tarixlərdə həvəsləndirmələri xidməti vərəqəsində əksini tapmamışdır. 9 oktyabr NNN-ci il tarixdə korpus komandiri xidmətkeçmə haqqında əsasnamənin “b” bəndini rəhbər tutaraq əmr vermiş, lakin həmin əmrə əsasən iddiaçı yüksək vəzifəyə təyin olunmuşdur. O, tutduğu vəzifəyə bərabər vəzifəyə təyin olunmalı idi. Xidmətkeçmə haqqında əsasnamənin tələblərini pozaraq əsasnamənin “a” bəndinə uyğun olaraq vəzifəyə təyin olunmuşdur (“b” bəndinə əsasən təyin edilməli olduğu halda). Bu səbəbdən də təyin olunmuş vəzifənin öhdəsindən gələ bilməmiş və bu barədə rəhbərliyə şifahi və yazılı şəkildə məlumat vermişdir. Lakin rəhbərlik müraciətini nəzərə almamış, onunla şəxsi-qərəzçilik etməyə başlamışdır. Bunun nəticəsində 7 il qüsursuz xidmət və döyüş yolunda göstərdiyi xidmətə baxmayaraq, xidmətdən azad edilmişdir. İddiaçı daha sonra məhkəməyə vəsatətlə müraciət edərək, N dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilərək, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətinin davam etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizənin vaxtında verilməməsini üzürlü hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə qeyd edilmiş N dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilməsi barədə məhkəməyə vaxtında müraciət etməməsinin səbəbi xəstə olması olmuşdur. Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının şəhadətnaməsi təsdiq edir. İddiaçı ayağında olan səpki və qaşınmalara görə uzun müddət müalicə almışdır. Adı çəkilən şəhadətnamədə qeyd edildiyi kimi, Hərbi Həkim Komissiyasının qərarına görə burun arakəsmələrinin əyriliyi, burun tənəffüsün əhəmiyyətli dərəcədə pozulması qeyd olunmuşdur. Tibbi şəhadətnaməyə gorə həmin xəstəliklər hərbi xidmət dövründə alınmışdır. İddiaçı xəstəliyilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə müraciət etmişdir. Yuxarıda qeyd olunan səbəblərə gorə N dekabr NN3-cü il tarixli, 0131 saylı əmrin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin müraciət edilməsi müddətini gecikdirərək məhkəməyə vaxtında müraciət etməmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim (elan) olunduğu vaxtdan 30 gündən artıq müddət keçdiyinə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-4543/NN4 nömrəli, 4 iyul NN4-cü tarixli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, iddiaçı hərbi xidmətdə olarkən, hərbi hissəni (xidməti yerini) özbaşına tərk edərək, hərbi xidmət üzrə vəzifələrinin icrasından yayındığına görə ona N nömrəli hərbi hissə komandirinin N noyabr NN3-cü il tarixli, 531 nömrəli əmri ilə ona “xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası elan edilmiş, buna görə də o, N nömrəli hərbi hissə komandirinin N dekabr NN3-cü il tarixli, 0131gm nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmışdır. İddiaçının ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6N- ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. İddiaçının N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təyinat vərəqəsi N yanvar NN4-cü il tarixdə göndəriş vərəqələrinin qeydiyyatı kitabında imza elətməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlardan göründüyü kimi, İddiaçı onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə N yanvar NN4-cü il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun NN5-ci il tarixli,N-1(118)-1410/NN5 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Qərardad onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan inzibati akt iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir. İddiaçının müddətin buraxılma səbəbinin səhhəti ilə əlaqədar olduğuna münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının arayışından iddiaçının 1N dekabr NN3-cü il tarixdə həmin poliklinika tərəfindən şəhadətləndirildiyi, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin arayışından isə 19 mart NN4-cü il tarixdən N1 mart NN4cü il tarixədək müayinədə olunduğu aşkar olunmuşdur. Buna baxmayaraq, iddia ərizəsi iddiaçı tərəfindən 16 may NN4-cü il tarixdə qaldırılmışdır. Odur ki, qeyd edilən səbəb məhkəmə tərəfindən üzürlü hesab edilə bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı məsələyə münasibətdə həmçinin, iddiaçı tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini prosessual müddətin bərpa edilməsinə dair ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel N15-ci il tarixli Qərarı: N.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. N.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N01-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində olan əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsindən ibarətdir. Həmçinin iddiaçı ötürülmüş iddia müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı mübahisələndirilən N dekabr NN3-cü il tarixli, 0131 nömrəli əmrin ləğv edilməsi barədə məhkəməyə vaxtında müraciət etməməsinin səbəbinin səhhəti ilə bağlı olduğunu və bu halın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının şəhadətnaməsi ilə təsdiq olduğunu bildirir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının arayışından iddiaçının 1N dekabr NN3-cü il tarixdə həmin poliklinika tərəfindən şəhadətləndirildiyi, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin arayışından isə 19 mart NN4-cü il tarixdən N1 mart NN4-cü il tarixədək müayinədə olunduğu müəyyən edilir. İddia ərizəsi isə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.NN4-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel N15-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (N.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İş materialının araşdırılması ilə müəyyən olunur ki, iddiaçı ilə söhbət vərəqələrində iddiaçı buraxılmanın əsası və səbəbləri barədə məlumatlı olduğunu, bağlaşmanın birtərəfli ləğv edərək, ehtiyata buraxılmağına etirazın və heç bir şikayətin olmadığını, hərbi hissəni özbaşına tərk etməyin səbəbi olaraq ailə vəziyyəti ilə əlaqədar olduğunu bildirmiş, ehtiyata buraxılmağına köməklik göstərilməsini xahiş etmişdir. Müdafiə Nazirinin müavini – Quru Qoşunların komandanının N dekabr NN3-cü il tarixli, 0131gm nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq, N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinə göndərilmişdir. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli əmri ilə qanunvericiliyə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. İddiaçının N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təyinat vərəqəsi N yanvar NN4-cü il tarixdə göndəriş vərəqələrinin qeydiyyatı kitabında imza etməklə, ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”nın surətindən görünür ki, “N71. xx.xx.NN4. İddiaçı. Füzuli SHXÇDX. xx.xx.NN5-ci il tarixdə “sənədi qəbul edənin imzası, adı, soyadı və tarix” bölməsində ad və soyadını yazmış və öz imzası ilə təsdiq etmişdir.” Bundan başqa iddiaçının artıq xx.xx.NN4-cü il tarixdən hərbi xidmətdə olmaması və xidməti vəzifələrini icra etməməsi mübahisələndirilən əmrin ona elan edilməsinə və əmrdən xəbərdar olmasına dəlalət edir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr N08-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 sentyabr NN3-cü il tarixli, N-1(10N)-1871/NN3 saylı qərarında qeyd olunmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.” Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Kollegiya hesab edir ki, iddiaçı mübahisələndirdiyi əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddiaçının iddia müddətinin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi və bu əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun NN5-ci il tarixli, N-1(118)-1410/NN5 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar