Məhkəmə qərarları › İş №2-1(105)-77/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-77/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-77/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxslərin yaşayış evindən qeydiyyatdan çıxarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2031/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 (Yeni qaydalarla AZ5600 Şamaxı şəhəri, Minəxor küçəsi, 68) ünvanında yerləşən ümumi sahəsi 77.40 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdeh Şamaxı rayon Polis Şöbəsinə müraciət edərək, Şamaxı şəhəri, Ağamirzəli Əhmədov küçəsində yerləşən 44 nömrəli mənzildən X9 və X4 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh 25 may 2022-ci il tarixli 188-74549-3222 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki,şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı şəhəri, Ağamirzəli Əhmədov küçəsində yerləşən 44 nömrəli mənzildən X9 və X4 qeydiyyatdan çıxarılması vəzifəsinin Şamaxı rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı şəhəri, Ağamirzəli Əhmədov küçəsində yerləşən 44 nömrəli mənzilin mülkiyyətçisidir. X9, X10 onun keçmiş qonşularıdır. İllər əvvəl iddiaçının xəbəri olmadan onlar iddiaçının mülkiyyətində olan evə qeydiyyata düşmüşlər və hələ də orada qeydiyyatdadırlar. Lakin onlar qeydiyyatda olduqları, yəni iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar, mənzildən istifadə hüquqları mövcud deyil. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə X9 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2031/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından (Yeni qaydalarla AZ5600 ünvan 2 öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim: V.Əzizova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və X2 ünvan 3 ünvanından (Yeni qaydalarla AZ5600 ünvan 2 öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsaslanmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının 3-cü bəndinə əsasən yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Adıçəkilən qərarda məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad olunmamış, eyni zamanda Qərarda hər hansı xüsusi qeyd-şərt göstərilməmişdir ki, hazırkı iş üzrə cavabdehin qeydiyyatdan çıxarılması 2000-ci ilin sentyabrın 1-dən əvvəl qüvvədə olan Mənzil Məcəlləsinin normasına əsasən həll edilməlidir. Hesab edir ki, məhkəmə Qanunu səhv təfsir etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini qərarın iddia tələbinin təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, cavabdeh və üçüncü şəxs qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilən hissəsini mübahisələndirməmişdir. Qərardan yalnız iddiaçı apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi üçüncü şəxs X2 mənzildən qeydiyyatdan çıxarılması hissəsində iddianı təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, X9 xx.xx.1983-cü il tarixdən hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda Şahmar Hüseynovun hüququ yaranmamış şəxs kimi mənzildən qeydiyyatdan çıxarılması məqsədəuyğun deyildir. Onun mübahisəli evdən qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia həll edildikdən sonra həll oluna bilər. Hazırki vəziyyətdə cavabdeh inzibati orqanın onun qeydiyyatdan çıxarılmasından imtinası qanunun mahiyyətinə uyğundur. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayış evində qeydiyyatda olan digər şəxslər X5, X9 və X6r. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9 xx.xx.1983-cü il tarixdən hazıradək Şamaxı şəhəri, A.Əhmədov küçəsi, ev 44 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşin aşağı instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi üçüncü şəxs X9 1983-cü ildən hazırki vaxtadək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. Hazırda iddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Şamaxı Rayon İcra hakimiyyəti Başçısının Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 328 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan X9 həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq heç vaxt həmin ünvanda yaşamamışdır. Uzun müddətdir ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayır. Məktubun verilməsinə əsas kimi məhəllə nümayəndəsi və qonşular tərəfindən tərtib olunmuş akt qeyd edilmiş və Şamaxı Şəhər nümayəndəliyinin məhəllə nümayəndəsi X13, qonşular X7, X1 və X15 tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli akt məktuba əlavə edilmişdir. Şamaxı rayonu Çuxuryurd kənd İƏD-si üzrə nümayəndəliyinin 29 noyabr 2022-ci il tarixli, 68 nömrəli məktubundan görünür ki, X9 2010-cu ildən Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsi üçüncü şəxs X2 xx.xx.1983-cü il tarixdən hazıradək ünvan 6 ünvanında yerləşən evdə qeydiyyatda olduğunu və onunla iddiaçı arasında evdən istifadə edilməsi ilə bağlı hüquq münasibətlərinin 2000-ci ilin sentyabrın 1-dək yarandığını qeyd edərək bu səbəbdən həmin mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməli olması qənaətinə gəlmişdir. İşdən görünür ki, iddia ilə üçüncü şəxs X9 arasında hazırkı inzibati mübahisənin gedişatında mülki məhkəmə icraatı qaydasında məhkəmə çəkişməsi olmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən Şamaxı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(074)-1212/2022 nömrəli qətnaməsi ilə X2 ünvan 3, yeni qaydalarla AZ5600 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının yaranmamasının müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Həmçinin, üçüncü şəxs X9 tərəfindən Şamaxı Rayon Məhkəməsinə təqdim edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 8 ünvanında heç vaxt yaşamamışdır. İddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Ünvan dəyişikliyi zamanı onu həmin evə qeydiyyata salmışlar. Amma evi onunla qonşuluqda yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, üçüncü şəxs X9 iddiaçının keçmiş qonşusu olmaqla iddiaçıya məxsus evdə heç vaxt yaşamadığından həmin evə istifadə hüququ da əldə etməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, üçüncü şəxs mübahisələndirilən ünvanda qeydiyyatda olsa da heç vaxt həmin ünvanda yaşamamış, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayır. Qeyd olunan hal üçüncü şəxsin özü tərəfindən də Şamaxı Rayon Məhkəməsinə təqdim etdiyi ərizə ilə təsdiq edilmiş, həmçinin qanuni qüvvəyə minmiş qətnamə ilə üçüncü şəxsin mübahisəsi gedən fərdi yaşayış evinə istifadə hüquqlarının yaranmamasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə hər hansı əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması qaydasının qanunverici tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq vurğulayır ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs X9 iddiaçıya məxsus fərdi yaşayış evində heç vaxt yaşamadığından, eləcə də, hazırkı işdə üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasa da, qanuni qüvvədə olan qətnamə ilə üçüncü şəxsin mübahisəli evdən istifadə hüququnun olmaması müəyyən edildiyindən, cavabdeh iddiaçının müraciəti əsasında üçüncü şəxsi evdən qeydiyyatdan çıxarmaqda səlahiyyətli olmuşdur. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan evdə istifadə hüququ mövcud olmadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2031/2022 nömrəli qərarı qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X2 iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanından (Yeni qaydalarla AZ5600 ünvan 2 öhdəliyi cavabdeh Şamaxı rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar