Məhkəmə qərarları › İş №2-1(105)-77/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-77/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-77/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahələrinə birgə mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Birgə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Birgə iddiaçı və birgə iddiaçı X2 nümayəndəsi X3, Birgə iddiaçı X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN:0002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əks olunmuş cəmi 3,01 ha torpaq sahəsinə onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2506/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 0002 Kod 30124038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 14/2 nömrəli, xx.xx.1997-ci il tarixli qərarı ilə İddiaçı Şahmurad oğlu və onun ailə üzvləri olan X11, X9 və X5 Qusar rayonu, Kufoba kəndi ərazisində yerləşən 3.01 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. “Belə ki, ərizənizə əlavə olunmuş JN-0002 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 3.01 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında 1.60 ha, arxiv nüsxəsi isə 3.01 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, JN-0002 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n 002 B nönrəli planşetində göstərilən 1.40 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqlarn elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin müayinə baxışı zamanı məlum olmuşdur ki, 3.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki naturada - 0.01 hektar, 1.5882 hektar, 1.0 hektar və 0.4 hektar olmaqla 4 (dörd) hissədə yerləşir:- 0.01 hektar torpaq sahəsi - JN-002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 2A nömrəsi ilə qeydə alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmışdır, İddiaçı Şahmurad oğlunun və onun ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********30 reyestr nömrəli çıxarış verilmişdir, həmin torpaq sahəsi hal-hazırda digər şəxs tərəfindən istifadə olunur, kommunikasiya xətlərinin qoruma zolağına düşmür;- 1.5882 hektar torpaq sahəsi - JN-002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 2 nömrəsi İlə qeydə alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmışdır, İddiaçı Şahmurad oğlunun və onun ailə üzvlərinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********31 reyestr nömrəli çıxarış verilmişdir, halhazırda Özləri tərəfindən istifadə olunur, kommunikasiya xətlərinin qoruma zolağına düşmür;- 1.0 hektar torpaq sahəsi - JN-002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 2B nömrəsi ilə 1.4089 hektar ölçüdə qeydə alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında isə öz əksini tapmamışdır, Dövlət Aktında qeyd edilən koordinatlarını torpaq islahatı zamanı hazırlanmış xəritə məlumat bazasında dəqiqləşdirildikdə bələdiyyə mülkiyyətinə aid təmiz örüş sahələrinə aid hissəyə yerləşir, 1,0 hektar torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, 0.0969 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla bələdiyyə mülkiyyəti kimi uqodiyası təmiz örüş olaraq uçota alınmışdır, digər 0.9031 hektar hissəsi isə bələdiyyənin ehtiyyat fondu torpaqları kimi uçota alınmışdır. Hal-hazırda torpaq sahəsindən iddiaçı tərəfindən bütövlükdə 1.0 hektar ölçüdə olmaqla meyvə bağı və otlaq sahəsi kimi istifadə olunur, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir və kommunikasiya xətlərinin qoruma zolağına düşmür.- 0.40 hektar torpaq sahəsi - JN-002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 2B nömrəsi ilə 1,4089 hektar ölçüdə qeydə alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında isə öz əksini tapmamışdır, Dövlət Aktında qeyd edilən koordinatlarını torpaq islahatı zamanı hazırlanmış xəritə məlumat bazasında dəqiqləşdirildikdə bələdiyyə mülkiyyətinə aid təmiz örüş 4 sahələrinə aid hissəyə yerləşir. 0.40 hektar torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla bələdiyyə mülkiyyəti kimi uqodiyası əkin olaraq uçota alınmışdır, torpaq islahatı uqodiyası çoxillik əkmələrə aiddir. Hal-hazırda torpaq sahəsindən iddiaçı tərəfindən meyvə bağı kimi istifadə olunur, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir, kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Qeyd: Ümumi torpaq sahəsi sənəd üzrə 3.01 hektar olmasına baxmayaraq, faktiki 0.01 hektar ölçüdə azalaraq 3.0 hektar ölçüdə təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN:0002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əks olunmuş cəmi 3,01 ha torpaq sahəsinə onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən ona və ailə üzvləri X6, X7 və X5 Qusar rayonunun Kuf Oba kəndi ərazisindən 3,01 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 3,01 ha torpaq sahəsi 3 (üç) müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi X17nın ayrıca planşetlərində əks olunmuşdur. X17 üzrə onlara məxsus 3,01 ha torpaq sahəsi artıq 27 ildir ki, onların qanuni mülkiyyətində və istifadəsindədir. Onlar, JN:0002 KOD 30124038 saylı Dövlət Aktı üzrə mülkiyyətində olan həmin 3,01 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq istəyirlər. xx.xx.2023-cü il tarixdə JN:0002 KOD 30124038 saylı Dövlət Aktı üzrə mülkiyyətində olan həmin 3,01 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh 18 oktyabr 2023-cü il tarixli məktubla onlara çıxarış verməkdən imtina etmişdir. Cavabdehin imtinası ilə razı deyil, həmin imtina əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. “Belə ki, ərizənizə əlavə olunmuş JN-0002 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 3.01 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında 1.60 ha, arxiv nüsxəsi isə 3.01 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, JN-0002 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n 002 B nönrəli planşetində göstərilən 1.40 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqlarn elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənn icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-13877/2023 məktubla ərizənin icrasından imtina olunmuşdur”. Qeyd edildiyi kimi, JN-0002 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1.40 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqlarn elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2506/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN:0002 KOD 30124038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əks olunmuş cəmi 3,01 ha torpaq sahəsinə İddiaçı Şahmurad oğlunun və ailə üzvlərinin (X8, X4, X3) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmaı qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqument Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında 1.60 ha, arxiv nüsxəsi isə 3.01 ha ölçüdə öz əksini tapmış, bundan əlavə, JN-0002 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”nın 002 B nömrəli planşetində göstərilən 1.40 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqlarn elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamasıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentə münasibətdə mübahisə predmeti olan torpaq sahəsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mövcudluğu məhkəməyə təqdim edilmiş iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, müəyyən edilmişdir ki, Qusar rayonu Kuf Oba kəndində torpaq islahatları keçirilərkən adambaşına düşən pay torpaq norması orta hesabla 0,84 ha ölçüdə müəyyən edilmişdir. Lakin ilkin torpaq islahatı zamanı iddiaçının 4 nəfərlik ailə üzvlərinə pay torpaq sahəsi həmin normadan az, yəni 1,60 ha ölçüdə verilmişdir. Bu səbəbdən tərkibinə Qusar rayonu Kuf Oba kəndi də daxil olan Qusar rayonu keçmiş Nizami adına sovxozun yerli aqrar islahat komissiyasının 26 fevral 1999-cu il tarixli 23 saylı protokolqərarına əsasən iddiaçının 4 nəfərlik ailə üzvlərinə əlavə olaraq 1,40 ha pay torpaq sahəsi verilmişdir. Ona görə də iddiaçının 4 nəfərlik ailə üzvlərinin adına 3,01 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına dair JN:0002 KOD 30124038 saylı X18 rayonu sabiq Nizami adına sovxozun yerli aqrar islahat komissiyasının 1997-ci ildə qəbul etdiyi ilkin qərarı, həm də 26 fevral 1999-cu il tarixli 23 saylı protokol qərarı əsasında məhz 3,01 ha torpaq sahəsinə verilmişdir. 26 fevral 1999-cu il tarixli 23 saylı protokol qərarına əsasən İddiaçı ailə üzvlərinə əlavə olaraq verilmiş 1,40 ha pay torpaq sahəsi JN:0002 KOD 30124038 saylı Dövlət Aktının “002B” nömrəli planşetində əks olunmuşdur. Bu faktın olması Qusar RİHB Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-63-16/2-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və Qusar rayon Şirvanlı Bələdiyyəsinin 66 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Həmin məktublardan görünür ki, həmin dövrdə Kuf oba kəndi üzrə adambaşına düşən torpaq sahəsinin ölçüsü 0.75 ha olmuşdur. Beləliklə, Dövlət aktında adları keçmiş şəxslərin sayının 4 nəfər olduğunu nəzərə alsaq, ümumi olaraq onlara 3.01 ha torpaq sahəsinin ayrılması həqiqətə uyğundur. Nəzərə alınmalıdır ki, cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN:0002 KOD 30124038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş və həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 3.01 ha olaraq qeyd edilərək, rəsmiləşdirilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin rədd edilməsi və qərarın dəyişdirilmədən saxlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Birgə iddiaçılar və birgə iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Qusar rayon Aqrar İslahat Komissiyasının 14/2 nömrəli, xx.xx.1997-ci il tarixli qərarı ilə İddiaçı Şahmurad oğlu və onun ailə üzvləri olan X11, X9 və X5 Qusar rayonu, Kufoba kəndi ərazisində yerləşən 3.01 hektar torpaq sahəsinin 1.0 ha və 0.4 ha hissəsinə birgə mülkiyyət hüququnun tanınması, birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş birgə İddiaçı nümayəndəsi Vəkil, birgə iddiaçı və birgə iddiaçı X8 nümayəndəsi X10 və birgə iddiaçı X9 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 3.01 hektar torpaq sahəsinin 1,40 ha hissəsinə birgə mülkiyyət hüququnun tanınması, birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin ölüçsü müvafiq Dövlət Aktında 3,01 ha qeyd edildiyi halda, qeydiyyat kitabında 1,60 ha, arxiv nüsxəsində isə 3,01 ha əks olunmuşdur, 002 B planşet nömrəsində göstərilən 1,40 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqlarn elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə birgə iddiaçıların adına 3,01 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir, həmin aktın arxiv nüsxəsi mövcud olmaqla, arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü 301 ah qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan arxiv sənədlərin məzmunundan görünür ki, İddiaçı Şahmurad oğluna 4 nəfərlik ailəsinə 1,60 ha, yəni adambaşına 0,40 ha torpaq sahəsi verilmiş, əskik verildiyindən, 1,40 ha torpaq sahəsinin əlavə olunması qərara alınmış, habelə ona uyğun olaraq Dövlət Aktında düzəliş edilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, qeyd eidlən qərar əsasında ayrılan pay torpaq norması adambaşına 0,75 ha olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən 3,01 ha torpaq sahəsinin 1,60 ha hissəsi üzərində birgə iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan mütəxəsis rəyinin məzmunundan görünür ki, 1,0 ha torpaq sahəsi və 0,40 ha torpaq sahəsi müvafiq Dövlət Aktının 002B planşet nömrəsində göstərilən torpaq sahəsi 1,4089 ha torpaq sahəsi kimi qeydə alınmış, TEKUİS-də öz əksini tapmamışdır, 1 ha torpaq shaəsinin 0,0969 ha hissəsi bələdiyyə mülkiyyəti kimi örüş olaraq uçota alınmış, digər 0,9031 ha hissəsi bələdiyyə ehtiyat fondu kimi uçota alınmış, bütövlükdə iddiaçı tərəfindən meyvə bağı və otlaq sahəsi kimi istifdaə olunur, qonşu torpaq mülkiyyətçiləri ilə sərhəd mübahisəsi yoxdur,kommunkiasiya xətlərinin mühafizə zolağına düşmür, 0,40 ha hissəsi isə TEKUİS-də bələdiyyə mülkiyyti əkin kimi çota alınmış, iddiaçı tərəfindən meyvə bağı kimi istifdaə olunur, qonşu torpaq mülkiyyətçiləri ilə sərhəd mübahisəsi yoxdur, kommunkiasiya xətlərinin mühafizə zolağına düşmür, Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçıların faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı və onun veirlməsinə əsas olmuş sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Həmçinin, qeyd eidlən Dövlət Aktı əsasında ayrılan torpaq shaəsinin 1,60 ha hissəsinə dair mülkiyyət hüququ brgə iddiaçıların adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan torpaqayırma sənədlərini təhlil etdikdə, həmin qərar əsasında adambaşına düşən pay torpaq norması 0,75 ha olduğundan, birgə iddiaçılar 4 nəfər olduğundan, onlara ayrılan torpaq pay normasının 1,60 ha olmadığı, məhz müvafiq Akta əks olunmuş ölçüdə olduğu müəyyən edilir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müvafiq Dövlət Aktı və onun tərtib edilməsinə əsas olmuş müvafiq AİK-nın qərarının arxiv nüsxələri mövcuddur. Qeyd edilən sənədlər hazırda qüvvədə olmaqla, onların ləğv edilməsi və ya dəyişdirilməsi halı müəyyən edilməmişdir. Həmin sənədlərin məzmununda da torpaq sahəsinin ölçüsü müvafiq planşet üzrə 1,4089 ha kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi naturada mövcuddur, torpaq sahələrinin başqa şəxslərə məxsus olması və ya başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ya başqa şəxslərin adına TEKUİS-də işlənilməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi, indiki halda torpaqayırma sənədlərinin arxiv nüsxələri mövcud olduğu və qüvvədə olduğu halda, həmin sənədlərin məzmununda əks olunmuş məlumatlarla elektron kadastr uçot informasiya sistemində əks olunmuş məlumatların uyğun gəlməməsi məhz qeyd edilən məlumatların informasiya sisteminə düzgün işlənilməməsi ilə bağlı ortaya çıxmışdır. Nəticə etibarilə kağız daşıyıcıda olan sənədlərin məzmununda əks olunmuş məlumatların elektron kadastr uçot informasiya sisteminə düzgün və dəqiq şəkildə işlənilməsi məhz müvafiq inzibati orqanın səlahiyyətinə aid olmuş, bununla bağlı yaranmış uyğunsuzluq iddiaçının təqsiri nəticəsində ortaya çıxmamış, habelə iddiaçının məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Belə olan halda, müvafiq inzibati qurumların öz səlahiyyətlərini lazimi qaydada və vaxtında icra ediməməsi halına istinad edilməklə iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşıdırlması qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə məqsədinə, ən əsası mütənasiblik prinsipinin tələbinə zidd olmuşdur. Belə ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda yaranmış uyğunsuzluq məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlili kimi həmin əsasa istinad edilməsi qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, müvafiq Dövlət Aktı əsasında qeyd olunan torpaq sahəsi İddiaçı və onun 3 nəfər ailə üzvinin adına ayrılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsində icraat zamanı yalnız İddiaçı qismində çıxış etmişdir. Eyni zamanda torpaq sahəsinin 1,60 ha hissəsinə dair artıq mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq, bununla bağlı iddiaçı tərəfə hüquqi yardım etmişdir. Nəticə etibarilə iddiaçılar tərəfindən hazırki iş üzrə birgə iddiaçı qismində çıxış etmələri barədə yazılı ərizə təqdim edilmişdir, habelə iddia tələbi məhz iddiaçıların 1,40 ha torpaq sahəsi üzərində birgə mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsi birgə iddiaçıların adına ayrıldığından, indiki halda onlar birgə mülkiyyətçi qismində çıxış etdiyindən, 3,01 ha torpaq sahəsinin 1,40 ha hissəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadığından, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2506/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. JN 0002 Kod 30124038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 14/2 nömrəli, xx.xx.1997-ci il tarixli qərarı ilə İddiaçı və onun ailə üzvləri olan X11, X9 və X5 ayrılmış Qusar rayonu, Kufoba kəndi ərazisində yerləşən 3.01 hektar torpaq sahəsinin 1,40 ha hissəsi üzərində İddiaçı (Şahmurad) oğlu,Əliyeva Nazifə (Nazifət) Sadıq qızı, X9 və X3 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar