Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-771/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-2296/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 122 №-li əmrində (əsas: §- 10, səh-49, sıra-37 əmrdə vəzifəsi və hərbi rütbəsi yazılmamışdır) vəziyyətlə əlaqədar Füzuli rayonuna göndərilən 6-cı taborun hərbi qulluqçularının siyahısında X2 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X2 xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən X2 ünvanına xx.xx.20N-cu il tarixli 9/2-9923 №-li və xx.xx.2020-ci il tarixli 9/1-1629 №-li məktublarla xidməti barədə Arxiv Arayışı göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Epilepsiya xəstəsidir və sonradan parkinson xəstəliyinə tutulmuşdur. Ona görə də məhkəmədə hüquqlarını müdafiə etməsi üçün həyat yoldaşı X6 etibarnamə vermişdir. Hal-hazırda əlində olan məlumatlara görə o vaxtkı N saylı hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 102 saylı əmrinə əsasən 13 mart N3-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək sıravi əsgər vəzifəsinə təyin edilmişdir. Daha sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 05 aprel N3-cü il tarixli, əmrinə əsasən N saylı hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 122 saylı əmri ilə Füzuli rayonuna xidmətini davam etdirmək üçün göndərilmişdir. Bir müddət orada hərbi xidmət etdikdən sonra Dövlət Səviyyəsində atəşkəs müqaviləsi imzalandıqdan sonra digərləri kimi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət müddətində hər hansı qanunsuz hərəkəti və cinayəti olmamışdır - bunu Füzuli Hərbi Prokurorluğundan ona göndərilmiş 17/4152 saylı, xx.xx.20N-cu il tarixli cavab məktubunun surətində yazılanlar da təsdiq edir. İddiaçı bununla əlaqədar dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətlər etsə də, nəhayət 2023-cu ildə ona rəsmi cavab verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş 4/2-181 saylı, xx.xx.2023-cü il tarixli Arxiv arayışının əsilində yazılanlardan görünür ki, iddiaçının N saylı hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 122 saylı əmri ilə Füzuli rayonuna göndərilən 6-cı taborun hərbi qulluqçuların siyahısında adı vardır. Lakin N3-cü ilin may-dekabr və N4- cü ilin yanvar-dekabr tarixlərində nizami hissə üzrə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X2 xidməti barədə məlumat aşkar olunmaması yazılmışdır. Arxiv arayışında yuxarıda qeyd etdiyi səbəbdən ona indiyədək müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı buna etiraz edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş 4/2-181 saylı. xx.xx.2023-cü il tarixli Arxiv arayışında yazıldığına görə iddiaçının hərbi xidmət dövrünə aid olan bəzi məlumat və sənədləri arxivdən tapa bilmirlər. Həm məhkəməyə, həm də cavabdehə bildirir ki, əgər arxiv sənədləri korlanıbsa, itibsə və ya məhv edilibsə, bu iddiaçının təqsiri deyildir. Odur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində və ya hərbi xidmətinə dair sənədlərinin olması mümkün olan digər arxiv materiallarında müvafiq axtarışlar aparılmaqla lazımi sənədləri taparaq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi təmin olunmalı və bu öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Bu ərizədə qeyd etdiklərindən əlavə, əgər zərurət varsa, məhkəmədən iş üzrə lazım bildiyi aidiyyəti orqanlara sorğu göndərilməsini təmin etməsini, o cümlədən məhkəmədən şahidləri dindirməsini də xahiş edir. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində N3-cü ildən müharibədə iştirak etdiyini bildirərək məhkəmədən ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarh, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ii 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-181 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N3- cü il tarixli 102 nömrəli əmri ilə şıəxsi heyətin siyahısına daxil edilsədə, N3-cü il may ayından hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2296/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olması işin mübahisə olunmayan halıdır. Lakin iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Bu isə cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına daxil etdiyi o vaxtkı N saylı hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 102 saylı əmrinə əsasən 13 mart N3-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək sıravi əsgər vəzifəsinə təyin edilmişdir. Daha sonra iş materiallarına daxil edilmiş Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 05 aprel N3-cü il tarixli, əmrinə əsasən N saylı hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 122 saylı əmri ilə Füzuli rayonuna xidmətini davam etdirilməsi üçün göndərilmişdir. Bir müddət orada hərbi xidmət etdikdən sonra Dövlət Səviyyəsində atəşkəs müqaviləsi imzalandıqdan digərləri kimi o da hərbi xidmətdən ehtiyyata tərxis olunmuşdur. Hərbi xidməti müddətində hər hansı qanunsuz hərəkəti və cinayəti olmamışdır. Bunu Füzuli Hərbi Prokurorluğundan ona göndərilmiş iş materiallarına daxil etdiyi 17/4152 saylı, xx.xx.20N-cu il tarixli cavab məktubunun surətində yazılanlar da təsdiq edir. Bununla əlaqədar dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətlər etsə də, nəhayət 2023-cü ildə mənə rəsmi cavab verilmişdir. Belə ki, iş materiallarına daxil etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş 4/2-181 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışının əsilində yazılanlardan görünür ki, N saylı hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 122 saylı əmri ilə Füzuli rayonuna göndərilən 6-cı taborun hərbi qulluqçuların siyahısında adı vardır. Lakin N3-cü ilin maydekabr və N4-cü ilin yanvar-dekabr tarixlərində Nizami hissə üzrə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X2 xidməti barədə məlumat aşkar olunmaması yazılmışdır. İş materiallarına daxil etdiyi Arxiv arayışında yuxarıda qeyd etdiyi səbəbdən indiyədək müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş 4/2-181 saylı, xx.xx.2023-cü il tarixli Arxiv arayışında yazıldığına görə hərbi xidmət dövrünə aid olan bəzi məlumat və sənədləri arxivdən tapa bilmirlər. Həm Apellyasiya Məhkəməsinə, həm də cavabdehə bildirir ki, əgər arxiv sənədləri korlanıbsa, itibsə və ya məhv edilibsə, bu onun təqsiri deyildir. Odur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində və ya hərbi xidmətimə dair sənədlərimin olması mümkün olan digər arxiv materiallarında müvafiq axtarışlar aparılmaqla lazımi sənədləri taparaq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi təmin olunmalı və bu öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. İddia ərizəsində qeyd etdiklərindən əlavə, əgər zərurət varsa, iş üzrə lazım bilinən bütün aidiyyəti orqanlara sorğu göndərilməsini təmin etməsini, o cümlədən şahidlərininin dindirməsini birinci instansiya məhkəməsindən xahiş etsə də ərizə və vəsatətinə məhəl qoyulmadı. Cavabdeh məhkəməyə göndərdiyi müraciətində yazmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə edilmiş əlavəyə istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “müharibə veteranı” sayılmırlar. Göründüyü kimi cavabdeh və həm də birinci instansiya məhkəməsi açıqca yazır ki, öz günahsızlığını sübut etməlidir. Yəni sübut etməlidir ki, hərbi hissəni və xidmət yerini özbaşına tərk etməmiş, fərari olmamış, digər hərbi cinayətlərə görə məhkum olunmamış, barəsində amnisiya aktı olmamışdır və sair. Əlbəttə bunların heç birisi onun barəsində olmamışdır, varsa cavabdeh bunu məhkəməyə təqdim etsin. Əgər Azərbaycan Respublikası Müdafiə Nazirliyində arxiv sənədləri korlandığına görə həmin Arxiv sənədləri məhv edilibsə, buna o cavabdeh deyil. Azərbaycan Müdafiə Nazirliyinin Arxiv sənədlərinin it-bata düşməsi, arxiv sənədlərinin səhlənkarcasına korlanması onun təqsiri deyildir. Hərbi qulluqçunun hərbi xidmətə çağırılmasından tutmuş onun ehtiyyata tərxis olunmasınadək xidmətini təsvir edən sənədləri arxivdə olmalıdır. Arxivdə çalışan işçilər bunu tapmalıdırlar. İstənilən halda, həmin sənədin tapılmaması təqsirli deyildir. Əgər ordudan tərxis olunmağına dair həmin sənədləri tapılmırsa, belə halda iddia tələbi üzrə qərar müraciət edənin, yəni onun xeyirinə qəbul olunmalıdır. Şahidləri var və hərbi xidmət zamanı onunla eyni hərbi hissədə qulluq etmiş şahidlərin dinlənilməsinin təmin olunmasını məhkəmədən xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N4cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilməsi, Füzuli rayonunda xidmətini davam etdirməsi və birinci Qarabağ müharibəsinin iştirakçısı olması halına istinad etmişdir. Cavabdeh tərəfin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 122 №-li əmrində (əsas: §-10, səh-49, sıra-37 əmrdə vəzifəsi və hərbi rütbəsi yazılmamışdır) vəziyyətlə əlaqədar Füzuli rayonuna göndərilən 6-cı taborun hərbi qulluqçularının siyahısında X2 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X2 xidməti barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının döyüşən hərbi hissənin tərkibində hərbi xidmətdə olması işin mübahisə olunmayan halıdır. Lakin iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. İndiki halda iddiaçının döyüşən hərbi hissəinin tərkibində hərbi xidmətdə olması işin mübahisəsiz halıdır. Lakin iddiaçının həmin hərbi hissədən qanuni əsaslarla təxris olunası halı məhkəmə araşdırması zamnaı müəyyən edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının hərbi xidmətdə olarkan travma alması, bununla bağlı hospitala yerləşdirilməsi, sonradan hərbi hissəyə qayıtması kimi hallara istinad etsə də, həmin hallara dair heç bir dəlilə istinad etməməklə, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi hallar yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə və iş materialları əsasında təkzib olunur. Eyni zamanda qeyd edilməlidir ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd eidlmiş normanın tələbinə əsasən müharibə veteranı adının verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməlidir.Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımından indiki halda iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar (şahid ifadəsinin təqdim edilməsi ilə bağlı) işin halları baxımından birbaşa mötəbər və yetərli sübut qismində çıxış etmədiyindən, araşdırılması zəruri olmamışdır. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2296/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1N3-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-771/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-771/2023
13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver