Məhkəmə qərarları › İş №2-1(105)-771/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-771/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-771/2025 07.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın satılması” barədə tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-1880/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.2024 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 330.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 330 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-1880/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, X1 xx.xx.2024 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 330.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 330 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qanunvericiliyə uyğun tərtib edilməmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85 və 86-cı maddələrinin tələbləri pozulmaqla tərtib edilmiş, eyni zamanda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hansı tarixli və nömrəli qərardadının hansı hissələrdə mübahisələndirildiyi, şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar qeyd olunmamış, müvafiq normalara istinad edilməmişdir. Həmçinin ərizədə Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə razı olmadığından işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılması xahiş edilsə də, qərarın tarixi, nömrəsi və konkret tələb qeyd edilməmişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 07 avqust 2025-ci il tarixə, saat 11:00-a məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya 22 iyul 2025-ci il tarixli məktub göndərilərək, apellyasiya şikayətini İnzibati Prosessual Məcəllənin 85 və 86-cı maddələrinin tələbinə uyğun tərtib edərək təqdim olunması hüququnun olması ona izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2 il öncə əmlakı siyahıya alınmışdır. Maddi imkanı olmadığı üçün vergi borcunu ödəyə bilməmişdir, hazırda fəalyyətini dayandırmışdır. Birinci instansiya məhkəməsində iştirak etmədiyi üçün şikayət vermişdir. Ondan nə tələb olunduğunu, nə etməli olduğunu bilmək istəyir. İddiaçının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərə İnzibati Prosessual Məcəllənin 85-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayəti verən şəxs tərəfindən şikayətin əsaslandırılmalı olması, eləcə də şikayətin 86.1-ci maddənin tələblərinə uyğun tərtib edilməsidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 85.2-ci və 85.3-cü maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; ... 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti İPM-nin 85-ci maddəsinin tələblərinə zidd olaraq əsaslandırılmamış, şikayətin nəticə hissəsində şikayətlə xahiş olunan məsələnin nədən ibarət olması göstərilməmiş, eləcə də şikayət 86.1-ci maddədə göstərilən tələblərə əməl olunmamaqla tərtib edilmişdir. Kollegiya tərəfindən cavabdehə göndərilmiş 22 iyul 2025-ci il tarixli məktub ilə qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilsə də, müəyyən edilmiş müddət ərzində çatışmazlıq aradan qaldırılmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatdanda aydın olur ki, onun iradəsi birinci instansiya məhkəməsinin qərarının ləğvinə yox, birinci instansiya məhkəməsinin iclasında iştirak etmədiyi üçün ondan nə tələb edilməsinin öyrənilməsinə yönəlmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-1880/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar