Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-772/2025 13.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, X1 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3456/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlüdür.
2. 806280 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1980-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil almışdır.
3. ИТ-l ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Təhsilini bitirdikdən sonra X4 ordenli 1 №-li trestə xx.xx.1980-ci ildə 3-cü dərəcə ilə fəhlə peşəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinə kimi mütəxəssis vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyində baş mühəndis vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinə kimi baş mühasib vəzifələrində işləmişdir. xx.xx.1996-cı il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdə Təhsil Nazirliyinin Təmir-tikinti Trestinin Sumqayıt şəhər Təmir-Tikinti idarəsində mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA-10F/2-26-2025 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Təmir-Tikinti trestinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-178476/2024 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş təhsil haqqında diplomun surətinə əsasən iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla sığorta stajı 2 il 7 ay 20 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək (işdən çıxma zamanı vurulan möhürdəki qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunub) və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (işdən çıxma əmrinin xx.xx.2005-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilib) dövrlərin doldurulma qaydası pozulub. Qeyd olunanlara əsasən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024cü il tarixli 3-48-DA-10F/2-43/2024 saylı məktubuna əsasən Sumqayıt şəhər Təmir-Tikinti Trestinin xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək və sözügedən dövrləri sosial sığorta stajınıza daxil etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun Abşeron-Xızı regional filialına təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında əksini tapmış, xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dövrlərin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İşə qəbul olunana qədər xx.xx.1977-xx.xx.1980-ci illərdə Sumqayıt Politexnik texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra X4 ordenli 1 №-li trestə xx.xx.1980-ci ildə 3-cü dərəcə ilə fəhlə peşəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinə kimi mütəxəssis vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyində baş mühəndis vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinə kimi baş mühasib vəzifələrində işləmişdir. xx.xx.1996-cı il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdə Təhsil Nazirliyinin Təmir-tikinti Trestinin Sumqayıt şəhər Təmirtikinti idarəsində mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı təqaüd yaşına çatdığına görə, təqaüd almaq üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Onlar 3-17- 1/2-V-178476/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla ərizənin icrasından imtina etmişdirlər. İmtinanın səbəbini onunla əsaslandırıblar ki, Nazirliyin elektron informasiya ehtiyatlarından məlumatlara əsasən, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-il ildən xx.xx.1996-cı il tarixinədək (işdən çıxma zamanı vurulan möhürdə qeydlərdə kiril əlifbasından istifadə olunub) və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək (işdən çıxma əmrinin xx.xx.2005-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş ƏQM-nə istinad edilib) dövrlərin doldurulma qaydası pozulub. Sumqayıt şəhər Təmir-tikinti Trestinin xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək iddiaçının əmək haqqı alıb-almadığını müəyyənləşdirmək və sözügedən dövrləri sosial sığorta stajına daxil etmək mümükün olmamışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı əlavə olaraq bildirir ki, onun X4 ordenli 1 №-li trestə xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi 3-cü dərəcə ilə fəhlə peşəsində, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə kimi mütəxəssis, xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyində baş mühəndis, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinə kimi baş mühasib vəzifələrində işləməyi barədə əmək kitabçasında qeydlər aparılmış və bu barədə arxiv arayışı vardır. xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinə kimi Təhsil Nazirliyinin Təmir-tikinti Trestinin Sumqayıt şəhər Təmir-tikinti idarəsində mühəndis vəzifəsində işləməyi barədə şahidləri vardır. Bundan əlavə, iddiaçının iş stajı olduğu halda cavabdeh təşkilat xx.xx.2024-cü il tarixindən 220 manat sosial müavinət təyin etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia tələbinə etirazı iddiaçının müraciətindən imtina ilə eyni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3456/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı əmək kitabçasında əksini tapmış, xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-xx.xx.2005-ci il tarixədək Sumqayıt şəhər Təmir-Tikinti Trestində işlədiyi dövrün sosial sığorta stajina daxil edilməklə xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə).
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti imtina və iddia ərizəsinə dair etirazda göstərilən dəlillərlə eyni əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1980-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlə bağlı xx.xx.1996-cı il tarixindəki işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənmişdir. Halbuki, 1991-ci il tarixindən Azərbaycan ərazisində latın əlifbasından istifadə olunurdu. Bundan əlavə, əmək kitabçasındakı xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlə bağlı isə işdən çıxma əmri xx.xx.2005-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında AR Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, № 186 Qərarının tələbləri pozulmuşdur. Belə ki, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və yuxarıda qeyd olunanlarla bağlı iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərin mötəbərliyinə əsaslı şübhələr olsa da, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamış, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-10F/2- 43/2024 saylı məktubu nəzərə alınmadan sadəcə fərziyyələr əsasında şəxsin əmək haqqı almadan işləməsinin ağlabatan olmadığı qeyd olunmuşdur. Halbuki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən hal əmək kitabçasının kim tərəfindən doldurulmalı olduğu deyil, hazırkı işə münasibətdə xx.xx.1996-cı il tarixində Sumqayıt şəhər Təmir-tikinti idarəsi mövcud olmasına və həmin dövrdə Azərbaycan ərazisində latın əlifbasından istifadə olunmasına baxmayaraq, qanunsuz olaraq işdən azad olma əmrinin kiril qrafikalı möhürlə təsdiqlənməsidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 27.1. Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndi: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndi: 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.
19. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
20. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, hazırkı mübahisənin predmeti “xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin sosial sığorta stajına daxil edilməklə, iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir.
29. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərtlər olmalıdır: tələb olunan pensiya yaş həddinə çatmaq və azı 25 il sığorta stajına malik olmaq və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmaq.
30. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə pensiya yaş həddinə çatmışdır. Cavabdeh iddiaçıya münasibətdə təhsil dövrünü nəzərə alınmaqla 02 il 07 ay 20 gün sosial sığorta stajına malik olması halını qəbul edir.
31. İşin mübahisəli halları ondan ibarətdir ki, xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işdən çıxma zamanı vurulan möhürdəki qeydlərdə kiril qrafikalı əlifbadan istifadə olunmuş, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işdən çıxma əmri xx.xx.2005-ci il tarixində verilməsinə baxmayaraq, 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilmiş və qeyd olunan dövrlərə dair arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir.
32. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı əmək kitabçasında əksini tapmış, xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997xx.xx.2005-ci il tarixədək Sumqayıt şəhər Təmir-Tikinti Trestində işlədiyi dövrün sosial sığorta stajina daxil edilməklə xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
34. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997ci il tarixindən xx.xx.2005-ci il tarixədək işləməsinə dair qeydlər əks olunmuşdur.
35. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin hala dair heç bir dəlilə istinad edilməmişdir.
36. Cavabdeh tərəfindən bununla bağlı yalnız müəssisə tərəfindən arxiv sənədlərin təhvil verilməməsi, qeydin kiril qrafikalı əlifbadan istifadə edilməklə aparılması və 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsini qeyd etmişdir ki, həmin hallar özlüyündə iddiaçının öhdəlik daşıdığı, onun təqsiri ilə əhatə olunan hallar kimi mövcud olmamışdır.
37. Belə ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi barəsində əmək kitabçasının açılması, habelə qeydlərin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması və sənədlərin arxivləşdirilməsi halı məhz işəgötürənin səlahiyyətinə aid olmaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış edir.
38. Nəticə etibarilə hazırkı iş üzrə cavabdahin istinad etdiyi hallar işəgötürənin öhdəlik daşıdığı hallar olmaqla, həmin öhdəliklərin işəgötürən tərəfindən lazimi qaydada icra edilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılması və ya məhrum edilməsi əsası qismində çıxış edə bilməz.
39. Digər tərəfdən isə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmək kitabçası məhz 2006-cı ilin yanvar 1-nə qədər əmək stajının hesablanmasında yeganə rəsmi sənəd hesab olunurdu.
40. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
41. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
43. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
44. Bu səbəbdən iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir.
45. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
46. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
47. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddənin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir.
48. Göründüyü kimi, cavabdeh orqanın imtinasının əsası kimi göstərdiyi dəlillər araşdırılmış və müəyyən olunmuşdur ki, cavabdehin imtinası formal dəlillərə əsaslanmışdır.
49. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3456/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.