Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-773/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər X1 və X3 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehə məxsus aksiz markası ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 132 manat olan 50 ədəd tütün məmulatının (20 paçka “Platinum” markalı- hər birinin alış dəyəri 2.25 manat olmaqla ümumi dəyəri 45 manat olan, 20 paçka “Milano Black” markalı – hər birinin alış dəyəri 2.10 manat olmaqla ümumi dəyəri 42 manat olan, 10 paçka “Marlboro” markalı – hər birinin alış dəyəri 4.50 manat olmaqla ümumi dəyəri 45 manat olan) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2550/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 132 manat olan 50 ədəd tütün məmulatlarının (20 paçka “Platinum” markalı- hər birinin alış dəyəri 2.25 manat olmaqla ümumi dəyəri 45 manat olan, 20 paçka “Milano Black” markalı – hər birinin alış dəyəri 2.10 manat olmaqla ümumi dəyəri 42 manat olan, 10 paçka “Marlboro” markalı – hər birinin alış dəyəri 4.50 manat olmaqla ümumi dəyəri 45 manat olan) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2550/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılaraq icraata qəbul edilməsi və işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsində inzibati məhkəməyə müraciət etməsinin səbəbini belə əsaslandırmışdır ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2- 2(102)-478/2022 nömrəli qərarı ilə formalaşmış hüquqi mövqeyə istinad olunaraq vergi orqanı tərəfindən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi barədə iddia ümumi hüquq münasibətlərindən irəli gələn məsələdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 06 dekabr 2023-cü il tarixli **********123 saylı qərarına əsasən Cavabdeh (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: ünvan 1 ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılınası faktlarının aşkar edilməsi məsələsi üzrə 06 dekabr 2023-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 6 dekabr 2023-cü il tarixli, KY ********* nömrəli çıxarışa əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cavabdeh məxsus obyektdə 06 dekabr 2023-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək olan müddət üzrə vergi orqanlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.2-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olmasının yoxlanması məqsədi ilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair 08 dekabr 2023-cü il tarixli, DVX seriyalı 000214 saylı akta əsasən, markalanmamış və ya saxta markalar ilə markalanmış və məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara buraxılması hallarına yol verdiyinə görə Cavabdeh VM-in 58.14-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 451-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə göndərilməsi təklif olunmuş və törədilmiş əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 205-1, 213- 1-ci maddələrində məsuliyyətin nəzərdə tutulması vergi ödəyicisinin nümayəndəsinin nəzərinə çatdırılmış və qanunamüvafiq tədbirin görülməsi üçün operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair materialların aidiyyəti üzrə göndərilməsi təklif olunmuşdur. 08 dekabr 2023-cü il tarixli, DVX seriyalı, 000214 saylı markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların siyahısına əsasən, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən köşkdə aşkar edilmiş aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta markalarla markalanmış, məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış mallar, habelə dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, yaxud dini məzmunlu başqa məlumat materialları alış dəyəri 132 manat olan 50 ədəd tütün məmulatları (20 paçka “Platinum” markalı- hər birinin alış dəyəri 2.25 manat olmaqla ümumi dəyəri 45 manat olan, 20 paçka “Milano Black” markalı – hər birinin alış dəyəri 2.10 manat olmaqla ümumi dəyəri 42 manat olan, 10 paçka “Marlboro” markalı – hər birinin alış dəyəri 4.50 manat olmaqla ümumi dəyəri 45 manat olan) siyahıya alınmışdır. 08dekabr 2023-cü il tarixli, DVX seriyalı, 000315 saylı markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokoldan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 06 dekabr 2023-cü il tarixli, **********0123 saylı qərarına əsasən, Cavabdeh məxsus olan obyektdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış, markalanmamış mal və məmulatlar vergi ödəyicisinə hüquq və vəzifələri izah edilməklə, Cavabdeh iştirakı ilə götürülmüşdür. Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə 08 dekabr 2023cü il tarixli DVX seriyalı 000325 saylı akta əsasən İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən, Cavabdeh məxsus olan obyektdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və ya 08 dekabr 2023-cü il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) mallar müvəqqəti olaraq saxlanılmaları üçün X6 təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2550/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları VM ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. Bu mənada, VM-də müəyyən edilmiş qayda, prosessual qanunvericilik aktlarına (İPM və MPM-ə) daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara mövcud vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılması istina edilir. Bundan başqa, MM-in 212ci maddəsinə əsasən, müsadirə CM-də və İXM-də nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Buna görə, yalnız CM-də və İXM-də nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolveriləndir. Beləliklə, VM-in 24.1.2-2ci maddəsində nəzərdə tutulmuş norma hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin CMdə və İXM-də nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələb olunur. Belə iddia həm də İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi də qiymətləndirilə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı məhkəmənin qərardadı ilə razı deyil və qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.1.2- 2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması” Qaydalarının 3.1-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndində qeyd edilən markalanmalı malların növündən asılı olaraq aşağıdakı markalar tətbiq olunur:...3.2.3-cü bəndinə əsasən “müsadirə” dedikdə məhkəmə qərarı ilə müsadirə edilmiş markalanmalı mallara tətbiq edilən aksiz markası. Yuxarıda qeyd olunan Vergi Məcəlləsinin normasından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qaydalarından məlum olur ki, aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallar məhkəmə qərarı əsasında müsadirə olunur, həmin mallar müsadirə olunduqdan sonra onlara “müsadirə” aksiz markası tətbiq olunur. Lakin Sumqayıt İnzibati Məhkəməsi inzibati işə birtərəfli baxmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsini nəzərə almayaraq əsassız olaraq hazırkı işə məhkəmədə baxılmalı olmaması nəticəsinə gəlmiş, iddianı mümkün saymamışdır. Halbuki aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallar məhkəmə qərarı əsasında müsadirə olunması Azərbaycan Respublikası Vergi Məcəlləsində birbaşa qeyd olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi hazırkı inzibati işi hərtərəfli araşdırmamış, iddiaya Azərbaycan Respublikası İPM və MPM-in təl uyğun baxaraq hazırkı sahədə Azərbaycan Respublikası Vergi qanunvericiliyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Qaydalarını almamışdır. Həmçinin onu da qeyd etmişdir ki, oxşar inzibati işlər digər inzibati məhkəmələr tərəfindən təmin olunmuşdur. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2930/2023 nömrəli Qərarı ilə iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh X2 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi dəyəri 152 manat olan 33 qutu tütün məmulatlarının müsadirə edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X2 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi dəyəri 152 manat olan 33 qutu tütün məmulatları müsadirə edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2931/2023 nömrəli Qərarı ilə iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergi İdarəsinin cavabdeh X4 qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış ümumi dəyəri 12,60 manat olan 28 qutu tütün məmulatlarının müsadirə edilməsi tələbinədair iddiası da təmin edilmişdir. Həqiqətən də Sumqayıt İnzibati Məhkəməsinin qeyd etdiyi kimi hazırkı iş inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, oxşar inzibati işlərdə digər inzibati məhkəmələr tərəfindən iddia necə təmin olunur? Məhkəmənin qərardadda qeyd etdiyi Azərbaycan Respublikası CM və İXM-ə əsasən malların dövlət nəfinə müsadirə edilməsi ilə Azərbaycan Respublikası VM-nin 23.1.15 və 24.2.1-2-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışı eyniləşdirilə bilməz. Çünki aksizsiz mallar satış məqsədi ilə müsadirə edilərkən dövlət nəfinə alınmır və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi” Qaydasının 1.4-cü bəndinə əsasən bu Qayda gömrük sahəsində cinayət işləri üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsinə və vergi sahəsində cinayət işləri üzrə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışının təşkilinə şamil edilmir. Bundan başqa hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 dekabr 2003-cü il tarixli, N-3020 nömrə ilə qeydiyyatına alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 26 avqust 2003-cü il tarixli, A-162 nömrəli əmriylə təsdiq edilmiş “Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının təşkili” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində keçirilən vergi nəzarəti zamanı aşkar edilən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (bundan "malların") dövlət nəfinə keçməsi haqqında məhkəmə orqanlarının qərarlarının qüvvəyə minməsindən sonra qanunvericiliyə uyğun olaraq satışının təşkil olunması qaydalarını müəyyən edir. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(118)-2550/2024 nömrəli qərardadı qəbul edərkən məhkəmənin qərarı ilə aksiz marka olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışı məqsədi ilə müsadirə edilməsi Azərbaycan Respublikası CM-də nəzərdə tutulan malların dövlət nəfinə xüsusi müsadirə edilməsi kimi qəbul etmişdir. Halbuki qeyd olunan iki hal bir-birindən kəskin fərqlənir və eyniləşdirilə bilməz. Hazırki inzibati işdə də tərəflərindən satış məqsədi ilə müsadirəsi tələb olunan mallar əmlak olduğundan işə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Sumqayıt İnzibati Məhkəməsi yuxarıda qeyd olunan hüquq normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun göstərilən qaydalarına əməl etməmiş, hazırki inzibati işdə iddianın təmin edilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almamış əsassız olaraq ərizəni mümkün saymamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Mülki Məcəllə Maddə 212. Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Vergi Məcəlləsi 23.1.Vergi orqanlarının hüquqları aşağıdakılardır: .... 23.1.15. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 24.1.Vergi orqanları: ... 24.1.2-2. vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; İnzibati Prosessual Məcəllə Maddə 35. İddianın mümkünlüyü 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdehə məxsus köşkdə operativ vergi nəzarət tədbiri həyata keçirilmiş, nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilmiş və keçirilmiş tədbirin nəticəsi üzrə “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” akt tərtib edilmişdir. Aşkar edilmiş tütün məmulatları “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” protokol tərtib edilərək götürülmüş, “Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə” akt tərtib olunaraq digər vergi ödəyicisində məsul saxlamaya qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus aksiz markası ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 132 manat olan 50 ədəd tütün məmulatının (20 paçka “Platinum” markalı- hər birinin alış dəyəri 2.25 manat olmaqla ümumi dəyəri 45 manat olan, 20 paçka “Milano Black” markalı – hər birinin alış dəyəri 2.10 manat olmaqla ümumi dəyəri 42 manat olan, 10 paçka “Marlboro” markalı – hər birinin alış dəyəri 4.50 manat olmaqla ümumi dəyəri 45 manat olan) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2550/2024 nömrəli qərardadı ilə iddia yuxarıda qeyd edilən əsaslarla mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun tələbləri baxımından inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və eyni əsasları sadalamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, hazırkı iş inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, oxşar inzibati işlərdə digər inzibati məhkəmələr tərəfindən iddia necə təmin olunur? Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həqiqətən də bu kateqoriya işlərə baxılmasının fərqli məhkəmə təcrübələri olmuşdur. Lakin hazırda qanunvericiliyin tətbiqi baxımından məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları əsasında formalaşır. Hazırkı iddia ilə oxşar olan iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(102)-203/2024 saylı qərarında qeyd edilmişdir ki, “14. Hazırki işə münasibətdə kollegiya ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin cavabdeh X1 qarşı iş üzrə” 2(102)-2010/2022 nömrəli, 10 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeləri xatırlatmağı zəruri hesab edir: “Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Müsadirənin anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPMin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə, müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir”.
15. Kollegiya göstərilən hüquqi mövqeni nəzərə almaqla qeyd edir ki, digər qanunlarda nəzərdə tutulan prosessual hüquq normaları məhkəmə icraatının aparılması qaydalarını və həmin icraat nəticəsində qəbul edilməsi mümkün olan qərarlarla bağlı məsələləri tənzimləyən prosessual qanunvericilik aktlarına daxil edildikdən sonra tətbiq oluna bilər.
16. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. Bu mənada, Vergi Məcəlləsində müəyyən edilmiş qayda, prosessual qanunvericilik aktlarına (İPM və MPM-ə) daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara mövcud vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılması istina edilir.
17. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Buna görə, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolveriləndir.
18. Beləliklə, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetrərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələb olunur.
19. Belə iddia həm də İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi də qiymətləndirilə bilməz. Görüdüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırda formalaşmış hüquqi mövqeyinə uyğun qərar qəbul etmişdir və məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdikləri birinci instansiya məhkəməsi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2550/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.