Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-779/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum X2 əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-1535/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9 Bəsti Azay qızına ünvanladığı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək oensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Təqdim etdiyiniz mərhum əriniz X8 məxsus əmək kitabçasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışına əsasən sığorta stajı 14 il 5 ay 3 gün (01,12.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) olmaqla vəfat etdiyi rarixdə yaşına (62 yaş) müvafiq olaraq qanunvericiliklə tələb olunan müddətdən (15 il 8 aydan) azdır. Əlavə olaraq bildiririk ki, mərhum Y.Məmmədovun əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək və 07.01,1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının xidməti məktubuna əsasən X4 fəaliyyət göstərmədiyindən və arxiv sənədləri Beyləqan rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlərin əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Həmçinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın araşdırmasının nəticəsinə əsasən əmək kitabçasında xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tariixinədək qeyd olunmuş "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmdığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanlara əsasən bildiririk ki, sizə əriniz Y.Məmmədovun vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" şirkətinə və Bakı şəhəri "xxxx" MMC-yə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində X4 20 iyul 1996-cı tarixində qeydiyyata alınsa da, sonradan sözügedən müəssisəyə dair Dövlət Statistika Komitəsində hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" Şirkəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı kommersiya qurumları aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Yeyinti sənayesi şirkətinin rəhbərinin 06 №-li əmri ilə yaradılmış, xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınmışdır, lakin inventarlaşmadan keçməmişdir (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almamışdır). xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli sərəncamı ilə X6 adını və təşkilati-hüquqi formasını dəyişərək “BEYLƏQAN BUZXANA" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və xx.xx.2011-ci il tarixdə yenidən dövlət qeydiyyatına alınaraq on rəqəmli VÖEN almışdır (VÖEN **********). Uçot məlumat bazasına əsasən fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-13404/2022 saylı qərarı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşa görə sosial müavinət alır. X2 əmək kitabçasından görünür ki, o müxtəlif müəssisələrdə işləyərək, sosial sığorta stajı topalmışdır. X10 vəfat etdiyinə görə ona aid əmək kitabçasında göstərilən sığorta stajı hesablanaraq, iddiaçıya iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin 05 sentyabr 2022-ci il tarixli **********0 nömrəli bildirişlə onun müraciəti müsbət həll edilməmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı ailə başçısını itirməyə pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının mərhum X2 əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 15 il 08 ay sığorta stajından az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktub ilə ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı təqdim etdiyi mərhum X2 əmək kitabçasının və hərbi biletinin surətinə əsasən mübahisələndirilməyəm sosial sığorta stajı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 14 il 05 ay 03 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, mərhum Y.Məmmədovun əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən 23,11,1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və Fondun Mil-Muğan regional filialının xidməti məktubuna əsasən X4 fəaliyyət göstərmədiyindən və arxiv sənədləri Beyləqan rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlərin əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Həmçinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın araşdırmasının nəticəsinə əsasən əmək kitabçasında xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tariixinədək qeyd olunmuş "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmdığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bu səbəbdən də Y.Məmmədovun vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1535/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum X2 əmək kitabçasında qeyd edilən mübahisələndirilməyən sosial sığorta stajı 14 il 05 ay 03 gün təşkil edir. Mərhumun əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, hal-hazırda X4 fəaliyyət göstərmədiyindən və arxiv sənədləri Beyləqan rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərin onun sığorta stajına daxil edilməsi mümkün deyil. Həmçinin mərhumun əmək kitabçasında xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tariixinədək qeyd olunmuş "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və həmin illərin mərhumun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Belə olan halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsini nəzərə almamışdır. Onun mərhum həyat yoldaşı sağlığında müxtəlif müəssisələrdə işləyib, sosial sığorta stajı toplasa da nə cavabdeh orqan, nə də məhkəmə bu halı nəzərə almamışdır. Hal-hazırda yaşa görə sosial müavinət alır. X2 əmək kitabçasından görünür ki, o müxtəlif müəssisələrdə işləyərək, sosial sığorta stajı toplamışdır. X10 vəfat etdiyinə görə ona aid əmək kitabçasında göstərilən sığorta stajı hesablanaraq, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin 05 sentyabr 2022-ci il tarixli **********0 nömrəli bildirişlə onun müraciəti müsbət həll edilməmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. … Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ..... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;... Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.08..2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi mərhum ərinin əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X1, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərnaviqasiyaquraşdırma ” şirkətində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona ailə başçısını itirməyə görə əmək pensiaysının təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqanın imtina əsası kimi iddiaçının mərhum ərinin malik olduğu sosial sığorta stajının 14 il 5 ay 3 gün olmaqla, onunvəfat etdiyi yaşına (62 yaş) uyğun olaraq qanunvericiliklə tələb olunan 15 il 8 aydan az olması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci insatsniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında qanunvericiliyin normalarının tələbinə əsasən indiki halda ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərtlər bundan ibarətdir: a) iddiaçının mərhum şəxsin arvadı olmaqla, qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatması b) mərhum şəxsin vəfat etdiyi tarixə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən müəyyən edilmiş tələb olunan sosial sığorta stajına malik olması İndiki halda iddiaçı xx.xx.1959-cü il təvəllüdlü olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır, habelə iddiaçı mərhum şəxsin arvadı olmaqla, qanunvericiliyin normasına əsasən ailə başçısı itirməyə görə əmək pensiyası almaq hüquq olan şəxsdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin halları hər iki tərəf qəbul etməklə, işin mübahisəsiz halı kimi çıxış etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan mərhum şəxsin vəfat etdiyi tarixə 14 il 5 ay 3 gün sosial sığorta stajına malik olduğunu, bununla da həmin tarixə onun qanunvericiliklə tələb olunan 15 il 8 ay sosial sığorta stajına malik olmadığını bildirmişdir, buna əsas kimi mərhm şəxsin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X1 işlədiyi dövrləri həmin müəssisə işləmədiyindən və arxiv sənədləri təhvil vermədiyindən, habelə xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" şirkətində işlədiyi dövr isə şirkətin arxiv sənədləri məlum olmadığından sosial sığorta stajı kimi nəzərə alınmasının mümkün olmaması halına istinad edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövrlərə aid qeydlər iddiaçının mərhum ərinə məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyi cavabdeh inzibati orqan tərəfindən şübhə altına alınırsa, həmin halı sübutetmək öhdəliyi də məhz cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqan tərəfindən isə bununla bağlı əsas kimi yalnız iddiaçının mərhum ərinin həmin müəssisədə işləməsi ilə bağlı arxiv sənədlərin təhvil verilməməsi halına, habelə latın qrafikalı əlifbaya 1992-ci il tarixdən keçilməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən müəssisəsin fəaliyyəti ilə bağlı müvafiq sənədlərin arxivləşdirilməsi (arxiv idarələrinə təhvil veirlməsi) və əmək kitabçasının doldudurlması vəzifəsi işçinin deyil, məhz işəgötürənin öhdəliyi olmuşdur. İndiki halda isə işçinin təqsiri ilə əhatə olunmayan və məsuliyyət daşımadığı öhdəliyin icra edilməməsi ilə bağlı iddiaçının hüquqlarının məhdudalşdırılması qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə ziddir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının mərhum ərinə məxsus olan əmək kitabasının məzmunundan görünür ki, o, X1 xx.xx.1990-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin dövrlərdən xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrü sosial sığorta stajına daxil edildiyi halda, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-ci il tarixədək olan dövrü sosial sığorta stajını hesabanması zamanı arxiv sənədləri aşkar edilməməsi əsası ilə nəzərə almamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid əmək kitabçasını xx.xx.1990-xx.xx.1992-ci ilədək olan dövrlə bağlı mötəbər sənəd kimi qəbul etməsi və indiki halda isə həmin əmək kitabçasında mövcud olan digər dövrlərə aid qeydlərin mübahisələndiirlməsi halı özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 fəaliyyəti və yaradılması (dövlət qeydiyyatı), habelə statistik vahidlərin dövlət reyestrində qeydiyyatı ilə bağlı məlumatlar aşkar edilmişdir. Bu hal da özlüyündə cavabdehin imtina və etirazın əsası kimi istinad etdiyi halları təkzib edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum ərinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X1, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" şirkətində işlədiyi dövrlərə aid əmək kitabçasında müvafiq qeydlər mövcud olduğundan, əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmədiyindən, habelə əmək kitabçası sosial sığota stajının müəyyən eidlməsi üçün əsas sənəd kimi çıxış etdiyindən, həmin dövrlər iddiaçının mərhum ərinin sosial sığorta stajına daxil edilməlidir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əmək pensiyaları haqqında qnaunvericiliyin tələbinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malik olan şəxs olduğundan və həmin əmək pensiyasının təyin edilməsi üçün zəruri olan mərhum ərinin 15 il 8 aydan artıq iş stajına malik olması halı təsdiq edildiyindən, ona ailə başçısını itirməyə görə əmək pensiyası bu hüququn yarandığı tarixdən yəni, xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. Göstərilən hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə zəruri olan hallar araşdırılmamış, cavabdeh inzibati orqanın imtinasının dəlillərinin əsaslılığı baxımından yoxlanılmamış, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Odur ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1535/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçının mərhum əri (xx.xx.2019-cu il tarixdə vəfat etmiş) X5 əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək X1 və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək "xxxx" şirkətində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-779/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-779/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver