Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-78/2023 16.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin tətbiq etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 1839/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin hallarına görə, cavabdehin tətbiq etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlara əsasən iddiaçıya vergi borcu hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tətbiq etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı müntəzəm olaraq vergi qanunvericiliyinin tələblərinə riayət etmiş, vaxtlı-vaxtında vergisini ödəmişdir. Lakin, son dövrlərdə hamıya məlum olan pandemiya xəstəliyi dövrlərində, xəstəlik dövründən bir az əvvəl və yaxud sonra cavabdeh vergi orqanı tərəfindən iddiaçıya qarşı hesablamalar aparılmış, kameral yoxlamalar göstərilmiş, nəticədə iddiaçının şəxsi hesab vərəqəsində 50.534,02 manat məbləğində vergi borcu şəxsi hesab vərəqəsinə işlənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya qarşı hesabladığı 33.329,30 manat əsas borc, 7.705,31 manat isə faiz borcu göstərilməklə, cəmi 50.534,02 manat pulun ödənilməsi tələb edilmişdir. Cavabdeh orqanın iddiaçıya qarşı apardığı hesablamalar, kameral yoxlamalar əsassızdır, qanunsuzdur. Cavabdeh orqan iddiaçının sahibkarlıq fəaliyyətinə maneçilik törətdiyi üçün iddiaçı tərəf müvəqqəti olaraq sahibkarlıq fəaliyyətindən əl çəkmişdir. Cavabdeh orqan iddiaçıya qarşı hesablamalar və yaxud kameral yoxlamalar apararkən iddiaçıya heç bir məlumat verməmiş, iddiaçının öz hüquqlarını qorumaq üçün şərait yaratmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı "xxxx" MMC üzrə əlavə vergi məbləğləri vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi 2019 və 2020-ci illərin mənfəət vergisi bəyannamələri üzrə kameral yoxlamalar aparılaraq hesablanmışdır. İddiaçının 2019-cu ilin vergi dövrü üzrə vergi orqanına kassa metodu ilə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində (bundan sonra - bəyannamə) kameral vergi yoxlaması keçirilən zaman kənarlaşmalar aşkar edilmişdir. Belə ki, iddiaçı tərəfindən kassa metodu ilə təqdim olunan bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri" (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (260150.00 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin (və ya “sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura və alış aktlarının məbləği (0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (170101.44 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608,4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (170101.44 manat) bəyannamənin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (170101.44 manat) məbləğin müqayisəsi nəticəsində 90048,56 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində iddiaçı tərəfindən 227221,68 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li əlavəsinin 1.1 kodlu (əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (0.00 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 227221,68 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Bəyannamənin 200-cü (malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 353342.80 manat + 201-ci (amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 202-ci (amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 203-cü (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətrində 0 manat + 217-ci (yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0 manat + bəyannamənin 1 №-li əlavəsinin 2.2.1.2-ci (alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0.00 manat, cəmi 353342,80 manat məbləğində gəlir göstərməyinizə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 12434,70 manat artıq, yəni 365777,50 manat dövriyyə məbləğləri göstərilmişdir, lakin bəyannamənin 1 №-li əlavəsinin 1.4.2-ci sətrində (sair debitor borcları) əks etdirilmiş debitor borclarınızın məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0 manat artdığı üçün göstərdiyiniz gəlir məbləğlərində 12434,70 manat kənarlaşma yaranmışdır. Bəyannamənin 1 №-li əlavəsinin 1 cəmi aktivlər sətrindəki “Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2018, 4 cü rüb - sadələşmiş vergi bəyannaməsi) əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin 1 №-li əlavəsinin 1.1 əsas vəsaitlərin dəyəri sətrindəki hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2018, 4-cü rüb-sadələşmiş vergi bəyannaməsi) əlavənin eyni sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li əlavəsinin 2 cəmi kapital və öhdəliklər sətrindəki “Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2018, 4 cü rüb-sadələşmiş vergi bəyannaməsi) əlavənin eyni sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin 1 №li əlavəsinin 2.2 cəmi öhdəliklər sətrindəki “Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2018, 4 cü rüb - sadələşmiş vergi bəyannaməsi) əlavənin eyni sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin 1 №-li əlavəsinin 2.2.3 digər öhdəliklər sətrindəki “Hesabat dövrünün əvvəlinə” olan 100.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2018, 4 cü rüb-sadələşmiş vergi bəyannaməsi) əlavənin eyni sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannmənin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.1-ci (binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri) sətrindəki 50000.00 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.1-ci sətirinin (əsas vəsaitlərin binalar, tikililər və qurğular uzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 0.00 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 2 faiz təmir xərci normasına hasilindən (vurulmasından; *) yaranan 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Bəyannamənin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.3-cü (nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 13370.00 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (əsas vəsaitlərin nəqliyyat vasitələri uzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 0.00 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən (vurulmasından; *) yaranan 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən əvvəlki il üzrə təqdim olunmuş bəyannamənin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li əlavəsinin (hüquqi şəxslər üçün) 1-ci (cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ + cari il üzrə təqdim etdiyi bəyannamənin 1 №-li əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 100.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li əlavəsinin (hüquqi şəxslər üçün) 2-ci (cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ + cari il üzrə təqdim etdiyi bəyannamənin 1 №-li əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 100.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Uçot-baza məlumatlarına əsasən iddiaçının mülkiyyətində təsərrüfat subyektinin (obyektinin) olmasına baxmayaraq cari il üçün təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li əlavəsinin 1.1.1 kodlu (binalar, tikililər və qurğular) sətrində göstəricilər əks etdirilmədiyindən uyğunsuzluq aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə **********661600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 31081,67 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********627500 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. İddiaçının 2019-cu ilin vergi dövrü üzrə vergi orqanına kassa metodu ilə təqdim etdiyi “Mənfəət vergisi bəyannaməsi”ndə (bundan sonra - bəyannamə) kameral vergi yoxlaması keçirilən zaman kənarlaşmalar aşkar edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən mülkiyyətində təsərrüfat subyekti (obyekti) olmasına baxmayaraq iddiaçı tərəfindən cari il üçün təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li əlavəsinin 1.1.1 kodlu (binalar, tiklilər və qurğular) sətrində göstəricilər əks etdirilmədiyindən uyğunsuzluq aşkar edilmişdir. Uçot baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində iddiaçı tərəfindən 19123,56 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li əlavəsinin 1.1 kodlu (əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (0.00 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 19123.56 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən kassa metodu ilə təqdim edilmiş bəyannamənin 200.1-ci (malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 32699.25 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (35400.25 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 35400.25 manat məbləğdən bəyannamənin 1 №-li əlavəsinin 1.4.2-ci (“sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 35400.25 manat məbləğdən 2701,00 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Həmin bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9- cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri" (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (46776.00 manat), tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura və alış aktlarının məbləği (60.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (25858.22 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (25918.22 manat) bəyannamənin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (25918.22 manat) məbləğin müqayisəsi nəticəsində 20857.78 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə **********661600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 1615,04 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********569700 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya 2019-cu il və 2020-ci illərin mənfəət vergisi bəyannamələri üzrə ümumilikdə 32696,71 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergilərin hesablanması barədə vergi orqanının qərarları iddiaçıya rəsmi qaydada təqdim edilib (bu barədə hesabat əlavə olunur). Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçı uzun illər istehsal fəaliyyəti ilə məşğul olduğu, lakin təqdim edilmiş bəyannamə məlumatlarında istehsal ehtiyatları, maşın və avadanlıqlar, əsas vəsaitlər və sair sadə təkrar istehsalın təmin edilməsi üçün zəruri hesab olunan resurslar barədə məlumatlar bəyan edilməmiş, bununla da əsas vəsaitlərin, maşın və avadanlıqların tam amortizasiya olunaraq qalıq dəyərinin qalmaması, lakin işlək vəziyyətdə olması ehtimalı əvvəlki hesabat dövrləri (2010-2018-ci illər) üzrə kameral vergi yoxlamaları keçirilən zaman vergi orqanı tərəfindən nəzərə alınmışdır. İddiaçının təqdim edilmiş bəyannamələr üzrə keçirilən kameral vergi yoxlaması zamanı əsas vəsaitlər barədə məlumatlar bəyan edilmədiyi halda əsas vəsaitlər üzrə amortizasiya hesablamaları, habelə təmir xərcləri bəyan edilmiş, amortizasiya ayırmaları üzrə hesablamalar aparılmışdır. Vergi ödəyicisi tərəfindən əsas vəsaitlərin alınması, təmir işlərinin aparılması ilə bağlı əsaslı təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi, müvafiq ödənişlər barədə məlumatların olmaması cəmiyyət tərəfindən istehsal prosesində istifadə olunan maşın və avadanlıqların mənşəyini, istifadə hüququnu (mülkiyyət və ya icarə), ilkin və ya qalıq dəyərini müəyyən etmək mümkün olmamışdır. Bununla da gəlirdən çıxılan xərclərə aid edilən sənədləşdirilmiş xərclərin şişirdilməsi kimi əməliyyatlar aparılmaqla mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilmənin aparılmadığı müəyyən edilmiş, xərclər iqtisadi cəhətdən əsaslandırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 70.2-1ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün, poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bununla yanaşı, iddiaçı və vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cu il tarixli, 1409 nömrəli müqavilə bağlanmış, həmin müqavilənin 2.5-ci bəndinə əsasən tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(119)-135/2021 saylı qətnaməsi ilə dövlət büdcəsinə ödənilməmiş 44.992,95 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 60.000 manat məbləğində siyahıya alınmış əmlak (1 ədəd beton istehsalı avadanlığı-Rusiya istehsalı) ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-870/2021 saylı qətnaməsi ilə 18 iyun 2021 -ci il tarixinə hesablanmış cəmi 42.124,64 (qırx iki min yüz iyirmi dörd manat 64 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) icra orqanının rəhbəri - 19 dekabr 1973-cu il təvəllüdlü X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göründüyü kimi iddiaçının vergi orqanı tərəfindən aparılan kameral yoxlamalardan və hesablamalardan xəbərsiz olması və ona öz hüquqlarını qorumaq üçün şərait yaradılmaması barədə gətirdiyi dəlillər əsassızdır, ona görə ki, iddiaçı ən azından Sumqayıt Kommersiya Məhkəməsində siyahıya alınmış əmlakın satılması barədə və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamələr qəbul edilən zaman vergi orqanı tərəfindən aparılan hesablamalardan məlumatlı olmuşdur, eləcədə iddiaçı barəsində aparılmış kameral yoxlama nəticəsində tərtib olunmuş bütün qərarlar iddiaçının onlayn kargüzarlıqda olan elektron kabinetinə göndərilmiş və bütün qərarlar iddiaçı tərəfindən oxunmuşdur. Həmçinin vergi orqanı tərəfindən tərtib olunan bütün qərarlarda (inzibati aktlarda) həmin qərarlardan şikayət verilməsi (həm inzibati, həm də məhkəmə qaydasında) ilə bağlı hüquqi müdafiə vasitələri aydın formada göstərilmişdir.Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1839/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1839/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-1839/2022 nömrəli qərarında buraxılmış yanlışlıqlar düzəldilərək qərarın əsaslandırma hissəsində “operativ vergi yoxlaması”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsi” - “kameral vergi yoxlaması”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 105-ci maddəsi” kimi oxunması qərara alınmışdır.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MPM-in 385-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə xx.xx.2022-ci il tarixli qərarını qəbul edərkən, qərarın əsaslandırma hissəsində düzgün olaraq Vergi Məcəlləsinin 3-cü maddəsinə istinad edərək, vergi qanunvericiliyinin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğunu qeyd etmişdir. Həmin Məcəllənin 24.0 və 24.1 maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsinin olduğunu qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən normanın tələblərinə zidd olaraq, vergilərin iddiaçı tərəfindən hansı hissəsinin düzgün hesablanmamasım araşdırmamış, aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdeh vergi orqanın məhkəməyə təqdim etdiyi şablon formasında yazılmış etirazını elə şablon formasında da xx.xx.2022-ci il tarixli qərarına köçürtmüşdür. Bundan başqa da əgər vergi ödəyicisi kassa metodu ilə hesabat verirsə, onda heç bir faktura, sənəd toplamaq vergi ödəyicisinə aid edilmir. Lakin məhkəmə araşdırma aparmamışdır ki, vergi orqanı tərəfindən əsassız olaraq vergi ödəyicisinə qarşı kameral vergi yoxlaması aparmışdır. Birinci instansiya məhkəməsi isə öz xx.xx.2022-ci il tarixli qərarında, vergi orqanının, vergi ödəyicisinə qarşı həm operativ, həm də səyyar vergi yoxlamalarının aparıldığını əsassız olaraq qeyd etmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməməsi qərarını çıxartmışdır. Məhkəmə Vergi Məcəlləsinin 83-cü maddəsinə daha dəqiq 83.9 maddəsinə istinad edərkən vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinin və apardığı uçotun hansı qaydada apardığını araşdırmamış və hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə göstərilən normanın tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 37-ci maddəsində kameral vergi yoxlaması göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin maddənin tələblərini pozmuşdur. Daha sonra birinci instansiya məhkəmə iddiaçının dövlət qeydiyyatı haqqında məlumat vərəqinin surətinə istinad edərək, iddiaçının fəaliyyət sahəsinin əmtəə betonunun istehsalı fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. Lakin iddiaçının barəsində aparılmış kameral vergi yoxlamasının aparıldığı dövrdə əmtəə betonunun istehsalı barədə heç bir araşdırma aparmamışdır. Vergi ödəyicisinə qarşı aparılmış kameral vergi yoxlaması sosial sığorta və işsizlik sığortası haqlarının aparılmasına dair xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların qəbul edilməsi ilə, vergi məcəlləsinin ziddiyyətli məqamlarına gətirib çıxartmışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim etmiş, yazılı etiraz iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələr 30 iş günündə verilməsinə baxmayaraq əsassız vergi məbləği və faizlər hesablanmışdır. 2019-cu və 2020-ci il üzrə mənfəət vergisi bəyannamələri 30 iş günündə verqi orqanında təqdim edilməsinə baxmayaraq vergi orqanı tərəfindən kameral qaydada yoxlamalar aparılmaqla müvafiq qərarlar qəbul edilməklə iddiaçıya borc məbləği yazılmış və həmin borc məbləğinə əsasən faizlər hesablanmışdır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi:
12. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları (...) 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
13. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: (...) 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; (...)
14. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (...) 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. (...)
15. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
16. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
17. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 10.8.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
18. Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
19. Maddə 131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.
20. Maddə 132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.
21. Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.
22. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
23. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.
24. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
25. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
32. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir.
33. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
34. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir.
35. İş materiallarından görünür ki, cavabdehin etirazına görə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələr üzrə keçirilən kameral vergi yoxlaması zamanı əsas vəsaitlər barədə məlumatlar bəyan edilmədiyi halda əsas vəsaitlər üzrə amortizasiya hesablamaları, habelə təmir xərcləri bəyan edilmiş, amortizasiya ayırmaları üzrə hesablamalar aparılmışdır. Vergi ödəyicisi tərəfindən əsas vəsaitlərin alınması, təmir işlərinin aparılması ilə bağlı əsaslı təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi, müvafiq ödənişlər barədə məlumatların olmaması cəmiyyət tərəfindən istehsal prosesində istifadə olunan maşın və avadanlıqların mənşəyini, istifadə hüququnu (mülkiyyət və ya icarə), ilkin və ya qalıq dəyərini müəyyən etmək mümkün olmamışdır. Bununla da gəlirdən çıxılan xərclərə aid edilən sənədləşdirilmiş xərclərin şişirdilməsi kimi əməliyyatlar aparılmaqla mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilmənin aparılmadığı müəyyən edilmiş, xərclər iqtisadi cəhətdən əsaslandırılmamışdır.
36. Aşkar edilmiş uyğunsuzluq və kənarlaşma ilə əlaqədar olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə **********661600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməmişdir.
37. Cavabdeh iddiaçıya mənfəət vergisi hesablayaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarları qəbul etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
39. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.
40. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
41. İş materiallarına əlavə edilmiş mənfəət bəyannamələrindən məlum olur ki, iddiaçı 2019-cu ildə gəlirinin 353.342,80 manat, xərcinin 218.884,25 manat olduğunu, 2020-ci idlə isə gəlirinin 32.699,25 manat, xərcinin isə 48.182,87 manat olmasını bəyan etmişdir. Lakin iddiaçı xərclərinin nədən ibarət olmasına dair əsaslı dəlillərini vergi orqanına təqdim etməmişdir.
42. İşin hallarının araşdırılması ilə əlaqədar kollegiya iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2076 nömrəli, 30 may 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, müəssisə tərəfindən 2019-2020-ci illər üzrə aparılmış əməliyyatlara görə ümumilikdə 23157,85 manat məbləğində əlavə mənfəət vegisi hesablandı, o cümlədən, 2019-cu il üzrə 21261,45 manat, 2020-ci il üzrə 1896,40 manat olmaqla dövlət büdcəsinə əlavə hesablanmalı olan mənfəət vergisinin məbləği müəyyən edildi.
44. Məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert Toğrul Cəfərli bildirmişdir ki, əlavə mənfəət vergisi ekspertizaya təqdim edilmiş sənədlər əsasında hesablanmışdır. Hesablama aparılan zaman elektron qaimələr də tərəfindən nəzərə alınmışdır. Gəlirlər və xərclər çıxılmaqla və eyni zamanda iş materiallarına əsasən mənfəət vergisi hesablanmışdır. Vəsatətə əsasən təqdim edilən sənədlər əsasında hesablama aparılmışdır və eyni zamanda rəsmi qeyd olunan qaimələr də aparılan hesablamalar zamanı nəzərə alınmışdır. Hesablama apararkən tərəfindən 236000 manat xərc nəzərə alınmışdır. Hesablama metodu ilə bağlı çaşqınlıq baş vermişdir.
45. Vergi Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır.
46. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinə görə kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi isə gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
47. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı öz mühasibat uçotunda kassa metodundan istifadə etmiş və cavabdeh tərəfindən də hesablamalarda kassa metodundan istifadə edilmişdir. Ekspert rəyi ilə vergi orqanının hesablaması arasındakı fərq ekspertiza tədqiqatı zamanı hesablama metodundan istifadəyə görə yaranmışdır. Kassa metodu ilə hesablamada cavabdehin müəyyən etdiyi mənfəət vergisi düzgün hesablanmışdır.
48. Göründüyü kimi cavabdeh tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarların qəbul edilməsi üçün qanunvericilikdə göstərilən əsaslar mövcud olmuşdur.
49. Qeyd olunanlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1839/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin edilmədiyindən, iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1839/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.