Məhkəmə qərarları › İş №2-1(105)-781/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-781/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-781/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X7 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X24, üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi və iddiaçının əvvəlki hüquqlarının (xx.xx.2018-ci il tarixdə adına aparılmış qeydiyyatın) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-179/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Şahqubatov Ruslan Teymur oğlu üçüncü şəxs X13 qardaşı oğludur. xx.xx.2018-ci il tarixdə iddiaçının ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmış, müvafiq çıxarəş verilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçının xəbəri olmadan cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsi üzərində yerəşən ev üzərində üçüncü şəxs X13 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsi iddiaçının, üzərində olan ev isə üçüncü şəxsin mülkiyyəti kimi qeyd edilmişdir. İddiaçı hesab edir ki, üçüncü şəxsin evi onun mülkiyyətində olan torpaq sahəsində yerləşmir, inzibati orqan onun hüqularını pozmuşdur, ona görədə hazırkı iddianı qaldırmışdır. Üçüncü şəxs isə hesab edir ki, onun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, 2018-ci ildə iddiaçının torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ düzgün qeydə alınmamışdır. Faktiki olaraq isə həm ev həmdə torpaq sahəsi iki hissəyə bölünərək, bir hissəsi iddiaçının, bir hissəsi isə üçüncü şəxsin istifadəsindədir. İddiaçı Şahqubatov Ruslan Teymur oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi və iddiaçının əvvəlki hüquqlarının (xx.xx.2018-ci il tarixdə adına aparılmış qeydiyyatın) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2800/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X28 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının əvvəlki hüquqlarının (xx.xx.2018-ci il tarixdə adına aparılmış qeydiyyatın) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissəsində mümkün sayılmamış, iddia isə rədd edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqanda baş vermiş struktur dəyişikliyi nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışdan görünür ki, iddiaçının xüsusi mülkiyyətində Quba rayonu, İkinci Nügədi kəndi ərazisində 0,20 hektar torpaq sahəsi vardır. Həmin hüquqlar cavabdeh orqan tərəfindən xx.xx.2018-ci tarixdə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlak iddiaçıya vərəsəlik qaydasında keçmişdir. Sonradan məlum olmuşdur ki, eyni reyestr nömrəli çıxarışa xx.xx.2022-ci il tarixdə X13 adı əsassız olaraq, razılığı olmadan əlavə edilərək göstərilmişdir ki, guya həmin torpaq sahəsində mövcud olan köhnə tikili tam formada Rayıl Şahqubatovun mülkiyyətindədir. Qeyd etmək istəyir ki, torpaq sahəsinin üzərində olan köhnə, istismara yararsız olan tikilinin X21 heç bir aidiyyəti yoxdur. Onun təqdim etdiyi sənədlərdə qeyd olunan əmlak tamam başqa yerdə yerləşir. Hesab edir ki, göstərilən hallar tam araşdırılmadan, yerində baxış keçirilmədən, texniki pasport verilmədən X13 adının iddiaya aid çıxarışa əlavə edilməsi və bununla əlaqədar müvafiq yeni qeydiyyatın aparılması Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən, cavabdeh orqandan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********3610301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və çıxarışın əsassız hesab edilərək ləğv edilməsini və əvvəlki hüquqlarının bərpa olunmasını xahiş etsə də, sonradan bildirmişlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ərizədə qeyd olunan İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə dair Rayıl Şahqubatovun adına verilmiş reyestrdən çıxarışınn ləğvi yalnız məhkəmənin qərarı ilə mümkündür. Cavabdeh orqan X4 verərəkən heç bir araşdırma və müayinə aparmamış, bununla əlaqədar texniki pasport hazırlanmamış, idarə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyət hüquqlarına qanunsuz müdaxilə etmişdir. Sənədlərə baxış keçirilərkən də müəyyən etmək olar ki, iddiaçısının ərizəsi və adına aparılmış qeydiyyat razılığı olmadan silinərək, Rayıl Şahqubatovun ərizəsi bir gün ərzində qəbul edilərək adına tələsik çıxarış hazırlanmış və iddiaçı ilə paylı mülkiyyətçi kimi göstərilmişdir. Çıxarışda hətta evin göstəriciləri də düzgün qeyd olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş 16 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş 11 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən ümumi sahəsi 162 kv.m olan fərdi yaşayış evi üzərində X13, ölçüsü 0,20 ha olan torpaq sahəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə bütövlükdə (fərdi yaşayış evinin hər iki hissəsinə) yerində baxış keçirildi və ölçüləri müəyyən edildi. (X14 və İddiaçı istifadələrində olan fərdi yaşayış evinin ümumi sahəsi açıq eyvanlarla birlikdə 244.8 kv.m, yaşayış sahəsi isə 119.3 kv.m təşkil edir. X13 faktiki istifadəsində olan fərdi yaşayış evinin yaşayış sahəsi 89.3 kv.m, açıq eyvanlara birlikdə 149.2 kv.m təşkil edir). X13 adına tərtib edilmiş 03 fevral 2022-ci il tarixli texniki pasportun arxiv məlumatları təqdim edilsə də, lakin mübahisə olduğundan texniki pasport Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyatdan keçməmiş və vətəndaşa təqdim olunmamışdır. X15 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair xx.xx.1990-cı il tarixində 504 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin yaşayış sahəsi 119.4 kv.m göstərilsə də, faktiki olaraq fərdi yaşayış evinin yaşayış sahəsi 119.3 kv.m təşkil edir. X13 adına tərtib edilmiş 03 fevral 2022-ci il tarixli texniki pasportun arxiv məlumatları təqdim edilsə də, lakin fərdi yaşayış evi üzərində mübahisə olduğundan texniki pasport Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyatdan keçməmiş və vətəndaşa təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-179/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iş üzrə təqdim olunmuş sənədlərə və müəyyən edilmiş hallar əsasında aşkar səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən sahəsi 0,20 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2018- ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyəti kimi cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır.Həmin torpaq sahəsi isə Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı əsasında İddiaçı ayrılmış, onun adına Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 822F nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” hazırlanmış, daha sonra isə sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və A № 271726 saylı “Torpaq sahəsinin plan-ölçüsü” sənədi tərtib edilmişdir. Lakin qeyd olunan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğu halda cavabdeh inzibati orqan onun razılığı alınmadan və iddiaçını ümumiyyətlə məlumatlandırmadan iddiaçının xüsusi mülkiyyətində olan 0,20 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində üçüncü şəxs X13 mülkiyyət hüququna dair dövlət qeydiyyatını aparmış və onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli reyestr çıxarışını tərtib edərək sonuncuya təqdim etmişdir. Hesab edir ki, bununla da cavabdeh İddiaçı torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmənin özünün də müəyyən etdiyi kimi, mübahisəli torpaq sahəsi Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997- ci il tarixli, 14 saylı qərarı əsasında İddiaçı qanuni istifadəsində olan torpaq sahəsi kimi onun mülkiyyətinə ayrılmışdır. Həmin torpaq sahəsi isə daha öncə iddiaçının 1983-cü ildə vəfat etmiş babası X9 məxsus olmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, adı çəkilən X16 üçüncü şəxs X13 da babasıdır, belə ki üçüncü şəxsin atası X3 Əhməd Şahqubat oğlunun oğlu olmuş, lakin onlar arasında 5 yanvar 1958-ci il tarixdə bağlanılmış “ayrılıq müqavilənaməsi”nə əsasən X1 Cabar Əhməd oğluna iki otaqlı ev və evdə olan ev əmlaklarını verməklə sonuncunu öz təsərrüfatından ayrımışdır (ayrılıq müqavilənaməsi təqdim edilir). Eyni zamanda məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş Kirov adına meyvəçilik sovxozu üzrə xx.xx.1970-ci il üzrə 84 nömrəli əmrin arxiv surətindən görünür ki, X22 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş, lakin həmin sahədə ev tikməyə icazə verilməmişdir. Quba rayonunun baş memarı, memarlıq tikinti nəzarəti inspektoru, İİ Nügədi kənd XDS İcraiyyə Komitəsi sədri və rayon XDS İcraiyyə Komitəsinin mühəndisi tərəfindən X15 iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, 1971-ci ildə rayon ərazisində baş vermiş zəlzələ nəticəsində evi zədələnərək deformasiyaya uğradığından X29 həmin evin yanında yeni ev tikintisini aparmışdır (aktın surəti əlavə olunur). Bütün bu sadalanan hallar üçüncü şəxsin mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin guya 1956-cı ildə atası X29 tərəfindən tikildiyini və ona məxsus olduğunu təkzib edir. İşin həqiqi halı isə ondan ibarətdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən və üçüncü şəxsin atasına məxsus olduğunu iddia etdiyi sözügedən fərdi yaşayış evi iddiaçının 1983-cü ildə vəfat etmiş babası X9 məxsus olmuşdur. Özü də həmin fərdi yaşayış evinin otaqlarının sayı dörd deyil, altıdır, həmçinin evin ümumi sahəsi açıq eyvanlarla birlikdə 162,0 kvadrat metr deyil, 244,8 kvadrat metrdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxsin mülkiyyəti kimi qeydiyyata aldığı və reyestr kitabında 504 nömrə ilə qeyd edilmiş, 26 iyul 1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən X22 məxsus olmuş fərdi yaşayış evinin ümumi sahəsi isə 162,0 kv.metr olmaqla dörd otaqdan ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs X13 adına tərtib etdiyi 03 fevral 2022-ci il tarixli “Fərdi yaşayış evinin Texniki Pasportu”nun surətindən görünür ki, fərdi yaşayış evinin otaqları iki yardımçı və iki yaşayış otağı şəklində, evin ümumi sahəsi də 89,3 kvadrat metr,yaşayış sahəsi 36,5 kvadratmetr olaraq göstərilmiş, o cümlədən evin birinci mərtəbəsində yerləşən açıq eyvanın sahəsi 18,3 kvadrat metr, ikinci mərtəbəsində yerləşən açıq eyvanın sahəsi isə 38,0 kvadrat metr göstərilməklə hər iki açıq eyvan evin ümumi sahəsinə daxil edilmişdir. Halbuki,məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş və məhkəmənin gəldiyi nəticədə istinad etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki,Quba rayonu, İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə bütövlükdə (fərdi yaşayış evinin hər iki hissəsəsinə) yerində baxış keçirildi və ölçüləri müəyyən edildi. (X13 və İddiaçı istifadələrində olan fərdi yaşayış evinin ümumi sahəsi açıq eyvanlarla birlikdə 244.8 kv.m), yaşayış sahəsi isə 119.3 kv.m təşkil edir. X13 faktiki istifadəsində olan fərdi yaşayış evinin yaşayış sahəsi 89.3 kv.m, açıq eyvanlara birlikdə 149.2 kv.m təşkil edir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan sahəsi 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxsin atasına məxsus olmuş fərdi yaşayış evi ilə fərqli evlər olduğu halda, cavabdeh inzibati orqan lazımi araşdırmalar aparmadan yalnız üçüncü şəxsin bildirdiklərinə və atası X22 məxsus olmuş fərdi yaşayış evinə dair tərtib edilmiş reyestr kitabında 504 nömrə ilə qeyd edilmiş, 26 iyul 1990-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsaslanaraq tamamilə qanunsuz şəkildə onun xüsusi mülkiyətində olan torpaq sahəsində yerləşən babasına məxsus olmuş fərdi yaşayış evini üçüncü şəxsin mülkiyyəti kimi dövlət qeydiyyatına almışdır. Halbuki reyestr kitabında 504 nömrə ilə qeyd edilmiş, 26 iyul 1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən X22 məxsus olmuş ümumi sahəsi isə 162,0 kv.metr olmaqla dörd otaqdan ibarət olmuş fərdi yaşayış evi onun xüsusi mülkiyyətimdə olan torpaq sahəsində deyil, qonşuluqda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsində yerləşir.Həmin torpaq sahəsi də Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli,14 saylı qərarı əsasında üçüncü şəxs X13 anası X5 mülkiyyətinə ayrılmış və sonuncunun da adına Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-821F nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” hazırlanmışdır. Belə ki, X29 1995-ci ildə öldüyündən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi torpaq islahatı nəticəsində onun həyat yoldaşı olmuş X5 mülkiyyətinə verilmişdir. Əgər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxsin atası X22 məxsus evdirsə, necə olmuşdur ki, X15 və onun ailə üzvlərinin yaşadıqları iddia edilən evin torpaq sahəsi Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli,14 saylı qərarı əsasında iddiaçının mülkiyyətinə verilmişdir? Habelə, əgər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxsin atası X22 məxsus evdirsə, Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli,14 saylı qərarı əsasında üçüncü şəxs X13 anası X5 mülkiyyətinə ayrılmış və onun adına Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 821F nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” hazırlanmış sahəsi 0,12 ha olan torpaq sahəsi hansı torpaq sahəsidir və bu torpaq sahəsi hansı əsaslarla ayrılmışdır? Üçüncü şəxsin bildirdiklərinə inanılsa və məhkəmənin gəldiyi nəticəyə əsaslanılsa elə anlaşılır ki, üçüncü şəxsin atasının və anasının hərəsinin özünün ayrı torpağı və fərdi yaşayış evi olmuşdur ki, bu hal da işin faktiki halları və işdə olan materiallarla təkzib olunur. İşin həqiqi halı isə ondan ibarətdir ki,üçüncü şəxs cavabdeh inzibati orqana bilərəkdən yanlış məlumat verərək qonşuluqda yerləşən və Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli,14 saylı qərarı əsasında anası X5 mülkiyyətinə ayrılmış və onun adına Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 821F nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” hazırlanmış sahəsi 0,12 ha olan torpaq sahəsində yerləşən reyestr kitabında 504 nömrə ilə qeyd edilmiş, 26 iyul 1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən X22 məxsus olmuş ümumi sahəsi 162,0 kv.metr olmaqla dörd otaqdan ibarət fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən ev olduğunu bildirmiş və cavabdeh də yerində baxış keçirmədən, müvafiq araşdırma aparmadan üçüncü şəxsin bildirdiklərinə əsaslanaraq əsassız şəkildə onun mülkiiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bu cür hərəkətlər üçüncü şəxsə xas olan hərəkətlərdir və onun tərəfindən ilk dəfə edilmiş hərəkət deyildir. Belə ki, üçüncü şəxs X28 anası X10 vəfat etdikdən sonra ondan miras qalmış və bacısı X23 mükiyyətinə keçmiş sahəsi 0,66 ha olan torpaq sahəsini (pay torpağını) etibardan sui-istifadə edərək aldatma yolu ilə ələ keçirərək oğlu Vüqar Şahqubatovun adına rəsmiləşdirmişdir. Bundan başqa üçüncü şəxs X28 eyni qaydada etibardan sui-istifadə etməklə aldatma yolu ilə qardaşı X17 Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli,14 saylı qərarı əsasında mülkiyyətinə verilmiş sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi də ələ keçirərək öz adına rəsmiləşdirmişdir. Həmçinin, üçüncü şəxs X28 qardaşı X17 təxminən 2008-ci ildə 2-ci Nügədi kəndinin ərazisində X18 dəyərini ödəyərək aldığı 1,73 ha torpaq sahəsini də aldatma yolu ilə ələ keçirərək öz adına rəsmiləşdirmişdir. Bundan başqa adı çəkilən üçüncü şəxs Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı əsasında anası X5 mülkiyyətinə ayrılmış və onun ölümündən sonra vərəsəsi olaraq X25 qalmış 0,12 ha torpaq sahəsinə də iddia edərək həmin evdə X23 razılığı əsasında yaşayan şəxslərə də müdaxilələr etməkdədir. Bütün bu hallar X17 və X23 X21 qarşı “X21 verilmiş 16 fevral 2021-ci il tarixli etibarnamə üzrə verilmiş səlahiyyətlər çərçivəsində aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi” tələbi üzrə Quba Rayon Məhkəməsində çıxarılmış 16 dekabr 2022-ci il tarixli,2(027)-2333/2022 saylı qətnaməsində öz təsdiqini tapmışdır və bu hal bir daha onu təsdiq edir ki, cavabdeh hazırki iş üzrə də üçüncü şəxsin həqiqətə uyğun olmayan məlumatları əsasında lazımi araşdırmalar aparmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində olan babasından qalmış evi qonşu torpaq sahəsində yerləşən üçüncü şəxsin atasına məxsus olmuş fərdi yaşayış evi kimi onun adına qeydiyyata almaqla iddiaçının torpaq üzərində mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.İş materiallarında yuxarıda sadaladığı bu kimi çoxsaylı ziddiyyətlər və uyğunsuzluqlar olduğun halda, məhkəmə bu hallar səthi yanaşma nümayiş etdirmiş, iş üçün əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamışdır. Beləliklə, sadalananlardan aydın olur ki, məhkəmə iddiaçı olaraq onun tələbini qanuni və əsaslı saymamaqla yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə torpaq sahəsinə dair iddiaçının adına verilmiş reyestr çıxarışı qüvvədə olduğu halda, cavabdehin iddiaçının razılığı və məlumatı olmadan həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına almasına qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı hüquqi qiymət verməyərək inzibati-prosessual qanunvericilik normalarının pozuntusuna yol vermişdir. Təəssüf ki, işə baxan məhkəmə sadalan dəlilləri və iş üzrə müəyyən edilmiş halları heçə sayaraq iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, formal mülahizələr əsasında cavabdehin iddiaçının müraciətindən imtinası nəticəsində onun hüququnun pozulmadığına dair əsassız nəticəy gəlmişdir. Bütün bu sadalananlar məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyri-obyektivliyini və ədalətsiz olduğunu tam aydınlığı ilə göstərir. Bu səbəbdən məhkəmənin qərarını qanunazidd sayaraq onun ləğv edilməsi üçün apellyasiya şikayəti ilə müraciət etmək qərarına gəlmişlər. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi və üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: ... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçı Şahqubatov Ruslan Teymur oğlu üçüncü şəxs X13 qardaşı oğludur. xx.xx.2018-ci il tarixdə iddiaçının 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmış, müvafiq çıxarəş verilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçının xəbəri olmadan cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsi üzərində yerəşən ev üzərində üçüncü şəxs X13 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsi iddiaçının, üzərində olan ev isə üçüncü şəxsin mülkiyyəti kimi qeyd edilmişdir. İddiaçı hesab edir ki, üçüncü şəxsin evi onun mülkiyyətində olan torpaq sahəsində yerləşmir, inzibati orqan onun hüqularını pozmuşdur, ona görədə hazırkı iddianı qaldırmışdır. Üçüncü şəxs isə hesab edir ki, onun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, 2018-ci ildə iddiaçının torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ düzgün qeydə alınmamışdır. Faktiki olaraq isə həm ev həmdə torpaq sahəsi iki hissəyə bölünərək, bir hissəsi iddiaçının, bir hissəsi isə üçüncü şəxsin istifadəsindədir. İş materialları ilə müəyyən edilir ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçı xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 noyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki mübahisə predmeti olan, 0.20 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 162.0 kv.metr olan, iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evi reyestr kitabında 504 nömrə ilə qeyd edilmiş, 26 iyul 1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən X22 məxsus olmuşdur. 22 iyul 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən sonuncu 14 iyun 1995-ci il tarixdə öldükdən sonra sözügedən əmlak vərəsəsi X2. Daha sonra X13 Quba rayonu, İkinci Nügədi kəndi ünvanında yerləşən 0.20 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 162.0 kv.metr olan, iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: GPS aləti vasitəsi ilə mübahisəli torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür. Mübahisəli torpaq sahəsi bir tərəfdən yol digər tərəflərdən qonşu torpaq sahələri ilə həmsərhəd olub daxilində ikimərtəbəli fərdi yaşayış evi mövcuddur. Mübahisəli torpaq sahəsi faktiki olaraq dəmir tor və beton hasarla iki hissəyə bölünərək bir hissə İddiaçı tərəfindən digər hissə isə X28 tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi də iki hissəyə bölünmüş və sözügedən şəxslər tərəfindən istifadə olunur. Sözügedən mübahisəli torpaq sahəsi üzərində hər iki şəxs arasında kəskin mübahisə mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçı faktiki olaraq 0.1074 ha torpaq sahəsindən istifadə edir və həmin istifadə olunan torpaq sahəsinin 0.1074 ha hissəsi **********36 reyestr nömrəli çıxarışla üst-üstə düşür. X13 faktiki istifadə etdiyi torpaq sahəsi 0.0909 ha təşkil edir və faktiki istifadəsində olan torpaq sahəsinin 0.09 ha hissəsi **********36 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Qeyd edilir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş **********3610301 reyestr nömrəli çıxarışda torpaq sahəsi tam olaraq İddiaçı mülkiyyəti kimi, fərdi yaşayış evi isə tam olaraq X13 mülkiyyətinə göstərilmişdir. Lakin fərdi yaşayış evinin ümumi sahəsi çıxarışda 162 kv.m göstərilsə də həmin yaşayış evinin ümumi sahəsinin 89.3 kv.m hissəsini X28 istifadə edir (iş materialları, səhifə 121). Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə bütövlükdə (fərdi yaşayış evinin hər iki hissəsinə) yerində baxış keçirildi və ölçüləri müəyyən edildi. (X14 və İddiaçı istifadələrində olan fərdi yaşayış evinin ümumi sahəsi açıq eyvanlarla birlikdə 244.8 kv.m, yaşayış sahəsi isə 119.3 kv.m təşkil edir. X13 faktiki istifadəsində olan fərdi yaşayış evinin yaşayış sahəsi 89.3 kv.m, açıq eyvanlara birlikdə 149.2 kv.m təşkil edir). X13 adına tərtib edilmiş 03 fevral 2022-ci il tarixli texniki pasportun arxiv məlumatları təqdim edilsə də, lakin mübahisə olduğundan texniki pasport Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyatdan keçməmiş və vətəndaşa təqdim olunmamışdır. X15 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair xx.xx.1990-cı il tarixində 504 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin yaşayış sahəsi 119.4 kv.m göstərilsə də, faktiki olaraq fərdi yaşayış evinin yaşayış sahəsi 119.3 kv.m təşkil edir. X13 adına tərtib edilmiş 03 fevral 2022-ci il tarixli texniki pasportun arxiv məlumatları təqdim edilsə də, lakin fərdi yaşayış evi üzərində mübahisə olduğundan texniki pasport Daşınmaz Əmlakın Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyatdan keçməmiş və vətəndaşa təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş 26 iyul 1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət Azadlıq – 256 nömrəli yaşayış evi Quba rayonu XDS İcraiyyə Komitəsinin 77 nömrəli, 19 aprel 1988-ci il tarixli qərarı əsasında X22 ayrılmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş 11 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən ümumi sahəsi 162 kv.m olan fərdi yaşayış evi üzərində X13, ölçüsü 0,20 ha olan torpaq sahəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10 sentyabr 2025-ci il tarixli, 3-21-3-34/2-11621/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, X13 həmin fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan Abşeron TİB tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsində ünvan ünvan 3akın dövlət reyestrində ünvan reyestrinin informasiya sistemində (ÜRİS) Quba rayonu, İkinci Nügədi kəndində Azadlıq küçəsinin mövcud olmadığı məlum olmuşdur. Bu səbəbdən, yuxarıda qeyd olunan fərdi yaşayış evinə dair verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda Azadlıq küçəsi, ev 256 ünvanı əlavə edilməmişdir. Həmçinin kollegiya tərəfindən cavabdehə müvafiq sorğu ünvanlanaraq 26 iyul 1990-cı il tarixli qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 noyabr 2025-ci il tarixli, 3-21-3-34/2-16393/2025 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, 504 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənəd arxiv qovluğunda olmadığından surətin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 18 sentyabr 2025-ci il tarixli, 3-21-3-60/2- 3010/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, mərkəzin arxivində JN-821F (kod ********) və JN-822F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin arxiv nüsxəsi, eyni zamanda Quba rayonu, Birinci Nügədi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X6 (ailə üzvləri ilə birgə) və İddiaçı adları aşkar edilməmişdir. İş materiallarında olan İİ Nügədi İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı ünvan 5 ünvanda yaşayır. Quba rayonu İkinci Nügədi kəndində özünə məxsus 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 2 (iki) mərtəbəli, 6 (altı) otaqdan ibarət yaşayış evi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd olunur ki, Quba rayonu İİ Nügədi kənd X36 İcraiyyə Komitəsinin 1983-1985-ci illərə aid İİ Nügədi kəndi üzrə 22 saylı təsərrüfatbaşına kitabında X26 1369 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 0,20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçı adı X11 təsərrüfatında onun nəvəsi kimi qeyd olunmuşdur. Quba rayonu İİ Nügədi kənd X36 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid İİ Nügədi kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında X26 745 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 0,20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçı adı X11 təsərrüfatında onun nəvəsi kimi qeyd olunmuşdur. X19 aid sütunun təsərrüfatın tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd qrafasında “1988 vəf. edib.” sözləri yazılmışdır. Quba RİHB-nin İİ Nügədi İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid İİ Nügədi kəndi üzrə 13 saylı təsərrüfatbaşına kitabında İddiaçı 1091 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 1990-1996-cı illərdə 0,20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Quba RİHB-nin İİ Nügədi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid İİ Nügədi kəndi üzrə 13 saylı təsərrüfatbaşına kitabında İddiaçı 1209 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1999-cu illərdə 0,20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 29 dekabr 2023-cü il tarixli arxiv arayışında qeyd olunur ki, Quba RİHB-nin İİ Nügədi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid İİ Nügədi kəndi üzrə 13 saylı təsərrüfatbaşına kitabında X20 1206 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1956-cı ildə tikilmiş ümumi sahəsi 60 kv.metr, o cümlədən yaşayış sahəsi 40 kv.metr olan yaşayış evinin və 1996-1999-cu illərdə cəmi torpaq qrafasında 0,10 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. 2000-ci ildə torpaq haqqında qeydiyyat aparılmamışdır. Quba RİHB-nin İİ Nügədi İƏV (İƏD) üzrə nümayəndəliyinin 1996-2000; 2001-2005; 2011-2015-ci illərə aid İİ Nügədi kəndi üzrə təsərrüfatbaşına kitablarında X30 atası Şahqubatov Rayıl (Rayil) Cabar oğlunun təsərrüfatında onun oğlu kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia çərçivəsində baxılan mübahisə mahiyyəti etibarı ilə iddiaçı və üçüncü şəxs arasında daşınmaz əmlakla bağlı yaranmış mülki mübahisənin cavabdeh inzibati orqana yönələn hissəsini təşkil edir və ümumilikdə yaranmış problemi həll edə bilməz. İddiaçı hesab edir ki, üçüncü şəxsin evi onun mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Üçüncü şəxs isə hesab edir ki, onun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur, 2018-ci ildə iddiaçının torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ düzgün qeydə alınmamışdır. Lakin hazırda baxılan mübahisə çərçivəsində torpaq sahəsinin və koordinatlarının iddiaçının adına dövlət qeydiyyatına alınmasının qanunsuz olub-olmaması mübahisələndirilməmişdir. Ona görə də hazırkı iddia çərçivəsində cavabdeh inzibati orqanın üçüncü şəxsə məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin qeydiyyatın qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasını yoxlayacaqdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavadeh inzibati orqan üçüncü şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu qeydə alarkən zəruri araşdırma aparmamış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Qanunların aşağıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatı aparılarkən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmalıdır. Əks halda qeyd olunan hal Qanunun 15-ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas təşkil edir. Cavabdeh inzibati orqan 2018-ci ildə 0.20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almışdır və dövlət reyestrində saxlanılan bu məlumat üçüncü şəxsə vərəsəlik qaydasında keçən fərdi yaşayış evi ilə bağlı məlumatlar arasında uyğunsuzluq təkil edir. Lakin cavabdeh inzibati orqan bu uyğunsuzluqları aradan qaldırmadan mübahisələndirilən qeydiyyatı həyata keçirmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi ilə bağlı olan uyğunsuzluqdan başqa fərdi yaşayış evinin ölçülərində də uyğunsuzluq vardır. Belə ki, üçüncü şəxsə vərəsəlik qaydasında keçən ev dörd otaqdan ibarət olmaqla ümumi sahəsi 162.0 kv.metr olsa da, yerində müayinə zamanı 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 6 otaqdan ibarət olmaqla ümumi sahəsi 244,8 kv.m olduğu müəyyən edilib. Eyni zamanda faktiki olaraq ev və torpaq sahəsi iki hissəyə bölünərək iddiaçı və üçüncü şəxs tərəfindən istifadə edilir. Belə ki, iş materiallarına əlavə olunmuş yuxarıda qeyd edilmiş müayinə aktından görünür ki, fərdi yaşayış evinin ümumi sahəsi çıxarışda 162 kv.m göstərilsə də, həmin yaşayış evinin 244,8 kv.m olan ümumi sahəsinin 89.3 kv.m hissəsini X28 istifadə edir. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd edilən uyğunsuzluqlar olduğu halda iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində onun xəbəri olmadan üçüncü şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi ilə onun üzərində yerləşən tikili arasında hüquqi və faktiki bağlılıq müəyyən edilmədən aparılmış hər hansı qeydiyyat qanuni sayıla bilməz. İş materiallarından, müayinə aktından və mütəxəssis rəyindən aydın olur ki, mübahisə predmeti olan fərdi yaşayış evi vahid tikili olmaqla faktiki olaraq iki hissəyə bölünmüş, müxtəlif şəxslər tərəfindən istifadə edilən tikili kimi mövcuddur. Məhkəmə tərəfindən əldə edilmiş müayinə aktı və mütəxəssis rəyində müəyyən edilmiş faktiki ölçülər inzibati orqanın çıxarış tərtib edərkən mövcud vəziyyəti nəzərə almadığını və bunun nəticəsində qanunsuz qeydiyyata yol verildiyini açıq şəkildə göstərir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbləri ilə yanaşı “İnzibati icraat haqqında” Qanunun da tələbini pozmuş, həmin qanunun 16.1, 21.1 və 24-cü maddələrinin tələblərini nəzərə almadan inzibati icraat aparmışdır. Həmin normalara əsasən inzibati orqan inzibati icraata maraqlı şəxsləri cəlb etməklə öz xidməti vəzifəsinə görə araşdırma aparmalıdır. Lakin cavabdeh inzibati orqan mübahisələndirilən çıxarışı tərtib etməzdən əvvəl iddiaçını inzibati icraata maraqlı şəxs qismində cəlb etməklə öz xidməti vəzifəsinə görə araşdırma aparmalı olduğu halda bunu etməmiş, beləliklə də qanunvericiliyin tələblərini eyni zamanda iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yaşayış evi üzərində hazırkı iş üzrə üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması onun maraqlarına uyğun olsa da, həmin evin yerləşdiyi torpaq sahəsinin digər şəxsə məxsus olması onun maraqlarına uyğun deyil və kollegiya qeyd edir ki, mübahisələndirilən qeydiyyat hazırkı iş üzrə üçüncü şəxsin də maraqlarına tam uyğun deyil və mahiyyət etibarı ilə mübahisləndirilən qeydiyyatla üçüncü şəxsin hüquqları tam bərpa edilməməklə onun da hüquqları pozulmuşdur. Bundan əlavə məhkəmə kollegiyası bir məqama da əlavə münasibət bildirməyi vacib hesab edir. Belə ki, üçüncü şəxs 2018-ci ildə iddiaçının adına aparılmış qeydiyyatın qanunsuz aparıldığını iddia edir. Kollegiya qeyd edir ki, həmin qeydiyyat hazırki iddianın predmetinə daxil olmadığından həmin qeydiyyatın qanuni olub-olmamasına hüquqi qiymət verilə bilməz. Halbuki, həmin hal hazırkı mübahisənin əsasını təşkil edən iddiaçı ilə üçüncü şəxs arasındakı mülki münasibətlərin həlli üçün ilikin əsas təşkil edir. Məhkəmə kollegiyası həm inzibati, həm də mülki münasibətlərdən əlaqəli formada yaranmış mübahisələrin həlli zamanı düzgün hüquq müdafiə vasitələrinin seçimini hüquqi müəyyənlik və prosessual qənaət baxımından əhəmiyyətinə vurğu edərək qeyd edir ki, ümumi mübahisəni mahiyyət üzrə həll etməyən, ama mahiyyət üzrə mümkün iddiaların seçimi məhkəmə icraatı ilə əldə edilmək istənilən ədalətin bərpasını gecikdirir və gözlənilən hüquqların bərpasını həll etmir. Hər bir halda məhkəmə kollegiası hesab edir ki, üçüncü şəxsə vərəsəlik qaydasında keçən əmlak həm fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsinin müəyyən edilməsi baxımından qanunsuz həll edildiyindən hazırkı iddia əsaslı hesab edilərək təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-179/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış üzrə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin) üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar