Məhkəmə qərarları › İş №2-1(105)-783/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-783/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-783/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona ayrılmış 0.08 ha torpaq sahəsinin 0,0723 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1603/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu Qobu bələdiyyə Şurasının 22 avqust 2006-cı il tarixli, 10 saylı qərarı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədilə İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2006-cı il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin hesabına 300 manat pul köçürmüşdür. Abşeron rayonu Qobu bələdiyyəsinin 22 avqust 2006-cı il tarixli aktının surətindən görünür ki, Qobu bələdiyyəsi ilə İddiaçı 0,08 ha torpaq sahəsi təhvil verilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdehin imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən İddiaçı Əmiraqa qızına 0.08 ha torpaq sahəsinin 22 avqust 2006-cı il tarixində, 10 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 29 sentyabr 2015-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi; arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; müraciət ərizəsinə əlavə edilmiş Abşeron Rayon Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyə, ləqv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; faktiki torpaq sahəsinin 0,0017 ha hissəsinin **********23 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü; sözügedən torpaq sahəsinin bir hissəsinin ümumi yol olaraq istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdehin 13 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin 40 kv.m hissəsi ümumi yol kimi istifadə olunduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0.08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0.08 ha torpaq sahəsinin 0,0723 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin 22.08 2006-cı il tarixli, 10 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin ona ayrılması qərara alınmışdır. Bundan sonra dəyəri onun tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan 0.08 ha torpaq sahəsi onun istifadəsində və sahıbliyindədir. Hər il torpaq vergisini Abşeron rayonu, Qobu Bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. O nümayəndə vasitəsi ilə cavabdehə Abşeron rayonu, Qobu Bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 fevral 2024-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2024-cü ıl tarixli, 321332/1-5029/24 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdehin xx.xx.2024-cu il tarixli bildiriş məktubunda Abşeron rayonu, Qobu Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 22 avqust 2006-cı il tarixdə, 10 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının 29 sentyabr 2015-ci ıl tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı iiə tsədıq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları"na əlavəyə zidd tərtib olunduğu, həmçinin arxiv arayışının hazırkı müraciətə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi; həmçinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0 08 ha göstərilsə də, faktiki vəziyyətdə 0 074 ha olduğu və sözügedən torpaq sahəsinin 0.0017 ha hissəsinin **********23 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd uzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü; sözügedən torpaq sahəsinin bir hissəsinin ümumi yol kimi istifadə olunduğu aşkar edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Sadalanan sənədlərin olmaması onun nöqsanı deyil. Qobu Bələdiyyəsinin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması onun səhvi olmamaqla mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Torpaq sahəsinin tam dayəri Abşeron rayonu, Qobu bələdiyyəsinin hesabına tam olaraq ödənilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin bir hissəsinin ümumi yol kimi istifadə olunması ilə bağlı bildirilir ki, bu barədə ona vaxtında məlumat verilməmişdir. Zamanında məlumat verilsəydi onun mülkiyyətində olan Abşeron rayonu, Qobu bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin ümumi yola düşən hissəsindən imtina edərdi. Buna görə də hal-hazırda cavabdehin bu mövqeyini də qanunsuz hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən İddiaçı Əmiraqa qızına 0.08 ha torpaq sahəsinin 22 avqust 2006cı il tarixində, 10 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 29 sentyabr 2015-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi; arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; müraciət ərizəsinə əlavə edilmiş Abşeron Rayon Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyə, ləqv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; faktiki torpaq sahəsinin 0,0017 ha hissəsinin **********23 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü; təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha göstərilsə də, faktiki vəziyyətdə 0.074 ha olduğu; həmin daşınmaz əmlakın bir hissəsinin ümumi yol olaraq istifadə edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1603/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0.08 ha torpaq sahəsinin 0,0723 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Abşeron rayonu Qobu bələdiyyə Şurasının 22 avqust 2006-cı il tarixli, 10 saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 22 avqust 2006-cı il tarixində, 10 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 29 sentyabr 2015-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edilməsi; müraciət ərizəsinə əlavə edilmiş Abşeron Rayon Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyə, ləqv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməməsinə münasibətdə ödəniş qəbzinin surəti iş materiallarına əlavə edilmiş, inzibati orqan tərəfindən müayinə aktı məhkəməyə təqdim edilmişdir. Qeyd edilən hal iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bundan əlavə cavabdeh qeyd edir ki, faktiki torpaq sahəsinin 0,0017 ha hissəsinin **********23 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü; təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha göstərilsə də, faktiki vəziyyətdə 0.074 ha olduğu; həmin daşınmaz əmlakın bir hissəsinin ümumi yol olaraq istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin üst-üstə düşən hissəsindən imtina etməklə faktiki istifadəsində olan torpaq sahəsinə çıxarışın verilməsini istəyir. Həmin daşınmaz əmlakın bir hissəsinin ümumi yol olaraq istifadə edilməsinə münasibətdə təqdim edilmiş ortofoto görüntü və müayinə aktından müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi deyil, bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilən koordinat daxilində yerləşən torpaq sahəsinin 40 kv.metr hissəsi ümumi yol kimi istifadə olunur. İddiaçının tələbi faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı olduğundan qeyd edilən hissədə də mübahisə halı aradan qalxmış olur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: .... 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0 0,0723 ha ölçüdə torpaq sahəsi üzrərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərraının 22 avqust 2006-cı il tarixli olduğu halda, alqı-satqı aktının 29 sentyabr 2015-ci il tarixli olduğunu, arxiv arayışının əlavə edilmədiyini, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi, faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-ütsə düşdüyünü, bir hissəsinin ümumi yol kimi istifadə edildiyini əsas gətirərək, hüququn dövlət qeydiyyatına alınmasında imtina etmişdir Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcuddur. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirərək, bu barədə rəy tərtib edilmiş və təsdiq edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,08 ha olduğu, yol və qonşu torpaq sahələri ilə sərhəddir, torpaq sahəsinin 0,0017 ha hissəsi **********23 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü, sənəd üzrə ölçüsünün 0,08 ha olduğu, faktiki ölçüsünün 0,0740 ha olduğu qeyd edilmişdir. Qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya cavabdehin istinad etdiyi imtina və şikayətin dəlilləri ilə bağlı onu qeyd edir ki, torpaq sahəsinə dair alqı-satqı aktının tarixinin müvafiq qərarın tarixindən fərqli olması,alqı-satqı aktının, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təritb edilməməsi məhz müvafiq qurumun səlahiyyətinə aid olmaqla, iddiaçının təqsiri nəticəsində ortaya çıxmamışdır. Belə olan halda isə kollegiya hesab edir ki, müvafiq qurumun öz səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmaısnın məhdudlaşdıırlmasının əsası hesab edilməməli, əks yanaşmanın tətbiq edilməsi halı ilk növbədə mütənasiblik prinsipinin mahiyyətinə və tələbinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Həmin hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq qurumun öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin imtina və şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlərin arxiv arayışının təqdim edilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı həmin sənədlərin arxiv nüsxəsinin mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin sənədlərin arxiv nüsxələrini əldə etmək imkanına malik olduğu halda, qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı tədbir görməmiş, formal olaraq imtina əsası kimi istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlili həmin hissədə də əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin torpaq sahəsinin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi və bir hissəsinin ümumi yol kimi istifadə edilməsi ilə bağlı arqumentinə dair onu qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi müvafiq qərar əsasında ayrılmış 0,08 ha torpaq sahəsi ilə bağlı olmamaqla, məhz faktiki olaraq onun istifadəsində olan (başqa şəxslə üst-üstə düşən və ümumi yol kimi sitifadə edilən hissə çıxmaqla yerdə qalan hissəsi) 0,0723 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Başqa sözlə desək, indiki halda iddiaçı tərəfindən müvafiq sənəd əsasında onun adına ayrılmış 0,08 ha torpaq sahəsinin ölçüsündən başqa şəxslə üst-üstə düşən hissə (0,0017 ha), habelə ümumi yol kimi istifadə edilən hissə (0,0040 ha) çıxmaqla, faktiki onun istifadəsində qalan 0,0723 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktının məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan sahənin ölçüsü 0,074 ha qeyd edilmişdir. Göründüyü kimi həmin sahənin tərkibinə ümumi yol kimi istifadə edilən sahə daxil edilməmiş, məhz faktiki istifadəsində olan sahə əks olunmuşdur. Eyni zamnada iddiaçı məhz onun faktiki istifadəsində olan 0,0740 ha torpaq sahəsinin ölçüsünü 0,0017 ha başqa şəxsə məxsus olan torpaq sahəsinin ölçüsü hissəsində azaldaraq, 0,0723 ha hissədə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, bu hissədə işin müəyyən edilmiş həmin faktiki halları əsasında cavabdehin istinad etdiyi arqumentləri təkzib edildiyindən, həmin hissədə də imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1603/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar