Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-786/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Aşurova (Laçınova) Elvira İsmayıl qızının, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızının və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: X14 komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, Aşurova (Laçınova) Elvira İsmayıl qızının, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızının və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X14 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən ünvan 3i ərazisindən iddiaçının 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə tapşırılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 720/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 220 nömrəli məktubunda qeyd edilmiş arxiv çıxarışından görünür ki, 08 oktyabr 2001-ci il tarixdə Ş.Şamil adına Sovxoz X14 Komissiyasının iclasının 08 saylı protokolu əsasında Torpaq İslahatı haqqında Qanuna əsasən İddiaçı1 ailəsinə 2.84 hektar, bir pay torpaq norması cəmi təsərrüfat üzrə 25.82 hektar torpaq sahəsinin bələdiyyənin fondundan ayırlması qərara alınmışdır. Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X10 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanamış Qusar rayonunun QuxurOba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 1.68 ha torpaq sahəsinə dair X5 adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Ş.Şamil adına sovxoz X14 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolundan görünür ki, İddiaçı1 ailəsinə 4 pay olmaqla ümumilikddə 2.84 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qusar rayon Dövlət Arxivinin xx.xx.2023- cü il tarixli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, İddiaçı1, X4, X1 və İddiaçı4 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 iddia elədiyi torpaq sahəsinin 1.68 ha hissəsi ünvan 1i ünvanda yerləşir, torpaqların elektron kadastrı uçotu məlumat bazasında həmin torpaq sahə bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir və kənd təsərrüfatına yararlı torpaq sahəsidir, torpaq sahəsi faktiki hasara alınaraq aralarında suvarma arxı keçməklə 1.0463 ha və 0.6337 ha olmaqla iki hissədə yerləşir və hazırda ümumi 1.68 ha torpaq sahəsinin 0.19 ha hissəsindən meyvə bağı kimi qalan 1.68 ha hissəsindən isə əkin kimi istifadə olunur, qonşu torpaq sahələri ilə hər hansı sərhəd mübahisəsi qeydə alınmamışdır və hər hansı kommunikasiya xətti aşkar olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 15 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X14 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən iddiaçı X2 3 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.26 ha torpaq sahəsinə və İddiaçı1 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin tapşırılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçı qismində İddiaçı1 saxlanılaraq, “Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X14 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən ünvan 3i ərazisindən iddiaçının 4 nəfərlik ailə üzvlərinə ayrılmış cəmi 1.68 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə tapşırılması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Aşurova (Laçınova) Elvira İsmayıl qızı, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızı və İddiaçı4 məhkəməyə ərizə ünvanlayaraq, birgə iddiaçılar qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, Qusar rayonun Quxur Oba kəndində torpaq islahatları keçirilərkən iddiaçılar Qusar rayonun Quxur Oba kəndində yaşamaqla Quxur Oba kəndinin daxil olduğu Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozunda daim işləmiş və daimi həmin sovxozun ərazisində yaşamışdırlar. Lakin Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozunda torpaq islahatları keçirilərkən hansı isə naməlum səbəblərdən iddiaçıların, onların ailə üzvlərinin, habelə bir çox başqa Quxur Oba kənd sakinlərinin - cəmi 38(otuz səkkiz) nəfərin adları torpaq payı almaq hüququ olanların siyahısına düşməmişdir. İslahat Komissiyasına müraciət etmişlər. Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X14 Komissiyasının 08 oktyabr 2001-ci il tarixli qərarına əsasən Qusar rayonu Quxur oba Bələdiyyəsinin ehtiyat fondundan həmin sakinlərə, o cümlədən iddiaçılara və ailə üzvlərinə pay torpaq sahələrinin ayırılması qərara alınmışdır. 20 ildən çoxdur ki, həmin torpaq sahələri onların faktiki istifadəsindədir və onlar həmin torpaq sahələrindən heç kimin etirazı olmadan istifadə edirlər. Cavabdeh orqana hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan isə müraciətlərinin təmin edilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-720/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayonunun sabiq “Şeyx Şamil” adına sovxozun X14 Komissiyasının 08 oktyabr 2001-ci il tarilxi qərarına əsasən ünvan 3i ərazisindən iddiaçılar İddiaçı1, Aşurova (Laçınova) Elvira İsmayıl qızına, Aşurova (Məmmədbəyova) Firəngiz İsmayıl qızına və İddiaçı4 ayrılmış cəmi 1.68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız olmuşdur. Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X10 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanamış Qusar rayonunun Quxur-Oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 2.84 ha torpaq sahəsinə dair iddiaçıların adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 Qusar rayonu, Quxur Oba kəndində yerləşən 2.84 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sizin, Qusar rayonu, Quxur Oba kəndində yerləşən 2.84 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 2.84 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, qeyd olunan 2.84 ha torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş Qusar rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 220 nömrəli arxiv çıxarışında Ş.Şamil adına sovxoz X14 komissiyası tərəfindən qebul olunmuş xx.xx.2001-ci il tarixli 8 saylı protokol rayon Aqrar İslahat komissiyası tərəfindən təsdiq edilməmiş və eləcədə 2.84 ha torpaq torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri ərizənizə əlavə olunmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.2 torpaq sahəsinin planı və ölçüsü. Torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməsi mümkün olmamışdır, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. İnzibati aktın (imtina məktubu) xx.xx.2022-ci il tarixində qəbul edildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Bundan əlavə, 2-1(118)- 720/2023 saylı inzibati işlə bağlı iddiaya qarşı münasibət bidirilməsi ilə bağlı sərəncam, o cümlədən iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır və nəticə olaraq cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsində keçirilmiş cəmi 6 məhkəmə iclaslarından yalnız 18 aprel 2023-cü il tarixdə saat 11-15-də keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir. Həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə torpaq sahəsinə yerində baxış keçirilməsinin, torpaq sahəsinin koordinatlarının, qonşu torpaq sahələri ilə üst-üstə düşmə halının, torpaq sahəsindən kommunikasiya xətlərinin keçib-keçməməsi məsələsinin müəyyənləşdirilməsinin zəruri olduğunu və bu barədə mütəxəssis rəyinin alınmasının vacib olduğunu bildirmişdir. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-720/2023 saylı mütəxəssis rəyinin alınmasına dair məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərov tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə 19 may 2023-cü il tarixdə müayinə baxışı keçirilmiş, həmin tarixdə müvafiq mütəxəssis rəyi verilmiş, habelə torpaq sahəsinin koordinatları qeyd edilməklə yerquruluşu xəritəsi hazırlanmışdır. Cavabdeh tərəfindən 25 may 2023-cü il tarixli məktuba əsasən həmin mütəxəssis rəyi və torpaq sahəsinin koordinatları qeyd edilmiş yerquruluşu xəritəsi Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmişdir. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın müayinəsi zamanı aşkar olmuşdur ki, İddiaçı1 iddia etdiyi torpaq sahəsinin 1,68 ha hissəsi ünvan 3i ünvanında yerləşir, torpaqların elektron kadastrı uçot məlumat bazasında həmin torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir və kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Torpaq sahə faktiki hasara alınaraq aralarında suvarma arxı keçməklə 1.0463 ha və 0.6337 ha olmaqla iki hissədə yerləşir və hazırda ümumi 1,68 ha torpaq sahəsinin 0.19 ha hissəsində meyvə bağı kimi, qalan hissəsində isə əkin kimi istifadə olunur, qonşu torpaq sahələri ilə hər lıansı sərhəd mübahisəsi qeydə alınmamışdır və hər hansı kommunikasiya xətti aşkar olunmamışdır.(Yerquruluşu planından çıxarış əlavə olunmuşdur). Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi yuxarıda göstərilmiş müddəaları cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərov tərəfindən verilmiş 19 may 2023-cü il tarixli mütəxəssis rəyi ilə təkzib olunur. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respubliksmın İnzibati Prosessual Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinə istinad edərək irəli sürdüyü iddianın mübahisələndirmə haqqında iddia və məcbur etmə haqqında iddia olduğunu, həmin iddia üçün qanunla müəyyənləşdirilmiş 30 günlük müddətin tərəfimizdən buraxıldığını qeyd etmişdir. Cavabdehə qarşı irəli sürülən iddia İnzibati Prosessual Məcəlləsinin 2.2.3 və 34-cü maddələrində nəzərdə tutulmuş “inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)” aiddir və öhdəliyin icrası haqqında iddialar üzrə iddia müddəti qanunda nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiaya münasibət bildirilməsi ilə bağlı sərəncamın və iddia ərizəsinin ona təqdim edilmədiyini və buna görə də iddiaya qarşı münasibət bildirə bilmədiyini qeyd etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2-1(118)- 3151/2022 saylı Sərəncam, iddia ərizəsi və əlavə olunmuş sənədlər rəsmi qaydada cavabdehə göndərilmiş, habelə həmin sərəncam 28 dekabr 2028-ci il tarixdə, iddia ərizəsi və digər sənədlər isə daha əvvəl elektron məhkəmə sistemində yerləşdirilmişdir. Bundan əlavə 18 aprel 2023-cü il tarixdə saat 11-15-də keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə həmin sənədlər məhkəmə iclasında bir daha təqdim olunmuşdur. Cavabdehin iddiaya münasibət bildirməsi üçün kifayət qədər vaxı olmuşdur. Ona görə də cavabdehin iddia ərizəsinə münasibət bildirməməsi barədə apellyasiya şikayətindəki müddəası da əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ....... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: 1.Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. .... Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Maddə 14.Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. ..... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ..... Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi(xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamənin: Bu Əsasnamə «Torpaq islahatı haqqında», «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.
2. X14ı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. X14ı komissiyası Dövlət Torpaq Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq sovxozun X14 Komissiyasının qərarı ilə iddiaçılara ayrılmış 1,68 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən bu hüququn qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərin tam təqdim edilməməsi, Ş.Şamil adına sovxoz X14 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolunun Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməməsi və torpaq sahələrinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemlərinin ərizəyə əlavə edilməməsi hallarına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Ş.Şamil adına sovxoz X14 Komissiyasının 08 saylı, 08 oktyabr 2001-ci il tarixli protokolunun məzmununda İddiaçı1 ailəsinə 4 pay olmaqla, cəmi 2,84 pay torpaq sahəsinin ayrılması, habelə aqrar islahatı zamanı həmin vətəndaşlar siyahılara düşməmiş, lakin pay torpaq almaq hüququna malikdirlər, 1 pay torpaq normasının 0,71 ha torpaq sahəsinin və bələdiyyə ehtiyat fondundan ayrılmasının məqsədəuyğun hesab edilməsi qərara alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan arxiv sənədlərinə əlavə edilmiş Qusar rayonu Ş.Şamil adına sovxozunda islahat zamanı torpaq payı almaq hüququna malik olub, torpaq payı düşməyən şəxslərin siyahısında da məhz iddiaçıların adı qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X10 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanmış və möhürlənmiş Qusar rayonunun Quxur Oba bələdiyyəsinin torpaqlarına dair yerquruluşu xəritəsindən görünür ki, 1.68 ha torpaq sahəsinə dair İddiaçı1, A.Elvira, A.Firəngiz, A.Zaur adları qeyd edilməklə, onların adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan Qusar rayonu Quxuroba Bələdiyyəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Qusar rayonun Ş.Şamil adına savxozun yerli AİK-nın 08 oktyabr 2001-ci il tarixli 8 saylı qərarı ilə İddiaçı1 4 nəfər ailə üzvlərinə cəmi 1,68 ha torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin yerində ayrılaraq onların faktiki istifadələrinə verildiyini, 22 ilə yaxındır ki, faktiki onların sahibliyində və istifadəsində olduğunu, torpaq vergisi borcu olmadığını, mülkiyyət hüquqularının qeydiyyatına alınmasına etiraz etmədiklərini bildirmişdir. Göründüyü kimi, iddiaçılara sözügedən torpaq sahəsi məhz torpaq islahatı zamanı pay torpaq şəklində ayrılmışdır (qeyd edilən hal iş materialarında olan arxiv sənədləri əsasında və digər sənədlərlə təsdiq olunur), bu hal isə həmin torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüququnun yaranması əsası qimsində çıxış etmişdir. Belə ki, yuxarıda istinad edilən torpaq haqqında və torpaq islahatı haqqında qanunvericilik normalarının təhlilində görünür ki, torpaq islahatı zamanı pay torpaq almaq hüququ olan şəxslərə ayrılmış pay torpağı onların mülkiyyətinə verilir. İndiki halda da sözügedən torpaq sahəsi hər birinin payı 0,71 ha müəyyən edilməklə, iddiaçıların birgə mülkiyyətinə verilmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçılara sözügedən pay torpağının ayrılması halı arxiv sənədləri ilə təsdiq olunur, habelə həmin torpaq sahəsinə dair yerquruluşu planı məhz müvafiq rayon torpaq şöbəsi tərəfindən də təsdiq edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qərarın müvafiq rayon AİK tərəfindən təsdiq edilməməsi halına istinad etməsi özlüyündə iddiaçıların mövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmaqla, formal əsas kimi çıxış etmişdir. Belə ki, dövlət orqanı tərəfindən yol verilmiş nöqsanlara görə məhz dövlət orqanı məsuliyyət daşımaqla, bu hal iddiaçıların təqsiri və məsuliyyəti ilə əhatə olunmamışdır, əksi halın tətbiqi isə qanunvericiliyin norma və prinsiplərinə ziddir. Eyni zamanda məhkəmə kollegiyası digər dəlillərlə bağlı qeyd edir ki, iş materiallarında olan arxiv sənədləri əsasında sözügedən torpaq sahəsinə dair yerququruluşu planından çıxarışın Qusar rayonu Quxur Oba bələdiyyəsinin sədri, X10 müdiri və Ş.Şamil adına Sovxozun AİK-nın sədri tərəfindən imzalanması və möhürlənməsi halı öz təsdiqini tapmışdır ki, bu hal da özllüyündə cavabdeh inzibati orqanın bununla bağlı dəlillərini təkzib edir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi sözügedən torpaq sahəsinin yerləşdiyi yerin məlum olmaması, habelə həmin torpaq shaəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərinin mühafizə zolağına, başqa şəxslərin mülkiyyətində olan torpaq shaələri ilə üst-üstə düşübdüşməməsi halının müəyyən edilməsinin mümkün olmaması, texniki hissəyə münasibət bildidirlməməsi kimi hallara istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad edilən hallar məhkəmə araşıdırması zamanı tədqiq olunmuş mütəxəssis rəyi və iş materiallarında olan sənədlər əsasında təkzib olunur. Belə ki, məhkəmədə tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, İddiaçı1 iddia elədiyi torpaq sahəsinin 1.68 ha hissəsi ünvan 1i ünvanda yerləşir, torpaqların elektron kadastrı uçotu məlumat bazasında həmin torpaq sahə bələdiyyənin ehtiyyat fondu torpaqlarına aiddir və kənd təsərrüfatına yararlı torpaq sahəsidir, torpaq sahəsi faktiki hasara alınaraq aralarında suvarma arxı keçməklə 1.0463 ha və 0.6337 ha olmaqla iki hissədə yerləşir və hazırda ümumi 1.68 ha torpaq sahəsinin 0.19 ha hissəsindən meyvə bağı kimi qalan 1.68 ha hissəsindən isə əkin kimi istifadə olunur, qonşu torpaq sahələri ilə hər hansı sərhəd mübahisəsi qeydə alınmamışdır və hər hansı kommunikasiya xətti aşkar olunmamışdır. Həmçinin, iş materialları əsasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə ehtiyat fondundan ayrılmaqla, müvafiq bələdiyyə orqanı tərəfindən həmin torpaq sahəsinin iddiaçıların adına məhz aqrar islahatı zamanı müvafiq qərar əsasında ayrılması, ayrıldığı vaxtdan indiyədək onların istifadəsində olması, habelə mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmədiklərini qeyd etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməməsi halına istinad etsə də, iş üzrə müvafiq ekspertizanın keçirilməsinin zəruriliyi ilə bağlı heç bir dəlilə istinad etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iş üçün əhəmiyyət kəsb edən hər hansı halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edilməsi halı aşkar edilmədiyindən, iş üzrə müvafiq ekspertizanın keçirilməsinin zəruri olması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıların sözügedən torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları yarandığından, bu hüququn dövlət qeydiyyatına alınmasında imtina üçün əsaslar müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş,birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-720/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.