Məhkəmə qərarları › İş №2-1(105)-786/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-786/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-786/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(118)-588/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1980-1981-ci illərdə Sumqayıt şəhər 41 saylı texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixdən Sumqayıt Sintez Kauçuk zavodunda təmirçi çilingər, xx.xx.1988-ci il tarixdən Etilen və Propilen zavoduna köçürülmüş, orada xx.xx.1989-cu il tarixədək texnoloji avadanlıqların və kompressorların, turbin və ventillərin təmiri üzrə təmirçi-çilingər, xx.xx.1989-cu il tarixədək E5 təmir sexi üzrə usta, xx.xx.1992-ci il tarixədək EP300 zavodunun texnoloji avadanlıqların təmiri üzrə çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin sexdə usta vəzifəsində işləmiş, xx.xx.1994-cü il tarixdə “Sintezkauçuk” İB-nin ləğvi ilə əlaqədar "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli 128 sylı əmrinə əsasən yeni yaranmış “Etilen Polietilen” zavoduna keçirilmiş,xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək həmin zavodda TAT icarə sexinə usta, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Texnoloji avadanqlıqların təmiri sexinə rəis müavini işləmiş, xx.xx.1999-cu il tarixdə yeni yaradılmış tam təsərrüfat hesablı “Təmir Quraşdırma” idarəsinə keçirilmiş və həmin idarədə xx.xx.2004-cü il tarixədək TAT sexində sex rəis müavini, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək həmin sexdə təmirçi çilingər, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək 53 nömrəli sexin rəis müavini, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək etilen istehsalatı üzrə böyük mexanik işləmiş, xx.xx.2013-cü il tarixdə avadanlıqların təmiri və emalı üzrə istehsalata rəis müavini keçirilmiş, hazıradək həmin vəzifədə işləyir. "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 14-2-3-1/2-Ə-xx-xx/2023-4 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək Ж-4-5 sexində təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixədək Texnoloji avadanlığların təmiri sexinin icarə kollektivində usta, sonralar “Etilen polietilen” zavodunda 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1999-cu il tarixədək TAT icarə sexində usta,Texnoloji avadanlığın təmiri istehsalatının (TAT) sexində rəis müavini, 1 may 1999cu il tarixdən “Təmir Quraşdırma İdarəsi”nin TAT sexində 6 noyabr 2005-ci il tarixədək sex rəisinin müavini. mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən Təmir quraşdırma istehsalatında sex rəisinin müavini, həmin sexin fırlanma mexanizmlər sahəsində təmirçi çilingər, 6 dekabr 2004-cü il tarixdən TAT sexində rəis müavini, 1 avqust 2005-ci il tarixdə mexaniki təmir sexində rəis müavini, 16 dekabr 2013cü il tarixdən hal-hazıradək avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1 və 2 nömrəli Siyahıda sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir. "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 214 nömrəli arayışdan görünür ki, İddiaçı 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991- ci il tarixə kimi (cəmi 793 gün) “Etilen-Polietilen” zavodunun Texoloji avadanlıqların təmiri sexində təmirçi çilingər peşəsində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu təfəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 215 nömrəli arayışdan görünür ki, İddiaçı 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı Siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 216 nömrəli arayışdan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinə əsasən siyahıda sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Qeyd edilmişdir ki, İddiaçı “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2024-cü il tarixli, 3-17-1/2-197897/2024 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 28 sentyabr 2023-cü il tarixli, 14-2-3-1/2-Ə-15-41 /2023-4 nömrəli arayışında “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində 18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi böyük mexanik və 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi böyük mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin 1 №-li Siyahısı”nın kimya istehsalatı bölməsidə (Vlll) nəzərdə tutulmuşdur. "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 18 fevral 2025-ci il tarixli, 14-2-3- 1/2-40/2025 nömrəli məktubundan görünür ki, İddiaçı 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək J-4-5 sexində təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 14 oktyabr 1994-cu il tarixədək Texnoloji avadanlığların təmiri sexinin icarə kollektivində usta, sonrəlar “Etilen-polietilen” zavodunda 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1999-cu il tarixədək TAT icarə sexində usta, Texnoloji avadanlığın təmiri istehsalatının TAT sexində rəis müavini vəzifələrində, 1 may 1999-cu il tarixdən Təmir Quraşdırma İdarəsinin TAT sexində 6 noyabr 2005-ci il tarixədək sex rəisinin müavini, Mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən Təmir Quraşdırma istehsalatında sex rəisinin müavini, həmin sexin fırlanma mexənizmlər sahəsində təmirçi çilıngər, 6 dekabr 2004-cü il tarixdən TAT sexində rəis müavini, 1 avqust 2005-ci il tarixdə Mexaniki Təmir sexində rəis müavini vəzifələrində çalışmışdır. 16 dekabr 2013-cü il tarixdən hal-hazıradək Avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Sıyahısı”na əsasən 1 və 2 nömrəli Siyahı”da sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim olunması mümkün deyildir. 18 may 1988-ci – 26 sentyabr 1989-cu illər; 20 oktyabr 1989cu - 31 dekabr 1991-ci illər; 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci illər, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri üçün isə zərərli iş şəraitində işlədiyi dövrü təsdiq edən arayışları və əmək haqqı cədvəllərini qoşma şəklində təqdim edilmişdir: - "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, İddiaçı 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991- ci il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində təmirçi çilingər peşəsində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. - "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 31 nömrəli arayışından görünür ki, İddiaçı 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi tam iş günü “Azerikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -"xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçı “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 31 nömrəli arayışından görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 8-ci bölməsinin 811 bəndinə əsasən siyahıda sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdıraraq 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması sahəsində) təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması sahəsində) usta vəzifəsində, 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək “Etilen-Polietilen”zavodunun etilen istehsalatında böyük mexanik vəzifəsində, 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək “Etilen- Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə sayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısında sadalanan Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə (piroliz qazlarının təmizlənməsi, ayrılması) əsasən 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1963-cü il təvəllüdlüdür. 1 sentyabr 1980-cı il tarixdən 1981-ci ilin may ayınadək Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 5 may 1981-ci il tarixdən 15 iyun 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək Sumqayıt Sintez-Kauçuk zavodunda Azot-oksigen sexində təmirçi çilingər peşəsində, 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər, 27 sentyabr 1989-cu il tarixdən 20 oktyabr 1989-cu il tarixədək həmin sexdə usta vəzifəsində işləmişdir. 20 oktyabr 1989cu il tarixdən 1 dekabr 1990-cı il tarixə kimi həmin sexdə təmirçi çilingər, 1 dekabr 1990-cı il tarixdən EP-300 zavodunun Texnoloji avadanlıqların təmiri sexinin icarə kollektivinə üzv keçirilməklə öz əvvəlki iş yerində saxlanmaqla 1 yanvar 1992-ci il tarixədək təmirçi çilingər, 1 yanvar 1992-ci il tarixdən 15 oktyabr 1994-cü il tarixədək həmin sexdə usta, 15 oktyabr 1994-cü il tarixdən 1 iyul 1995-ci il tarixədək “Sintezkauçuk” zavodunun ləğvi ilə əlaqədar yeni yaradılmış “Etilen-Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində usta, 18 may 1988-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində və usta vəzifəsində işləmişdir. 1 iyul 1995-ci il tarixdən 1 may 1999-cu il tarixədək Texnoloji avadanlıqların təmiri sexində rəis müavini, 1 may 1999-cu il tarixdən 3 yanvar 2000-ci il tarixədək köçürmə yolu ilə “Etilen- Polietilen” zavodunun 65 saylı Texnoloji avadanlıqların təmiri sexində sex rəisinin müavini, 3 yanvar 2000-ci il tarixdən 2 yanvar 2003-cü il tarixədək “Etilen-Polietilen” zavodunun 53 saylı mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən 6 avqust 2004-cü il tarixədək “Etilen-Polietilen” zavodunun 3 saylı təmir quraşdırma istehsalatının 53 saylı sexində sex rəisinin müavini, 6 avqust 2004-cü il tarixdən 6 dekabr 2004-cü il tarixədək 53 saylı sexdə fırlanan mexanizmlər sahəsində 6cı dərəcəli təmirçi çilingər, 6 dekabr 2004-cü il tarixdən 8 avqust 2005-ci il tarixədək 39 saylı Texnoloji avadanlıqların təmiri sexində rəis müavini, 8 avqust 2005-ci il tarixdən 7 noyabr 2005-ci il tarixədək 53 saylı sexində sex rəisinin müavini, 7 noyabr 2005-ci il tarixdən 16 dekabr 2013- cü il tarixədək etilen istehsalatında böyük mexanik, 16 dekabr 2013-cü il tarixdən hal-hazıradək avadanlıqların təmiri və emalı üzrə istehsalatda rəis müavini, 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək keçmiş “Sintez Kauçuk” zavodunun azot-oksigen sexində təmirçi çilingər, Texnoloji avadanlıqların təmiri sexində kompressor, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər, 27 sentyabr 1989-cu il tarixdən 19 oktyabr 1989-cu il tarixədək qazayırma sexində usta, 20 oktyabr 1989-cu il tarixdən 1 yanvar 1992-ci il tarixədək təmirçi çilingər, 1 yanvar 1992-ci il tarixdən 15 oktyabr 1994-cü il tarixədək Texnoloji avadanlıqların təmiri sexin usta vəzifələrində işləmiş və 15 oktyabr 1994-cü il tarixdən hazırkı dövrə qədər “Etilen- Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində usta, sexin rəis müavini, təmirçi çilingər, böyük mexanik vəzifəsində iş şəraiti ağır və zərərli iş şəraitinə aid olduğu üçün əlavə məzuniyyət, aylıq taarif maaşına əlavə, gündə bir dəfə olmaqla isti yeməklə, hər gün südlə təmin olunmuşdur. Hal-hazırda iddiaçının ümumilikdə 1 sentyabr 1980-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək 43 il ümumi, 14 ildən çox ağır zərərli şəraitdə iş stajına malikdir. İddiaçı 11 sentyabr 2023-cü il tarixdə “Etilen-Polietilen” zavodunun direktoru cənab Oqtay Niftəliyevə ərizə ilə müraciət edərək, "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsinin, personal və əmək haqqı şöbəsinin, zavodun həmkarlar təşkilatının və iddiaçının iştirakı ilə 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdıraraq akt tərtib edərək, həmin aktın tərəflərin imzası, zavodun möhürü ilə təsdiq edərək, tərtib edilmiş akt əsasında güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair arayışın verilməsini xahiş etmişdir. Lakin “Etilen-Polietilen” zavodunun rəhbərliyi 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdırma aparmadan, akt tərtib etmədən və iddiaçının iştirakını təmin etmədən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair 28 sentyabr 2023-cü il tarixdə 214, 215, 216 saylı arayışları təqdim etmişdir. Baxmayaraq ki, iddiaçı 18 may 1988-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində və usta vəzifəsində işləmişdir, "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun rəhbərliyi tərəfindən Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində zərərli sahədə işləməyinə dair 18 may 1988-ci il tarixdən 1 yanvar 1992-ci il tarixədək arayışları verilmişdir, qanunvericiliyin tələblərinin ziddinə olaraq həmin sahədə - Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək usta vəzifəsində işlədiyi dövrlərə dair xüsusi zərərli sahədə işləməyinə dair arayışı verilməmişdir. Bununla əlaqədar olaraq 5 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, iddiaçıya 60 yaşdan, yəni 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Müraciətdə "xxxx" İstehsalat birliyi “EtilenPolietilen” zavodunun kadrlar şöbəsinin, personal və əmək haqqı şöbəsinin, zavodun həmkarlar təşkilatının və iddiaçının iştirakı ilə 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023- cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdıraraq akt tərtib edərək, həmin tərtib edilmiş akt əsasında güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair arayış əsasında 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin 18 oktyabr 2023-cü il tarixli məktubu ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir, lakin iddiaçı məktubda göstərilənlərlə razılaşmır. Beləliklə, iddiaçının 18 may 1988-ci il tarixdən 31 dekabr 1991-ci il tarixədək - 3 il 7 ay 13 gün + 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək - 1 ay 24 gün + 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək - 7 il 11 ay 15 gün = 11 il 9 ay 5 gün + 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək 3 il 6 ay = 15 il 4 ay 22 gün zərərli sahədə güzəştli iş stajı var. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazı və etiraza əlavəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun mübahisələndirilən hər hansı iş dövrünün olmamasına baxmayaraq, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il -31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 yanvar 2006cı il -15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(118)-588/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm iddiaçının müraciətinə əsasən, həm də məhkəmə sorğusu nəticəsində "xxxx" İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən təqdim edilən məlumatlardan müəyyən edilir ki, iddiaçı 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək J-4-5 sexində təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 14 oktyabr 1994-cu il tarixədək Texnoloji avadanlığların təmiri sexinin icarə kollektivində usta, sonrəlar “Etilen-polietilen” zavodunda 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1999-cu il tarixədək Texnoloji avadanlığların təmiri icarə sexində usta, Texnoloji avadanlığın təmiri istehsalatının Texnoloji avadanlığların təmiri sexində rəis müavini vəzifələrində, 1 may 1999-cu il tarixdən Təmir Quraşdırma İdarəsinin Texnoloji avadanlığların təmiri sexində 6 noyabr 2005-ci il tarixədək sex rəisinin müavini, Mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən Təmir Quraşdırma istehsalatında sex rəisinin müavini, həmin sexin fırlanma mexənizmlər sahəsində təmirçi çilıngər, 6 dekabr 2004-cü il tarixdən Texnoloji avadanlığların təmiri sexində rəis müavini, 1 avqust 2005-ci il tarixdə Mexaniki Təmir sexində rəis müavini vəzifələrində çalışmışdır. 16 dekabr 2013-cü il tarixdən hal-hazıradək avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini vəzifəsində çalışır. Qeyd edilən dövrlərə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Sıyahısı”na əsasən 1 və 2 nömrəli Siyahı”da sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim olunması mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun 28 sentyabr 2023cü il tarixli 214 saylı arayışına əsasən. İddiaçı 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixədək “Etilen-Polietilen”zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması) təmirçi çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 8-ci bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı Siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 28 sentyabr 2023-cü il tarixli 215 saylı arayışına əsasən, İddiaçı 07 noyabr 2005-ci il tarixindən 31 dekabr 2005-ci il tarixinədək “Etilen-Polietilen”zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 8-ci bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 28 sentyabr 2023-cü il tarixli 216 saylı arayışlarına əsasən. İddiaçı 01 yanvar 2006-cı il tarixindən 15 dekabr 2013-cü il tarixinədək “Etilen-Polietilen”zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən siyahı sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 28 sentyabr 2023-cü il tarixli 214 saylı arayışına əsasən, İddiaçı 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixinə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixinədək “Etilen- Polietilen”zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması) təmirçi çilingər peşəsində işlədiyi dövrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 8-ci bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə saymış, lakin, həmin sexdə qazayırma sahəsində (Piroliz qazlarının təmizlənməsi, ayrılması) 01 yanvar 1992-ci il tarixindən 01 iyul 1995-ci il tarixinədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində işlədiyim dövrləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə saymamışdır. "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 28 sentyabr 2023-cü il tarixli 214,215, 216 saylı arayışlarına əsasən, İddiaçı 18 may 1988-ci il tarixdən 31 dekabr 1991-ci il tarixinədək- 3 il 7 ay 13 gün, 07 noyabr 2005-ci il tarixindən 31 dekabr 2005-ci il tarixinədək- 01 av 24 gün, 01 yanvar 2006-cı il tarixindən 15 dekabr 2013-cü il tarixinədək- 07 il 11 ay 15 gün = 11 il 09 ay 05 gün zərərli sahədə güzəştli iş stajı var. İddiaçı 01 yanvar 1992-ci il tarixindən 01 iyul 1995-ci il tarixinədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində işlədiyi 03 il 06 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2,1 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının İ nömrəli Siyahısının Vİİİ-ci bölməsinin 1-ci bəndində nəzərdə tutulmuş ”Kimya” istehsalına aid 1080A010- 17541 şifrinə əsasən neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması işlərində çalışan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəsislərinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlər üzrə Qərarlarında dəfələrlə göstərmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə v ə peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Baxmayaraq ki, tərəfindən 01 yanvar 1992-ci il tarixindən 01 iyul 1995-ci il tarixinədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində işlədiyi 03 il 06 ay olan dövrə dair güzəştli iş stajı barədə iş verindən arayış verilmədiyi üçün təqdim etməmiş, is materiallarında olan məhkəmə sorğusuna əsasən "xxxx" İstehsalat birliyi “Etilen-Poİietilen”zavodu tərəfindən məhkəməyə təqdim edilmiş 14 fevral 2025-ci il tarixli 29, 31,31 saylı Arayışlardan görünür ki, mən 1988-ci ilin may ayından 15 dekabr 2013-cü il tarixinə kimi qazayırma sexində neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması istehsalatında işləmiş və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının l nömrəli siyahısının Vİİİ-ci bölməsinin 1-ci bəndində nəzərdə tutulmuş ”Kimya”istehsalına aid 1080A010-17541 şifrinə əsasən neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması işlərində çalışan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəsislərinə uyğundur. Bundan başqa, məhkəmə sorğusuna əsasən, "xxxx" İstehsalat birliyi “Etilen- Polietilen” zavodu tərəfindən məhkəməyə təqdim edilmiş 18 fevral 2025-ci il tarixli 06, 07,08,09 saylı əmək haqqı və digər gəlirlər haqqında arayışlardan görünür ki, İddiaçı ziyanlı və zərərli işlərdə işlədiyi üçün 1988-ci ilin may ayından 15 dekabr 2013-cü ilə kimi aylıq əmək haqqına əlavələr daxil olmaqla yüksək əmək haqqları ödənilmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsi göstərilən arayışlara lazımı qiymət verməmiş və onun 1988-ci ilin may ayından 01 iyul 2005-ci il tarixinə kimi qazayırma sexində neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması istehsalatında çilingər işlədiyi dövrlərə görə güzəştli iş stajı barədə Arayış verildiyi halda, həmin sexdə usta vəzifəsində işlədiyi 01 yanvar 1992-ci il tarixdən 01 iyul 2005-ci il tarixinə kimi olan dövrlər üzrə güzəştli iş stajı barədə arayış verilməməsi səbəbini araşdırmamış və buna lazımı qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-54/2021 saylı Qərarında göstərmişdir ki, iddiaçının əmək kitabçasında nəzərdə tutulan qazayırma sexində aparatçı, növbə rəisi, növbə ustası peşələri siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və verinə yetirilən islərin xüsusiyyətlərinə görə neft kimva sənayesi sahələrinin “fəhlələri” “rəhbərləri” vəzifələrinə uyğundur. Belə ki, iddiaçı "xxxx" İstehsalat birliyi “Etiİen-Polietilen”zavodunun keçmiş “Sintezkauçuk” zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, həmin müddətdə iş şəraiti zərərli olduğu üçün xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən olunmuşdur ki, vətəndaş 1986- cı ildən 2005-ci ilə kimi Etilen-Polietilen zavodunun qazayırma sexində aparatçı vəzifəsində işləmişdir. DSMF Sumqayıt şəhər şöbəsinin 2014cü il tarixli qərarı ilə M.Q.Qasımovaya 2014- cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə olan halda, iddiaçı ilə eyni peşədə çalışan M.Q.Qasımovaya güzəştli şərtlərlə pensiya təyin edildiyi halda, iddiaçıya münasibətdə belə pensiya təyin edilməsindən imtina olunması hazırkı qərarın 29-30-cu bəndlərində göstərilən “bərabərlik prinsipi”nin pozulmasına gətirib çıxarır. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etməklə həm iddiaçının pensiya hüquqlarını pozmuş, həm də inzibati icraatın bərabərlik prinsipinə zidd hərəkət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2-l(102)-120/2021 saylı Qərarında və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2-l(103)-2409/2021 saylı Qərarında göstərilmişdir ki, işçinin işlədiyi piroliz sexi, piroqazın və suyun hazırlanması sexi, piroqazın sıxılması və təmizlənməsi sexi, qazayırma sexində gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01 yanvar 2006-cı ilədək qüvvədə olan “Yeraltı islərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, islərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nda Vİİİ bölməsində nəzərdə tutulmuş “Kimya istehsalatı”na aid 1080A010 neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması işlərində çalışanlara uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-54/2021 saylı, 03 fevral 2021-ci il tarixli, 2-1(102)-120/2021 saylı və 27 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2409/2021 saylı Qərarlarına əsasən işçinin əmək kitabçasında nəzərdə tutulan qazayırma sexində aparatçı, növbə rəisi, növbə ustası peşələri siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və verinə yetirilən islərin xüsusiyyətlərinə görə neft kimya sənayesi sahələrinin “fəhlələri” “rəhbərləri” vəzifələrinə uyğundur. Beləliklə, onun 18 may 1988-ci il tarixdən 31 dekabr 1991-ci il tarixinədək - 3 il 7 ay 13 gün + 07 noyabr 2005-ci il tarixindən 31 dekabr 2005-ci il tarixinədək - 01 ay 24 gün + 01 yanvar 2006-cı il tarixindən 15 dekabr 2013-cü il tarixinədək- 07 il 11 ay 15 gün = 11 il 09 av 05 gün + 01 yanvar 1992-ci il tarixindən 01 iyul 1995-ci il tarixinədək 03 il 06 ay = 15 il 04 ay 22 gün zərərli sahədə güzəştli iş stajı var. Lakin, qanunvericiliyin tələblərinin ziddinə olaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2-l(102)-54/2021 saylı, 03 fevral 2021-ci il tarixli, 2-l(102)-120/2021 saylı və 27 sentyabr 2021-ci il tarixli, 2- l(103)- 2409/2021 saylı Qərarlarında formalaşdırdığı hüquqi mövqeyinin ziddinə olaraq, "xxxx" İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 28 sentyabr 2023-cü il tarixli 214 saylı arayışına əsasən, İddiaçı 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixinə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixinədək “Etilen-Polietilen” zavodunun Texnoloji Avadanlıqların Təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması) təmirçi çilingər peşəsində işlədiyi dövrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 8-ci bölməsinin 1 –ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı Siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə saymış, lakin, həmin sexdə qazayırma sahəsində (Piroliz qazlarının təmizlənməsi, ayrılması) 01 yanvar 1992-ci il tarixindən 01 iyul 1995-ci il tarixinədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə saymamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə qərar qəbul edərkən, İnzibati icraat haqqında 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ saylı Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq heç bir araşdırma aparmadan, müraciətində göstərdiyi "Azərkimya” İstehsalat Birliyi "Etilen-Polietilen" zavodunun kadrlar şöbəsinin, personal və əmək haqqı şöbəsinin, zavodun həmkarlar təşkilatının və mənim iştirakımla 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını onun şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdırma aparmadan, araşdırma barədə akt tərtib etmədən ona 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsi də lazımi araşdırma aparmadan və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-54/2021 saylı, 03 fevral 2021-ci il tarixli, 2-1(102)-120/2021 saylı və 27 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2409/2021 saylı Qərarlarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə almadan qanunsuz qərar qəbul edərək iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan İşlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) azı 25 il sığorta stajı olmalı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya teminatına imkan verməli, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli Həmin Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Qeyd edək ki, iddiaçı A.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 27 gün (xx.xx.1988- xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2006- xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı hem iddia ərizəsində, həm də apellyasiya şikayətində 1 yanvar 1992-ci il tarixindən 1 iyul 1995-ci il tarixinədək əmək şəraiti zərərli və ağır işlərdə işlədiyini və həmin dövrlər nəzərə alınmaqla 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğunu iddia edir, lakin onun 1 yanvar 1992-ci il tarixindən 1 iyul 1995-ci il tarixinədək güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı Mərkəzi Filiala teqdim edilməmişdir. Belə ki, geyd edilən dövrlərə münasibətdə həm iddiaçının müraciətinə əsasən, həm də məhkəmə sorğusuna cavab olaraq "xxxx" İstehsalat Birliyi "Etilen-polietilen" zavodu tərəfindən təqdim edilən məktublarda onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı"na əsasən 1 ve 2 nömrəli Siyahı"da sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 qız, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərlə və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzşətli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı 10800000 Kimya istehsalatı 1080A00 – A tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri : ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 60 yaşdan, yəni 20 aprel 2023-cü il -cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajını mübahisələndirməyərək və qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Sumqayıt Sintez Kauçuk zavodunda J-4-5 sexində təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Texnoloji avadanlıqların təmiri sexinində usta işlədiyi dövr barədə işəgötürən müəssisənin güzətşli arayışı olmadığından həmin dövrü onun güzəştli iş stajına daxil etməkdən imtina etdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 60 yaşına çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qanunvericiliklə tələb olunan güzəştli iş stajının (12 il 6 ay) olubolması halı təşkil edir. Məhkəmə kollegiyası iş materiallarının hərtərəfli və obyektiv araşdırılması üçün iddiaçının işlədiyi "xxxx" İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna sorğular ünvanlamışdır. Məhkəmə kollegiyasının araşdırması nəticəsində "xxxx" İstehsalat Birliyi “Etilenpolietilen” zavodu tərəfindən təqdim edilən məlumatlardan müəyyən edilir ki, İddiaçı 17 avqust 1983-cü il tarixindən 17 may 1988-ci il tarixinədək işlədiyi J-4-5 sexi barədə arxivdə məlumat yoxdur. Lakin hazırda zavodda mövcud olan Azot-oksigenvə estakada təsərrüfatı sahəsinin fəaliyyəti həmin sahəyə oxşar sahə olduğu üçün və həmin oxşar sahənin əsas vəzifələri barədə aşağkdaı məkumaltarı vermişdir :azot-oksigen və estakda təsərrüfatı sahəsinin əsas vəzifəsi müxtəlif təzyiqli azot və oksigen istehsal edərək etilen istehsalatının P-7.0 Mpa yüksək təzyiqli azotla, etilen və polietilen istehsalatlarının P-0,6 Mpa aşağı təzyiqli azotla və polietilen istehsalatını P-2,2 Mpa təzyiqli oksigenlə, istehsalatların texnoloji sahələrini NÖÇ və A havası, texniki hava və yüksək təzyiqli hava ilə təmin etmək və estakada təsərrüfatının fəaliyyətini təşkil etməkdən ibarətdir. İddiaçı işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı, xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılarda sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajına qanunauyğun olmadığı üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir. Həmçinin həmin məüssisə xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı 01 yanvar 1992-ci il tarixindən 14 oktyabr 1994-cü il tarixinədək Texnoloji avadanlıqların təmiri sexinin kollektivində 01 avqust 2005-ci il tarixinədək TAT icarə sexində usta, rəis müavini, təmirçi çilingər olaraq müxtəlif vəzifə və peşələrdə çalışmışdır. Həmin icra sexi zavodun balansında yox, sərbəst təşkilat olduğu üçün zavodun arxivinə sənədlər verilməmişdir. Lakin zavod üzrə oxşar sahələrdə işləyən usta və rəis müavinlərinə zərərli iş şəraiti olmadığı üçün zərərlilik əmsalı və əlavə məzuniyyət günləri təyin edilmir. İddiaçı 16 dekabr 2013-cü il tarixindən hal-hazıradək “Etilenpolietilen” zavodunun avadanlıqların təmiri və emal üzrə istehsalatında rəis müavini vəzifəsində çalışır. İşlədiyi vəzifədə zərərli iş şəraiti və əlavə məzuniyyət günləri mövcud deyildir. Beləliklə, işəgötürən müəssisə tərəfindən iddiaçının müəyyən dövrlərdə (1983-1988, 1992-1995) işlədiyi peşələrin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılara uyğun olmadığı bildirilmiş və həmin dövrlərlə tələb olunan arayışı verməkdən imtina edilmişdir. Göründüyü kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 12 il 6 ay iş stajı ilə bağlı şərt ödənilmir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(118)-588/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar