Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-79/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evinə onun adınamüvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-12/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayonu, X8 06 saylı 08 may 2007-ci il tarixli Aktı ilə İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisindən 0.02 ha torpaq sahəsi ayrılmışdır.
2. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində iddiaçıya ayrılmış 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə verilmişdir.
3. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
4. Cavabdehin 16 iyul 2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq müvafiq rəylər sənədlərə əlavə edilməmişdir. Bildirilmişdir ki, torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin, təqdim edilmiş sənədlərdə rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi sənədlərə əlavə edilməmişdir. Həmçinin bildirilmişdir ki, 0,02 ha torpaq sahəsinin X12 tərəfindən 08 may 2007-ci il tarixli, 06 nömrəli qərarı əsasında ayrılmasına baxmayaraq, alqı-satqı aktı qanunvericiliklə müəyyən edilmiş qaydalarda tərtib edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə torpaqların alqı-satqı aktı torpaqların alqı-satqı qaydalarına əlavədən çıxarılmışdır. Bundan başqa, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən 0,0072 ha torpaq sahəsinin zəbt edildiyi, zəbt edilmiş 0,0072 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (10,0 kvt) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evinə onun adına çıxarış verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Aşağı Güzdək qəsəbəsi Bələdiyyəsinin 08 may 2007-ci il tarixli aktı ilə ona Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində 0,02 ha torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində ona ayrılmış 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə verilmiş və o da həmin sərəncam əsasında sözügedən torpaq sahəsində ev tikdirmiş və hal-hazırda da həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ona məxsus olan sözügedən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evinin sənədləşməsi üçün DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin oradan ona imtina məktubu verilmişdir. Bu səbəbdən də, ona məxsus olan Abşeron rayonu. Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evinə çıxarış verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 0.02 ha torpaq sahəsi Abşeron rayonu X12 tərəfindən 08 may 2007-ci il tarixli, 08 nömrəli qərarı əsasında ayrılmasına baxmayaraq, Abşeron RİH memarlıq və tikinti şöbəsinin rəyinin təqdim edilmədiyi, alğı-satqı aktının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmadığı aşkar edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair səndlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edirlər ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirkaı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalarına Əlavədən - “Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Demək ki, alqı-satqı aktının 2015-ci ildə təsdiq edilməsi qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə alqı-satqı aktı “Torpaqların alqı-satqı Qaydaları”na əlavədən çıxarılmışdır. Eyni zamanda 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, 0.0072 ha torpaq sahəsinin zəbt edildiyi, zəbt edilmiş 0.0072 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (10.0 kvt) mühafizə zolağında yerləşdiyi, habelə torpaq sahəsinin naturada X2 və X4 adlarına qeydə alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması iddia olunan torpaq sahəsi artıq başqa fiziki şəxslərin xüsusi mülkiyyətində olduğundan onun iddiası təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən qeydə alınması tələb olunan torpaq sahəsi X2 və X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) çarədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci mədəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Ərizəçinin hazırki tələbinin icrası, ilk növbədə başqa şəxslərin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər nüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-12/2021 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu X8 06 saylı 08 may 2007-ci il tarixli qərarı ilə Aşağı Güzdək qəsəbəsi ərazisində İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə cavabdeh inzibati orqanın torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina ilə bağlı dəlillərini əsassız hesab edərək, o cümlədən iş üzrə xx.xx.2021-ci il tarixli, 10/1903 nömrəli ekspert rəyinə istinad edərək X12 tərəfindən iddiaçıya ayrılmış 0.02 ha torpaq sahəsi X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı iş materillarında müəyyən olunmaması, X2 faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd dövlət orqanında qeydiyyata alınmadığından həmin torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə kəsişməsinin mübahisə predmeti ola bilməməsi nəticəsinə gələrək həmoin hissədə iddianı təmin etmiş, fərdi yaşayış evinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçıya müvafiq fərdi yaşayış evi tikilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının razılığının olmasına baxmayaraq, həmin fərdi yaşayış evinin istismara qəbulu üçün müvafiq icra hakimiyyətinin “istismara qəbul aktı” verilməmişdir. Ona görə də iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir.
10. Cavabdeh qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)- 12/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarı.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
18. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-).
19. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
20. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı
21. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
24. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək yeni qərar çıxarılmalı, ləğv edilən hissədə iddia rədd edilməlidir.
26. Hazırkı mübahisənin predmetini cavabdehin İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınmasından imtinası təşkil edir.
27. Cavadehin imtinasının, habelə etirazının əsas dəlilləri torpaq sahəsiin ayrılması barədə müvafiq rəylərin olmamasından, iddiaçı tərəfindən 0.0072 ha torpaq sahəsinin zəbt edilməsi, eyni zamanda zəbt edilmiş 0.0072 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kvt) mühafizə zolağında yerləşməsindən, qeyd olunan torpaq sahəsinin naturada X2 və X4 torpaq sahələri koordinatları ilə üst-üstə düşməsindən ibarətdir.
28. İşdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-595/2019 nömrəli, 22 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşagıdakı suallar qoyulmuşdur: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayon X8 08 may 2007-ci il tarixli 06 saylı protokolunun qərarı ilə İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsi sənədlərə əsasən naturaya uyğundurmu? RX seriyalı ******* saylı çıxarışa əsasən X4 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi sənədlərə əsasən naturaya uyğundurmu? RX seriyalı ******* saylı çıxarışa əsasən X2 mülkiyyətində olan 0,02 ha torpaq sahəsi sənədlərə əsasən naturaya uyğundurmu? Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayon X8 08 may 2007-ci il tarixli 06 saylı protokolunun qərarı ilə İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışa əsasən X4 mülkiyyətində olan 0,04 ha və RX seriyalı ******* saylı çıxarışa əsasən X2 mülkiyyətində olan 0.02 ha torpaq sahələri ilə üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə və bu ərazi nə qədər təşkil edir?
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin birinci instansiya məhkəməsinə göndərdiyi 31 may 2021-ci il tarixli, 10/1903 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Abşeron rayon X8 08 may 2007-ci il tarixli 06 saylı protokolunun qərarı ilə İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından naturaya uyğun olubolmamasının araşsırılması mümkün olmamış, həmin torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədlərinin (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) müvafiq səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş formada məhkəmə tərəfindən təqdim edildiyi təqdirdə həmin torpaq sahəsinin naturaya uyğun olub-olmaması ilə bağlı tərəflərindən rəy bildiriləcəkdir.Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx"MMC-nin Bakı Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən iş materiallarında məhkəmə tərəfindən RX seriyalı ******* saylı çıxarışa əsasən X4 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə aid sənədlər təqdim olunmamış, lakin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış sorğuya əsasən təqdim olunmuş xx.xx.2017-ci il tarixli, **********62 reyestr nömrəsi ilə qeydiyyata alınmış X4 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadə vəziyyəti ilə 0,0387 ha hissəsi naturaya uyğundur. Qərardadın üçüncü sualı üzrə qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx"MMC-nin Bakı Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış sorğuya əsasən təqdim olunmuş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində xx.xx.2016-cı il tarixli, **********60 reyestr nömrəli X2 adına 0,06 ha torpaq sahəsi qeydiyyata alınaraq, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sonradan 0,06 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında X5 satılmış və xx.xx.2017-ci il tarixli **********62 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, vətəndaşa çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, yerdə qalan 0,02 ha torpaq sahəsinə dair müraciət daxil olmadığından və iş materiallarında məhkəmə tərəfindən RX seriyalı ******* saylı çıxarışa əsasən X2 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinə aid sənədlər təqdim olunmadığından naturaya uyğun gəlib-gəlməməsinin araşdırılması mümkün olmamışdır.
30. Qərardadın 4-cü və 5-ci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır.
31. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilinin yerində araşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən cavabdehin səlahiyyətli nümayəndəsi X6 və cavabdeh inzibati orqanın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun kadastr üzrə mütəxəssisi X9 iştirakı ilə mübahisəli torpaq sahəsinə xx.xx.2022ci il tarixdə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda naturada istifadə etdiyi (yerli baxış zamanı həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin davam etdiyi müəyyən olunmuşdur) və çıxarış verilməsini tələb etdiyi torpaq sahəsinin koordinatları ilə iş materiallarında olan ayrılmış torpaq sahəsinin koordinatlarının əks etdirildiyi Abşeron rayonu, X8 yerquruluşu planından çıxarışda (cild 1, səh 7.) göstərilmiş döngə nöqtələrinin koordinatları uyğun gəlmir. Mütəxəssis tərəfindən məhkəmə kollegiyasının, habelə iddiaçının özünün və cavabdehin nümayəndəsinin iştirakı ilə müvafiq koordinatlar GPS aparatına daxil edilərək ölçmə işləri aparılarkən iddiaçının adına verilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarına əsasən 0,02 ha torpaq sahəsinin 0,0049 ha hissəsinin X1 (xx.xx.2017-ci il tarixli, **********62 reyestr nömrəli), 0,011 ha hissəsinin isə X2 (xx.xx.2016-cı il tarixli, **********0 reyestr nömrəli) mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bununla yanaşı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə X7 və X2 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Sonuncu halla bağlı iddiaçıya yerquruluşu planından çıxarışda göstərilmiş döngə nöqtələrinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması barədə bələdiyyəyə müraciət etmək, qeyd edilən məsələ həll edildikdən sonra faktiki istifadəsində olan torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmək imkanı barədə məlumat verilmiş, lakin iddiaçı X8 hazırkı sədri tərəfindən əvvəlki illərdə ayrılmış torpaq sahələri ilə bağlı hər-hansı sənədin verilməsinin mümkün olmadığının ona bildirildiyini qeyd etmişdir.
32. Yerli baxış zamanı müəyyən olunmuş hallar cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da öz əksini tapmış, məktuba müvafiq müayinə aktı, sxem və ortofoto baza xəritəsindən çıxarış əlavə edilmişdir.
33. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının adına verilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarına əsasən 0,02 ha torpaq sahəsinin müyyən hissəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşdüyündən, onun iddiası təmin edilə bilməz və cavabdeh inzibati orqan imtina cavabı verməkdə haqlı olmuşdur.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
44. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
45. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli, ləğv edilən hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(118)-12/2021 nömrəli qərarı qismən - Abşeron rayonu X8 06 saylı 08 may 2007-ci il tarixli qərarı ilə Aşağı Güzdək qəsəbəsi ərazisində İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. Ləğv edilən hissədə iddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.