Məhkəmə qərarları › İş №2-1(105)-79/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-79/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-79/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs Cəbrayılov Fikrət Hümsü oğlunun etibarnamə üzrə nümayəndəsi X9, Üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Cəbrayılov Fikrət Hümsü oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə X6 arasında bağlanmış 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi ilə "Novxanı” bağları ərazisində yerləşən sahəsi ümumi sahəsi 0,12 ha olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixdən 08 iyun 1999-cu il tarixədək sonuncunun icarəsinə verilmişdir. AZ-İ seriyalı 142836 nömrəli “Ölüm haqqında Şəhadətnamə” yə əsasən X6 12 fevral 2005-ci il tarixdə ölmüşdür. Bundan sonra Sumqayıt şəhər bələdiyyəsi cavabdeh qismində X4 qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1650j saylı bağ torpaq sahəsindən X2 ailə üzvləri tərəfindən istifadə edilmədiyini, həmin torpaq sahəsinin sonuncu tərəfindən qeyri-rəsmi olaraq digər şəxs Cəbrayılov Fikrət Hümsi oğluna satıldığını və həmin şəxs tərəfindən də torpaq sahəsindən istifadə edildiyini bildirərək Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə cavabdeh arasında 1650j saylı bağ torpaq sahəsinə dair bağlanmış 08 iyun 1989-cu il tarixli, 7369 saylı icarə müqaviləsinin etibarsız sayılaraq qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarının 28-ci bəndi ilə “Corat” bağlar massivində yerləşən B-1650b saylı bağ torpaq sahəsinin daxilində əlavə olaraq istifadə olunan və bələdiyyənin mülkiyyətində olan 908 m2 torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsi barədə müraciəti məqsədəmüvafiq hesab edilmişdir. Sumqayıt şəhəri, “Corat” bağları ərazisində yerləşən sözügedən 0,0908 ha bağ sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində dövlət reyestrində qeydə alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra Sumqayıt bələdiyyəsinin 28 dekabr 2013-cü il tarixli, 17 nömrəli protokol qərarının 34-cü bəndi ilə həmin B-1650b saylı bağ torpaq sahəsinin icarə müqaviləsində göstərilən ölçüdən daha artıq istifadə edilən 908 m2 torpaq sahəsinin F.H.Cəbrayılovun mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra “Corat” bağları ərazisində yerləşən 1650F saylı, ümumi sahəsi 0,0908 ha torpaq sahəsi üzərində F.H.Cəbrayılovun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixində dövlət reyestrində qeydə alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. F.H.Cəbrayılov mülkiyyətində olan 1650F ünvanında yerləşən 0,0908 ha torpaq sahəsinin 0,06 ha hissəsini 05 mart 2014-cü il tarixində alqı-satqı qaydasında X1. Bundan sonra 11 mart 2014-cü il tarixində həmin 0,06 ha torpaq sahəsinə dair G.M.Mirişlinin adına dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra X5 qanun üzrə vərəsəsi İddiaçı 2018-ci ildə həmin qətnamədən qətnamə ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermişdir. Həmin şikayət əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cəbrayılov Fikrət Hümsi oğlu kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərardadı ilə Cəbrayılov Fikrət Hümsi oğlunun kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin ərəfədə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsi, Cəbrayılov Fikrət Hümsi oğlu və digərlərinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı, onun əsasında AR DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, Cəbrayılov Fikrət Hümsi oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın, həmin çıxarış əsasında F.H.Cəbrayılov ilə G.M.Mirişli arasında bağlanmış 05 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Corat” bağlar massivində yerləşən 1650G saylı bağ sahəsində inşa edilmiş hasar və tikililərin cavabdeh G.M.Mirişli qızının hesabına sökülərək torpaq sahəsinin iddiaçıya təhvil verilməsini, Novxanı bağlarında yerləşən B-1645D saylı bağ evinə dair X20 adına tərtib edilmiş daşınmaz əmlakın texniki pasportu, onun əsasında X16 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, N.A.Abbasovanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, onun əsasında N.A.Abbasova ilə X17 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın qismən iddiaçıya məxsus 0,05 ha hissədə etibarsız hesab edilməsi, həmin sahədə inşa edilmiş hasar və tikililərin cavabdeh tərəfindən sökülərək iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(060)-738/2019 nömrəli qətnaməsi ilə iddia tələbi tam həcmdə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 nömrəli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi Sumqayıt bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı, onun əsasında AR DTXK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 6505 uçot nömrəsi ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”, Cəbrayılov Fikrət Hümsi oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi X16 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, N.A.Abbasovanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, onun əsasında N.A.Abbasova ilə X17 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın qismən iddiaçıya məxsus 0,05 ha hissədə etibarsız hesab edilməsi, həmin sahədə inşa edilmiş hasar və tikililərin cavabdeh tərəfindən sökülərək iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(102)-49/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 908 kv.m torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsü oğlunun mülkiyyətinə verilməsinə dair 23 avqust 2013-cü il tarixli, 11 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin həcmini artıraraq, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və onun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış xx.xx.1989-cu il tarixli icarə müqaviləsi bu günə qədər ləğv edilməmiş və torpaq sahəsi atasının icarəsində hesab edilir. Atası xx.xx.2005-ci il tarixdə rəhmətə getmişdir. Həmin bağ sahəsi AR Prezidentinin 1998-ci il tarixli Sərəncamına və “Torpaq islahatı haqqında” Qanuna əsasən iddiaçının icarəçi olan atasının mülkiyyətinə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyun 2008-ci il tarixli qətnaməsinə əsasən atasına məxsus bağa dair icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə olan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, bələdiyyənin iddiasının rədd edilməsi barədə yeni qətnamə qət edilmişdir. Həmin qətnaməyə əsasən iddianın rədd edilməsi üçün əsaslardan biri də bu olmuşdur ki, həmin bağ sahəsi vətəndaşların mülkiyyətinə verilmiş bağ sahəsi olduğu üçün bələdiyyə həmin torpağa dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Yəni, həmin torpaq bələdiyyə torpağı deyildir. Bu qətnamə qüvvəyə minməklə atasının adına olan icarə müqaviləsi yenidən qanuni qüvvədə qalmış və hal-hazırda həmin torpaq sahəsi atasının qanuni icarəsində olan torpaq hesab edilir. “İcarə haqqında” Qanunun tələblərinə görə icarəçi öldükdən sonra vərəsələri onun hüquqlarına malikdirlər və həmin torpaqlar özəlləşmə üçün açıldığından vərəsələr həmin torpaqdan istifadə hüququna, eləcə də mülkiyyət kimi qeydə alaraq mülkiyyətlərinə keçirmək hüququna malikdirlər. Lakin Sumqayıt Bələdiyyəsi vətəndaşların qanuni icarəsində olan torpaqlar barədə sərəncam vermək hüququ olmadan həmin torpağa dair sərəncam verərək, 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı ilə həmin torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsü oğlunun mülkiyyətinə verilməsi barədə müraciətini məqsədəmüvafiq hesab etmişdir. Bələdiyyə həmin qərardan sonra torpaq sahəsini öz mülkiyyəti kimi reyestr xidmətində qeydiyyata aldırmış, bundan sonra 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarı ilə torpaq sahəsini F.H. Cəbrayılovun mülkiyyətinə vermişdir. Hesab edir ki, bələdiyyənin qərarları qanunsuzdur və etibarsız hesab edilməlidir. İddiaçı həmin qərarın etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və ona həmin iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, "Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kv.metr olan 1650j saylı bağ torpaq sahəsinin mərhum X2 icarəsinə verilməsinə dair 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra R.Ş.Fərzullayevin torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda R.Ş.Fərzullayevin vəfatından sonra onun vərəsələri icarə müqaviləsinin onlardan biri ilə bağlanılması, və ya bağ sahəsinə sahiblik etmək üçün digər tədbirlərin görülməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etməmişlər. Başqa sözlə, torpaq sahəsindən istifadə edilmədiyi və icarəçinin ölümündən 14 il keçdikdən sonra bağ torpaq sahəsinə dair iddia tələbləri qaldırılmışdır. Halbuki, qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Oxşar hüquqi mövqe Kostitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, qanunvericilik icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquq varislərinə) keçməsini istisna etmir. Belə ki, "İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Bununla belə torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. Göründüyü kimi, iddiaçı mübahisələndirilən 1650j saylı saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının atasının ölümündən sonra onun vərəsələrinə keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmiş, eyni zamanda torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir. Belə olan halda hesab edirlər ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir. Bu müddəalar İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və qeyrilərinə qarşı “qərarın, əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası əsasında icraatı aparılmış mülki iş üzrə cavabdehlərin verdikləri apelyasiya şikayətlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 saylı qətnaməsində də öz əksini tapmışdır. Həmçinin, 29 avqust 2013-cü il tarixli, 11 saylı bələdiyyə qərarı ilə mübahisələndirilən torpaq sahəsi üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməmiş, bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə yalnız müraciəti məqsədəuyğun hesab olunmuşdur. Belə ki, B-1650b saylı bağ torpaq sahəsi bələdiyyənin 29 avqust 2013cü il tarixli, 11 saylı iclasının 28-ci qərarı ilə deyil, 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarı ilə onun mülkiyyətinə verilmişdir. Həmin toraq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonradan müvafiq qərarla üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Bu halın özü həmin dövrdə mübahisələndirilən torpaq sahəsinin artıq Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir. Eyni zamanda, qaldırılmış iddia üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddia ərizəsində də göstərildiyi kimi, bələdiyyənin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərarı 2013-cü ilin dekabr ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından, 2018-ci ilin avqust ayından məlumatı olduğu halda, həmin qərarı yalnız 2019-cu ilin oktyabr ayında mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə Cəbrayılov Fikrət Hümsü oğlu, Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə isə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRXnin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeyd və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarış, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34cü qərarı etibarsız hesab edilmişdir (hakim İ.Quliyev). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X13 qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(105)-72/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. (hakim: İ.Dəmirov). c) Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022ci il tarixli, 2-1(102)-1375/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(105)-72/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakim: İ.Hüseynov). APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 saylı qətnaməsində məhkəmə birbaşa olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarına və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarlarına istinad edərək belə bir nəticəyə gəlmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hətta mübahisəli torpaq sahələrinin vaxtilə iddiaçının istifadəsində olması faktı təsdiq olunsaydı belə, bu hal iddiaçıya hazırki iddianı qaldırmağa əsas vermir... Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən, eləcə də göstərilən müqavilələrin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Üçüncü şəxs apellyasiya şikayətini cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)- 1651/2018 saylı qətnaməsi hazırkı iddianın təmini üçün əsas təşkil edir. Həmin qətnamədə qeyd edilir ki, "Torpaq islahatı haqqında" Qanunun keçid müddəalarını nəzərdə tutan 25-ci maddəsinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi qanunvericliyin tələbinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan verdiyi torpaqlara dair bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Hazırki işdə də 1650j saylı bağ sahəsi cavabdeh R.Fərzullayevə xx.xx.1989-cu il tarixdə, 7369 saylı icarə müqaviləsi ilə verilmişdir. Başqa sözlə, R.Fərzullayevə torpaq sahəsi 1989-cu ildə verildiyi üçün bələdiyyənin belə bir iddia qaldırması qanunla istisna edilir. Belə olan halda bu cür iddialar təmin edilə bilməz. Göründüyü kimi qanuni qüvvəyə məhkəmə qərarı ilə Sumqayıt. Bələdiyyəsinin mübahisəli torpaq sahəsi hüququnun olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən qərarları qəbul edilərkən Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli qətnaməsi qüvvədə olduğuna görə həmin vaxt etibarı ilə mübahisələn qərarlar qanunsuz olmamışdır. Lakin Sumqayıt Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qərarların qəbul edilməsinin qanuni əsasları ortadan qalxmışdır. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə ilə də razılaşmaq olmaz. Belə ki, iddiaçının atasına icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsi 0,12 ha olmuş və hazırkı iş üzrə iddiaçı Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər Sumqayıt bələdiyyəsinə, Cəbrayılov Fikrət Hümsi oğluna, X8, X18, X14, Sumqayıt Şəhəri 2 saylı və 3 saylı Dövlət Notariat Kontorlarına və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(060)-738/2019 saylı qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 saylı qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı həmin iddia tələbində 0,12 ha torpaq sahəsini mübahisələndirmişdir. Hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi mövcud olduğundan məhkəmə mübahisəli torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməli idi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun etibarnamə üzrə nümayəndəsi həmin üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İddiaçı, həmçinin, məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sonuncu ərizəsində bələdiyyə tərəfindən üçüncü şəxsə 0,09 ha torpaq sahəsinin verilməsinə baxmayaraq iddiaçı tərəfin həmin torpaq sahəsinin faktiki olaraq 0,06 ha hissəsini mübahisələndirməyə hüquqi əsasının olduğunu qeyd etmiş, bu baxımdan, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı və həmin torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının qismən 0,06 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə 150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Bələdiyyənin iclası (-)

4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. (-). Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. (-)

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. (-) 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. (-).

Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə. 15-ci bənd. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bənd. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: (-) 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (-).

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi 3 hissədən ibarət olmuşdur: 1) Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən bələdiyyənin mülkiyyətində olan 0,908 ha torpaq sahəsinin üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsi barədə müraciətinin məqsədəmüvafiq hesab edilməsi barədə Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının; 2) Həmin torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin adına mülkiyyət hüququnun qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06 dekabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın; 3) Torpaq sahəsinin F.H.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsi. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya instansiyasında icraat zamanı bir neçə dəfə tələbini dəqiqləşdirərək 1-ci və 2-ci tələbdə göstərilən bələdiyyə qərarlarının qismən - 0,06 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsini xahiş etmiş, həmçinin, ikinci iddia tələbi iddiaya cavab verməli olmayan orqana qarşı qaldırıldığından həmin hissədə, ümumiyyətlə, tələb irəli sürməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən iddia tələblərinin mümkünlüyünü, ümumiyyətlə, araşdırmadan iddia tələbini tam həcmdə təmin etmişdir. İddiaçı apellyasiya instansiyasında hazırki icraat zamanı iddianın dəqiqləşdirilməsinə dair ərizəsində bələdiyyə tərəfindən üçüncü şəxsə 0,09 ha torpaq sahəsinin verilməsinə baxmayaraq iddiaçı tərəfin həmin torpaq sahəsinin faktiki olaraq 0,06 ha hissəsini mübahisələndirməyə hüquqi əsasının olduğunu qeyd edərək, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı və həmin torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının qismən 0,06 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi Sumqayıt şəhər bələdiyyəsinin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının qismən 0,06 ha torpaq sahəsinə dair etibarsız hesab edilməsi hissəsində iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-79/2023 nömrəli qərardadı ilə bu hissədə iddia mümkün sayılmamışdır. Bu baxımdan, kollegiya Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının qismən - 0,06 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsinə dair hissədə iddianın əsaslılığı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh və üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair icarə hüquqlarının atasının ölümündən sonra onun vərəsələrinə keçməsi üçün müraciət etmədiyini, bununla da onun hazırkı iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmadığını və iddianın qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyini bildirmişdir. Kollegiya şikayətlərin dəlillərinə münasibətdə qeyd edir ki, işdən görünür ki, 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi ilə "Novxanı” bağları ərazisində yerləşən sahəsi ümumi sahəsi 0,12 ha olan 1650j saylı bağ torpaq sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən 08 iyun 1989-cu il tarixdən 10 il müddətinə, 08 iyun 1999-cu il tarixədək iddiaçının mərhum atası X2 icarəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi 0,12 ha olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli icarə müqaviləsinə əsasən, iddiaçının mərhum atasının icarəsinə verildiyindən, torpaq islahatı haqqında qanunvericiliyin tələbinə əsasən dövlət tərəfindən əvəzsiz olaraq onun mülkiyyətinə verilmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı işə baxan məhkəmə iddiaçının mərhum atasının vəfatından sonra sonuncunun icarəsinə verilmiş 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etmədiyini, eləcə də torpaq sahəsindən faktiki istifadə etmədiyini, bununla da iddiaçının həmin iddia üzrə subyektiv hüququnun olmadığını, digər tərəfdən, iddiaçının cavabdeh bələdiyyənin 2013-cü il tarixli qərarlarının mövcudluğundan ən azından, 2018-ci ilin avqust ayından məlumatı olduğu halda, həmin qərarları yalnız 2019-cu ilin oktyabr ayında mübahisələndirdiyini, bununla da İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddətinin ötürüldüyünü qeyd edərək iddianın mümkün sayılmaması nəticəsinə gəlmişdir. Lakin, həmin iş üzrə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hazırkı iddia üzrə iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyinə görə iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olması Sumqayıt bələdiyyəsinin X4 qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçını qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanımış və birinci instansiya məhkəməsinin qətnaməsini onun şikayətinə əsasən ləğv etmiş, Sumqayıt bələdiyyəsinin iddiasını rədd etmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin növbəti dəlili hazırkı iddianın iddia müddəti ötürülməklə verildiyi olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı iddia inzibati aktın etibarsız sayılmasına dair iddia olduğundan növünə görə müəyyən etmə və ya tanınma haqqında iddiaya aiddir. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Təsadüfi deyildir ki, apellyasiya instansiya məhkəməsinin müddətin ötürülməsi əsası ilə iddianın mümkünsüz sayılması barədə qərardadını ləğv edən kassasiya instansiya məhkəməsi də həmin iddianı müəyyən etmə və ya tanınma haqqında iddia kimi qiymətləndirmiş, eləcə də İPM-də də həmin növ iddianın verilməsi üçün prosessual müddət nəzərdə tutulmadığını qeyd etmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini rəhbər tutaraq, apellyasiya şikayətinin iddianın mümkünlüyü ilə bağlı dəlillərini əsassız hesab edərək, hazırkı iddianı müəyyən etmə və ya tanınma haqqında iddia kimi, iddiaçını isə iddia qaldırmaqda subyektiv hüququn sahibi kimi qəbul edir. Mübahisənin mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda qeyd edildiyi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi ilə "Novxanı” bağları ərazisində yerləşən ümumi sahəsi 0,12 ha olan 1650j saylı bağ torpaq sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən 08 iyun 1989-cu il tarixdən iddiaçının mərhum atası X2 icarəsinə verilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin maddənin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. “Torpaq islahatı haqqında” Qanunun keçid müddəalarına dair 25-ci maddəsində göstərilmişdir ki, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Kollegiya hesab edir ki, qeyd edilən torpaq sahəsi torpaq islahatı haqqında qanunvericiliyin tələbinə əsasən dövlət tərəfindən əvəzsiz olaraq mərhum R.Fərzullayevin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh bələdiyyə fonduna daxil olmayan, xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində səlahiyyəti olmadığı halda sərəncam vermişdir. İşin qeyd edilən xüsusatı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Sumqayıt Bələdiyyəsinin Sumqayıt şəhər XDSnin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası arasında 1650j saylı bağ torpaq sahəsinə dair bağlanmış 08 iyun 1989-cu il tarixli, 7369 saylı icarə müqaviləsinin etibarsız sayılaraq qüvvədən düşmüş hesab edilməsinə dair iddiası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2 və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qanunin qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən və hazırkı iş üçün preyedusial əhəmiyyət daşıyan hallardan görünür ki, 1650j saylı bağ sahəsi R.Fərzullayevin icarəsinə bələdiyyənin müvafiq səlahiyyətinin olmadığı dövrdə, yəni xx.xx.1989-cu il tarixdə verildiyindən bələdiyyənin həmin torpaq sahəsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Lakin buna baxmayaraq, işdən görünür ki, Sumqayıt bələdiyyəsinin 29 avqust 2013cü il tarixli, 11 nömrəli protokol qərarının 28-ci bəndi ilə Bələdiyyənin mülkiyyətində olan 908 kv.m torpaq sahəsinin üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsi barədə müraciəti məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində yuxarıda qeyd edilən normaların tələblərinə əməl etməyərək, iddiaçının atasının icarəsinə, daha sonra torpaq islahatı haqqında qanunvericiliyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərindən görünür ki, bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər. Bununla da, cavabdeh bələdiyyə iddiaçının mərhum atasının icarəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, nəticədə etibarsız inzibati akt qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən isə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçı ilkin tələbində 908 kv.m torpaq sahəsinə dair bələdiyyə qərarının etibarsız sayılmasını tələb etsə də, sonuncu dəqiqləşməsində tələbin həcmini azaldaraq 0.06 ha torpaq sahəsinə münasibətdə bələdiyyə qərarının etibarsız sayılmasını xahiş etmişdir. Belə ki, işdən də görünür ki, iddiaçının atasının ölümündən sonra Sumqayıt bələdiyyəsi ilə iddiaçı arasında “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” 7369 nömrəli, 30 iyun 2008-ci il tarixli müqavilə bağlanaraq, həmin torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən iddiaçının adına “Vətəndaşların istifadəsində olan bağ sahəsinin texniki Pasportu” tərtib edilmişdir. Həmin texniki pasporta əsasən, torpaq sahəsinin sahəsi sənəd üzrə ölçüsünün 1200 kv.m olduğu göstərilsə də, faktiki ölçüsü 600 kv.m olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının - qismən 0,06 ha torpaq sahəsinə dair etibarsız hesab edilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməli, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı qismən - 0,06 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar