Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-790/2023 17.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və X23na əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-987/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və X23na əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Qusar Rayon AlK-nin 1997-ci il 11 dekabr tarixli, 17/02 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətinə 1,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyi vaxt ona məlum olmuşdur ki, JN-351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,85 ha) hissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir.Ona görə də həmin torpaq sahəsinin hər hansı hissəsinin digər şəxsin adına özgəninkiləşdirildiyi təqdirdə hansı əsasa görə verilməsi barədə xx.xx.2022-ci il tarixli vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan dövlət aktının 351B (0,85 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, G(029)-357/2022 saylı cavab məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində 2-511a/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,87 ha) hissəsinə X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Ona görə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və X23na əsasən işlənmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümüknlüyü bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, iddiaçı müraciət etmiş onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Avaran kəndində yerləşən X9 adına hazırlanmış JN-286 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və X23 əsasında verilmiş torpaq sahəsinə dair **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür". Qeyd edilir ki, iddia ərizəsində göstərilən X4 və X10 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışda göstərilən 0.91 ha torpaq sahəsi notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla da ləğv edilməsi tələb olunan torpaq sahəsinə dair mülkiyyət hüququ X8 və X15 tərəfindən itirilmişdir Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-987/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). İddiaçının nümayəndəsi və vəkili qərardaddan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və işin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli, 2-1(118)-987/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş arxiv məlumatlarından da görünür ki, torpaq islahatı zamanı iddiaçı Qurbaliyeva (Şeydabəyova) Gülmira Qurbaliyevnaya “Şərq” sovxozu bazası əsasında yaranmış Avaran BKT-da əmlak payı düşən ailələrin siyahısında Gülmira Qurbalıyevanın da adı qeyd olunmuş və ona əmlak payı bağ sahəsi kimi 0.74 ha torpaq sahəsi ayrılmışdır. Həmin siyahıya uyğun olaraq ona ləğv edilmiş DTXK Qusar rayon şöbəsi tərəfindən JN- 351 kod 30103018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 1,06 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. X23nın mülk nömrəsi 351В olan 0,85 ha hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, G(029)-357/2022 saylı cavab məktubundan isə görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində 2-511a/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351В (0,87 ha) hissəsinə X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Məhkəmə iddianın mümkün sayılmamasını onunla əsaslandırır ki, iddiaçının iddia etdiyi və başqa şəxsin sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşən 1.06 ha torpaq sahəsinin iddiaçıya ayrılması barədə rəsmi sənəd mövcud deyildir. Belə olduğu halda məhz JN-351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçının mülkiyyətinə verilmiş 1,06 ha torpaq sahəsinin 351В (0,87 ha) hissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış işlənməsi hansı əsasa görə baş vermişdir? Bu bir daha göstərir ki, iddiaçı Qurbaliyeva (Şeydabəyova) Gülmira Qurbaliyevnaya qeyd olunan 1,06 ha torpaq sahəsi qanuni əsaslarla verilmiş, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində baza məlumatlarında onun (iddiaçının) adına yerləşdirilmişdir. Əks halda həmin torpaq sahəsinə digər şəxsin adına mülkiyyət sənədinin işlənməsi qeyri-mümkün olardı. Birinci instansiya məhkəməsi qeyd olunan iddianın mümkün olmaması qənaətinə gələrkən bütün mümkün və zəruri halları tam araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, kadastr məlumatlarının alınması üçün təşəbbüs göstərməmiş ya da mütəxəssis rəyi almamışdır. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli, 2-1(118)- 987/2023 nömrəli qərardadı ləğv edilməli və iş həmin məhkəməyə qaytarılmalıdır. Üçüncü şəxs apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, apelyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, X8 və X9 adma 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış onların öz adlarına olan JN-286 KOD 30103018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmişdir. X23 isə torpaq islahatı zamanı sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş, X4 və X9 torpaq islahatı çərçivəsində əldə etdikləri pay torpaq sahəsinə dair həmin şəxslərin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəddir. Başqa sözlə, X14 Kəlovanm adlarına verilmiş Çıxarış iddiaçının təqdim etdiyi JN-351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında deyil, özlərinin adlarına verilmiş qanuni dövlət aktı əsasında verilmişdir. Ona görə də, həmin sənədlərin əlaqələndirilməsi və həmin əsasa görə qeyd olunan Çıxarışı mübahisələndirmək qanuni və əsaslı deyildir. Birgə kəndli təsərrüfatları islahatdan əvvəl yaradılmış təsərrüfat növü olmuş və torpaq islahatını həyata keçirmək səlahiyyətinə malik qurum olmamışdır. Torpaq islahatı “Torpaq islahatı haqqında” Qanun əsasında həyata keçirilmiş, torpaq islahatını həyata keçirmək isə yalnız X6 səlahiyyətinə aid olmuşdur. X22 Komissiyası sovxozların özəlləşdirilən torpaqlarından hansı subyektlərin pay almaq hüququ olduğunu müəyyən etmiş və torpaq sahələrinin həmin subyektlərin mülkiyyətinə verilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. İddiaçının təqdim etdiyi Dövlət Aktında da ona 1.06 ha torpaq sahəsinin verilməsinin əsası kimi Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı göstərilmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq X18 verilmiş 3-48-30RA/2-xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə İddiaçı 1.06 ha torpaq sahəsinin ayrılmasına dair məlumatlar mövcud deyildir. Belə olan halda, iddiaçının özünün təqdim etdiyi Dövlət Aktı mötəbər sənəd olmamaqla hər hansı qanuni əsası yoxdur və qanunsuz verilmişdir. Bu səbəbdən də, X23 iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Odur ki, Sumqayıt İnzibati Məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, İddiaçınm hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İş üzrə ekspertizanın təyin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır və belə hallar subyektiv hüququn mövcudluğundan asılıdır. Başqa sözlə, ekspertiza o zaman təyin oluna bilər ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ olsun. Subyektiv hüququn olmaması isə ekspertizanın təyin edilməsini və sübutetmə yükü ilə bağlı olan digər halların araşdırılmasını istisna edir. Odur ki, apelyasiya şikayətinin dəlilləri də əsassızdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazıki iş üzrə iddia tələbi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və X23na əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış, əsas kimi iddiaçının iddia etdiyi və başqa şəxsin sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşən 1.06 ha torpaq sahəsinin iddiaçıya ayrılması barədə rəsmi sənədin mövcud olmamasına, iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edilə bilməsi, iddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan arxiv sənədlərindən çıxarış məlumatlarından görünür ki, 1996-1998-ci illər Aqrar İslahat Komissiyasının sənədlər qovluğunda “Şərq” sovxozunun bazası əsasında yaranmış Avaran BKT-da bağ sahəsindən əmlak payı düşən ailələrin adlı siyahısında 204-cü sıra sayında Şeydabekova Gülmirənin adının qarşısında əmlak payı bağ sahəsi/hekş qrafasında 0.74 qeyd edilmişdir. Həmin sənədlər qovluğunda Qusar rayonu X21 Təsərrüfatında torpaq sahələrinin püşkatma yolu ilə subyektlər arasında bölüşdürülməsinin ardıcıllıq digər adlı siyahısının 352-ci sıra sayındakı X12 adının qarşısında əsas olan ailə №si qrafasının 407-ci kimi göstərilmiş əmlak payı meyvə bağı qrafasında 0,69 qeyd edilmişdir. Baxılmış sənədlərdə X3 Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə 1,06 torpaq sahəsinin verilməsi barədə qeydlər iclas protokolları aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan kadastr məlumatlarından arxiv çıxarışının məzmunundan görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17/2 nömrəli Qərarı əsasında Qusar rayonu Avaran kəndi ərazisində 1,06 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsinə dair JN-0351 KOD 30103018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, torpaq sahəsinin plan və cizgisi, qaiməsi (sertifikatı) tərtib edilmiş, Qusar rayonu AİK xx.xx.1997-ci il tarixli 17/2 saylı Qərarı, “Şərq” sovxozunun bazasında yaradılmış “Avaran” birgə kəndli təsərrüfatında torpaq islahatı aparılarkən torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı (həmin siyahının məzmununda 407.ci sıra sayında X2 adı qeyd edilmişdir) və Qusar rayonu X21 təsərrüfatının torpaq sahələrinin püşkatma yolu ilə subyektlər arasında bölüşdürülməsinin ardıcıllıq siyahısı (həmin siyahıda 351 sıra sayı üzrə əsas siyahı üzrə №si 407, torpaq sahəsinin ölçüsü 0,64 qeyd edilmişdir) aşkar edilmişdir. Göründüyü kimi, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair Dövlət Aktı, ona əsas olmuş sənədlər kadastr məlumatlarının arxiv sənədlərində aşkar edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən yalnış olaraq qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair rəsmi sənədin mövcud olmaması, bununla da subyektiv hüququnun pozulmaması halına istinad etmişdir. Həmçinin, qeyd edilməldir ki, hətta torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olması müəyyən edildikdə belə bu hal özlüyündə həmin torpaq sahəsinin iddiaçıya ayrılmaması və bununla da onun subyektiv hüququnun pozulmaması (olmaması) nəticəsinə gəlməyə əsas vermir. Qeyd edilən hallara əsasən məhkəmə kolegiyası hesab edir ki, indiki halda iddiaçının adına ayrılmış torpaq sahəsinə dair arxiv sənədləri (kadastr məlumatları) mövcud olduğu, birinci instansiya məhkəməsi bununla bağlı rəsmi sənədin mövcud olmaması, iddiaçının subyektiv hüququnun pozulmaması (olmaması) və bu əsasla iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan birinci instansiya məhkəməsi tərəfindən JN-286 KOD 30100004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və onun verilməsinə əsas olmuş sənədlər (həm müvafiq arxiv idarəsində, həm də kadastr məlumatlarında mövcud olan arxiv sənədləri) tələb edilməli, həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlər tədqiq edilməklə, iddaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməli, habelə həmin sənədlərin təhlil edilməsi və bu əsaslarla iddianın mümkünlük məsələsi yenidən yoxlanılmalı, iddia mümkün sayıldığı halda, işə mahiyyəti üzrə baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-987/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və X23na əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-790/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-790/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver