Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-790/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(118)-1411/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.2023-cü il tarixli, 3-13/Ə/ş//h3842/2023 nömrəli əmr ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsindən polis mayoru xüsusi rütbəsi ilə öz razılığı ilə xidmətdən xaric olunmuşdur. İddiaçıya həmin tarixdən pensiya hesablanmış, lakin 01 iyul 2017-ci il tarixədək olan 24 il 11 ay 21 gün xidmət dövrünün 20 ildən artıq olan hissəsinin 4 ili 3 faiz miqdarında əlavə kimi hesablansa da, 11 ay 14 gün natamam il kimi hesablanmamışdır. İddiaçı cavabdeh inzibati orqandan həmin dövrün nəzərə alınaraq yenidən hesablanmasını istəsə də, inzibati orqan xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanmasının qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə imtina etmiş, iddiaçı narazı qalaraq Sumqayıt İnzibati Məhkəməsində hazırkı iddianı qaldırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixli, 3- 13/Ə/ş//h3842/2023 nömrəli əmr ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsindən polis mayoru xüsusi rütbəsi ilə öz razılığı ilə xidmətdən xaric olunmuşdur. Xidmət müddəti DİNnin qeyd olunan əmrinə əsasən ümumilikdə 30 il 04 ay 23 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 07 gün müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə ona Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən 74.67 faizlə 1286.56 manat əmək pensiyası təyin olunmuşdur. Lakin təyin olunmuş pensiyanın hesablanmasında iddiaçının imtiyazlı hesablama ilə xidmətinin 31 il 04 ay 07 gün hesablandığı halda ona 30 il 04 ay 23 gün xidmət ilinin pensiyası, ümumilikdə əmək haqqının 74.67 %-i həcmində pensiya hesablansa da, güzəştli xidmət illinin yəni, 11 ay 14 günün pensiyası hesablanmamışdır. Qeyd olunan müddətin nəzərə alınmaması səbəbindən hal-hazırki vaxtadək pensiyanı kəsir formasında almaqda davam edir. Lakin qeyd olunan güzəştli xidmət illinin yəni, 11 ay 14 günün pensiyası hesablanarsa ona ümumilikdə əmək haqqının 77.42%-i həcmində pensiya hesablanmalı idi. Bununla əlaqədar cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının yenidən hesablanıb və güzəştli xidmət illinin (11 ay 14 günün) də hesablanması üçün xx.xx.2024-cü il tarixdə rəmi ərizə ilə müraciət etsə də, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-14-49992/2024 tarixli məktubunda ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsi xatırlanaraq, hərbi xidmətdən 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərclərinin 2 faizi miqdarında əlavə olunması qeyd göstərilərək, 17 noyabr 2023-cü il tarixdə xidmətdən tərxis olunmağı ilə bağlı Mərkəzi Filiala təqdim olunmuş məlumat vərəqəsində iddiaçının xx.xx.2017-ci il tarixədək 24 il 11 ay 21 gün, 01 iyul 2017ci il tarixdən sonrakı 6 il 4 ay 16 gün olmaqla ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün, güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilərək əmək pensiyasının xx.xx.2017- ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün təminat xərcinin 50 faizi, 4 il üçün (aylar nəzərə alınmadan,(belə ki xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər il üçün 3 faizi olmaqla 12 faizi xx.xx.2017- xx.xx.2023-cü il tarixləri arasındakı 6 il 4 ay 16 gün müddəti üçün isə - 6 il üçün - təminat xərcinin 12 faizi. 4 aya görə - təminat xərcinin 0,67 faizi miqdarında müəyyən edildiyi göstərilmişdir. Lakin əmək pensiyasını xx.xx.2023-cü il tarixdə qazandığından və qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsində 20 ildən yuxarı hərbi xilmətin (hərbi xidmətin güzəştli hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərclərinin 2 faizi miqdarında əlavə olunması qeydi göstərilmişdir. “X4 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda qanunun geriyə qüvvəsi anlayışı qeyd olunmuş və qanunun 87.1-ci maddəsində Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci hissəsində isə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında birbaşa göstərilib- göstərilməməsindən aslı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsi göstərilmiş,bu da qeyd olunan qanunvericiliklərin tələbinə görə əmək pensiyasının yenidən hesablanmasında güzəştli xidmət ilinə (11 ay 14 gün) də şamil edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması xx.xx.2017-ci il tarixinədək qanunvericilikdə nəzərdə tutulmamasını əsas kimi göstərməsi isə tam yanlış olduğundan, xx.xx.2024-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması və güzəştli xidməti ilinin (11 ay 14 gün) xx.xx.2017-ci il tarixdən əvvəlki tarixdə qazanıldığından həmin aylar üçün əmək pensiyasının 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən hər ilə 3 faiz olmaqla hesablandığından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təkrar ərizə ilə müraciət edib «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinin də, əmək pensiyasının hesablanması zamanı il tamam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmasını maddənin qeyd hissəsində birmənalı şəkildə göstərilməsini və X4 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələbinin rəhbər tutularaq pensiyasının yenidən hesablanmasına da şamil olunmasını xahiş etmişdir. Cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona göndərilən xx.xx.2024-cü il tarixli 3-17-1/2-m-87524/24 nömrəli məktubunda əvvəlki məktublarında qeyd olunmuş eyni məzmunlu cavab göndərərək əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi və əsas kimi xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunda təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması nəzərdə tutulmadığı göstərilmiş, lakin X4 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87.1-ci maddəsində Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci maddələrinə münasibətdə isə heç bir münasibət bildirilməmişdir. Hesab edir ki, pensiyasının düzgün hesablanmaması nəticəsində ona xeyli miqdarda ziyan dəymiş və əldə edəcəyi pensiya təminatından məhrum edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən ona təyin edilmiş əmək pensiyasının nəzərə alınmamış 11 ay 14 gün də daxil edilməklə 31 il 4 ay 77,42 faiz olmaqla yenidən hesablanmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının xidmət etdiyi orqandan 17 noyabr 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti 01 iyul 2017-ci il tarixədək 24 il 11 ay 21 gün, 01 iyul 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcliyinin 50 faizi: 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; 4 aya görə - təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi - 1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13- Ə/Ş/H/3841/2023 saylı əmrilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə müvafiq olaraq 135-ci maddənin 1-ci bəndilə öz arzusu ilə polis mayoru İddiaçı Quba rayon X3 bölməsinin təhqiqatçısı istefada olan polis mayoru sayılmaqla xx.xx.2023-cü il tarixdən xidmətdən xaric edilmişdir. 15 noyabr 2023-cü il tarixə xidmət müddəti təqvim hesablama ilə 30 il 04 ay 21 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 05 gün təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(118)-1411/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, DİN tərəfindən Dövlət Sosial Müdafiə Nazirliyinə pensiyanın hesablanması üçün göndərilən xidməti vərəqədə onun iş stajının güzəştli hissəsi olan 11 ay 14 gün də iş stajı kimi qeyd olunub. Onun iş stajı kimi hesablanmayan və pensiyaya daxil olunmayan 11 ay, 14 gün iş stajını o, xx.xx.2017-ci il tarixinədək əldə etmişdir. Lakin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda aylar nəzərdə tutulmasa da, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda iş stajının hesablanması zamanı ayların hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydasına 21 noyabr 2023-cü il tarixdə əlavə edilmiş 5.10-cu bənddə 2017-ci ilin iyulun 1-dək olan dövr üzrə xidmət ili tam olmadıqda natamam ildəki ayların sayının nəzərə alınması göstərilməmiş, yalnız həmin tarixdən sonrakı ayların sayının nəzərə alınması qeyd olunmuşdur. Göründüyü kimi qeyd olunan 5.10-cu bəndi Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarına 21 noyabr 2023-cü il tarixdə, yəni o, pensiya hüququnu əldə etdiyi xx.xx.2023-cü il tarxindən 4 gün sonra qəbul olunmuşdur. “X4 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda qanunun geriyə qüvvəsi anlayışı qeyd olunmuş və qanunun 87.1-ci maddəsində normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci hissəsində isə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında birbaşa göstərilib- göstərilməməsindən ash olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsi göstərilmiş, bu da qeyd olunan qanunvericiliyin tələbinə görə, xx.xx.2017-ci il tarixinədən əldə etdiyi 11 ay 14 gün iş stajının da əmək stajı kimi hesablanmasını və həmin aylara görə də pensiya almaq hüququnun yaranmasını təmin edir. Əks halda gələcəkdə pensiya almağı üçün iş stajının 11 ay 14 gününə görə əmək haqqından tutularaq Dövlət Sosial Müdafiə Fonduna köçürülmüş vergi və digər sosial ödənişlər cavabdeh orqan tərəfindən mənimsənilmişdir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq onu iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək dəqəiqləşmə ərizəsi nəzərə alınaraq, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; ... Maddə 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; ... Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 və 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1 və 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin— 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla ... müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir): 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. ... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. ... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. 2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçı xx.xx.2023-cü il tarixli, 3-13/Ə/ş//h3842/2023 nömrəli əmr ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsindən polis mayoru xüsusi rütbəsi ilə öz razılığı ilə xidmətdən xaric olunmuşdur. İddiaçıya həmin tarixdən pensiya hesablanmış, lakin 01 iyul 2017-ci il tarixədək olan 24 il 11 ay 14 gün xidmət dövrünün 20 ildən artıq olan hissəsinin 4 ili 3 faiz miqdarında əlavə kimi hesablansa da, 11 ay 14 gün natamam il kimi hesablanmamışdır. İddiaçı cavabdeh inzibati orqandan həmin dövrün nəzərə alınaraq yenidən hesablanmasını istəsə də, inzibati orqan xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanmasının qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə imtina etmiş, iddiaçı narazı qalaraq hazırkı iddianı qaldırmışdır. İddiaçının hüquqi marağı 01 iyul 2017-ci il tarixədək olan 24 il 11 ay 21 gün xidmət dövrünün 11 ay 21 gün natamam il kimi hesablanmamış hissəsinin 3 faiz olmaqla yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “X4 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87.1-ci maddəsinə istinad edərək 20.14.1-ci maddəyə edilmiş dəyişikliyin (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) hissəsinin ona münasibətdə tətbiq edilməli olduğunu, qeyd edilən normanın digər hissəsi olan iki faiz hissəsinə münasibətdə isə iddia etdiyi “11 ay 14 gün” müddətinin xx.xx.2017-ci ildən əvvəl qazandığından normanın 2017-ci ilədək olan redaksiyasına uyğun olaraq üç faiz hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının qeyd edilən mövqeyini əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması ilə bağlı qaydaları müəyyən edir ki, hər hansı hüquq münasibətini tənzim edən, hesablama qaydasını müəyyən edən normanın bir hissəsinin geriyə tətbiq edilərək digər hisəsinin tətbiq edilməməsi hüquqi müəyyənlik prinsiplərinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, cavabdeh inzibati orqan aşağıdakı inzibati icraatı aparmışdır: İddiaçının xidmət etdiyi orqandan 17 noyabr 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti 01 iyul 2017-ci il tarixədək 24 il 11 ay 21 gün, 01 iyul 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcliyinin 50 faizi: 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. xx.xx.2017xx.xx.2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; 4 aya görə - təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi - 1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı natamam ildəki iş stajı ayları - 11 ay 14 gün xidmət müddəti nəzərə alınmaqla, pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması barədədir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası hesablanarkən xx.xx.2017- ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün təminat xərcinin 50 faizi, 4 il üçün (aylar nəzərə alınmadan, (belə ki xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər il üçün 3 faizi olmaqla 12 faizi, xx.xx.2017- xx.xx.2023-cü il tarixləri arasındakı 6 il 4 ay 16 gün müddəti üçün isə - 6 il üçün - təminat xərcinin 12 faizi, 4 aya görə - təminat xərcinin 0,67 faizi miqdarında müəyyən edildiyi göstərilmişdir. Nəticədə inzibati orqan tərəfindən natamam ildəki aylar nəzərə alınmamaqla hesablama aparılmışdır. İddiaçı natamam ildəki iş stajının, yəni 11 ay 14 gün müddətin nəzərə alınmamasına dair cavabdehin hərəkətsizliyini əsassız hesab edir. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının: 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Qanunun 20.14.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir: - 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdən qüvvədə olan qanunvericilikdə natamam ildəki iş stajının pensiyanın yenidən hesablanmasında nəzərə alınması təsbit edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-743/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur. “...“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında natamam ildəki iş stajı aylarının hesablanması ilə bağlı qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağa da olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Həmin maddənin, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında isə həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. İddiaçının natamam ildəki iş stajının, yəni 5 ay 23 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş X4ın “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir...” Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıdakı mövqeyini və məhkəmə təcrübəsini əsas götürərək hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2023-cü il tarixdən pensiya hesablanarkən iddiaçının natamam ildəki iş stajı, yəni 11 ay 14 gün xidmət müddəti də 3 faiz artım kimi hesablanmaqla nəzərə alınmalıdır. İddiaçının iddia tələbi xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Apellyasiya instansiyasında icraat zamanı İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “xx.xx.2023-cü il tarixdən ona təyin olunan əmək pensiyasının nəzərə alınmamış 11 ay, 14 günündə qeyd olunan tarixdən yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın nəzərə alınmamış natamam ilin ayları (11 ay, 14 günü) da nəzərə alınmaqla, yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan yenidən hesablama aparan zaman mübahisə edilən dövrlə bağlı “xx.xx.2017-ci il tarixədək qazanılmış pensiya 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi” formasında hesablamasına 4 ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faiz əlavəsinə hesablanmamış aylarda müvafiq olaraq hesablanıb 12 faiz əlavəyə artım edilməlidir. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı yalnışlığa yol verilmiş, bu səbəbdən də, iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi isə sözügedən xüsusatları nəzərə almamış və iş üzrə yalnış nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(118)-1411/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən təyin edilmiş pensiyanın nəzərə alınmamış natamam ilin ayları (11 ay, 14 günü) da nəzərə alınmaqla yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.