Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-791/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvləri Hüseynova (Məmmədova) Hüsniyyə Şahbaba qızı, İddiaçı4 və Məmmədova (Qədirova) Ceyhunə Firuz qızına ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində İddiaçı1 və Hüseynova (Məmmədova) Hüsniyyə Şahbaba qızı, İddiaçı4 və Məmmədova (Qədirova) Ceyhunə Firuz qızının birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-667/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN:0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvləri Hüseynova (Məmmədova) Hüsniyyə Şahbaba qızı, İddiaçı4 və Məmmədova (Qədirova) Ceyhunə Firuz qızına 1.27 ha torpaq sahəsi verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bundan əlavə, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Bu, səbəbdən də, müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Mütəxəssis rəyindən görünür ki, 1. JN-0080, KOD 30214028 saylı Dövlət Aktı, JN-0163 saylı Dövlət aktı və JN-0093 saylı Dövlət Aktı ilə ayrılmış torpaq sahələrinin koordinatları sənəd üzrə elektron uçot baza məlumatlarında işlənilmişdir. 2. Elektron uçot baza məlumatlarında JN-0080 30214028 saylı Dövlət Aktı və JN-0163 saylı Dövlət aktı ilə ayrılmış torpaq sahələri ilə JN-0093 saylı Dövlət Aktı ilə ayrılmış torpaq sahələri TEKUlS-də üst-üstə düşmür. Lakin JN-080 nömrəli Dövlət aktı ilə ayrılmış torpaq sahəsi faktiki istifadəsi JN-163 nömrəli dövlət aktı ilə işlənmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-163 nömrəli Dövlət Aktı ilə ayrılmış torpaq sahəsindən vətəndaş tərəfindən naturada istifadə edilmir.
3. İddiaçıya ayrılmış 0.64 ha torpaq sahəsi faktiki istifadə və JN-80 və JN-163 nömrəli dövlət aktı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. 4. İddiaçının iddia etdiyi 0.93 ha torpaq sahəsini bazada əks olunmuş 0.64 ha torpaq sahəsindən artıq olan hissəsi naturada mövcuddur və iddiaçının faktiki istifadəsındədir. JN-0080 30214028 saylı Dövlət aktı və JN-0163 saylı Dövlət aktı üst-üstə düşmür. 5. JN-0080, KOD 30214028 saylı Dövlət Aktı naturada faktiki mövcuddür, lakin JN-0163 saylı Dövlət aktı ilə ayrılmış torpaq sahəsi faktiki naturada mövcud deyil. Həmin torpaq sahəsi naturada JN- 0080 nömrəli Dövlət Aktı ilə ayrılmış vətəndaş tərəfindən faktiki istifadə edir. JN-163 nömrəli Dövlət Aktı ilə ayrılmış torpaq sahəsindən vətəndaş tərəfindən naturada istifadə edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin üzərinə Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0093 KOD 30214028 olan torpağa mülkiyvət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 1.27 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X11 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının ləğv edilməsi və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə iddiaçı və dörd nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu, Mollaburhan kəndi ərazisində 1.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0093 KOD 30214028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsinin planı (cizgisi) adlanan hissəsindən görünür ki, torpaq sahəsi 0.93 ha və 0.34 ha planşetlərdən ibarətdir. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçilərinə dövlət tərəfindən ödənilən subsidiyaların verilməsi üçün həmin torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın olması tələb olunur. Bu səbəbdən də ailəsinin mülkiyyətində olan 1.27 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq 02 may 2023-cü il tarixli, 3-21-3-34/2-M-0290- B/2023 nömrəli məktubda göstərilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdikləri JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bundan əlavə, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı-nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Cavabdehin imtina səbələri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bundan əlavə, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Bu, səbəbdən də, müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-667/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X11 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının ləğv edilməsi, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinə ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində İddiaçı1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan əlavə məhkəmə cavabdeh orqanın dəlilini hərtərəfli araşdırmaq üçün mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair müayinə aktının məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş, cavabdeh orqanın mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir ki, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Xaçmaz rayonu Mollaburhan kənd sakini olan İddiaçı1 mülkiyyətinə verilmiş Xaçmaz rayonu Mollaburhan kəndi ərazisində yerləşən 1.27 ha torpaq sahəsinə baxış keçirilmişdir, baxış zamanı məlum olmuşdur ki, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Xaçmaz rayonu Mollaburhan kənd sakini olan İddiaçı1 mülkiyyətinə verilmiş Xaçmaz rayonu Mollaburhan kəndi ərazisində yerləşən 1.27 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, əkinə yararlıdır və tam olaraq 1.27 ha torpaq sahəsi istifadəsindədir, 1.27 ha torpaq sahəsi iki hissədən (planşetdən) ibarətdir, JN-93C nömrəli planşetdə 0.37 ha olan hissəsinə **********34 reyestr nömrəli çıxarış verilmişdir; bundan əlavə, JN0093 nömrəli KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın JN93 nömrəli planşetdə göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçot informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Lakin Xaçmaz rayonu Mollaburhan kəndində yerləşən İddiaçı1 məxsus JN-0093 nömrəli KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın JN-93 nömrəli planşetdə göstərilən 0.93 ha torpaq sahəsi faktiki naturada dövlət aktında olan cizgilərinə uyğun istifadə olunur. İnzibati iş materiallarında olan 8İ- 14744 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahəsinin - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X11 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının mülkiyyətçiləri həmin dövlət aktının ləğv edilməsinə etiraz etmirlər. Araşdırma nəticəsində X11 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının verilməsinə əsas olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əlavə edilmiş sənədlərdə X9 torpaq sahəsi ayrılması müəyyən edilmir. Belə ki, sorğu əsasında məhkəməyə təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əlavə edilmiş sənədlər yalnız “Ellada” kəndli-fermer təsərrüfatının üzvlərinin siyahısı və məlumatdan ibarətdir ki, həmin məlumatda da X11 təsisçi kimi qeyd edilmiş və adının üzərindən xətt çəkilmişdir. Bundan əlavə məhkəmə araşdıması zamanı müəyyən edilmişdir ki, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin – yəni hazırki mübahisə predmeti olan torpaq sahəsinin digər hissəsi olan 0.34 ha torpaq sahəsi üzərinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ona və ailə üzvləri X2, İddiaçı4 və X4 ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində onun və X2, İddiaçı4 və X3 birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahələrinə dair birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, müvafiq Dövlət Aktının 0093 nömrəli planşetində göstərilən 0,93 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir, habelə həmin torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıların adına 1,27 ha torpaq sahəsi ayrılmış və həmin qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İş materiallarından görünür ki, AİK-nın həmin qərarı əsasında torpaq payı almaq hüququ olan hər bir subyektə 0,36 ha torpaq payının müəyyən edilməsi qərara alınmışdır. iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın mütəxəssisləri, müvafiq bələdiyyə və müvafiq inzibati ərazi üzrə icra nümayəndəsinin iştirakı ilə sözügedən torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılmış, koordinatları müəyyən edilmiş, faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilməsi barədə akt tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə olunaraq, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi elektron kadastr uçot informasiya sistemində azaldılaraq, 0,64 ha ölçüdə öz əksini tapmışdır, lakin müvafiq Dövlət Aktınının 093 nömrəli planşetində göstərilən 0,93 ha torpaq sahəsi faktiki naturada dövlət aktında olan cizgilərinə uyğun istifadə olunur, azalmanın səbəbi JN-0080 nömrəli müvafiq dövlət Aktınında olan cizgiləri torpaqların elektron kadastr uçot informasiya sistemində naturada faktiki istifadə vəziyyətinə uyğun işlənilməməsidir, JN-0080 nömrəli Dövlət Aktında olan cizgiləri, arxiv və DVJ məlumatları ilə fərqlidir, həmin Dövlət Aktında paylı mülkiyyətdə olan mülkiyyətçilərin naturada istifadəsində olan torpaq sahəsi JN-0163 dövlət aktında olan torpaq sahələri ilə üst-üstə düşür. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının adına ayrılmış 0,93 ha torpaq sahəsi JN-0080 və JN-0163 nömrəli Dövlət Aktında olan torpaq sahələri ilə üstə düşmür, 0,93 ha torpaq sahəsi naturada mövcuddur, iddiaçının faktiki istifadəsindədir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçıların faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar və həmin qərar əsasında tərtib edilmiş Dövlət Aktı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina əsası kimi istinad etdiyi dəlillər ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müvafiq Dövlət Aktı və onun tərtib edilməsinə əsas olmuş müvafiq AİK-nın qərarının arxiv nüsxələri mövcuddur. Həmçinin, məhkəməyə təqdim edilmiş arxiv nüsxələrinin məzmununda da ayrılmış torpaq sahəsinin ölçüsü kimi 1,27 ha və 093 nömrəli planşetdə 0,93 ha torpaq sahəsi olması halı qeyd edilmişdir. İndiki halda faktiki naturadada iddiaçıların istifadəsində olan torpaq sahəsinin də ölçüsü 0,93 ha olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati oran tərəfindən təqdim edilmiş müayinə aktının məzmununda torpaq sahəsinin ölçüsünün elektron kadastr uçot informasiya sistemində azalaraq, 0,64 ha göstərilməsinin səbəbi kimi JN-0080 nömrəli Dövlət Aktında əks olunmuş məlumatların elektron uçot informasiya sisteminə düzgün işlənilməməsi olduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, elektron kadastr uçot informasiya sistemində əks olunmuş məlumatların sistemə üzrə düzgün işlənilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmaqla, buna görə məhz cavabdeh inzibati orqan məsuliyyət daşıyır. Qeyd edilən hal iddiaçıların təqsiri ilə əhatə olunmamaqla, məhz cavabdeh inzibati orqanın öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi nəticəsində ortaya çıxmışdır. Belə olan halda, iddiaçıların məsuliyyət daşımadığı hala istinad etməklə, onların mövcud olan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunması ilk növbədə qanunvericilikdə təsbit edilmiş mütənasiblik prinsipinin mahiyyətinə və tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin hissədə imtina və şikayətin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası şikayətin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş müayinə aktında Dövlət Aktının 093 nömrəli planşetində əks olunmuş 0,93 ha torpaq sahəsinin faktiki naturada dövlət aktında olan cizgilərinə uyğun istifadə olunması qeyd edilmişdir. Bu hal özlüyündə cavabdehin imtina və şikayətin dəlili kimi istinad etdiyi torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun olmaması, fərqli olması ilə bağlı arqumentini də təkzib edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin hissədə imtina və şikayətin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq qərar və həmin qərar əsasında tərtib edilmiş Dövlət Aktı əsasında iddiaçıların birgə mülkiyyətinə verildiyindən, habelə iddiaçılara ayrılmış torpaq sahəsi 0163 nömrəli Dövlət Aktında əks olunmuş torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən edilmədiyindən, məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin təqdim edilməsi ilə bağlı iddiaçılara hüquqi yardım göstərilmişdir. İddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, sözügedən torpaq sahəsi üzərində iddiaçıların birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-667/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvləri Hüseynova (Məmmədova) Hüsniyyə Şahbaba qızı, İddiaçı4, Məmmədova (Qədirova) Ceyhunə Firuz qızına ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində İddiaçı1, Hüseynova (Məmmədova) Hüsniyyə Şahbaba qızı, İddiaçı4 və Məmmədova (Qədirova) Ceyhunə Firuz qızının adlarına birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.