Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-792/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3- 41/2-M-Ö009-8/2025 saylı imtinasının əsassız hesab olunması və 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-4880/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 19 nömrəli qərarından görünür ki, bələdiyyənin perspektiv inkişafı ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız 0.12 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. BYB 226 nömrəli, 30 noyabr 2005-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri kimi Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin hesabına 564000 manat ödənilmişdir. xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Çuxuryurd bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli rəydən görünür ki, kəndin perspektiv inkişafına kənd təsərrüfatına az yararlı və ya yararsız (şərti yararsız) olmaqla alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsinin İddiaçı satılması qanunamüvafiq hesab edilmişdir. Şamaxı rayonu Məlhəm bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, İddiaçı Çuxuryurd bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli 19 səylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və qərar hal-hazırda qüvvəsindədir. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxivin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 2005-ci il qərarlarında İddiaçı adına həyətyanı torpaq sahəsi aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Şamaxı rayon Məlhəm bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 50 saylı məktubdan görünür ki, Çuxuryurd bıələdiyyəsinin xx.xx.2025-ci il tarixli 19 saylı qərarı ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan iclas protokolunda öz əksini tapmamış və eləcə də bələdiyyənin mövucd arxivində ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi 0,12 ha ölçüdə olmaqla qonşu torpaqlar və yol ilə əhatə olunmuşdur. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1) 299589,65; 4510240,23; 2) 299609,96; 4510240,23; 3) 299633,77; 4510198,49; 4) 299645,01; 4510187,91. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-M- Ö009-8/2025 saylı imtinasının əsassız hesab olunması və 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu Çuxuryurd kəndi sakinidir. Çuxuryurd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 19 saylı qərarı ilə bələdiyyənin ərazisində bələdiyyə mülkiyyətində saxlanılan torpaqlardan iddiaçıya 0,12 ha həyətyanı məqsədi üçün torpaq sahəsi satılmışdır. DTXK-nin Şamaxı rayon şöbəsi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması və kənd təsərrüfatına az yararlı və yararsız (şərti yararsız) olmaqla alqı-satqı predmeti olması və X1 məqsədəmüvafiq hesab edilməsi barədə xx.xx.2005-ci il tarixli, 1717-681 nömrəli rəy vermişdir. Satılan torpaq sahəsi kəndin perspektiv inkişafına Şamaxı rayon Çuxuyurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu layhəsindən DTXK-nin Şamaxı rayon Şöbəsi və Çuxuryurd bələdiyyəsinin birgə imzalayıb təsdiq etdikləri Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu layhiyəsində çıxarışla (miqyas 1:10000) satılmış torpaq sahəsinin yeri müəyyən edilərək göstərilmişdir. ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı məqsədi üçün Çuxuryurd bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 saylı qərara və xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqı aktına əsasən X5 tərəfindən seriya: BYB №:226 saylı, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, 0,12 ha torpaq sahəsinin dəyəri kimi 564.000 manat məbləğində ödəniş edilmişdir. İddiaçının torpaq sahəsinin yerləşdiyi ərazidə onun qonşuluğunda yerləşən torpaq sahələrində ayrı-ayrı vətəndaşlar tərəfindən yaşayış evləri inşa edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman iddiaçıya Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən Çuxuryurd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 19 saylı qərarı ilə həyətyanı məqsədilə mülkiyyətə satılmış 0,12 ha torpaq sahəsinin yerləşdiyi ərazinin baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası torpaq qanunvericiliyin tələblərinə əsasən, örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Qeyd olunan torpaq sahəsi örüş torpaqlarına aid edildiyi üçün iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-4880/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2-1117/2025 nömrəli məktubuna əsasən, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına görə iddiaçının faktiki istifadəsində olan Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, hər hansı bir fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, torpaq sahəsi iddiaçının istifadəsindədir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (TEKUİS məlumatları) əsasən, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 55 kv m hissəsi torpaq yola düşür, iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməmişdir. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərziəsi ilə eyni məzmundan əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işin hallarını tam araşdırmamış, torpaq sahəsinin təyinatı və kateqoriyasının müəyyən edilməsi barədə sorğu verməmişdir. Torpaq sahəsinin koordinatlarını müəyyən etmədən, mütəxəssis rəyi almadan torpaq sahəsinə dair mahiyyəti üzrə qərar qəbul etmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı məsələ tərəflərlə müzakirə edilməmiş, məhkəmə tərəfin iştirakını təmin etmədən, maraqlı şəxsin inzibati məhkəmə icraatında iştirakını təmin etmədən qərar vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və X10 apellyasiya şikayətinin müdafiə edərək, apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4.3 Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 10.1 Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. M a d d ə 1 7 . Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. M a d d ə 7 . Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi bələdiyyə qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh orqan iki əsasla iddiaçıya imtina cavabı vemrişdir : 1) iddiaçıya satılmış torpaq sahəsinin bir hissəsi elektron uçot xəritəsinə əsasən digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür; 2) torpaq sahəsi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmişdir. Həmin bələdiyyə qərarından torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahəsi olması qeyd edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, satılan torpaq sahəsinin kəndin perspektiv inkişafına kənd təsərrüfatı az yararlı və ya yararsız (şərti yararsız) olmaqla, alqı-satqı predmeti olması və satılmaısnın məqsədəmüvafiq olması barədə rəy tərtib edilmişdir. Müvafiq bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 37 saylı məktubundan görünür ki, bələdiyyə İddiaçı bələdiyyənin 30 noyabr 2005ci il tarixli 19 səylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasını təsdiq etmiş və qərarın hal-hazırda qüvvədə olmasını bildirmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq Milli Arxivin Şamaxı filialı xx.xx.2025-ci il tarixli məktubu ilə cavab vermişdir ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 2005-ci il qərarlarında İddiaçı adına həyətyanı torpaq sahəsi aşkar olunmamışdır. Bu hal həmin dövrə aid bələdiyyə qərarlarının arxivdə olmasını, lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərarın aşkar olunmadığını ehtiva edir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Şamaxı rayon Məlhəm bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 50 saylı məktubdan görünür ki, Çuxuryurd bıələdiyyəsinin xx.xx.2025-ci il tarixli 19 saylı qərarı ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan iclas protokolunda öz əksini tapmamış və eləcə də bələdiyyənin mövucd arxivində ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd olan bələdiyyə qərarının mötəbərliyinə şübhə yaradır. Belə ki, həmin tarixə dair protokolların mövcud olması, lakin iddiaçıya torpaq sahəsinin ayrılmasına dair protokol (qərar) aşkar olunmamışdır. Cavabdehin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci dəlil, yəni torpaq sahəsinin bir hissəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi iş üzrə verilmiş mütəxəssis rəyi ilə təkzib edilir. Belə ki, mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin təyinatı ilə bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi DWG məlumatlarına görə qəbristanlıq üçün ayrılması nəzərdə tutulmuş torpaq sahəsidir. Hazırda torpaq sahəsinin yerləşdiyi ərsazi qəbristanlıq kimi istifadə olunmur. Həmin sahədən hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələri ilə bağlı sorğu verilmiş və nəticədə müəyən edilmişdir ki, X4 mülkiyyətində olan və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış yaşayış məntəqələri təyinatlı 0.12 ha torpaq sahəsinin və X2 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0.12 ha yaşayış məntəqələri torpaq sahəsi iddiaçının nautrada göstərdiyi torpaq sahəsinə nisbətdə müvafiq olaraq 117 m və 87 m məsafədə yerləşir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, göstərilən torpaq sahələri üzərində yaşayış məntəqələri torpaqları kimi mülkiyyət hüququ qeydə alınsa da, onların iddiaçının iddia etdiyi torpaq sahəsindən xeyli aralı məsafədə yerləşməsi, yəni mübahisəli torpaq sahəsi ilə bitişik və ya yaxın qonşuluqda yerləşməməsi hazırki mübahisəyə bərabərlik prinsipinin tətibq edilməsini mümkünsüz edir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. İndiki halda məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarında olan ortofoto görüntü, o cümlədən iddiaçının özünün verdiyi izahatı əsasında da müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqələri torpaqlarına aid deyildir. Bu baxımından kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, hüquqmüəyyənedici əsas kimi təqdim edilən sənədlərin kökü arxivdə və ya bələdiyyənin özündə aşkar edilmədiyindən, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bu hüququn yaranması üçün qanuni əsas mövcud olmuş olsun. İndiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-4880/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.