Məhkəmə qərarları › İş №2-1(105)-799/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-799/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-799/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2, Nümayəndə3 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(118)-312/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı təqdim etdiyi 29 oktyabr 1964-cü il tarixli əmək kitabçasının qeydlərinə əsasən o, 1969-cu ildən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisə və idarələrdə işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində dövlət vergi inspektoru, vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və bölmə rəhbəri vəzifələrində işləmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2012-ci il tarixdən isə əlilliyə görə əmək pensiyası dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına keçirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavənin, vəzifə maaşının 3 misli miqdarında mükafatın, 1 misli miqdarında müavinətin, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı vəzifə maaşının 15 faizi miqdarında əlavənin, dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını və pensiya təyin edildiyi tarixdən hazırki tarixədək yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Cavabdeh 12 may 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 3 iyul 2009-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavə 96,90 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 53,99 manat olmaqla, orta aylıq əmək haqqı 720,89 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 30 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (720,89 manat) 80 faizi - 576,71 manat məbləğində hesablanmalı olduğu halda, 576,76 manat məbləğində müəyyən edilməklə, xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 2,55 manat artıq pul vəsaiti ödənilmişdir. 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 625,00 manat, qulluq stajına görə əlavə 106,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 59,20 manat olmaqla orta aylıq əmək haqqı 790,45 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (790,45 manat) 80 faizi-632,36 manat məbləğində hesablanmalı olduğu halda, 632,76 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 7,20 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 940,00 manat, qulluq stajına görə əlavə 159,80 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 89,04 manat olmaqla orta aylıq əmək haqqı 1188,84 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası eyni qaydada 951,07 manat məbləğində hesablanmalı olduğu halda, 948,92 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021 tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 55,90 manat əskik pul vəsaiti ödənilmişdir. Göstərilənlərə əsasən iddiaçıya xx.xx.2013xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 9,75 manat artıq vəsait, xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 55,90 manat əskik vəsait ödənilmişdir. Nəticədə, ona ümumilikdə 46,15 (55,90-9,75) manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan əskik ödənilmiş 46,15 manat 2021-ci ilin noyabr ayında pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5-ci, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə və ixtisas dərəcəsinə görə əlavələr vaxtilə qulluq keçdiyi dövrdə ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 2021-ci il noyabr ayından etibarən əmək pensiyası 951,07 manat müəyyən edilməklə, müvafiq kart hesabına köçürülür. Bundan başqa, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 95,11 manat məbləğində maddi yardım ödənilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona əmək pensiyası təyin edilən zaman aylıq vəzifə maaşına dövlət qulluğunda qulluq stajına görə 30 faiz əlavənin, vəzifə maaşının 3 misli miqdarında mükafatın, 1 misli miqdarında müavinətin, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı vəzifə maaşının 15 faizi miqdarında əlavənin, dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın daxil edilməsi haqqında qərar qəbul edilməsi və pensiya aldığı vaxtdan hal-hazıradək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparatında və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində və onun yerli orqanlarında işləyərkən dövlət qulluqçusu olmuş, dövlət qulluğunda iş stajı 30 ildən çox təşkil edir. NMR Vergilər Nazirliyində işlədiyi dövrdə xx.xx.1993-cü il tarixdə ona 1-ci dərəcəli müfəttiş xüsusi rütbəsi də verilmişdir. Sonradan dövlət qulluqçusu olmuş, ona 3 iyul 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin edilən zaman qulluq stajı 30 il 4 ay 3 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 04 ay 03 gün qulluq stajına uyğun olaraq ona orta əmək haqqının 80 faizi miqdarında pensiya hesablanmışdır. Dövlət qulluqçusuna həmin Qanuna uyğun olaraq pensiyaya əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Onun dövlət qulluğunda qulluq stajı isə 30 il 04 ay 03 gün olmaqla, tələb olunan müddətdən 2 dəfə artıqdır. O, NMR Dövlət Statistika Komitəsində işlədiyi dövrdə yalnız şöbə rəisi vəzifəsində çalışmış, ona əmək pensiyası həmin idarədə 80-ci illərdə aldığı əmək haqqına görə təyin edilmişdir. Ona pensiya təyin olunarkən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin tələbinə əsasən həmin orqana NMR Dövlət Statistika Komitəsində 80-ci illərdə işlədiyi dövrlərdə ardıcıl gələn 5 il ərzində aldığı əmək haqları barədə dövlət arxivindən arayış təqdim etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, dövlət qulluğunda stajı 30 ildən artıq olmasına baxmayaraq, ona pensiya təyinatı zamanı pensiyası düzgün hesablanmamışdır. Belə ki, onun pensiyası Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları” nın 2-ci bəndinə əsasən hesablanmalı idi. Lakin onun pensiyası NMR Dövlət Statistika Komitəsində şöbə rəhbəri vəzifəsində işlədiyi dövrdə aldığı 450 manat aylıq əmək haqqı əsas götürülməklə, təyin edilmiş və qulluq stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 17 faizi məbləğində əlavə haqq hesablanmışdır. Pensiyasına dövlət qulluğunda qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavənin, vəzifə maaşının 3 misli miqdarında mükafatın, 1 misli miqdarında müavinətin, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı vəzifə maaşının 15 faizi miqdarında əlavənin və dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın daxil edilərək yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Müraciətinə cavab olaraq əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2013xx.xx.2018-ci illərdəki dövr üzrə ona 2,55 manat, xx.xx.2018-xx.xx.2019-cu illərdəki dövr üzrə 7,20 manat artıq pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 55,90 manat əskik pul vəsaiti ödənildiyi, ümumilikdə, 46,15 manat əskik pensiya məbləğinin ödənildiyi bildirilmişdir. Həmin ödənilməyən məbləğ sonradan kart hesabına köçürülsə də, o, əmək pensiyasının yenidən hesablanması ilə razılaşmır. Hesab edir ki, 03 iyul 2009-cu ildə ona əmək pensiyası təyin edilən zaman pensiyaya əlavələr (qulluq stajına görə, mükafat və s.) hesablanmamışdır. Pensiya təyin edilərkən dövlət qulluğunda 30 il 4 ay 3 gün stajı olmasına baxmayaraq, pensiyasının yenidən hesablanması üçün göstərilən əlavələr nəzərə alınmamış və vəzifə maaşının 30 faizi əvəzinə, ona 17 faiz qulluq stajına görə əlavə haqq hesablanmışdır. Bunun nəticəsində xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə qulluq stajına görə əlavə haqq ona 570,0 manat vəzifə maaşına görə 171,0 manat əvəzinə 96,90 manat, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə qulluq stajına görə əlavə haqq 625,0 manat vəzifə maaşına görə 187,5 manat əvəzinə 106,25 manat, xx.xx.2019-xx.xx.2021-ci tarixləri arasındakı dövr üzrə qulluq stajına görə əlavə haqq isə 940,0 manat vəzifə maaşına görə 282,0 manat əvəzinə 159,8 manat hesablanmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(118)-312/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, işin mübahisələndirilən halı iddiaçının 1976-1981-ci il və 1983-1992-ci illərdə NMR Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu hesab edilib-edilməməsi və həmin dövrlərin əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu kimi nəzərə alınması ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin tabeliyində fəaliyyət göstərən orqanların uyğunlaşdırılması aparılmamışdır. X9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan da müəyyən edilir ki, iddiaçının həmin dövrdə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Bu səbəbdən də məhkəmə hesab edir ki, əmək pensiyası yenidən hesablanarkən qanunvericiliyin tələbləri gözlənilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edərkən işin hallarını araşdırmamışdır. Belə ki, işə baxan məhkəmə iddiaçının NMR Dövlət Statistika Komitəsində işlədiyi şöbə müdiri vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib-edilməməsi ilə bağlı sorğu ilə X8 müraciət etmişdir. Lakin, DİM məhkəmənin sorğusunu düzgün cavablandırmayaraq, cavab məktubunda qeyd etmişdir ki, NMR Dövlət Statistika Komitəsi Azərbaycan SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin mərkəzi aparatının strukturunda deyil, tabeliyində fəaliyyət göstərən orqan olduğu üçün iddiaçının 1979-1981-ci illərdə və 1983-1992-ci illərdəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Qeyd edir ki, onun həmin dövrdəki vəzifəsi “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” AR Prezidentinin 9 iyul 2008-ci il tarixli, 2934 nömrəli sərəncamının 2 nömrəli əlavəsinə əsasən inzibati vəzifələrin altıncı təsnifatı üzrə NMR-nin mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri vəzifəsinə uyğundur. Qeyd olunan hal cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçı dövlət qulluğu vəzifəsində işləyən zaman ona ödənilmiş vəzifə maaşı, habelə əlavə haqlar və onların məbləği barədə məhkəməyə arayış təqdim etmiş, lakin məhkəmə həmin arayışda qeyd olunanlarla bağlı araşdırma aparmamışdır. Bundan əlavə, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat başlanılaraq onun əmək pensiyasının ödənişi dayandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçıya 03 iyul 2009-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 30 il 4 ay 3 gün qulluq stajı nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı X9 tərəfindən məhkəməyə təqdim edilmiş 9-3/2-1431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, iddiaçının 1976-1981-ci illərdə və 1983-1992-ci illərdəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçının müraciətinə əsasən ona təyin olunmuş pensiya yenidən hesablanmış və müəyyən edilmişdir ki, vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 yanvar 2014-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə, ümumilikdə, vəzifə maaşının orta aylıq məbləği 528,25 manat, qulluq illərinə görə əlavə 22,60 manat, rütbəyə görə əlavə 36,00 manat olmaqla, orta aylıq əmək haqqı 586,85 manat təşkil etmişdir. Bununla əlaqədar pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 9 ay 18 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (586,85 manat) 80 faizi - 469,48 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasının, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.3-cü bəndinin tələblərinə müvafiq olaraq iddiaçının 16 il 9 ay 18 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55,25 faiz təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 31,29 manat, qulluq illərinə görə əlavə 22,60 manat, rütbəyə görə əlavə 36,00 manat olmaqla, orta aylıq əmək haqqı 639,89 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (586,85 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (639,89 manat) arasındakı fərq məbləğinin (53,04 manat) 55,25 faizi - 29,30 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (469,48 manat) üzərinə əlavə olunmaqla, əmək pensiyası 498,78 manat təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 873,46 manat, qulluq illərinə görə əlavə 22,60 manat, rütbəyə görə əlavə 36,00 manat oİmaqla, orta aylıq əmək haqqı 932,06 manat təşkil etmişdir. Sözügedən Fərmanın tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (639,89 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (932,06 manat) arasındakı fərq məbləğinin (292,17 manat) 55,25 faizi-161,43 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (498,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 660,21 manat təşkil edir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 873,46 manat, qulluq illərinə görə əlavə 66,99 manat, rütbəyə görə əlavə 36,00 manat olmaqla, orta aylıq əmək haqqı 976,45 manat təşkil etmişdir. Fərmanın tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (932,06 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (976,45 manat) arasındakı fərq məbləğinin (44,39 manat) 55,25 faizi-4,53 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (660,21 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 684,74 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları aqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən onra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və nəcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq bildirir ki, hakimiyyət səlahiyyətlərinin icrasına görə və ixtisas dərəcəsinə görə əlavələr vaxtilə qulluq keçdiyi dövrdə ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Onun DSK-da işlədiyi həmin “şöbə rəisi” vəzifəsi hakimiyyət səlahiyyəti verən vəzifə olsa da, həmin dövrdə ona hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməmişdir, çünki, o dövrdə belə bir əlavə qanunvericilikdə nəzərdə tutulmamışdı. Ona hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq ödənilməsə də, hesab edir ki, bu əlavə hazırda qanunvericilikdə təsbit edildiyindən və onun işlədiyi “şöbə rəisi” vəzifəsi hakimiyyət səlahiyyəti verən vəzifə olduğundan bu əlavə ona da şamil edilməlidir. Həmin müddətdə ona mükafatlar verilmişdir. DSK-da işlədiyi dövrdə ixtisas dərəcəsinə görə əlavə haqq almamış, yalnız 1992-2009-cu illərdə dövlət qulluqçusu kimi vergi orqanlarında işlədiyi müddətdə ona ixtisas dərəcəsinə görə əlavə haqq ödənilmişdir. Bu səbəbdan, həmin ixtisas dərəcəsinə görə ödənilmiş haqqın hazırda əmək pensiyasına əlavə edilməsini tələb edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının NMR Dövlət Statiska Komitəsində işlədiyi dövrün 60 ayı üzrə əmək haqqısı nəzərə alınmaqla, dövlət qulluqçusu kimi ona ödənilmiş əlavələr əmək pensiyasına hesablanmışdır. Qulluq stajına görə əlavəyə münasibətdə qeyd edir ki, pensiya təyinatı zamanı iddiaçının vəzifə maaşının 17 faizi miqdarında qulluq stajına görə əlavə hesablanmışdır. Yəni, iddiaçıya həmin 60 ay ərzində hansı növ və nə qədər əlavələr ödənilmişdirsə, pensiya təyin olunan zaman da həmin əlavələr hesablanır. İddiaçının DSK-da işlədiyi dövr üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışlarında müavinətlə mükafat eyni sütunda göstərilmiş, bu səbəbdən həmin əlavələr əmək pensiyasına ikisi birlikdə hesablanmışdır. Həmin dövr ərzində iddiaçıya hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə və ixtisas dərəcəsinə görə əlavə haqlar ödənilməmişdir. O, ixtisas dərəcəsinə görə əlavə haqqı vergi orqanlarında işlədiyi dövrdə almışdır. Bu səbəbdən, belə əlavələr əmək pensiyasının təyinatı zamanı nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq; 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.12. dövlət qulluqçusunun ixtisas dərəcəsi – dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq ona verilən ixtisas səviyyəsi; ... Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. ... Maddə 14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. ... Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. ... 22.7. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır.(iddiaçıya əmək pensiyası təyin edilən zaman qüvvədə olan redaksiyası) Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ... Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. ... Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” (iddiaçıya əmək pensiyası təyin edilən zaman qüvvədə olan redaksiyası)

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. ...

5. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. ...

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. ...

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”:

1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.

2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir.

3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

4. Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: Qulluq stajı (il) Aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 1 ildən – 5 ilədək 5 5 ildən – 10 ilədək 10 10 ildən – 15 ilədək 20 15 ildən yuxarı 30 ...

8. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.

9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

10. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir.

12. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır.

“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanı: “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarı

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); ... İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları araşdırıb və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, işə baxan məhkəmə işin mübahisələndirilən halını düzgün qiymətləndirməyərək mübahisəli halın iddiaçının 1976-1981-ci il və 1983-1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu hesab edilib-edilməməsi və həmin dövrlərin əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu kimi nəzərə alınıb-alınmamasının müəyyən edilməli olmasını qeyd etmiş və iş üzrə araşdırmanı bu istiqamətdə apararaq iddiaçının həmin dövrdə işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalı olmaması ilə bağlı X6 xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək iddia tələbini rədd etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1976-xx.xx.1981-ci il və xx.xx.1983-xx.xx.1992-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində işlədiyi şöbə müdiri vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğun hesab edilibedilməməsi ilə bağlı sorğu ilə X8 müraciət etmişdir. X9 məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” siyahısının 1.15-ci bəndində (1991 -ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin tabeliyində fəaliyyət göstərən orqanların uyğunlaşdırılınası aparılmamışdır. Odur ki, Naxçıvan MSSR Dövlət Statistika İdarəsi Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin mərkəzi aparatının strukturunda deyil, tabeliyində fəaliyyət göstərən orqan olduğu üçün iddiaçının 1976-1981-ci illərdə və 1983-1992-ci illərdəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Halbuki, işdə olan iddiaçının pensiya işinin surətindən görünür ki, onun xx.xx.1976xx.xx.1981-ci il və xx.xx.1983-xx.xx.1992-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində, xx.xx.1992-xx.xx.2009-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində işlədiyi, ümumilikdə, 30 il 04 ay 03 günlük müddət dövlət qulluğu stajı kimi qəbul edilmiş və ona xx.xx.2009-cu il tarixdə dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2012-ci il tarixdən isə əlilliyə görə əmək pensiyası yaşa görə əmək pensiyasına keçirilmişdir. Onun əmək pensiyası hesablanarkən DSK-da işlədiyi 1987-ci ilin yanvar ayından 1992-ci ilin yanvar ayınadək olan 60 aylıq dövr əsas götürülmüş, həmin dövrdə aldığı vəzifə maaşına əlavələr pensiyaya əlavələr kimi hesablanmışdır. İşin müəyyən edilən faktiki hallarından göründüyü kimi cavabdeh orqan iddiaçının xx.xx.1976-xx.xx.1981-ci il və xx.xx.1983-xx.xx.1992-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində işlədiyi 13 il 06 ay 16 günlük dövrü də mübahisəsiz dövlət qulluğu stajı kimi qəbul etmiş, eləcə də pensiya hesablanarkən nəzərə alınan həmin orqanda işlədiyi 60 aylıq dövrdə aldığı əlavələr pensiyaya əlavə kimi hesablanmışdır. Yəni, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyinatı zamanı onun Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində işlədiyi dövrün də daxil olduğu 30 il 04 ay 03 günlük müddət dövlət qulluğu stajı kimi qəbul edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının NMR Dövlət Statistika Komitəsində işlədiyi xx.xx.1976-xx.xx.1981-ci il və xx.xx.1983-xx.xx.1992-ci il tarixlərində olan dövrün dövlət qulluğu stajı hesab edilməməsi əsası ilə iddianı rədd edərkən haqlı olmamışdır. Lakin, kollegiya hesab edir ki, hazırki iddia başqa əsasla rədd edilməlidir. Belə ki, hazırki mübahisə predmeti cavabdehin iddiaçının qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavənin, vəzifə maaşının 3 misli miqdarında mükafatın, 1 misli miqdarında müavinətin, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı vəzifə maaşının 15 faizi miqdarında əlavənin və dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ona əmək pensiyası təyin edildiyi tarixdən hazırki vaxtadək yaranmış fərq məbləğinin ödənilməsindən imtinası təşkil edir. İddiaçı iddia ərizəsinin dəlillərində ona xx.xx.2009-cu il tarixdə dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilən zaman pensiyaya sözügedən əlavələrin ümumiyyətlə hesablanmadığını, eyni zamanda 2012-ci ildə yaşa görə pensiyanın təyini zamanı həmin əlavələrin düzgün hesablanmadığını bildirərək, pensiyanın yenidən hesablanmasını və yaranmış fərq məbləğinin tam ödənilməsini tələb edir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı, ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanmasına dair işlər üzrə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən, habelə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları ilə formalaşdırılmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, müvafiq işlərə baxan məhkəmələr pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın yenidən hesablanması üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməlidirlər. Bu mənada, məhkəmələr pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müvafiq tarixlərdə müraciət etməmənin səbəblərini nəzərə almadan qərar qəbul etməyə haqlı deyildirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Başqa sözlə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə üç illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 2019-cu il 1 yanvar tarixindən əvvəl inzibati orqana müraciət edildikdə, yenidən hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməli, 2019-cu il 1 yanvar tarixindən sonra müraciət edildikdə isə yenidən hesablanmış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarının işığında işin faktiki halları ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 1 yanvar 2019-cu il tarixdən əvvəl (əlilliyə görə kimi əmək pensiyası xx.xx.2009-cu ildə, yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixdə) yaranmaqla yanaşı, o, əmək pensiyasının yenidən hesablanması barədə həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsinə dair hər hansı sübut təqdim etməmiş, belə müraciəti olmasını, ümumiyyətlə, bildirməmişdir. Belə ki, iddiaçının cavabdeh orqana pensiyasının yenidən hesablanması barədə ilk müraciəti özünün də bildirdiyi kimi 2021-ci ildə olmuşdur. Odur ki, kollegiya hesab edir ki, əmək pensiyasının yenidən hesablanmasına dair Qanunun 32.1-2-ci maddəsində nəzərdə tutulan üç illik məhdudiyyət iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. İddiaçı ona 2009-cu ildən əlilliyə görə pensiya təyinatı və sonradan 2012-ci ildə yaşa görə pensiya təyinatı zamanı pensiyaya əlavələrin yenidən hesablanmasını tələb etsə də, kollegiya hesab edir ki, hazırki halda həmin əlavələrin hesablanmasına münasibətdə cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə yalnız müraciət tarixindən əvvəlki 3 il üzrə hüquqi qiymət verilməlidir. Qeyd edilən 03 illik müddət ərzində isə iddiaçı dövlət qulluqçusu kimi yaşa görə pensiyaçı olmuşdur. Odur ki, iddiaçıya 2009-cu il tarixdə təyin edilmiş və 2012-ci il tarixədək ödənilmiş əlilliyə görə pensiyanın yenidən hesablanmasına dair tələb üzrə qanunda qeyd edilən 03 illik müddət məhdudiyyəti nəzərə alınarsa, kollegiya hesab edir ki, əlilliyə görə pensiya təyinatı zamanı cavabdeh tərəfindən aparılmış hesablanmanın qanuniliyinin araşdırılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, hazırki halda araşdırmalı olan məsələ iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilən zaman pensiyaya iddia tələbində qeyd edilən olunan həcmdə və növdə əlavələrin hesablanmalı olub-olmamasıdır. Bununla bağlı kollegiya, ilk növbədə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya yaşa görə əmək pensiyası təyin edilən zaman qüvvədə olan redaksiyasına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 20.1 və 20.1.7-ci maddələrinin tələbləri baxımından dövlət qulluqçuları qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilməli olan şəxslər sırasına daxil edilmişdir. Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və .... maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.11.3-cü maddəsinə görə dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə — dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.12-ci maddəsində qeyd edilir ki, bu qanunun 20.1.7-ci və .... maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının şəxsində dövlət qulluqçularına münasibətdə 20.12-ci maddədə qeyd edilən pensiyaya əlavələrin hesablanması üçün dövlət məvacibinin hesablanması məsələləri Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” ilə tənzimlənir. Belə ki, həmin Qaydaların 3-cü bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Qeyd olunan dövlət məvacibinin tərkibinə daxil olan ödənişlər isə Qaydaların 2-ci bəndində göstərilmişdir. Belə ki, həmin normada göstərilir ki, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Qeyd olunan normativ hüquqi aktların qarşılıqlı təhlilindən müəyyən edilir ki, dövlət qulluqçusunun əmək pensiyasına əlavələr ya onun dövlət qulluğunun 24 ayı ya da ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, yəni həmin dövr ərzində aldığı dövlət məvacibinin tərkibinə daxil olan yuxarıda sadalanan ödənişlərdən hesablanır. İddiaçı da ona qanunvericiliklə verilmiş bu imkandan istifadə etməklə, əmək pensiyası təyin olunarkən nəzərə alınmalı qulluq dövrü kimi onun xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək (13 il 06 ay 16 gün) Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində işlədiyi dövrün ardıcıl gələn 60 ayını seçmiş və əmək pensiyası da onun seçimi əsasında məhz həmin dövrdəki məvacib nəzərə alınmaqla, təyin edilmişdir. Başqa sözlə, iddiaçının əmək pensiyasına əlavələrin hesablanmalı olduğu dövlət məvacibinin ödənildiyi qulluq dövrü onun Dövlət Statistika Komitəsindəki dövlət qulluğunun 60 ayı olmuşdur. Nəzərə almaq lazımdır ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun. Belə yanaşma dövlətin sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarında qeyd olunanlarla bağlı qənaətə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Sığortaolunana pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial təminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinin tələblərinə uyğun deyildir.

İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi aşağıdakı əlavələrin nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması barədədir: 1) Vəzifə maaşının 3 misli miqdarında mükafat; 2) Vəzifə maaşının 1 misli miqdarında müavinət; 3) Qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavə; 4) İxtisas dərəcəsinə görə əlavə haqq; 5) Hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq. Kollegiya vəzifə maaşının 3 misli miqdarında mükafat və 1 misli miqdarında müavinətin nəzərə alınması ilə bağlı iddiaçının 1-ci və 2-ci tələblərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. 8-ci bəndinə görə dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bununla bağlı cavabdeh imtina məktubu və etirazının dəlillərində “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən iddiaçıya 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavə 96,90 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 53,99 manat olmaqla, orta aylıq əmək haqqının 720,89 manat təşkil etdiyini, daha sonra AR Prezidentinin müvafiq Sərəncamlarına əsasən artım məbləği nəzərə alınmaqla (1 mart 2018-ci il tarixindən 59,20 manat, 1 sentyabr 2019-cu il tarixindən 89,04 manat), sözügedən əlavələrin ona davamlı olaraq ödənildiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 avqust 2010-cu il tarixli, 14/311 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 60 aylıq dövr ərzində (1987-ci ilin yanvar ayından 1992-ci ilin yanvar ayınadək) ona vəzifə maaşı ilə yanaşı, 1987-ci ilin yanvar və dekabr ayları üzrə müvafiq olaraq 25,00 manat və 24,00 manat, 1988-ci ilin mart, may, avqust və dekabr ayları üzrə müvafiq olaraq 96,00 manat, 67,00 manat, 45,00 manat və 157,00 manat, 1989-cu ilin fevral, iyun, iyul və noyabr ayları üzrə müvafiq olaraq 88,00 manat, 139,00 manat, 119,00 manat və 107,00 manat, 1990-cı ilin mart, sentyabr və noyabr ayları üzrə müvafiq olaraq 48,00 manat, 61,00 manat və 98,00 manat, 1991-ci ilin sentyabr və dekabr ayları üzrə müvafiq olaraq 400,00 manat və 400,00 manat mükafat və müaviətin ödənilməsi də həyata keçirilmişdir. İşin iddiaçı tərəfindən də mübahisələndirilməyən hallarından görünür ki, 1987-ci ilin yanvar və dekabr ayları üzrə iddiaçıya ödənilmiş müvafiq olaraq 25,00 manat və 24,00 manat mükafat məbləğləri onun həmin il üzrə 170,00 manat vəzifə maaşının 28,83%-ini (14,71%+ 14,12%), 1988-ci ilin mart, may, avqust və dekabr ayları üzrə 96,00 manat, 67,00 manat, 45,00 manat və 157,00 manat mükafat məbləğləri onun qeyd edilən aylar üzrə 180,00 manat, 180,00 manat, 220,00 manat və 220,00 manat vəzifə maaşlarının 182,36%-ini (53,33%+ 37,22% + 20,45%+ 71,36%), 1989-cu ilin fevral, iyun, iyul və noyabr ayları üzrə 88,00 manat, 139,00 manat, 119,00 manat və 107,00 manat mükafat məbləğləri onun qeyd edilən aylar üzrə 220,00 manat vəzifə maaşının 205,91%-ini (40,00%+ 63,18% + 54,09%+ 48,64%), 1990-cı ilin mart, sentyabr və noyabr ayları üzrə müvafiq olaraq 48,00 manat, 61,00 manat və 98,00 manat mükafat məbləğləri onun qeyd edilən aylar üzrə 220,00 manat, 280,00 manat və 375,00 manat vəzifə maaşlarının 69,74%-ini (21,82%+ 21,79% + 26,13%), 1991-ci ilin sentyabr və dekabr ayları üzrə 400,00 manat və 400,00 manat mükafat məbləğləri onun qeyd edilən aylar üzrə 1066,00 manat və 910,00 manat vəzifə maaşlarının 81,48%-ini (37,52%+ 43,96%) təşkil edir. Beləliklə, qeyd edilən arayışlardan müəyyən edilir ki, 1987-1991-ci illər üzrə 60 aylıq dövr ərzində iddiaçıya ümumiliikdə vəzifə maaşının 568,32%-i (28,83%+182,36%+205,91%+69,74%+81,48%) hissəsində mükafat və müavinət ödənilmişdir. İddiaçının vaxtilə Dövlət Statistika Komitəsində qulluq keçdiyi şöbə rəisi vəzifəsi üzrə 570,00 manat məbləğində vəzifə maaşı olduğu nəzərə alınarsa, həmin vəzifə maaşının 568,32%-i hissəsinin 60 aya nisbətinin, yəni hər ay üzrə aldığı mükafat və müavinətin cəminin 53,99 manat ((570,00 manat x 568,32%) / 60 ay) olduğu müəyyən edilir. İşdən də görünür ki, cavabdeh inzibati orqan tərəfindən düzgün olaraq iddiaçının əmək pensiyasına hər ay mükafat və müavinətlərin cəminə görə 53,99 manat məbləğində əlavə hesablanmışdır. Digər tərəfdən, kollegiya bir məqamı da vurğulamaq istəyir ki, əgər iddiaçı hazırda onun əmək pensiyasına ixtisas dərəcəsinə görə əlavə ilə bağlı iddia etdiyi kimi 1983-1992ci illər və 1992-2009-cu illər üzrə vergilər orqanlarında işlədiyi müddətdə aldığı mükafat və müavinətlərin ödənilməsini tələb edirsə, bu hissədə də iddia əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırki halda iddiaçının əmək pensiyasına yalnız pensiyanın hesablanması zamanı nəzərə alınan 60 aylıq dövr ərzində aldığı dövlət məvacibinin tərkibinə daxil olan və həmin müddət ərzində dövlət orqanı tərəfindən iddiaçıya ödənilən əlavələr hesablana bilər. Vergi orqanında işlədiyi müddət ərzində aldığı mükafat və müavinət isə iddiaçının öz seçimi ilə götürdüyü 60 aylıq müddətə daxil deyildir. Odur ki, kollegiya hesab edir ki, pensiyanın hesablanmasında nəzərə alınan 60 aylıq dövr ərzində alınan mükafat və müavinətlər cavabdeh tərəfindən düzgün qaydada hesablanaraq iddiaçıya ödənildiyindən, iddia tələbi 1-ci və 2-ci hissələrdə əsassızdır. Məhkəmə kollegiyası 3-cü yəni - qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavənin nəzərə alınması tələbə münasibətdə aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 22.7-ci maddəsinin və “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” nın yuxarıda istinad edilən 3-cü və 4-cü bəndlərinin tələblərindən göründüyü kimi dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə hər ay əlavə haqq ödənilir. Hazırda iddiaçı onun 16.07.92-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində işlədiyi müddət də nəzərə alınmaqla, ümumilikdə 30 ildən artıq dövlət qulluğu stajının olduğunu bildirir və ona sözügedən Qaydanın tələblərinə müvafiq olaraq 15 ildən yuxarı dövlət qulluğu stajına görə aylıq vəzifə maaşının 30 faizi həcmində əlavə haqqın ödənilməli olmasını tələb edir. Cavabdehin nümayəndəsi X5 iddiaçı tərəfindən iddia edilənləri qəbul etməyərək məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçıya pensiya təyinatı zamanı NMR Dövlət Statiska Komitəsində işlədiyi dövrün 60 ayı nəzərə alınmaqla, onun vəzifə maaşının 17 faizi miqdarında qulluq stajına görə əlavə hesablanmışdır. Kollegiya qeyd edir ki, hazırki kateqoriyadan olan işlərdə əmək pensiyası yenidən hesablanarkən nəzərə alınan qulluq dövrünün dəqiq müəyyənləşdirilməsi qulluq stajına görə ödənilən əlavə haqqın məbləğinin də dəqiq müəyyən edilməsinə xidmət edir. Belə ki, həm mübahisəli hüquq münasibətləri yaranan zaman, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbi ondan ibarətdir ki, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə haqq yalnız 15 ildən artıq dövlət qulluğu stajı olan şəxslərə ödənilir. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə müəyyən edilir ki, iddiaçıya əmək pensiyası təyin edilən zaman nəzərə alınan dövlət qulluğu stajı 1976-1981-ci illər və 1983- 1992-ci illərə aid olmaqla, bu zaman onun qulluq stajı 13 il 06 ay 16 gün təşkil etmişdir. Yəni, iddiaçıya əmək pensiyası təyin edilərkən nəzərə alınan qulluq dövrünün hədləri dəqiq müəyyən edildikdə aşkar şəkildə görünür ki, iddiaçı həmin dövrün 60 ayı ərzində qulluq stajına görə ardıcıl olaraq 30 faiz həcmində əlavə almaq hüququna malik olmamışdır. Bu baxımdan, cavabeh tərəfindən qanunauyğun olaraq iddiaçının faktiki 13 il 06 ay 16 günlük qulluq stajına müvafiq olaraq vəzifə maaşının 17 faizi miqdarında qulluq stajına görə əlavə hesablanmışdır. Odur ki, iddiaçıya pensiya təyinatı zaman nəzərə alınan Dövlət Statistika Komitəsində işlədiyi dövr ərzində onun qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə haqqın alınması hüququ olmadığından və həmin həcmdə haqq almadığından bu hissədə cavabdehin imtinası əsaslı olmuşdur. Kollegiya iddiaçının hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində, həmçinin, ixtisas dərəcəsinə görə əlavə haqqın nəzərə alınması ilə bağlı 4-cü və 5-ci tələblərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmiş və Fərman 30 iyun 2008-ci il tarixdən qüvvəyə minmişdir. Yəni, həmin tarixədək hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşına əlavə haqq qanunvericilikdə mövcud olmamışdır. İşin yuxarıda qeyd edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən 1976-1981-ci və 1983-1992-ci il tarixləri arasındakı dövr ərzində aldığı dövlət məvacibi nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” nın 11-ci bəndinin tələbinə görə, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Lakin, hazırki iş üzrə iddiaçı tərəfindən həmin arayış təqdim edilməmiş, eləcə də iş materiallarında həmin haqqın iddiaçıya ödənildiyini təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Belə ki, iddiaçı barəsində NMR Dövlət Arxivi tərəfindən verilmiş yuxarıda istinad edilən arxiv arayışlarından müəyyən edilir ki, iddiaçıya 1985-1991-ci illərdə NMR DSK-da işlədiyi müddət ərzində hakimiyyət səlahiyyətinin icrasına görə, habelə ixtisas dərəcəsinə görə əlavə haqq ödənilməmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında izahatında 1976-1981-ci və 1983-1992-ci illərdə DSK-da işlədiyi müddət ərzində ona hakimiyyət səlahiyyətinin icrasına, eləcə də ixtisas dərəcəsinə görə əlavə haqq ödənilmədiyini, yalnız 1992-2009-cu illərdə dövlət qulluqçusu kimi vergi orqanlarında işlədiyi müddətdə ona ixtisas dərəcəsinə görə əlavə haqq ödənildiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2022-ci il tarixli, **********481400 nömrəli arayışdan görünür ki, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan Şəhər Vergilər İdarəsində işləmiş, ona AR Baş Dövlət Vergi Müfəttişliyinin xx.xx.1993-cü il tarixli K-365 nömrəli əmrinə əsasən 1-ci dərəcəli müfəttiş xüsusi rütbəsi verilmişdir. Arayışa əlavə edilmiş cədvəllərdən görünür ki, iddiaçı işlədiyi həmin müddət ərzində vəzifə maaşı ilə yanaşı, staja görə vəzifə maaşına əlavə, mükafat, məzuniyyətə görə müavinət, o cümlədən, rütbəyə görə əlavə haqq almışdır. Kollegiya, bir daha yuxarıda qeyd olunan hüquq normalarının tələblərini, o cümlədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini təkrarlaraq qeyd edir ki, şəxsin dövlət qulluqçusu kimi əmək pensiyasına yalnız bu pensiya təyinatı zamanı nəzərə alınan dövlət məvacibinin ödənildiyi qulluq dövrü ərzində aldığı əlavələr hesablana bilər. Hansı ki, iddiaçının əmək pensiyası 1987-1991-ci illər üzrə 60 aylıq dövr ərzində aldığı dövlət məvacibindən hesablandığından onun pensiyasına məhz həmin dövrdə aldığı əlavələr hesablana bilər. Hazırki halda isə iddiaçıya ixtisas dərəcəsinə görə (rütbəyə görə) əlavə haqq məhz DSK-da işlədiyi sözügedən 60 aylıq dövr ərzində deyil, 2002-2009-cu illərdə vergilər orqanlarında işlədiyi dövrdə ödənilmişdir. Odur ki, iddiaçıya nəzərə alınan qulluq dövrü ərzində ixtisas dərəcəsinə görə və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq ödənilmədiyindən həmin əlavələr hazırda onun əmək pensiyasına hesablana bilməz. Kollegiya hesab edir ki, bu hissədə də cavabdehin imtinası əsaslıdır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində işlədiyi 13 il 06 ay 16 gün qulluq stajına uyğun olaraq dövlət qulluğunun ardıcıl gələn 60 ayı ərzindəki qulluq stajına görə əlavələr, mükafat və müavinətlər də daxil dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında 20.11.З-cü maddəsinə əsasən xx.xx.2012-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyinatı zamanı nəzərə alınan dövlət qulluğunun 60 ayı ərzində iddiaçıya qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə, ixtisas dərəcəsinə görə əlavə haqlar ödənilməmiş, mükafatla müavinətin cəminə görə əlavələr isə ödənilmişdir. Odur ki, ona əmək pensiyası təyin edilərkən dövlət qulluğunun nəzərə alınan 60 ayı ərzində ona mükafatla müavinətin cəminə görə əlavələr ödənildiyindən, iddiaçı yuxarıda sadalanan digər əlavələri isə almadığından hazırki tələbində haqlı deyildir. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsində icraatdan sonra cavabdeh inzibati orqan tərəfindən onun barəsində inzibati icraat başlanılaraq əmək pensiyasının ödənişinin dayandırıldığını və cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 16 oktyabr 2023-cü il tarixli qərarı ilə pensiyasının yenidən hesablanaraq azaldıldığını bildirmişdir. Cavabdeh də şikayətə etirazının dəlillərində iddiaçı tərəfindən qeyd edilənləri təsdiqləyərək iddiaçının Naxçıvan Muxtar Respublikası DSKdakı qulluq dövrünün dövlət qulluğu hesab edilməməsi ilə bağlı X6 məktubundan sonra yalnız NMR Vergilər Nazirliyindəki qulluq dövrü nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablandığını qeyd etmişdir. İş materiallarında olan cavabdehin 16 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-7- 15615/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçının 1199,97 manat məbləğində yaşa görə əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq pensiya məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 684,74 manat, 01 yanvar 2023-cü il tarixdən isə 863,94 manat məbləğində müəyyən edilmiş, eyni zamanda qərarda xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr ərzində iddiaçıya 10357,26 manat məbləğində artıq pensiya ödənişinin həyata keçirildiyi göstərilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı mübahisə predmeti iddiaçıya ilkin olaraq təyin edilmiş əmək pensiyasına əlavələrin düzgün hesablanmaması ilə bağlıdır. Cavabdeh tərəfindən məhkəmənin gedişatında qəbul etdiyi qərarla isə yalnız xx.xx.2020-ci il tarixdən tarixdən iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanaraq, pensiyanın məbləği azaldılmışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının əmək pensiyasının ödənişinin dayandırılması və “Əmək pensiyasının yenidən hesablanması haqqında” 16 oktyabr 2023cü il tarixli qərarın qanuniliyi ilə bağlı məsələ hazırki mübahisə predmeti deyildir. İddiaçı qeyd edilən qərarları ayrıca inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(118)-312/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar