Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-799/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu, yəni 05 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, lakin pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-868/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma idarəsinin iddiaçıya dair xx.xx.2009-cu il tarixli 66 nömrəli arayışında xx.xx.1985-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqlarının təmiri üzrə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ona məxsus fərdi hesabın sığorta hissəsində 2006-cı ilin yanvar, fevral, mart ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də iş stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı sözügedən müəssisədə 1993-cü ildən sonraki illərə aid əmək haqqı cədvəlləri tapılmadığı üçün həmin illər ərzində İddiaçı işləyib-işləməməyi və ona əmək haqqı ödənilib-ödənilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin zərərli və xüsusilə zərərli sexlərdə çalışan işçilər üçün açılmış fərdi jurnallarda qeyd olunan məlumatları təsdiq edən möhür “Sumqayıt Sintez Kauçuk”-a aid olsa da, sözügedən dövr üçün etibarsız hesab olunduğundan həmin dövrü güzəştli iş stajınıza aid etmək mümkün olmamışdır. Bu fakt “Azmənzilsənayetikintitəmir” X4 Komitəsinin 13 aprel 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az - 12 il 11 ay 8 gün ( xx.xx.1980 - xx.xx.1981ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983 - xx.xx.1985-ci il, xx.xx.1985 - xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, ona məxsus fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11983,01 manat təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni 05 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, lakin pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixində Laçın rayonunun Fərəcan kəndində anadan olmuş, hal-hazırda işləmir. O güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdehin 3-17-1/2-Z- 140525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi onun ümumi iş stajının 25 ildən az və güzəştli iş stajının olmaması göstərilmişdir. Halbuki, xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək 7 saylı texniki peşə məktəbində təhsil almış, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək “Azneftximmontaj” trestinin 1 saylı Sumqayıt Quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmiş, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək sovxozda elektrik qaynaqçısı işləmiş, xx.xx.1985-ci il tarixindən xx.xx.1998ci il tarixinədək “Azmənzilsənayetikintitəmir” Birliyinin (keçmiş Sumqayıtkauçuktikintitəmir tresti) 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmiş, xx.xx.1998-ci il tarixindən xx.xx.2006cı il tarixinədək 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma idarəsinin iddiaçıya dair xx.xx.2009-cu il tarixli 66 nömrəli arayışında xx.xx.1985-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqlarının təmiri üzrə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ona məxsus fərdi hesabın sığorta hissəsində 2006-cı ilin yanvar, fevral, mart ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də iş stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı sözügedən müəssisədə 1993-cü ildən sonraki illərə aid əmək haqqı cədvəlləri tapılmadığı üçün həmin illər ərzində İddiaçı işləyib-işləməməyi və ona əmək haqqı ödənilib-ödənilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin zərərli və xüsusilə zərərli sexlərdə çalışan işçilər üçün açılmış fərdi jurnallarda qeyd olunan məlumatları təsdiq edən möhür “Sumqayıt Sintez Kauçuk”-a aid olsa da, sözügedən dövr üçün etibarsız hesab olunduğundan həmin dövrü güzəştli iş stajınıza aid etmək mümkün olmamışdır. Bu fakt “Azmənzilsənayetikintitəmir” X4 Komitəsinin 13 aprel 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az - 12 il 11 ay 8 gün ( xx.xx.1980 - xx.xx.1981ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983 - xx.xx.1985-ci il, xx.xx.1985 - xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, ona məxsus fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11983,01 manat təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-868/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 05 may 2018-ci ildən (lakin pensiya ödənişləri 24 yanvar 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 01 sentyabr 1977-ci ildən 25 iyul 1980-ci ilə kimi X7 Təhsili Komitəsi Sumqayıt şəhəri 7 nömrəli Texniki məktəbində təhsil aldığı müddət ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahına uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Cavabdeh təşkilatın gətirdiyi arqumentlər məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, təqdim edilmiş əmək kitabçasında və “Azmənzilsənayetikintitəmir” Birliyininin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli 16 nömrəli arayış, 150 nömrəli, xx.xx.2024-cü il tarixli arayışlarından müəyyən olunur iddiaçının elektrik qaynaqçısı vəzifəsində uzun müddət işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahına qeyd edilən müvafiq vəzifələrə uyğundur. Belə olan halda iddiaçının işlədiyi vəzifələr güzəştli şərlərlə iş stajı və ümumi əmək stajını təşkil edən tələbləri tam şəkildə ödəyir. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından da müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri və əmr kitablarının arxivə təhvil verilməməsi iddiaçının hərəkətləri nəticəsində olmamışdır. Bu amilin müəssisənin vəzifəli şəxslərinin səhlənkarlığı ucbatından olduğunu nəzərə alaraq iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir. Belə ki, qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib.Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, iddiaçının hərbi xidmət, təhsil aldığı illər və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 25 ildən çox təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktorantura da və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi qaynaqçı peşəsi üzrə dövr ərzində məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından, 1993-cü ildən sonrakı dövr üzrə əmək haqqı cədvəlləri tapılmadığından, habelə zərəli və xüsusilə zərərli sexlərdə çalışan işçilər üçün açılmış fərdi jurnallarda qed olunan məlumatları təsdiq edən möhür “Sumqayıt Sintez Kauçuk”-a aid olsa da sözügedən dövr üçün etibarsız hesab olunduğundan həmin dövrü güzəştli iş stajına aid etmək mümkün olmadığından, qanunla tələb olunan ümumi iş satjı və güzəştli iş stajına aid şərt ğdənilməmiş, habelə pensiya təminatına imkan verən həcmdə fərdi hesbaın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1961-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2018-ci il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 24 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş satjı kimi 12 il 11 ay 8 gün malik olduğunu qəbul edir. İşin mübahisəli halı ondan iarətdir ki, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajına malik olması halını qəbul etmir, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. İndiki halda cavabdeh iddiaçının məhz xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrləri mübahisələndiri, əsas kimi həmin dövrlə bağlı 2006-cı ilin yanvar, fevral və mart ayı üzrə sığorta ödənişlərinin fərdi hesabda əks olunmaması, 1993-cü ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəllərinin tapılmaması, fərdi jurnallarda qeyd edilən məlumatları təsdiq edən möhürün həmin dövr üçün etibarsız olması halına istinad etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qey edir ki, iddiaçının qeyd olunan mübahisəli dövrlərdə işləməsinə dair (işə qəbul, işdən azad lunması) qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixli əmək pensiyalar haqqında qanunvericiliyin tələbinə əsasən işçinin iş stajını müəyyən edən yeganə sənəd qismində məhz əmək kitabçası çıxış edirdi, habelə iş stajının məhz məcburi sosial sığorta haqqının ödənilməsi əsasında müəyyən edilməsinə dair məcburi şərt ehtiva edilməmişdir. İndiki halda isə cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi şübhə altına alınmamış, habelə ona dair heç bir dəlilə istinad edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, əmək haqqı cədvəllərinin tərib edilməsi və qanunla müəyyən edilmiş qaydada arxivləşdirilməsi məhz işəgötürənin səlahiyyətinə aid olmaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etmişdir. Başqa sözlə desək, əmək haqqı cəvəllərinin tapılmaması iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal olmamışdır. Belə olan halda, iddiaçıya münaisbətdə əmək haqqı cədvəllərinin tapılamamsı halına istinad edilməklə, onun konstitusion hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericilikdə təsbit edilmiş mütənasiblik və digər prinsiplərin mahiyyətinə və tələbinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, əmək haqqı cədvəllərinin tərtib edilməsi və arxivə təhvil verilməsi iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müvafiq dövrü mübahisələndirməsinin əsası kimi istinad etdiyi həmin arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlili ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının işlədiyi həmin dövrlərlə bağlı qeydlər əmək kitabçasında öz əksini tapmış,habelə işəgötürən tərəfindən həmin hala dair arayış və güzəştli iş stajına aid arayış təqdim edilmişdir. Bu hal özlüyündə cavabdehin istinad etdiyi arqumenti təkzib edir. Bundan əlavə, qeyd edilməlidir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən iş stajını təsdiq edən əsas sənəd fərdi jurnallarda əks olunmuş məlumatlar deyil, məhz əmək kitabçası olmuşdur. Belə olan halda, cavabdehin fərdi jurnallarda əks olunmuş məlumatların etibarsız möhürlə təsdiq edilməsi halına istinad etməklə, iddiaçının konstitusion hüququnun məhdudlaşıdırılması qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki,qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilmiş həmin mübahisəli dövrlərin iş stajı kimi nəzərə alınmalı olduğu halda, nəzərə alınmaması ilə bağlı hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi həmin dövrlər ümumi iş stajı kimi nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş satjına malik olması şərti də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin digər dəlili ilə bağlı qeyd edir ki, iddiaçının məhz cavabdehin mübahisələndirdiyi dövrdə(xx.xx.1985-xx.xx.2005-ci illərdə) işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olmasına dair işəgötürən tərəfindən arayış təqdim edilmiş və onun əsasında iddiaçının işlədiyi peşənin- “qaynaqçı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən 2 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçının qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapdığından, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlillə bağlı qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinin əsasını məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Qeyd edilən qanunvericilik normalarının dispozitiv şərtlərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından əhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş satjı) ödənildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əaslı olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının bu tələblə cavabdeh inzibati orqana müraciəti 24 yanvar 2023-cü il tarixdə olduğundan, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbini əsas götürülməklə, pensiya məbləğinin məhz 24 yanvar 2020-ci il tarixdən etibarəm ödənilməsi ilə bağlı gəldiyi qənaətində də haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-868/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-799/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-799/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver