Məhkəmə qərarları › İş №2-1(105)-8/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-8/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-8/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(85)-45/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon Bağırlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Bağırlı bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X2 barədə xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı ilə 0,15 ha torpaq sahəsi mağaza tikintisi üçün ayrılmışdır. Həmin tarixdən göstərilən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Lakin 2017-ci ildə ona məlum olmuşdur ki, Şamaxı rayon Bağırlı bələdiyyəsi ona ayrılmış torpaq sahəsinin 0,06 ha hissəsini X3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(85)- 45/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı ondan iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək,Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarxli 332 saylı qərarı ilə verilmiş 0.15 ha torpaq sahəsində yaşayış evi inşa etmişdir. Həmin torpağa dair ona şəhadətnamə verilmişdir. Evinin arxasından keçən Ağsu-Padar yolu ilə onun evi arasında boş torpaq sahəsi olmuşdur. O, 2006cı ildə Bağırlı bələdiyyəsinə müraciət edərək həmin 0.06 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Rayon torpaq şöbəsi və bələdiyyə torpağa baxış keçirərək torpağın boş olduğunu müəyyən etdikdən sonra bu barədə rəy vermiş və 0.06 ha torpaq sahəi bələdiyyənin qərarı ilə ona satılmışdır. O, sözügedən torpaq sahəsində mağaza tikmişdir, 2006-cı ildən həmin torpaq onun istifadəsindədir. İddiaçı həmin torpaqdan heç vaxt istifadə etməmiş və ona iddialı olduğunu bildirməmişdir. Ona ayrılmış torpağın məhz həmin torpaq olmasını təsdiq edən heç bir sənədi yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmişdir. Qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şamaxı rayon İcra Hakimiyyətinin xx xxxx 1997-ci il tarixli, 184 saylı sərəncamına əsasən X6 0,15 ha torpaq sahəsi verilmişdir. Şamaxı rayon Bağırlı Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şamaxı rayon Bağırlı kənd sakini X5 tikinti məqsədi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayonu Bağırlı kəndində yaşayan X7 2006-cı ildə bələdiyyə orqanına müraciət etmiş, Bağırlı bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə x xxxxxxx 2006-cı il tarixli, 11 nömrəli qərar qəbul edilmiş və DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən qeydə alınmışdır. DTXK-nin Şamaxı rayon şöbəsi tərədindən verilmiş rəydən görünür ki, A.Sayılovaya tikinti məqsədləri üçün satılması nəzərdə tutulan 0.06 ha bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Şamaxı rayon İHB-nın İcra Hakimiyyəti və DTXK-nin Şamaxı rayon şöbəsi tərəfinən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon İHBnın xx xxxx 1997-ci il tarixli 184 saylı sərəncamı ilə Bağırlı kənd sakini İddiaçı verilmiş 0,15 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi naturada Ağsu-Çöl Göylər yolunun sağ tərəfindən ayrılıb vətəndaşa verilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı iddia edir ki, Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı ilə mağaza tikintisi üçün ayrılmış 0,15 ha torpaq sahəsinin 0.06 ha hissəsi Bağırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X1. Bu səbəbdən də iddiaçı həmin qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya ayrılmış topaq sahəsinin məhz həmin ərazidə yerləşməsi və üçüncü şəxsə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1997-ci il tarixli 184 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,15 ha torpaq sahəsinin koordinatları ilə Şamaxı rayon Bağırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X5 ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsi, düşdüyü təqdirdə hansı ölçüdə və hansı tərəfdən düşməsinin, qeyd olunan torpaq sahələri üst-üstə düşmədiyi təqdirdə onlar naturada mövcud olub-olmamasının, Şamaxı rayon Bağırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X5 ayrılmış 0.06 ha torpaq sahəsi hüquqi statusuna görə (dövlət, bələdiyyə, xüsusi mülkiyyət) hansı növ torpaqlara aid olmasının müəyyən edilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin tərəfindən xx xxxx 2020-ci il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1783 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X11 Xidmətinin **********23 saylı xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı və cavabdeh, üçüncü şəxs X5 aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri olmadığından və naturada istifadəçilik müəyyən edilmədiyindən, həmin torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək olmadı.Mütəxəssis rəyinə əsasən torpaq sahəsindən naturada istifadə edilmədiyindən mövcudluğu müəyyən edilmədi. Mütəxəssis rəyinə əsasən X5 aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri olmadığından həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən etmək olmadı. Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2020ci il tarixli mütəxəssis rəyində də ekpert rəyində qeyd edilən nəticələr eyniliklə qeyd edilmişdir. Həmin rəyə əlavə edilmiş mübahisə predmeti olan torpaq sahələrinin yerləşmə sxemindən görünür ki, sxemdə iddiaçının natrada istifadə etdiyi torpaq sahəsi 0.0595 ha qeyd edilməklə göstərilmiş, həmçinin iddiaçının naturada göstərdiyi torpaq sahəsi 0.1560 ha qeyd edilmişdir. Sxemə əsasən, üçüncü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının iddia etdiyi sahənin hüdudları daxilində yerləşir. Lakin kollegiya qeyd edir ki, sözügedən sxem tərəflərin naturada göstərdiklərinə əsasən tərtib edilib, nə iddiaçının, nə də üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərində ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən sxem iş materiallarına əlavə edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən də, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə-tikini-texniki ekspertizası təyin edilmiş, mütəxəssisin və ekspertin iştiraki ilə mübahisəli ərazidə olarkən Sayılovlar baxışın keçirilməsinə maneçilik törətdiyindən, ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olması barədə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri X9 və X8 xx.xx.2019-cu il tarixdə Şamaxı rayonu Bağlrlı kəndində mübahisəli ərazidə olmuşlar. Tərəflər arasında ciddi münaqişə baş veridiyindən çölölçmə işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahələrinin koordinatları, dəqiq ölçüləri olmadığından və naturada istifadəçilik müəyyən edilmədiyindən mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşüb-düşməsi, eyni zamanda torpaq sahəsinin hüquqi statusunu (dövlət və ya bələdiyyə mülkiyyətinə aid olması) müəyyən etmək mümkün olmamışdır. Nəticədə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1997-ci il tarixli 184 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi ilə Bağırlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən X5 ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyasının qənaətinə görə iddianı rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçıya Şamaxı rayon İcra Hakimiyyətinə müraciət edərək, xx xxxx 1997-ci il tarixli 184 saylı sərəncamı ilə ayrılmış 0,15 ha torpaq sahəsinin koordinatlarını özündə əks etdirən sxem əldə etdikdən sonra Bağırlı Bələdiyyəsinin qərarını mübahisələndirmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(85)-45/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(85)- 45/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar