Məhkəmə qərarları › İş №2-1(105)-8/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-8/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-8/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil X2rşı mülkiyyətində olan 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 90000 manat kompensasiyanın, meyvə ağaclarının məhv edilməsinə görə 5000 manatın və əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun, əmlakın bazar dəyərinin 20 % həcmində əlavə vəsaitin cabadehdən tutularaq ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli 2-1(118)-9/2020 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 16.03.2022-ci il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı ümumi sahəsi 0,13 ha olan torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Abşeron rayon Torpaq Şöbəsi tərəfindən JN-1065 KOD 30800086 nömrəli dövlət aktı tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən tərtib edilən iddiaçıya aid torpaq sahəsinin kadastr planından çıxarışa əsasən, iddiaçıya məxsus 9 sot torpaq sahəsinin 861,99 kv m hissəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın 2.5-ci bəndinə əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində 2017-ci il tarixdə tikinti altına düşmüşdür.

3. İddiaçı torpaq sahəsinə kompensasiya ödənilməsilə bağlı "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş, cavabdeh isə 04.08.2017-ci il tarixli H-3/16-4850 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin davam etdirilməsi üçün lazımi vəsaitin nəzərdə tutulmadığından sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 90000 manat kompensasiyanın, meyvə ağaclarının məhv edilməsinə görə 5000 manat və əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun, həmçinin əmlakın bazar dəyərinin 20 % həcmində əlavə vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 may tarixli 16 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılaraq iddiaçının istifadəsinə verilmiş Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsi "xxxx" ASC tərəfindən həyata keçirilən «Bilgəh-Sumqayıt Avtomobil Yolunun Tikintisi» layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununla bağlı iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Cavabdeh iddiaçının müraciətinə əsasən bildirmişdir ki, hazırda büdcə tərəfindən həmin layihə üçün vəsait ayrılmadığından onun tələbini təmin etmək mümkün deyildir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar, iddiaçının iddia ərizəsində qeyd etdiyi Saray qəs. ərazisindəki 30800086 saylı kadastr planından çıxarışa əsasən 858.57 kv.m. sahəsi yolun tikintisi altına düşmüşdür. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, iddiaçının göstərdiyi, yolun tikintisi altına düşən torpaq sahəsi ona məxsus deyildi və mülkiyyət hüququna malik olmamışdır.

7. Bundan əlavə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi ilə müxtəlif icra orqanlarının nümayəndələrindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıya alma zamanı hazırda iddiada göstərdikləri ağaclar barəsində heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb. İddiaçının iddia etdiyi məhv edilmiş ağacların olub-olmamağı və əldən çıxmış faydanın müəyyən edilməsi məqsədi ilə “Google Earth” elektron proqramından müxtəlif vaxtlar üzrə çıxarışlar edilmişdir. Həmin proqram vasitəsilə 2009-cı, 2012-ci və 2016-cı il tarixli peykdən çəkilmiş fotoşəkillərdən görünmüşdür ki, ağaclar və ümumiyyətlə hər hansı bir maniyə iddiaçının qeyd etdiyi ərizədə mövcud olmamışdır.

8. Məhkəmənin 02.03.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Birinci instansiya məhkəməsinin 14.12.2018-ci il tarixli qərardadı ilə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən mütəxəssis rəyinin alınması qərara alınmışdır.

10. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 09/06-20/E-01-S saylı 22 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 858.57 kv.m torpaq sahəsinə vurulmuş ziyanın həcmi kimi bazar dəyəri 73.015 (yetmiş üç min on beş) manat təşkil edir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(118)-9/2020 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 40000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında 8000 manat əlavə haqq, cəmi 48000 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin "xxxx" Dövlət Agentliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim V.Əzizova).

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(118)-9/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(118)-9/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Həmçinin, qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(118)-9/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının onun mülkiyyətində olan torpaq sahəsinə edilən müdaxilənin həcmini sübut etmədiyini bildirmişdir. Halbuki, cavabdehin iş materiallarına əlavə edilən cavab məktubunda da qeyd edilib ki, torpağının dəyəri büdcədə pul olan zaman ödəniləcək. Eyni zamanda keçirilən ekspertiza nəticəsində müəyyən edilib ki, dəymiş zərər 73015 manat təşkil edir. Hesab edir ki, cavabdehin iddianı qəbul etməsinə və yerində baxış keçirib rəy verən mütəxəssisin rəyi olduğu halda əlavə sübuta heç bir ehtiyac qalmamışdır. Müdaxilənin həcmi müəyyən edilməmişdirsə, məhkəmə 40000 manatı necə müəyyən etmişdir. İş üzrə təqdim edilmiş və sübuta yetirilmiş hallardan da göründüyü kimi iddiaçının xüsusi mlkiyyətinə onun razılığı olmadan müdaxilə edilmiş, əldə edə biləcəyi faydadan qanunsuz olaraq məhrum edilmişdir. 3 ilə yaxın bir müddətdə də bu məsələ öz həllini tapmamışdır. Bu halın digər sübutla təsdiq edilməsi zərurəti yaranmır. İddiaçı məhkəmə qərarı ilə razı olmayaraq hesab edir ki, torpaq sahəsi bütövlükdə zəbt edildiyindən dəyəri də tam olaraq ödənilməlidir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Hazırda daşınmaz əmlak (o cümlədən) torpaq bazarında qiymətlərin aşağı düşdüyünü nəzərə alsaq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 861.99 kv.m torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (14+000m-42+000m) tikintisi 48.000 (qırx səkkiz min) manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşmüş 861.99 kv.m hissəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat (cəmi 25859 manat) məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirilməsinə dair hesabat hazırlanmışdır. Yəni, həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin, həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Məhkəmə proseslərində iştirakı təmin edilmədiyindən hesabat təqdim edilməmişdir. Hesab edir ki, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirmə barədə hesabat qüvvədədir. Beləliklə, qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakı qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi barədə hesabat qüvvədədir. Hazırda isə həmin hesabat iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Cavabdeh hesab edir ki, qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir.

17. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən alan orqan tərəfindən mülkiyyətçiyə torpaq sahəsinin dəyərinin ödənilməsi sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından sonra 90 gün müddətində həyata keçirilir. İndiki vəziyyətdə iddiaçı ilə alan orqan (bu halda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) arasında torpaq sahəsinin satınalınması ilə bağlı hər hansı alqı-satqı müqaviləsi bağlanılmamışdır.

18. Bununla yanaşı iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən cavabdeh tərəfindən imtina olunduğu sübut olunmadığından hesab edir ki, iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün sayılması əsasları birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.

19. Eyni zamanda həmin Qanunun 24-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin sözügedən layihə hesabına alınan torpaqlara aid olub-olmamasını, bu əsasda alınma ilə əlaqədar qiymətləndirilməsini, qiymətləndiricinin rəyini və həmin rəylə bağlı nəzarət orqanının mövqeyini araşdırmamışdır.

20. Digər tərəfdən Sumqayıt İnzibati Məhkəməsinin 14.12.2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmiş, mübahisəli torpaq sahəsinin nə qədər hissəsinə müdaxilə edildiyi və həmin müdaxiləyə görə vurulmuş ziyanın həcminin nə qədər olduğu soruşulmuşdur. Lakin mütəxəssis tərəfindən bildirilmişdir ki, torpaq sahəsinin nə qədər hissəsinə müdaxilə edildiyini müəyyənləşdirmək onun səlahiyyətləri çərçivəsində deyildir. Həmin rəy üzrə zərərin məbləği ümumilikdə torpaq sahəsinə görə hesablanmışdır. Məhkəmə qeyd olunan sualın cavablandırılması üçün əlavə tədqiqat aparmamış, torpaq sahəsinin nə qədər hissəsinə müdaxilə edildiyini bilmədən xəyali kompensasiya məbləği müəyyənləşdirmişdir.

21. Kompensasiyanın dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi məsələsi ilə əlaqədar olaraq qeyd edir ki, dövlət büdcəsinin xərc maddələri müvafiq il üzrə qanunla təsdiq olunur və büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği konkret müəyyən edilir. Bununla yanaşı dövlət büdcəsinin vəsaitlərinin təyinatı müvafiq qanunvericilik aktları əsasında dəqiq müəyyən edildiyindən Nazirliyin həmin təyinatı dəyişdirmək, vəsaitləri qeyri-məqsədlər üçün istifadə etmək və ya yönəltmək səlahiyyətləri yoxdur. Eyni zamanda torpaqların dövlət ehtiyacları üçün alınması prosedurları “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 54.2-ci maddəsinə əsasən müəyyən edilir ki, həmin qanuna görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına və alan orqan tərəfindən ödənilir. “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə cari ilin dövlət büdcəsində vəsait proqnozlaşdırmadığını nəzərə alaraq, sözügedən məhkəmə qərarının icrasının Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilməsi mümkün deyildir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: (-). 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4 İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 84. Şikayət üzrə məhkəmə icraatının iştirakçıları Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadı.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

29. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır.

31. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir:

32. “ ........” Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.

33. İcraata adi və ya zəruri cəlbetmə qaydasında qoşulmalarından asılı olmayaraq üçüncü şəxslər məhkəmə aktlarından müstəqil qaydada şikayət verə bilmək hüququna həm də ona görə malik olmalıdırlar ki, qəbul edilən məhkəmə qərarı onlara münasibətdə də başqa icraata mübahisələndirə bilməyəcəkləri məcburi hüquqi nəticələr yaradır. Belə olan halda, üçüncü şəxslərin öz maraqlarını qoruması tərəflərin iradəsindən asılı hala salına bilməz. Bu, ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə xələl gətirə bilər. Ona görə də, tərəf məhkəmə aktını mübahisələndirmədiyi halda da, üçüncü şəxs özünün qanunla qorunan maraqlarına toxunan həmin qərardan şikayət vermək hüququna malik olmalıdır.

34. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

35. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

36. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

37. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.

38. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.

39. Hazırkı işin hallarından müəyyən olunduğu kimi iddiaçıya məxsus torpaq sahəsinin 861.99 kv m hissəsi dövlət əhəmiyyətli “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş, layihəni icra edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləği cavabdeh tərəfindən ödənilməmiş və cavabdeh kompensasiyanın ödənilməməsinin səbəbi kimi lazımi vəsaitin ayrılmamasını göstərmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyini bildirmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərardadın 8-ci bəndində istinad edilən məhkəmə qərardadına əsasən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilərkən işə mahiyyəti üzrə və hərtərəfli baxılması üçün üçüncü şəxsin cəlb edilməli olması məqsədəmüvafiq sayılmış və bu İPM-nin 28-ci maddəsinin tələblərilə əsaslandırılmışdır.

41. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyini rəhbər tutaraq hesab edir ki, üçüncü şəxs qismində Maliyyə Nazirliyinin iştirakı ilə baxılan, dövlət büdcəsindən maliyyələşən inzibati orqanlara qarşı məhz həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin həyata keçirilməsi nəticəsində irəli sürülən pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları üçüncü şəxs kimi proses iştirakçısı olan Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Sadəcə olaraq dövlət büdcəsindən maliyyələşən müvafiq inzibati orqandan, yəni həmin inzibati orqanın özünün hesablaşma hesabından müəyyən kompensasiya məbləği tutulur ki, bunun da üçüncü şəxs qismində Maliyyə Nazirliyinin hesablaşma hesabına heç bir aidiyyəti yoxdur. Maliyyə Nazirliyinin ümumən dövlət büdcəsinin icrasına nəzarət etməsi, ona son nəticədə dövlət büdcəsindən ödənilməli olacaq məbləğlərlə bağlı məsələni həll edən bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir.

42. Üçüncü şəxs apellyasiya şikayətinin dövlət büdcəsinin xərc maddələrinin müvafiq il üzrə qanunla təsdiq olunduğu, büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləğinin konkret müəyyən edildiyi və dövlət büdcəsinin vəsaitlərinin təyinatı qanunvericilik aktları əsasında dəqiq müəyyən edildiyindən Nazirliyin həmin təyinatı dəyişdirmək, vəsaitləri qeyri-məqsədlər üçün istifadə etmək və ya yönəltmək səlahiyyətləri olmadığını qeyd etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əsaslandırılmamışdır.

44. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən yalnız formal mülahizələr baxımından Maliyyə Nazirliyini üçüncü şəxs qismində icraatın iştirakçısı qismində icraata cəlb etmişdir. Halbuki, əgər bunun üçün əsaslar mövcuddursa, adi və ya zəruri cəlbetmə qaydasında həyata keçirildiyi dəqiq göstərilməklə üçüncü şəxs qismində cəlbetməyə dair əsaslandırılmış ayrıca qərardad çıxarılmalı idi.

45. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.

46. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

47. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

48. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.

49. Beləlilklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı mübahisə üzrə ümumiyyətlə məhkəmə icaatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud olmamışdır, bu baxımdan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Çünki qəbul ediləcək məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadından ətraflı şərh olunmuş səbəblərə görə onun qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti o vaxt mümkün sayıla bilərdi ki, məhkəmə qərarı ilə məhz onun hüquqlarına dair məsələ yenə onun ziyanına həll edilmiş olsun. Belə bir vəziyyət hazırkı işdə mövcud olmadığı üçün Sumqayıt İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli 2-1(118)-9/2020 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbul edilməsindən imtina edilməlidir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2-1(85)-808/2018 nömrəli qərardadı ləğv edilməli, üçüncü şəxsin apellyasiya şikayəti mümkün sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2-1(85)-808/2018 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli 2-1(118)-9/2020 nömrəli qərarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar