Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-8/2023 24.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə açar sözlər: torpaq sahəsi və tikiliyə görə ödənilməli olan kompensasiya tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin zəbt edilməsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 500000 (beş yüz min) manat kompensasiyanın tutularaq ona ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin zəbt edilməsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv metr olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 500000 (beş yüz min) manat kompensasiyanın tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən daşınmaz əmlaklar xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla onun adına **********56-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. 09 mart 2018-ci il tarixində mülkiyyətində olan sahəyə baş çəkərkən mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binasının tamamən və ərazini əhatə edən hasarın isə bir hissəsinin söküldüyünü, ərazidə ağır texnikanın və işçilərin çalışdığını görmüşdür. Ərazidə çalışan ağır texnikanın üzərindəki yazıdan və orada işləyən şəxslərin verdikləri məlumata əsasən müəyyən etmiş ki, qanunsuz söküntü işləri və həmin vaxt orada aparılan digər işlər "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. O dərhal işlərin dayandırılmasını, texnikanın və işçilərin ərazidən çıxarılmasını tələb etməsinə baxmayaraq orada işləyən şəxslər işlərin Cavabdeh ASC-nin rəhbərliyinin tapşırığı ilə həyata keçirildiyini bildirmiş, sonradan Cavabdeh ASC-nin nümayəndələri ilə dəfələrlə görüşləri olmuş, mülkiyyətinə olan qəsdə son qoyulmasını, ərazinin ilkin vəziyyətinin bərpa edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndələri mülkiyyətində olan torpaq sahəsinə aid olmayan hissədən keçən kanalizasiya kanalının boru xəttinə salınması işlərinin həyata keçirildiyini, kanalın faktiki keçdiyi ərazilərdə fərdi yaşayış evlərinin inşa edildiyini, buna görə də kanalın istiqamətinin dəyişdirilərək boru xəttinə salınması işlərinin aparıldığını, həmin boru xəttinin bir hissəsinin də onun mülkiyyətində olan torpaq sahəsindən çəkilməsinin zəruri olduğunu bildirmişlər. Ona mülkiyyətçi kimi əvvəlcədən məlumat verilmədən, mülkiyyətçi kimi əvvəlcədən razılığı alınmadan və əgər aparılan işlər torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması qərara alınmışsa bununla bağlı qanunvericiliyin tələblərinə uyğun qaydada prosedurların aparılmadığından mülkiyyətinə qəsdin tamamilə qanunsuz olduğunu bildirməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymamış, aparılan işlər nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəsi mümkünsüz olmuşdur. Bildirir ki, mülkiyyətinə edilən qəsdə son qoyulması, ona vurulmuş zərərin ödənilməsi və təqsirkar şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün cavabdehə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət etmiş, lakin müraciətləri cavabsız qaldığına görə şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Baş Prokuroruna müraciətlər etmiş, həmin müraciətləri hazırda araşdırılır. Mülkiyyətində olan torpaq sahəsində aparılan işlər demək olar ki, yekunlaşdığından və artıq ərazinin ilkin vəziyyətinin bərpa edilməsinin qeyrimümkün olacağını və dövlət büdcəsinə xeyli ziyan vuracağını nəzərə alaraq mülkiyyətçi kimi ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair 16 aprel 2018-ci il tarixli ərizə ilə cavabdeh orqan olan Cavabdeh ASC-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi ərizəsinə cavab verilməmişdir. Daha sonra “Azərsu" ASC-nin əməkdaşları onunla əlaqə saxlayaraq tezliklə ona dəymiş zərərin əvəzi olaraq kompensasiya ödəniləcəyini bildirmiş olsalar da, aradan bir neçə ay müddətinin keçməsinə baxmayaraq məsələ həllini tapmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
3. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirilmişdir ki, ünvan 1nında aparılmış işlər “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində icra edilmişdir. Layihə üzrə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir. Layihənin icrası zamanı relyef və mövqe baxımından alternativ trassanın razılaşdırılması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti təşkilatların nümayəndələri ilə birgə yerində əraziyə baxış keçirilmiş və müvafiq trassa seçilmişdir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Görülən işlərin yekunu olaraq Maliyyə Nazirliyi tərəfindən torpaq sahəsinin əvəzi olaraq kompensasiya ödənişi həyata keçiriləcəkdir. Sonradan cavabdeh vəsatətlə müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhərinin bir neçə mikrorayon və məhəllərindən keçən və üzəri açıq olan “Acı dərə” kanalının açıq hissədə ləğv edilib qapalı sistemə salınmasını nəzərdə tutan “Sumqayıt şəhəri Acıdərə kanalı Sülh küçəsindən Y.Məmmədov küçəsi boyu mövcud kollektor birləşdirilməsi” layihəsi işlənib hazırlanmışdır. Layihənin birinci mərhələsi çərçivəsində 2,0 km məsafədə, o cümlədən iddiaçının iddia etdiyi ünvan 3 ünvanında yerləşən ərazinin bir hissəsində inşaat işləri icra edilmişdir. Layihə üzrə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir. Dövlət vəsaiti hesabına inşa edilən işlərin yalnız layihələndirilməsi Cavabdeh ASC tərəfindən aparılmışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq layihənin icrası “Azərsu" ASC-yə təhkim edilməsinə, eləcə də Səhmdar Cəmiyyətin sifarişçi qismində müəyyən ediməsinə dair mərkəzi icra hakimiyyətin orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin heç bir qərarı mövcud deyildir. İddiaçının qeyd olunan işlərin Cavabdeh ASC tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq icra edilməsinə dair iddiaları yanlışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti balansında olan, magistral və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Göründüyü kimi hər hansı tikinti işlərinin aparılması, o cümlədən yuxarıda qeyd olunan layihə üzrə inşaat işlərinin aparılması Səhmdar Cəmiyyətin funksiyasına aid deyildir. Yekun olaraq bildirilir ki, sözügedən layihənin birinci mərhələsi çərçivəsində inşaat işləri başa çatdıqdan və istismara qəbul edildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət əmlakı Cavabdeh ASC-nin balansına verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin əsassız hesab edilməklə təmin edilməməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2-1(118)-18/2020 saylı qərardadı (hakim C.B.Məmmədov) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(118)-18/2020 saylı qərardadı (hakim C.B.Məmmədov) ilə mübahisə ilə əlaqədar məhkəmə tikinti və mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı sorğusuna cavab olaraq “X2” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0,10 ha (10 sot) hissəsində (mühafizə zolağı ilə birgə, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu movcud kollektorun birləşdirilməsi” layihəsi çərçivəsində kanalizasiya xətti və həmin xətt mühafizə zolağında yerləşir, kanalizasiya xəttinin və həmin xəttin mühafizə zolağının əhatə etdiyi torpaq sahəsinin hal-hazırdakı bazar dəyəri: 10 sot x 30.000 = 300000 manat təçkil edir, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin və 20 kv.metr qeyri yaşayış sahəsinin indiki bazar dəyəri: 920000 manat təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia qismən təmin edilərək İddiaçı, onun mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin müdaxilə edilən 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.metr olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Qərardan narazı qalan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarının iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi iddianı təmin edərkən öz qərarında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müdaxilə edilən 0,10 ha hissəsi, həmin sahədə yerləşən sahəsi 20 kv.metr olan qeyri-yaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320000 (üç yüz iyirmi min) manat kompensasiyanın ödənilməsi öhdəliyi CavabdehSC-nin üzərinə qoyulmasını göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752 və 753-cü maddələrini (podrat müqaviləsi), “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununu tətbiq etməli olduğu halda tətbiq etməmiş, digər tərəfdən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununu, Torpaq Məcəlləsinin 66, 67 və 70-ci maddələrini tətbiq etməli olmadığı halda tətbiq etmiş, ümumiyyətlə iddianın, işin mahiyyətini araşdırmamış, yalnız işin uzun müddət məhkəmə baxışında olmasını əsas tutaraq məhkəmə prosesini yekunlaşdırmışdır. Halbuki, işin düzgün və obyektiv həlli üçün ən azı və mütləq aşağıdakılar aydınlaşdırmalı idi: İ. Dövlət vəsaiti hesabına tikilmiş obyektlərin tikintisi üzrə mövcud mülki qanunveiciliyin tələbləri nədən ibarətdir, sözügedən layihə üzrə bu tələblərə əməl edilmişdirmi? İİ. İddiaçı mülkiyyət hüquqları pozulmuşdurmu və pozulmuşdursa bu pozuntu nədən ibarətdir, pozuntunu təşkil edən hərəkət (hərəkətsizlik) kimə aid edilməlidir? İİİ. İddiaçı mülkiyyətində olan torpaq sahəsi torpaqların dövlət ehtiyacları üçün alınması istiqamətində hər-hansı fəaliyyətin təsirinə məruz qalmışdırmı və əgər məruz qalmışdırsa, onun mülkiyyətində olan torpaq sahəsinin alınması vəzifəsini kim daşıyır? İV. İddiaçı müvafiq torpaq sahəsi üzərində hüquqları pozulmuşdursa, bu pozuntuların aradan qaldırılması və onun hüquqlarının restitusiyası mümkündürmü, hansı şərait və şərtlərlə mümkündür, əgər mümkün deyildirsə bu mümkünsüzlük nədə ifadə olunur, hüquqların birdəfəlik itirilməsinə görə kompensasiyanın ödənilməsi hansı prosedura əsasən həll edilməlidir? Bu dəlillərini əsaslandıraraq apellyator qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəyə cəlb edilmiş tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməyərək, yalnız podratçı təşkilat olan "xxxx" MMC-nin məhkəməyə ünvanladığı cavabı əsas tutaraq görülən işlərin məhz sifarişçisi Cavabdeh ASC-nin olması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticəilə razılaşmırlar ona görə ki, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əsasən 50000 (əlli min) manatdan yuxarı dövlət vəsaitləri hesabına inşa edilən obyektlər üzrə müəyyən edilən sifarişçi, mütləq olaraq tender keçirərək, tenderin nəticələrinə dair yekun protokolu tərtib edərək qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməntiə təqdim edir. Bundan sonra tərəflər arsında podrat müqaviləsi bağlanır. Podrat müqaviləsi sifarişçi və podratçı təşkilat arasında qarşılıqlı münasibətləri tənzimləyən əsas sənəddir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərin içərisində "xxxx"MMC tərəfindən bu iş üzrə qeyd olunan sənədlər Cəmiyyətə təqdim edilməmişdir. Bunun səbəbi isə CavabdehSC ilə "xxxx"MMC arasında podrat müqaviləsinin bağlanmamasıdır. Bir sıra dövlət layihələri üzrə Cavabdeh ASC sifarişçi, "xxxx" MMC isə podratçı kimi çıxış etsə də, məhz Sumqayıt şəhəri Acı-dərə kanalının inşasının birinci mərhələsi üzrə "xxxx" MMC ilə CavabdehSC arasında hər hansı bir podrat müqaviləsi bağlanmamış, tərəflər arasında podrat müqaviləsi mövcud olmamışdır. İddaçının ünvan 1nında yerləşən və sahəsi 20 kv.metr olan qeyri-yaşayış binasının mülkiyyətçisi olması mübahisə doğurmur və bu fakt ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq edilir. Mülkiyyət hüququ təbiidir ki, toxunulmazdır və qanunla qorunur. Lakin məhkəmənin qərarından belə nəticə yaranır ki, mübahisəli ərazidə inşa edilmiş və inşası başa çataraq istismara qəbul edilmiş “kanalizasiya kollektoru və şlüzlü suqəbuledici kamera” Cavabdeh ASC-nin balansına verildiyindən, Cəmiyyət balans saxlayıcı kimi kanalizasiya borusunun çəkilməsi nəticəsində mülkiyyət hüquqları məhdudlaşdırılmış şəxsin qarşısında maddi məsuliyyət daşıyır. Apellyator Torpaq Məcəlləsinin 6-cı, 70-ci maddələrinə, Mülki Məcəllənin 157, 246-cı maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 9-cu maddələrinə istinad edərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə hər-hansı qərarın mövcud olmamasını vurğulayaraq məhkəmənin bu barədə gəldiyi nəticənin düzgün olmadığını və yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki iş üzrə tətbiq edilə bilməməsini qeyd etmişdir. Həmçinin onu da qeyd edir ki, torpağın dəyərinə dair aparılmış qiymətləndirmə ilə əlaqədar “X4” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatında iddiaçıya məxsus əmlakın ümumi dəyərini 320000 (üç yüz iyirmi min) manat məbləğində dəyərləndirməsi, nə torpağın likvid dəyərinə, nə də real bazar qiymətlərinə uyğun deyildir və həddən artıq şişirdilmiş rəqəmdir. Belə ki, mübahisəli ərazi Sumqayıt şəhərinin mərkəzində deyil, sənaye zonası ərazisində yerləşir. Belə olan halda torpağın hər kv.metrinə ğörə mərkəzdən də baha qiymətə dəyərləndirmək heç bir çərçivəyə uyğun deyildir və nəticə olaraq qiymətləndirmə daşınmaz əmlakın mövcud bazar qiyməti və aparılması tələbinə uyğun gəlmir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlak yaxın illərədək, yəni 2017-ci ilin yarısınadək dövlət mülkiyyətində olmuş və sonradan Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərrac vasitəsi ilə iddiaçının ora sahiblik hüquq yaranmışdır. İşin materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından da görünür ki, həmin torpağın kateqoriyası-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Digər tərəfdən faktiki olaraq ərazidə heç bir bina olmamış, yanlız ondan qalma sökülmüş inşaat materiallarının qalıqları olmuşdur. Həmçinin məhkəmənin gedişində mübahisəli əmlakın ƏMDX tərəfindən iddiaçıya hansı qiymətə satıldığını müəyyən etmək üçün verdikləri vəsatət cavabsız qalmışdır. Bundan başqa işin materiallarından göründüyü kimi - AR Maliyyə Nazirliyi hazırkı işin həllinə 3-cü şəxs qismində cəlb olunsa da, mübahisənin həlli ilə, eləcə də qiymətləndirməilə bağlı rəy və izahatlarını verməli olduğu halda bunu etməmiş, belə olan halda isə işin hərtəfli və tam araşdırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə prosessual qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrə əməl etməyərək, iki təssərrüfat subyekti arasında podrat müqaviləsi və qanuni əsaslar olmadan, kobud qanun pozuntusuna yol verərək, iş üzrə Cavabdeh ASC-ni sifarişçi kimi qəbul edərək, yalnız "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktuba istinad edərək, iddiaçıya dəymiş ziyanın əvəzinin ödənilməsi vəzifəsini üzərinə qoymaqla nəticədə etibarı ilə qanunsuz və əsasız qərar qəbul etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə iclasında müəyyən edilən hallar və apellyasiya şikayətinin məzmununda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarının iddianın təmin edilən hissəsinin də ləğv edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onu da vurğulamışdır ki, tərəflər arasında yaranmış mübahisəyə səbəb dövlət vəsaiti hesabına cavabdehin sifarişi əsasında inşa edilən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarına əsasən cavabdehin balansına verilmiş “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin icrası nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin tikinti altına düşməsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın cavabdeh tərəfindən ödənilməsindən imtina olunması olmuşdur. Mübahisəyə qədər tərəflər arasında hər hansı bir müqavilə və ya digər öhdəlik hüquq münasibətləri olmamış və qeyd edilən layihənin icrası nəticəsində iddiaçının mülkiyyət hüququna məhdudiyyət yaranmışdır. Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsipləri pozaraq birtərəfli qaydada iddiaçının razılığı alınmadan iddiaçıya məxsus torpaq sahəsindən boru xətti çəkmiş və bununla da iddiaçının mülkiyyət hüququna müdaxilə etmişdir. Cavabdeh ASC-i ilə "xxxx" MMC-i arasında müqavilə bağlanmaması və ya hər hansı sənədləşdirmə aparmadan işlər görülməsi dövlət vəsaitinin mənimsənilməsi anlamını verir. Yəni birinci instansiya məhkəməsində bir ildən artıq məhkəmə baxışı məhz Cavabdeh ASC-nin hazırkı iş üzrə cavabdehliyinin müəyyən edilməsi və sonda Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarına əsasən cavabdehliyi Cavabdeh ASC-nin daşıdığı səbəbindən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndəsi və vəkili tərəfindən göstərilən halları təsdiq etməklə apellyasiya şikayətinin dəlillərinə etiraz etməklə onu da vurğuladı ki, cavabdehin nümayəndələrinin məhkəmə iclasında söylədikləri fikirləri əsassız hesab edir və hazırki iş üzrə Cavabdeh ASC-nin cavabdehlik daşıması birmənalıdır. Ona görə də kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərkən düzgün olaraq cavabdeh qismində Cavabdeh ASC-ni qoymuşlar. Mütəxəssis rəyinə gəldikdə isə belə deyə bilər ki, ümumiyyətlə ona məxsus 30 sot torpaq sahəsi özbaşına dağıdılaraq ərazidən kanalizasiya xətti çəkilib, birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, xəttin keçdiyi yer 10 sot torpaq sahəsini əhatə edir və ərazinin yeri şəhərin mərkəzi olması, sahənin perespektivi üçün bu xəttin maneçilik törətməsi və son olaraq torpağın sotunun 30.000 manat müəyyən olunması ilə o, razılaşmiş, ona görə də apellyasiya şikayəti verməmişdir. İndi isə mütəxəssis müəyyən edir ki, kanalizasiya xətti 10 sotdan deyil 7 sotdan keçir, artıq uzun müddətdir bu proses davam edir ona görə də o, bununla da razılaşır və bildirir ki, torpaq sahəsində olan tikili də Azərsu tərəfindən tikinti işləri aparılarkən sökülübdür. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İİİ şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Eyni zamanda məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə İİİ şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə icraatda iştirakına xitam verilməsi qərara alınmışdır.
Tədbiq edilən hüquq
17. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
18. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
19. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
20. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
21. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
22. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
23. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
24. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
25. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
27. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
28. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
29. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
30. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
31. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
32. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
33. Azərbaycan Respublikasının Konstitusiyası: (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-). Maddə 29. Mülkiyyət hüququ (-). İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-).
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
35. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. (-). Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
36. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hazırki qərarın 17-27-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını, iş materialındakı, eləcə də məhkəmə kollegiyasının əldə etdiyi mütəxəssis rəyinin və sorğuya əsasən əldə olunan sənədlərlə cavabdehin apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir.
38. Eyni zamanda məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına ayrıca akt şəklində qəbul edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən xitam verilmişdir.
39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndələri vəsatətlə çıxış edərək Cavabdeh ASC-nin inzibati orqan olmadığından hazırkı tələb üzrə işə inzibati məhkəmədə deyil, cavabdehin yerləşdiyi yer üzrə ümumi məhkəmədə baxılması üçün göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmiş və məhkəmə kollegiyası iş materialları ilə müəyyən edilmiş hallara əsasən bu nəticəyə gəlmişdir ki, Cavabdeh ASC-i su və kanalizasiya xəttlərinin və s. istismarı xidmətləri üzrə təbii inhisar subyekti kimi müəyyən edildiyindən və Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək və inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirmək imkanları verildiyindən, həm də təbii inhisar subyekti olaraq dövlət tərəfindən ona verilmiş hakimiyyət səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarlarla, hərəkət və ya hərəkətsizliyi ilə publik huüquqi nəticələr yarada və bu sahədəki fəaliyyəti ilə bağlı inzibati mübahisənin subyekti kimi çıxış edə bilən inzibati orqan olduğundan hazırkı mübahisəyə cavabdehin vəsatətində qeyd olunduğu kimi ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılması düzgün olmuşdur.
40. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, torpaqların dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan torpaq sahəsinin tamam olaraq və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq torpağın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, sözügedən kollektorun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fəaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirmişdirmi və tələb etdiyi kompensasiya məhz bu itkinin əvəzidirmi? Odur ki, apellyasiya baxışında bu məsələ aydınlaşdırılması istiqamətində müvafiq araşdırmalar aparılaraq torpaq sahəsinin kollektorun tikintisi altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilmişdir.
41. Hazırkı qərarın 9-cu bəndində öz əksini tapan cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd edilən xüsusatlarla bağlı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 119 saylı cavab məktubunda qeyd edilmişdir ki, sorğuda konkret hansı notarial hərəkəti barədə məlumat əldə edilməsi göstərilmədiyindən torpaq sahələrinin alqı-satqı müqavilələrinin əldə edilməsi qeyri mümkündür (cild 2, i.v. 60, 63). - ünvan 5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 201 saylı cavab məktubunda qeyd edilmişdir ki,Sumqayıt şəhəri, Sumqayıt-ünvan 6 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə bitişik olan ərazidə yerləşən torpaq sahələrinin, Sumqayıt şəhər 1 saylı notariat ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir (cild 2, i.v. 65, 67). - ünvan 5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 260 saylı cavab məktubuna qoşma edilmiş alqı-satqı müqavilələrindən müəyyən edilir ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivinə aid torpaq sahələri Sumqayıt şəhərindən kənarda olduğundan həmin müqavilələrdə göstərilən qiymətlər hazırkı mübahisə üzrə ədalətli kompensasiya ödənilməsi üçün əsas kimi götürülə bilməməsi nəzərə alınmalıdır (cild 2, i.v. 68, 70-75). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün məhkəmə kollegiyasının xx.xx.2022ci il tarixli qərardadı qəbul edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin cavab məktubu ilə bildirilmişdir ki, elektron məlumat bazası və arxiv materialları əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 2018-ci il mart ayına dair həmin əraziyə aid bazar qiyməti barədə məlumat aşkar olunmamış, bu səbəbdən müraciətin icrası təmin oluna bilmir (cild 2, i.v.84-89, 94). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02/21327 saylı arayışı ilə müəyyən olunur ki, ünvan 1nında yerləşən 0.3011 ha torpaq sahəsi, 20.0 kv.metr olan tikili ilə birlikdə qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji qeyri-yaşayış binalarının bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilməklə xx.xx.2022-ci il tarixinə bazar dəyəri 900.000 manat təşkil edir (cild 2, i.v. 101). - mübahisələndirilən torpaq sahəsinin qiymətinin müəyyən edilməsi üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müvafiq tədbirlərin nəticə vermədiyindən məhkəmə kollegiyası bu qənaətə gələrək hesab etmişdir ki, torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsə də, həmin Xidmətin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin cavab məktubu ilə müraciətin icrasının təmin oluna bilməməsi vurğulandığından mübahisənin ədalətli həlli istiqamətində dolğun məlumatın əldə edilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsasən mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə həvalə edilmiş və "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, G-05/22-126 saylı qiymətləndirmə işindən görünür ki, iddiaçı ünvan 1nında yerləşən 0.3011 ha torpaq sahəsi, 20.0 kv.metr olan tikili ilə birlikdə qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji qeyriyaşayış binalarının bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,10 ha olan torpaq sahəsinin 20 kv.metr tikili ilə birlikdə bazar dəyəri 2018-ci ilin mart ayına 335000 (üç yüz otuz beş min) manat təşkil edir (cild 2, i.v. 110-114, 117-134). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfin vəsatətinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ünvan 1nında yerləşən dövlət mülkiyyətində olan 20.0 kv.metr qeyri-yaşayış binası və yerləşdiyi 3011.0 kv.metr torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamları ilə X1 tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilmişdir (cild 2, i.v. 142, 144- 157). - Cavabdeh tərəfin vəsatətinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən İddiaçı adına olan ünvan 1nında yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədin təsdiq edilmiş surəti məhkəməyə göndərilir və həmin sənədlərdən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə X1 ilə İddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən sonuncu ünvan 1nında yerləşən 0.3011 ha torpaq sahəsini 20 kv.metr qeyri-yaşayış binası ilə birlikdə 150.000 manata almışdır (cild 2, i.v. 158, 160-162). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfin təkrar vəsatətinə əsasən ünvan 7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2932 saylı cavab məktubunda qeyd edilmişdir ki,ünvan 1nında yerləşən torpaq sahəsi ilə bağlı ünvan 8 müqaviləsi rəsmiləşdirilməmişdir (cild 2, i.v. 169-170, 172). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfin vəsatətinə əsasən ünvan 7 ünvanlanmış xx.xx.2022ci il tarixli təkrar məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 3063 saylı cavab məktubunda qeyd edilmişdir ki,ünvan 1nında yerləşən torpaq sahəsi ilə bağlı 2018-ci il və sonrakı illərdə alqı-satqı müqavilələri rəsmiləşdirilməmiş və mövcud məsələ iıə bağlı elektron informasiya sistemində hər hansı müqavilə aşkar edilməmişdir (cild 2, i.v. 173-174, 177). - iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin Sumqayıt şəhəri mərkəzi Sülh küçəsində yerləşməklə bir sotunun qiymətinin 30.000 manatdan artıq olmasını təsdiq edən hala dair iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli AN-1№0964280 saylı alqısatqı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri 1-ci Paralel İnşaatçılar qəsəbəsi (Sumqayıt şəhərindən Hacı Zeynalabdin qəsəbəsinə çıxışı istiqamətində yerləşən) ünvanda yerləşən 0,15 hektar torpaq sahəsini satıcı İ.V.Əhmədov 300.000 (üç yüz min) manata alıcı N.Ə.Mehdiyevə satmışdır (cild 2, i.v.180). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfin vəsatətinə əsasən 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2818 saylı cavab məktubunda qeyd edilmişdir ki,sorğu olunan məlumatlara əsasən elektron informasiya sistemində hər hansı notariat hərəkəti aşkar edilməmişdir (cild 2, i.v. 187-189, 196). - mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin həcminin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfin vəsatətinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilməklə müvafiq mütəxəssis rəyinin alınmasına dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq həmin İdarənin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyilə müəyyən olunmuşdur ki: 1. Sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları və ölçüləri üstüstə düşür; 2. Ümumi 0.3011 ha torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşür; 3. Hal-hazırda həmin torpaq sahəsində tikili yoxdur, sözügedən torpaq sahəsində sənəd üzrə göstərilən “A” tikilisi Cavabdeh ASC-ə aid kollektorun mühafizə zonasına düşmür (cild 2, i.v. 201, 230-231).
42. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırkı işdə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşayiət edilən şəkildə alınması məhkəmə kollegiyası tərəfindən ətraflı araşdırılmaqla torpaq sahəsinin konkret 07 ha hissəsinin kanalizasiya xəttinin mühafizə zolağına düşməsi səlahiyyətli dövlət orqanlarının iştirakı ilə yoxlanılmışdır.
43. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
44. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.
45. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
46. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
47. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
48. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
49. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
50. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
51. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
52. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).
53. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).
54. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).
55. Göstərilənlərə əsasən kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmış və kollegiyanın qənaətinə görə, mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir.
56. Belə ki, hazırkı qərarın 33-cü bəndində istinad edilən konstitusion normaların tələbləri xüsusi mülkiyyətin qarantı olmaqla, eyni zamanda Konstitusiyanın 15-ci maddəsinin İ hissəsində vurğulanır ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət dövlət tərəfindən qorunur və mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir.Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.
57. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİhissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).Qeyd edilən Konstitusiya Qanununda o da vurğulanır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
58. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
59. İşin hallarından göründüyü kimi, iddiaçının torpaq sahəsinin bir qismi kanalizasiya xətti kollektorunun tikintisi altına düşdüyündən torpaq sahəsi dövlət əhəmiyyətli kollektorun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiya cavabdeh tərəfindən icra edilmir və bunu müxtəlif hallarla əsaslandırmağa çalışaraq bu işdə Cavabdeh ASC-nin cavabdeh kimi məsuliyyət daşımaması apellyasiya şikayətində vurğulanmışdır.
60. Həmin halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinində müəyyən olunduğu kimi “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə tikintini həyata keçirən podratçı şirkət olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204/20 nömrəli məktubdan və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, layihənin sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında aparılan qazıntı işlərinin önündə tikinti işlərinin Cavabdeh ASC tərəfindən aparılması barədə müvafiq lövhə vurulmuşdur. Bu isə bir daha qeyd olunan tikinti işlərinin məhz Cavabdeh ASC-nin sifarişi əsasında aparılmasına dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 saylı 11 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” lahiyəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera Cavabdeh ASC-nin balansına verildiyindən Cavabdeh ASC-nin həmçinin balans saxlayıcı kimi kanalizasiya borusunun çəkilməsi nəticəsində mülkiyyət hüquqları məhdudlaşdırılmış şəxsin qarşısında maddi məsuliyyəti vardır.
61. Kollegiya hesab edir ki, hazırkı qərarın 41-cı bəndinin 13-cü abzasında istinad edilən mütəxəssis rəyindən müəyyən edildiyi kimi İddiaçı mülkiyyətində olan 0,3011 ha torpaq sahəsinin 0.07 ha hissəsi “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” xəttinin layihəsi çərçivəsində aparılan kanalizasiya tikintisinin altına düşdüyündən cavabdehin apellyasiya şikayətinin dəlilləri bütövlükdə əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən, əsasən də torpaq sahəsinin həcmi ilə bağlı hissəsini əsaslı hesab edərək torpağın bir sotunun bazar dəyərilə bağlı aşağıdakıları qeyd edir.
62. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verilməsi təsdiq edilsə də, birinci instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.
63. Məhkəmə kollegiyası məhz hazırkı qərarın 35-ci bəndində istinad edilən qanun normalarının tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün hazırkı qərarın 41-ci bəndində qeyd edilən sənədlərin, eləcə də istər birinci instansiya məhkəməsinin müəyyən etdiyi mütəxəssis rəyilə, istərsə də həm iddiaçının təqdim etdiyi sübutlar, eyni zamanda məhkəmə kollegiyasının sorğuları əsasında əldə edilmiş qiymətlərə görə iddiaçıya məxsus torpaq sahəsinin bir sotu 30.000 manat müəyyən edilmiş və bu məbləğin daha artıq ola bilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
64. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsi bütövlüklə kanalizasiya xəttinin tikintisi altına düşməsi sübut olunmaması səbəbindən kompensasiya ödənilməsi tələbi qismən əsaslı hesab edilərək “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” xəttinin layihəsi çərçivəsində aparılan kanalizasiya tikintisi altına İddiaçı mülkiyyətində olan 0,3011 ha torpaq sahəsinin 0.07 ha hissəsi düşdüyündən cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən, əsasən də torpaq sahəsinin həcmi ilə bağlı hissəsini əsaslı hesab edərək hazırkı qərarın 63-cü bəndində istinad edilən mübahisələndirilən torpaq sahəsinin alınmaya məruz qaldığı 2018-ci ilə dair orta bazar qiymətini, yəni bir sotu 30.000 manat olmaqla, 07 sota görə 210.000 manat məbləği müəyyən olunmaqla, həmin məbləğin cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməli, bununla da cavabdehin hərəkətlərində hazırkı qərarın 33-36-cı bəndlərində istinad edilən normaların tələblərinin pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsi hazırkı iş üzrə qismən düzgün nəticəyə gəlsə də, kompensasiya məbləğinin hesablanmasında torpaq sahəsinin həcminə münasibətdə müəyyən uyğunsuzluq olduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarı qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia qismən təmin edilməklə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0,07 ha hissəsindən keçən kollektor xəttinin mühafizə zonası ilə birlikdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 210000 (iki yüz on min) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 saylı qərarı qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1nında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0,07 ha hissəsindən keçən kollektor xəttinin mühafizə zonası ilə birlikdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 210000 (iki yüz on min) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.