Məhkəmə qərarları › İş №2-1(105)-80/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-80/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-80/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-240/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respubikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verrilmiş 83 saylı, 11 mart 2022-ci il tarixli arayışından görünür ki, 1979-cu il təvəllüdlü ehtiyatda olan zabit kapitan İddiaçı SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən səfərbərliyə cəlb olunaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respubikası Müdafiə Nazirinin xx.xx.2020ci il tarixli 01427 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən ehtiyata buraxılmışdır, ehtiyatda olan zabit kapitan İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respubikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, 11-ci qrafada “952-ci ZRB tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış müraciətə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində bizim ünvana təqdim etməyiniz xahiş edilir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı “Vətən Müharibəsi” dövründə fəaliyyətləri barədə məlumatlar hərbi hissə tərəfindən təqdim edilmiş sənədlərdə (arayış-məlumatın 3-cü, 9-cu bəndlərində, əmrdən çıxarışlarda və Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 3-cü fəsilinin 98-ci, 99-cu maddələrində) qeyd olunmuşdur. İddiaçı “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əks hücum əməliyyatları zamanı N nömrəli hərbi hissənin 4-cü divizionun (Yevlax rayonu Xaldan yaşayış məntəqəsində) maddi-texniki təminat bölməsinin zirehli tank xidməti rəisi vəzifəsində divizionun zirehli tank texnikalarına qulluq göstərmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən səfərbərliyə cəlb olunmuş və X8 Qoşunlarının N №-li hərbi hissəsinin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 0116 №-li əmrinə əsasən Hərbi Hava Qüvvələrinin X8 Qoşunlarının N №-li hərbi hissəsi tam tərkibdə döyüş əməliyyatlarına cəlb olunmuş hesab edilmişdir. Müvafiq qeydlər onun hərbi biletinin 19-cu qrafasında öz əksini tapmışdır. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi üçün qərar qəbul edilməsi xahişi ilə o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə müvafiq komissiyaya ərizə ilə müraciət etmişdir. Lakin müraciəti məhkəməyə müraciət etdiyi günə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə İddiaçı fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarının 1.1, 1.2 və 1.3- cü yarımbəndlərində qeyd olunan tələblərə uyğun gəlmədiyinə görə olmadığından, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin doqquzuncu və onuncu yarımbəndlərinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə veteranı” adı verilir. Həmçininn həmin Əsasnamənin 1-ci hissəsinin 14-cü yarımbəndinə əsasən: Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-240/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ZE № ******* saylı hərbi biletdən də görünür ki, 11-ci qrafada “952-ci ZRB tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 0116 №-li əmrinə əsasən 952-ci raket briqadası tam tərkibdə döyüş əməliyyatlarına cəlb edilmiş hesab edilmişdir.”; 12-ci qrafada “ Azərbaycan Respublikası Müdafiə Nazirinin 0347 saylı, xx.xx.2008-ci il tarixli əmri ilə “HXKH” Əsasnamənin “156-cı” maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb” qeyd edilmişdir. Həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi yuxarıda iş materiallarında sadalanan Azərbaycan Respubikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verrilmiş 83 saylı, 11 mart 2022-ci il tarixli arayış ilə də təsdiq olunur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız, qanunsuz olduğundan tam ləğv olunmalıdır. Məhkəmə tərəfindən maddi və prosessual normaların kobud pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Qərardan görünür ki, işə birtərəfli baxılmış, sənədlər araşdırılmamışdır, iş üçün zəruri olan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, qərarın məhkəmənin mövqeyi əks olunan hissəsi 3 səhifədən ibarət olsa da, demək olar ki, 2 səhifəsi İnzibati Prosssual Məcəlləsinin (14.3, 68.1, 68.2, 73.1-ci maddələrin mətnləri tam köçürülüb), “İnzibati İcraat haqqında” Qanununa (17, 19, 24.1, 24.2-ci maddələrin mətnləri tam köçürülüb), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkinzinci yarımbəndi göstərilsə də, işin mahiyyətinə aid olan normalar əks olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunmuş Əsasnaməyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarına istinad etməmişdir, Əsasnamənin 44 günlük Vətən Müharibəsi ilə bağlı hissələrini tətbiq etməmişdir. Halbuki, həmin müddəalar öyrənilməli və mübahisə predmetinə birbaşa aid olduqlarından istinad olunaraq tətbiq olunmalı idi. Çünki, X8 qoşunlarında xidmət keçən şəxslərə “Müharibə veteranı” adının verilməsi üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmək və ya döyüş təminatını yerinə yetirmək lazımdır. Məhkəmə isə İddiaçı 952-ci X2 X10 üzrə xidmət rəisi olduğunu nəzərə almamışdır. Məhkəmə bu istiqamətdə araşdırma aparmamışdır. Araşdırma aparılsaydı məlum olardı ki, iddiaçı X10 üzrə tapşırıqları yerinə yetirib, bu isə döyüş təminatına daxil deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarının 1.1-ci yarımbəndinə əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2015-ci il tarixli qərarı ilə qüvvəyə minmiş “Quru Qoşunların taktiki fəaliyyətləri üzrə Döyüş Təlimatı”na əsasən: Döyüş təminatı növləri bunlardır: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qorunma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminat”dır. Yuxarıda sadalanlardan göründüyü kimi maddi-texniki təminat döyüş təminatına daxil deyil. Məhkəmə isə bunları heç araşdırmadan (halbuki birbaşa hazırkı inzibati işə aidiyyəti olub), yalnız iddiaçının hərbi biletində olan qeydlərə istinad edərək hesab etmişdir ki, İddiaçı “Müharibə veteranı” adı verilməlidir. Məhkəmə heç işin mahiyyətinə aid olan məsələlərlə bağlı sorğu etməmişdir, hərbi biletdə olan yazılar ilə bağlı əmrlərdən çıxarışları və ya məlumatları əldə etmədən əsassız qərar qəbul etmişdir. Məhkəmənin inzibati işə birtərəfli baxması prosessual pozuntulardan da aydın görmək olar. İşdə olan sənədlərin tarixlərindən görmək olar ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxt (aprel-may 2022) mövcüd olmayan inzibati akta (sentyabr 2022) dair münasibətimizi bidirməyimizi dəfərərlə tələb etmişdir. Halbuki, aprel-may 2022-ci il tarixli iddia ərizəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin may 2022-ci il tarixli sərəncamı Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli 11/1973 nömrəli münasibəti ilə icra olunmuşdur və tələbin mümkünsüz sayılması tələb olunmuşdur (imtina bundan 3 aydan sonra, yəni sentyabr 2022-ci ildə olub). Buna görə də məhkəmə iddianı mümkünsüz saymalı idi, lakin bunun əvəzinə iyun 2022-ci ildə tərəfimizdən icra olunmuş, təkrarən eyni sərəncamı göndərərək heç iddiaçının belə mübahisələndirmədiyi inzibati akta dair münasibətimizi (etirazımızı) israrla tələb etmişdir. Bununla bağlı məktubda AR İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsində yardım olunması tövsiyyə olunmuşdur. Yalnız bundan sonra məhkəmə cavabdehdən həmin tələbə (iddia ərizəsinin dəqiqləşdirilməsi) dair yeni münasibətin bildirilməsini tələb edə bilərdi. Buna baxmayaraq, məhkəmə artıq xx.xx.2022-ci ildə icra olunmuş xx.xx.2022 (xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuşdur) sərəncamın təkrar icrasını icra etməyimizi tələb edirdi. Yuxarıda qeyd olunanlardan, inzibati iş materiallarından, məhkəmənin xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixli məktublarından işə birtərəfli baxıldığını aydın görmək olar. Məhkəməyə xx.xx.2023-cü il tarixli 3-25-11/2-2387/2023 nömrəli etiraz göndəriləndən sonra (iddia tələbi irəli sürüləndən bir il keçmiş) məhkəmə xx.xx.2023-cü il tarixdə qərar qəbul etdi. Məhkəmə cavabdehin imtinasını və ona əsas olmuş sənədləri öyrənmədən, hesab etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı verilməlidir. (Halbuki, xx.xx.2023-cü il tarixli məktubumuza imtinanı əlavə edərək məhkəməyə göndərmişdik.) İnzibati aktı araşdırılmadan (qərarda imtina məktubunun qanuni olub-olmamasına dair məhkəmənin mövqeyi mövcüd deyil), onun əsaslı olub- olmadığını, nəyə istinad olunaraq qəbul edildiyi araşdırılmadan iddiaçının sözləri əsasında iddiası təmin olunmuşdur. Ən qəribəsi odur ki, iddia üzrə inzibati iş 2022-ci ilin aprel-may ayından başlanılsa da, məhkəmə qərarında (səh. 4, abzas 2) iddiaçının 31 oktyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi göstərilmişdir. Halbuki, bunu təkzib edən faktlar elə məhkəmə iş materiallarında (yuxarıda qeyd olunan məktublar, sərəncam, bildiriş və s.), ən əsası isə inzibati işin 2022-ci ilin may ayından dəyişilməz olan 2-1 (118)-1770/2022 nömrəsi, əks olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər;… Maddə 18. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmətmüddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya,X8, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası(Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemindəxidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən səfərbərliyə cəlb olunması və X8 Qoşunlarının N №-li hərbi hissəsinin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının iştirak etdiyi ərazinin Yevlax rayonu, Xaldan yaşayış məntəqəsi olması və onun fəaliyyət növünün döyüş təminatına aid olmaması halına istinad edərək, imtina etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq hərbi hissəsinin tərkibində Yevlax rayonu, Xaldan yaşayış məntəqəsi ərazisində əks hücum zamanı zirehli tank texnikalarına qulluq göstərmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə kolegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır. Həmin şərtlərə daxildir: X8 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmək və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmək və ya müvafiq ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarını yerinə yetirmək “Quru qoşunların taktiki fəaliyyətləri üzrə Döyüş Təlimatı”na əsasən döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və biloji qorunma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji təminat İndiki halda isə iddiaçının iddia tələbi qeyd olunan qanunvericilik normasının dispozitiv şərtləri ilə uzlaşmır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının X8 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi halı müəyyən edilməmişdir. İddiaçının fəaliyyət göstərdiyi Yevlax rayonu Xaldan yaşayış məntəqəsi olmuşdur ki, yuxarıda istinad edilən qanunla müəyyən edilmiş müvafiq ərazilərin tərkibinə daxil olmamışdır. Bundan əlavə, iddiaçının məşğul olduğu fəaliyyt növü döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqindən görünür ki, iddiaçının fəaliyyəti məhz tanklara qulluq göstərilməsi ilə bağlı olmuş, qeyd eidlən fəaliyyət isə döyüş təminatı növlərinə daxil olmamaqla, maddi-texniki təminat növünə daxil olmuşdur. Nəticə etibarilə iddiaçıya münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcudluğu aşkar edilməmiş, iddiaçının iddia tələbi əsassız olmuşdur. Bu baxımından məhkəmə kolegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə qanunvericilik normasının tələbinə uyğun olmamış, bununla da gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-240/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar