Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-800/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının ləğv edilməsi, Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli Qərarı (12 saylı Protokol) ilə “Novxanı” bağlar massivində istifadəsində olan ümumi sahəsi 1142 m2 olan 1795K saylı torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1156/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçın cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının ləğv edilməsi, Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli Qərarı (12 saylı Protokol) ilə “Novxanı” bağlar massivində istifadəsində olan ümumi sahəsi 1142 m2 olan 1795K saylı torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alğı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri “Novxanı” bağlar massivində yerləşən 1200 m2 torpaq sahəsi uzun illərdir ki, onun və ailənin istifadəsindədir. Həmin torpaq sahəsinin bir tərəfi daş hasar üç tərəfi isə dəmir torla hasarlanmışdır. Həmin torpaq sahəsində vaqon yerləşdirərək ailənin dolanışığını təmin etmək üçün atası ilə birlikdə tərəvəz məhsulları əkmiş, həmin torpaq sahəsində ağaclar əkmiş, həmin torpaq sahəsini onlar 1994-cü ildən istifadə edirlər. Hətta həmin torpaq sahəsində vaqon yerləşdirmişlər ki, tərəvəzdə işləyən vaxtı orada dincələ bilək. Təxminən 3 ildən çoxdur ki, Sumqayıt bələdiyyəsinə müraciət edərək həmin torpaq sahəsinin onun istifadəsində olduğu üçün onun adına hərrac və müsabiqə keçirilmədən rəsmiləşdirilməsini xahiş etmişdir. Bələdiyyə 13 noyabr 2020-ci il tarixdə yazılı mümciəti qeydə alınmış və bundan sonra 2020-ci ilin dekabr ayında bələdiyyə istifadə etdiyi torpaq sahəsinin yerquruluşu planın hazırlanması barədə "xxxx" MMC-yə müraciət etmişdir. Bundan sonra həmin idarənin mütəxəssisləri ərazinin mövqe planını çəkmiş, ayrılan torpaq sahəsinin kadastr göstəricilərini tərtib etmişlər. Həmin kadastr göstəricilərinin xüsusi qeydlər hissəsində ayrılması nəzərdə tutulan 1200 kv.m torpaq sahəsinin ümumi hasara alınmış 2276,0 kv.m torpaq sahəsinin daxilində yerləşdiyi qeyd edilmişdir. Sonra Sumqayıt Bələdiyyəsinin 12 saylı protokolunun 04 avqust 2021-ci il tarixli qərarı ilə onun rəsmiləşdirilməmiş istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına olan torpaq sahəsinin mülkiyyətinə ayrılmasının məqsədə uyğunluğu barədə qərar qəbul edimiş və istifadə etdiyi torpaq sahəsinin bilavasitə bələdiyyə qərarı ilə onun mülkiyyətinə ayrılması üçün “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razhaşdırılması qaydaları haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən həmin torpaq sahəsinə Sumqayıt bələdiyyəsinin adına rəy alınması üçün DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin müdiri və nümayəndəsinin imzası ilə 6 noyabr 2021-ci il tarixli 186 nömrəli Sumqayıt bələdiyyəsinə rəy verilmiş, həmin rəydə torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərin mülkiyyatinə və icarəsinə verilmədiyini, üzərində yüklülüyün olmaması bildirilmişdir. Bundan sonra DƏDRX-in 2 saylı Ərazi İdarəsi Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktını 20 dekabr 2021-ci il tarixdə tərtib etmiş həmin baxış aktında həmin torpaq sahəsinin dörd bir tərəfinin bağlı olduğu qeyd edilmiş, lakin həmin torpaq sahəsində mübahisəli hal olduğu qeyd edilmiş, ondan başqa digər iddiaçının 18.102021-ci ildə ********** nömrəli ərizə ilə müraciət etdiyini bildirilmişdir. xx.xx.2021-ci il tarixli, **********10 reyestr nömrəli çıxarış hazırlanmış, çıxarışa əlavə olunmuş Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş həmin plan və ölçünün tərtib edilməsinin əsası kimi Sumqayıt Bələdiyyəsinin 12 saylı xx.xx.2021-ci il tarixli qərarı qeyd edilmişdir, hansı ki, həmin qərara əsasən onun torpaq sahəsinin onun mülkiyyətinə ayrılması nəzərdə tutulmuşdur. 17 fevral 2022-ci il tarixli məktubla Sumqayıt Bələdiyyəsinə və Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli 12 saylı qərarının və protokolunun ləğv edilməsini, torpaq sahəsinin ona satılması prosedurunun başlaasını xahiş etmişdir. Bundan əlavə ilkin olaraq Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli 12 saylı qərarı ilə həmin torpaq sahəsini onun mülkiyyətinə ayrılması məqsədilə 0.1142 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********10 saylı çıxarış hazırlanmışdır. Bundan əvvəl Əmlak Məsələləri Məsələləri Dövlət Xidməti Hərracların X5 Hüquqi Şəxsin rəsmi internet saytı olan “http://auksion.gov.az” - da 03 mart 2022-ci il tarixində ƏMDX Sumqayıt ərazi şöbəsində Torpaq müsabiqələrinin və hərracların keçirilməsi haqqında məlumatda onun mülkiyyətinə ayrılması nəzərdə tutulan istifadəsində olan 1142 m2 torpaq sahəsinin müsabiqə vasitəsilə satılacağı qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1156/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq hazırkı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin vaxtı cavabdeh orqan Sumqayıt Bələdiyyəsi iddiaçıya torpaq sahəsinin onun adına rəsmiləşdirəcəyini bildirdi. İddiaçı Bələdiyyənin sözünə inanıb iddia tələbimi geri götürdü. Həmin vaxt, yəni iddia tələbini geri götürən zaman ərizədə cavabdehlə aralarında olan razılaşmaya əsasən iddia tələbini geri götürmüşdür. Sonradan bələdiyyənin həmin torpaq sahəsini adına rəsmiləşdirməyini görüb, yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni məhkəmənin hesab etdiyi kimi iddiaçı qərardan şikayət verilmə müddətini ötürməmişdir. Hazırda mübahisələndirdiyi torpaq sahəsini bələdiyyənin iddiaçının adına rəsmiləşdirəcəyini söz verməsinə dair telefon danışıqları vardır. Həmin danışıqları iddiaçı məhkəmə iclasında təqdim etmişdir. Bundan başqa, iddiaçı qərardan şikayət verilmə müddətini ötürməməyi barədə ərizə vermişdir. Göstərilənlərə əsasən məhkəmənin onun müddəti ötürməyi barədə gəldiyi qənaət əsassızdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. .... Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. .... Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. .... Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. .... Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdeh bələdiyyə orqanın müvafiq qərarlarının ləğv edilməsi və cavabdehin üzərinə alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması qərara alınmış və gəldiyi qənaəti iddiaçı tərəfindən qeyd edilən qərarlarla bağlı qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin verilməsi üçün 30 günlük prosessual müddət üzrlü səbəb olmadan ötürülmüş, habelə həmin qərarlar qüvvədə olduğundan müqavilə bağlanması öhdəliyinin qoyulması hissəsində də öhdəliyin qoyulması mümkün olmaması halları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Sumayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli 12№li Qərarı ilə “Novxanı” Bağlar massivində istifadə olunan 1795 saylı bağ torpaq sahəsinin və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 1142 kv.m torpaq sahəsinin X3 mülkiyyətinə ayrılmaıs barədə müraciəti məqsədəuyğun hesab edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli 17 №li Qərarı ilə X1 rəsmiləşdirilməmiş istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan bağ torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə müraciətinin məqsədəuyğunluğu haqqında Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Eyni zamanda iş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsinin 20 dekabr 2021-ci il tarixli 18 №li Qərarı ilə “Novxanı” Bağlar massivində yerləşən sahəsi 1142 kv.m olan 1795K saylı bağ torpaq sahəsinin mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırılmasının nəzərə alınması və müvafiq müsabiqə və hərrac komissiyası ilə müqavilə bağlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsinin sözügedən bağ sahəsi və torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, 27 oktyabr 2022-ci il tarixli hərracın nəticələrinə dair müvafiq komisisya tərəfindən protokol tərtib edilmiş, müsabiqədə iştirak edən şəxsləri (3 nəfər) adı qeyd edilmiş və ən yüksək təklif etmiş şəxs kimi X8 müsabiqənin qalibi hesab olunması qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının eyni iddia tələbi ilə bağlı iş üzrə iddiaçının özünün ərizəsi ilə ona geri qaytarılması, iş ürzə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının sözügedən əmlakla bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsi qismən təmin edilmiş, sözügedən əmlakın Əmlak Məsələləri Dövlət xidmətinin Sumqayıt ərazi şöbəsində özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarilxi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə mürcaiət edərək, inzibati iş üzrə iddia ərziəsinin geri qaytarılmasını xahiş edərək, əsas kimi Sumqayıt Bələdiyyəsi ilə aralarınad olan mübahiəsnin məhkəmədənkənar həlli ilə bağlı razılığa gəlinməsi halı ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, sözgedən əmlaka dair X4 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı tərəfindən məhz Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı və 20 dekabr 2021-ci il tarilxi qərarı mübahisələndirilmişdir. Lakin iş materiallarında qeyd edilən bələdiyyə qərarlarının iddiaçıya göndərilməsi və iddiaçı tərəfindən təhvil alınmasına dair heç bir sənəd mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan 14 fevral 2022-ci il tarilxi məktuba əsasən iddiaçının bələdiyyənin 30 noyabr 2021-ci il tarixli qərar barədə məlumatlı olması halına istinad edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi halına istinad etmişdir. İş materiallarından görünür ki, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia ərizəsinin geri qyatarılması barədə ərizə təqdim edərək, bələdiyyə ilə aralarında razılıq olması halına istinad etmiş, xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı ilə iddia ərizəsinin geri qaytarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, yalnız müvafiq məktuba istinad edilərək, iddiaçının 2022-ci ilin fevral tarixindən həmin qərar barədə məlumatlı olması halı ilə kifayətlənərək, prosessual müddətin ötürülməsi qənaətinə gəinmişdir. Lakin iddiaçının özünün pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciəti ilə bağlı eyni iddia tələbinə dair əvvəlki inzibati iş və iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi ilə bağlı inzibati iş öyrənilməmiş, habelə iddia ərziəsinin geri qaytarılmasına əsas olan halın (bələdiyyə ilə razılıq əldə edilməsi) hazırki işin halları baxımından iddiaçının hüquqi müdafiəsinin həyata keçirilməsinə nə kimi təsiri olması halları araşdırılmamışdır. Halbuki qeyd edilən halların araşdırılmasının məhz iddianın mümkünlük məsələsinin həllinə birbaşa təsiri olmaqla, zəruri olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 20 dekabr 2021-ci il tarixli bələdiyyə qərarına aid hissədə də iddiaçı tərəfindən prosessual müddətini ötürülməsi qənaətinə gəlrək, bu qənaətini onun müsabiqədə iştirak edərək, məlumatlı olması halına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı da qeyd edir ki, işin halları baxımından qeyd edilən qərara münasibətdə də yuxarıda istinad edilən hallar araşdırılmalı, habelə iş üzrə hərracın keçirilməsinin nəticələrinə dair protokolun məhz 27 oktyabr 2022-ci il tarixli protokol olması, habelə digər şəxsin həmin əmlaka dair mülkiyyət hüququnun məhz həmin protokol əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyata alınması, iddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022ci il tarixdə müraciət etməsi halları bir-biri ilə əlaqəli şəkildə təhlil edilməklə, iddianın mümkünlük məsələsi həll edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar diqqətdən qaçırılmışdır. Həmçinin, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qeyd edilən prosessual müddətlərin üzrlü səbəb olmadan ötürülməsi qənaətinə gələrkən, bununla bağlı heç bir əsasa istinad etməmiş, yalnız həmin ifadəni qeyd etməklə, həmin hal məhkəmə qərardadında əsaslandırılmamışdır. Halbuki, inzibati prosessual qnaunvericiliyin normalarının tələbinə əsasən qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlərin üzrlü səbəbdən ötürülməsi halı özlüyündə bununla bağlı ötürülmüş müddətin bərpasına dair ərizə ilə müraciət etmək hüququna malik olmasına səbəb olur. Həmçinin, qanunvericilikdə məhz iddiaçının təqsiri olmadan prosessual müddətin ötürülməsi halı üzrlü hal kimi ifadə edilmişdir. İndiki halda isə birinci instansiya məhkəməsi bununla bağlı da heç bir hala istinad etməmiş, işin halları baxımından zəruri olmasına və işin nəticəsinə təsiri olmasına baxmayaraq, göstərilən hallar araşdırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, hazırki iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhz mübahisələndirilən bələdiyyə qərarlarına dair işin hallarının müəyyən edilməsindən asılı olaraq, dəyərləndirilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən, iddiaçının eyni iddia tələbinə dair əvvəlki inzibati iş tələb edilməklə, yuxarıda istinad edilən işin halları baxımından öyrənilməli, prosessual müddətin axımının hansı tarixdən və hansı əsasla müəyyən edilməsi halları aydınlaşdırılmalı, iddiaçı tərəfindən indiyədək həyata keçirilmiş hazırki iddia tələbi ilə bağlı hüquqi müdafiə vasitələrinin həyata keçirilməsi əsasları və bu halın iddianın mümkünlük məsələsinə təsiri baxımından araşdırılmalı, əvvəlki iş üzrə iddia ərzəsinin geri qaytarılmasına əsas olan halın (bələdiyyə orqanı ilə razılıq əldə edilməsi) əsasları müəyyən edilməli və bu hal hazırki işin hallarına təsiri baxımından qiymətləndirilməli, prosessual müddətini ötürülüb-ötürülməməsi halları, habelə ötürüldüyü halda belə onun üzrlü və ya üzrsüz səbəbdən olması halları iddiaçının hüquqi marağı baxımından hərtərfli araşdırılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə yenidən baxılarkən yuxarıda istinad edilən hallarla yanaşı, iddiaçının hüquqi marağının nədən ibarət olması, hüququn pozulmasına əsas kimi istinad etdiyi halların nədə ifadə olunması halları da aydınlaşdıırlmaqla, zəruri olduğu halda bununla bağlı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş normanın tələbinə əsasən iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı tədbir görülməsi halının da nəzərə alınması məqsədəmüvafiqdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının apellyasiya şikayəti əsaslı olmaqla, təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1156/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının ləğv edilməsi, Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli Qərarı (12 saylı Protokol) ilə “Novxanı” bağlar massivində istifadəsində olan ümumi sahəsi 1142 m2 olan 1795K saylı torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.