Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-805/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-448/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı X7 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “əsassız olaraq ləğv edilmiş, emosional davranış şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla xəstəlik diaqnozu qoyulmuş ikinci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci dərəcəli əlillik statusuna malik olmuşdur. Xəstəliyin diaqnozu isə emosional davranış şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarladır. Əlilliyinin meyarı isə ondan ibarət idi ki, sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli, kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlarıdır. Həkim tərəfindən ona yalnız xüsusi yaradılmış şəraitdə işləmək imkanı nəzərdə tutulmuşdur. Ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışda da onun əziyyət çəkdiyi xəstəliyin fəsadları öz əksini tapmışdır. Həmin əlamətlər ambulator, stasionar xəstənin tibb kartasından çıxarışda da vurğulanmışdır. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının rəyində də onun xəstəliyinin dərəcəsi əlilliyin təyin edilməsi üçün əsas verir. Lakin xx.xx.2021-ci ildə onun əlillik pensiyası kəsilmişdir, baxmayaraq ki, o, ikinci qrup əlil statusu daşıyırdı. O, şəxsiyyət pozuntusundan əziyyət çəkir. Əmək qabiliyyəti yalnız məhdud imkanlar hesabına realizə oluna bilər. Hazırki pandemiya və işsizlik şəraitində isə əlillik pensiyası olmadan yaşaması qeyri-mümkündür. Odur ki, əlillik statusunun bərpasına ehtiyacı vardır və buna hüquqi və tibbi əsaslar mövcuddur. Odur ki, hazırki tələblə pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F41 - Digər həyəcan pozğunluqları => F41.8 - Digər dəqiqləşdirilmiş həyə...; Diaqnozun mətni: Emiosnal davranış şəxsiyyət pozuntusu tez tez dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F41 - Digər həyəcan pozğunluqları => F41.8 - Digər dəqiqləşdirilmiş həyə...; Diaqnozun mətni: Emosional davranış şəxsiyyət pozuntusu tez-tez dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin Sumqayıt Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, Emosional davamsız şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur” səbəbi ilə geri qaytarılmışdır. Sumqayıt Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, Emosional-davranış şəxsiyyət pozuntusu. Tez-tez dekompensasiyalarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Səhiyyə Nazirliyinin reyesterində pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur” səbəbi ilə geri qaytarılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci iİ 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dıyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: TSEK-in xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktından çıxarışdan görünür ki, Səbəbi: ümumi xəstəlik; “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F41 - Digər həyəcan pozğunluqları => F41.8 - Digər dəqiqləşdirilmiş həyə...; Diaqnozun mətni: Emosional davranış şəxsiyyət pozuntusu tez tez dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixli, xxxxxxx0002 nömrəli müayinə aktından çıxarışdan görünür ki, Səbəbi: ümumi xəstəlik; “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F41 - Digər həyəcan pozğunluqları => F41.8 - Digər dəqiqləşdirilmiş həyə...; Diaqnozun mətni: Emiosnal davranış şəxsiyyət pozuntusu tez tez dekompensasiyalarla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu... xx.xx.2022-ci il tarixli, xxxxxxx0008 nömrəli müayinə aktından çıxarışdan görünür ki, Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, Emosional davamsız şəxsiyyət pozuntusu,tez-tez təkrarlanan dekompensasiyalarla. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin reyesterində pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur” səbəbi ilə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli, xxxxxxx0009 nömrəli müayinə aktından çıxarışdan görünür ki, Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, Emosional- davranış şəxsiyyət pozuntusu Tez-tez dekompensasiyalarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Səhiyyə Nazirliyinin reyesterində Pulsuz dərman alan ruhi əsəb xəstələri siyahısında yoxdur” səbəbi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli, T 561/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Ə.H.Kiçikbəyov xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalardan, hazırda əziyyət çəksə də, yanaşı xəstəliklərdən əziyyət çəkməsi ilə əlaqədar xəstəlik tarixlərinin əsli və ya həmin tarixli Forma 088 göndərişinin tam doldurulmuş mülahizəsi olmadığından dəqiq fikir söyləmək mümkün olmadı; 2016-2021-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozla onun hazırki vəziyyətində olan əsas xəstəlik və ağırlaşmaları arasında fərq müşahidə edilmir. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Bu cür xəstələr yaşayış yerində poliklinikada həkim psixiatorda dispanser qeydiyyata götürülürlər və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-448/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 21 dekabr 2023-cü il tarixli qərarı X6 aid hissədə ləğv edilmiş, X6 18 oktyabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 T561/2023 saylı, xx.xx.2023cü il tarixli rəyində qeyd edilmişdir ki, “vətəndaş Ə.H.Kiçikbəyov xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalardan, hazırda əziyyət çəksə də, yanaşı xəstəliklərdən əziyyət çəkməsi ilə əlaqədar xəstəlik tarixlərinin əsli və ya həmin tarixli Fomrma 088 göndərişinin tam doldurulmuş mülahizəsi olmadığından dəqiq fikir söyləmək mümkün olmadı; 2016-2021-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozla onun hazırki vəziyyətində olan əsas xəstəlik və ağırlaşmaları arasında fərq müşahidə edilmir.” Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda ona ikinci qrup əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən ümumi normaları sadalamaqla iddiaçının xeyrinə əsassız və qanunsuz qərar qəbul etmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; (-) 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; (-) 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; (-) 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı; (-) 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması; (-) 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; (-) 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı; (-)
“Əlilliyin müəyyən olunması meyarları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı 7.7.1 spesifik şəxsiyyət pozuntuları F60 Şəxsiyyətin paranoid pozuntusu F60.0 şəxsiyyətin şizoid pozuntusu F60.1 şəxsiyyətin dissosial pozuntusu F60.2 şəxsiyyətin emosional-davamsız pozuntusu F60.3 şəxsiyyətin isterik pozuntusu F60.4 şəxsiyyətin anankastik pozuntusu F60.5 şəxsiyyətin təşviş (yayınan) pozuntusu F60.6 şəxsiyyətin asılı tip pozuntusu F60.7
“Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli Qərarı 7.2-ci bənd, 7.3.1.1-ci, 7.6.2-ci və 7.7.1-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin: 7.7.1. spesifik şəxsiyyət pozuntuları - F60
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona ikinci dərəcəli əlilliyin təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 T561/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, “vətəndaş Ə.H.Kiçikbəyov xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalardan, hazırda əziyyət çəksə də, yanaşı xəstəliklərdən əziyyət çəkməsi ilə əlaqədar xəstəlik tarixlərinin əsli və ya həmin tarixli Forma088 göndərişinin tam doldurulmuş mülahizəsi olmadığından dəqiq fikir söyləmək mümkün olmadı; 2016-2021-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozla onun hazırki vəziyyətində olan əsas xəstəlik və ağırlaşmaları arasında fərq müşahidə edilmir.” Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda ona ikinci qrup əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş Z00035003DBH nömrəli göndərişə əsasən onda əsas diaqnoz F60.3 “Şəxsiyyətin emosional davamsız pozuntusu, emosional-davranış şəxsiyyət pozuntusu. Tez-tez dekompensasiyalarla”, ağırlaşması F62.1 “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, psixi xəstəlikdən sonra yaranan şəxsiyyət dəyişikliyi” mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli, T 561/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş Ə.H.Kiçikbəyov xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və ağırlaşmalardan, hazırda əziyyət çəksə də, yanaşı xəstəliklərdən əziyyət çəkməsi ilə əlaqədar xəstəlik tarixlərinin əsli və ya həmin tarixli Forma 088 göndərişinin tam doldurulmuş mülahizəsi olmadığından dəqiq fikir söyləmək mümkün olmadı; 2016-2021-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozla onun hazırki vəziyyətində olan əsas xəstəlik və ağırlaşmaları arasında fərq müşahidə edilmir. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Bu cür xəstələr yaşayış yerində poliklinikada həkim psixiatorda dispanser qeydiyyata götürülürlər və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Ekspert rəyindən göründüyü kimi iddiaçı hazırda “Şəxsiyyətin emosional davamsız pozuntusu, emosional-davranış şəxsiyyət pozuntusu. Tez-tez dekompensasiyalarla” diaqnozlu xəstəliklərdən əziyyət çəkir. Qeyd olunan hal isə iddia tələbinin təmin edilməsi üçün əsasdır. Bununla da müəyyən edilir ki, iddiaçıda Z00035003DBH nömrəli göndərişdə əsas diaqnoz kimi göstərilmiş F60.3 “Şəxsiyyətin emosional davamsız pozuntusu, emosionaldavranış şəxsiyyət pozuntusu. Tez-tez dekompensasiyalarla”, ağırlaşması F62.1 “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, psixi xəstəlikdən sonra yaranan şəxsiyyət dəyişikliyi” xəstəliyi müşahidə edilir. Kollegiya bir məqamı da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş TSEK-in xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktından çıxarışda “Emosional davranış şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla” diaqnozu ilə 1 il müddətinə İİ dərəcə əlillik təyin olunduğu qeyd olunmuşdur. Daha sonra TSEK-in xx.xx.2016-cı il tarixli, xxxxxxx0002 nömrəli müayinə aktından çıxarışda “Emosional davranış şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin olunduğu qeyd olunmuşdur. Yəni, iddiaçıya həmin səbəbli əlaqə ilə 2015-ci ildə əlilliyin təyini və 2016-cı ildə təkrar ikinci dərəcə əlilliyin təyini zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Bununla da müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçıda ”Emosional davranış şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla” xəstəliyi olduğunu qəbul etmiş və inzibati praktikasına uyğun davranaraq ona həmin diaqnozla davamlı olaraq əlillik təyin etmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2015-ci il tarixdən etibarən “emosional davranış şəxsiyyət pozuntusu tez-tez dekompensasiyalarla” diaqnozu ilə əlaqədar ikinci dərəcəli əlillik təyin etsə də, daha sonra müxtəlif tarixlərdə “göndərişin natamam doldurulması” əsası ilə əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2015-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci dərəcə əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş Z00035003DBH nömrəli göndərişə əsasən əsas diaqnoz F60.3 “Şəxsiyyətin emosional davamsız pozuntusu, emosional-davranış şəxsiyyət pozuntusu. Tez-tez dekompensasiyalarla”, ağırlaşması F62.1 “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, psixi xəstəlikdən sonra yaranan şəxsiyyət dəyişikliyi” diaqnozlu xəstəlikləri göndərişin verildiyi zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş Z00035003DBH nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz F60.3 və onun ağırlaşması F62.1 kodları “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli Qərarına əsasən 7.7.1-ci bənddə “spesifik şəxsiyyət pozuntuları” adlanan F60 kodu altında ümumiləşdirilmişdir. Belə ki, F60 kodlu xəstəlik (spesifik şəxsiyyət pozuntuları) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.7.1-ci bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. Beləliklə, müəyyən edilir ki, Z00035003DBH nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş F60.3 kodlu və onun ağırlaşması olan F62.1 kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Beləliklə, işin qeyd edilən hallarına əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Lakin, məhkəmə kollegiyası bir məqamı da diqqətə çatdırır ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı 2015-2021-ci illərdə “Emosional davranış şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla” diaqnozu ilə əlaqədar əlil olmuşdur və hazırda da həmin xəstəlik onda müşahidə edilir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı barəsində sonuncu - Z00035003DBH nömrəli göndəriş Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən hazırki işin hüquqi hallarına hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymət verilmişdir. Meyarların tələbləri baxımından isə “əlilliyin dərəcəsi” anlayışı “orqanizmin funksiyalarının pozulması faizi” anlayışı ilə əvəz edilmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-448/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 21 dekabr 2023-cü il tarixli qərarı X6 aid hissədə ləğv edilsin. İddiaçı 18 oktyabr 2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.