Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-810/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt İnzibati-İqsadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnaməsi ilə İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Qubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)- 1343/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, İddiaçı 50 yaşdan, yəni 22 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və onun 01 mart 1974-cü ildən 30 noyabr 1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədən çıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2-1(105)-340/2018 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qərarın icra edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2-1 (85)-1343/2018 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnaməsi ilə ərizəçi İddiaçı 01 mart 1974-cü il tarixdən 30 noyabr 1988-ci il tarixədək Ermənistan Respublikası Qafan rayonunda yerləşən X8 kombinatında X9 fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993- cü il tarixədək Qubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün stajının olmasına dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilmiş fakt əsas götürülməklə iddiaçının DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı yuxarıda göstərilən iddiası təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktları müəyyən edən qanunsuz məhkəmə aktları aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243.441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qətnamənin həqiqiliyinə şübhələr yarandığından, Dövlətə Sosial Müdafiə Fondu tərəfindən qətnamənin əldə edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə daxil olmuş 21 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 (İddiaçı) və 2(060)-3524/2017 saylı (X4) saylı mülki işlər üzrə sorğuda qeyd olunmuş şəxslər barəsində deyil, tamamilə fərqli şəxslərin tərəf kimi iştirak etdiyi işlərdir. Beləliklə, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş qətnamənin həqiqiliyi öz təsdiqini tapmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(85)-1343/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Vəfa Əzizova). Qərardaddan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-250/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(85)-1343/2023 nömrəli qərardadı ləğv edilmiş, ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır (hakim Gülnar Cabbarova). Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 10 aprel 2018-ci il tarixdə qəbul edilmiş və 30 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə qərarının icra olunması üçün cavabdehə 06 avqust 2018-ci il tarixli məktub ünvanlanmış, cavabdeh inzibati orqanın 04 iyun 2019-cu il tarixli məktubunun məzmununda isə müvafiq məhkəmə qərarının icra olunması halı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iş üzrə qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsinin mümkün olduğu hal kimi yalnız bir hal (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda) qeyd edilmişdir. İndiki halda isə hazırki iş üzrə həmin halın mövcud olması müəyyən edilməmişdir. Həmçinin, İPM-in 103.3-cü maddəsinə əsasən qeyd edilən müddətin bərpasına yol verilmir. Belə olan halda hazırki iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1389/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-250/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci ii tarixli 2(060)-3544/2017 saylı qətnaməsinə əsasən iddiaçının xx.xx.1974cü ildən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Qubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin hakiminin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında işlədiyi dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən onun xx.xx.2006-cı il tarixinədək 20 il ümumi iş stajı və bu stajın 15 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş peşə və vəzifələrə uyğunlaşdırılaraq, xx.xx.2006-cı il tarixində əvvəllər qüvvədə olmuş və Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17 və 72-ci maddələrinin tələblərinə uyğun olaraq 2004-2005-ci illər üzrə 846,00 manat (Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq) orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakiminin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə çıxarılmış qətnamənin həqiqiliyinə şübhələr yarandığından, tərəflərindən həmin qətnamənin əldə olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2023-cü il tarixində daxil olmuş xx.xx.2023-cü il tarixli 21 saylı məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 (İddiaçı) və 2(060)- 3524/2017 (X4) saylı mülki işlər üzrə sorğuda qeyd olunmuş şəxslər barəsində deyil, tamamilə fərqli şəxslərin tərəf kimi iştirak etdiyi işlərdir. Həmin işlər üzrə Dövlət Sosial Müdafiə Fondu və ya Fondun rayon şöbələri işdə iştirak edən şəxslər olmadıqlarından həmin işlər üzrə yekun məhkəmə aktlarının surətlərinin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi X1 pensiya təyin olunmasına əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin həqiqiliyi öz təsdiqini tapmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan qətnaməyə istinad olunaraq iddia tələbi təmin olunmuş, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X11 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən tərəflərindən yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəflərindən təqdim edilmiş yeni sübutlara hüquqi qiymət vermədən əsassız olaraq ərizəni təmin etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 10 aprel 2018-ci il tarixdə qəbul edilmiş və həmin məhkəmə qərarı 30 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin məhkəmə qərarının icra olunması üçün cavabdehə 06 avqust 2018-ci il tarixli məktub ünvanlanmış, cavabdeh inzibati orqanın 04 iyun 2019-cu il tarixli məktubunun məzmununda isə müvafiq məhkəmə qərarının icra olunması halı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iş üzrə qəbul edilmiş həmin məhkəmə qərarının ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Göründüyü kimi cavabdeh icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-nin 103.1 və 103.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Ali Məhkəmənin qərarında qeyd edilir ki, qanunvericiliyin mənasına əsasən yeni açılmış hallarla bağlı icraat zamanı müddətlə bağlı müddəa həmin iş üzrə ittiham hökmü mövcud olduğu təqdirdə nəzərə alınmır. Yeni apelyasiya icraatı zamanı İddiaçı iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnaməsi ilə bağlı İ.Mahmudova ittiham verilməsi, həmin ittihamla əlaqədar qanuni qüvvəyə minmiş hökmün mövcud olması yoxlanılmalı, bundan asılı olaraq yeni açılmış hallarla bağlı ərizəyə hüquqi qiymət verilməlidir. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, qeyd olunan halların araşdırılması məqsədilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə sorğu ünvanlanaraq X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295.1, 308.2, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-227/2023 nömrəli hökmünün surətinin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi və sözügedən hökmün qanuni qüvvəyə minib-minməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)- 227/2023 nömrəli hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin tarixdən də qanuni qüvvəyə minmişdir. Sözügedən məktuba əlavə olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(124)-227/2023 nömrəli hökmündən görünür ki, hazırki iş üzrə yuxarıda göstərilmiş hallar mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1343/2018 nömrəli, 10 aprel 2018-ci il tarixli qərarı ilə təyin edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçının sosial sığorta stajının mövcudluğu faktını müəyyən edən Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 nömrəli qətnaməsi məhkəmə tərəfindən sübut qismində qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 nömrəli qətnaməsi ilə bağlı sabiq hakimə ittiham verilməmiş, həmin ittihamla əlaqədar qanuni qüvvəyə minmiş hökm mövcud deyil. İstinad olunan normaların tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1343/2018 nömrəli, 10 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar qanuni qüvvəyə mindiyindən icra olunması üçün 06 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə göndərilmişdir. Cavabdeh isə xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh hazırkı məzmunda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür. X2 Məcəllənin 103.3-cü maddəsinə görə bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ərizənin mümkün sayılmaması üçün əsaslar olduğu halda, mahiyyəti üzrə baxılaraq, ərizənin təmin edilməməsi barədə gəldiyi qənaəti yalnış olmaqla, işin hallarına və qanunvericilik normalarının tələbinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, habelə yuxarıda istinad edilən əsaslara görə ərizə mümkün sayılmadığından, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərardadı ləğv edilsin. Ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-810/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-810/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver