Məhkəmə qərarları › İş №2-1(105)-811/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-811/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-811/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yaranan günədək pensiyasının yenidən hesablanması, yeni hesablanacaq pensiya arasındakı fərqlərin illər üzrə indeksləşdirmə faizləri əlavə olunaraq hesablanaraq birdəfəlik ödənilməsi, son beş ildə indeksləşdirmələrin düzgün aparılması, 2008-2014-cü illərdə hesabına yığılan sığorta vəsaitinin sonrakı illərdəki həmin miqdarda manatdan 2-3 dəfə dəyərli olmasını nəzərə alaraq, xx.xx.2025-ci ildən artırılaraq hesablanması və bunun sonrakı hesablamalarda nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(118)- 1435/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M31451/2/2024 nömrəli “Pensiya təminatı haqqında” məktubunun surətindən görünür ki, pensiya işinə daxil olan sənədlərin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 18 il 3 ay olduğu halda, sığorta stajı “Əmək pensiyaları haqıqnda” Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 25285,44 manat pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 1619,60 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 352,06 manat müəyyən edilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli müvafiq sərəncamına uyğun olaraq, pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 485,56 manata artırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciət əsasında pensiya işinin araşdırılması zamanı fərdi şəxsi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi şəxsi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 25285,44 manat olduğu halda əmək pensiyasının yeniden hesablanması zamanı 25525,44 manat pensiya kapitalı nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 74428/2/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-91886/6/2024 nömrəli “Pensiya təminatı haqqında” məktublarının surətindən görünür ki, ...... məlumat üçün bildirilir ki, Fonda qarşı 2006-2007-ci illərdə X2 köçürdüyü vəsaitin fərdi şəxsi hesabında qeydə alınması, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək aldığı əməkhaqqına görə köçürülməli olan vəsaitin fərdi şəxsi hesabında qeyd olunaraq əmək pensiyasının yenidən hesablanması və əskik ödənilmiş vəsaitin birdəfəlik ödənilməsi barədə qərar çıxarılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmədiyi üçün icra edilməsi mümkün hesab edilmir. Müraciətdə qeyd edilən digər məsələ ilə bağlı bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlar əsasında sığortaedən "X5” (SUN: **********0) tərəfindən təqdim edilmiş 2006-2007- ci illər üzrə "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda” adı sığortaolunan kimi qeyd edilmədiyi üçun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmayıb. Eyni zamanda sığortaedən "X5” tərəfindən 2006-2007- ci illər üzrə müvafiq sənədləri ("Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat" (06) (Forma B3), əmək kitabçası, əməkhaqqı cədvəli, əmək müqaviləsi, əməkhaqqı aldığı bank hesabından çıxarışın surəti, işə qəbul olunma əmri, işdən azad edilmə əmri və məzuniyyətdə olma əmrləri əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri) Fondun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına tam və düzgün şəkildə təqdim etdikdən sonra qeyd edilən məsələyə yenidən baxıla bilər. Əlavə olaraq bildirilir ki, sığortaedənlər X5 (SUN:**********0) tərəfindən 2008-2014-cü illər, Quba rayon Təhsil Şöbəsi (SUN:**********8) tərəfindən 2010-2016-cı illər və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2 sayli Ərazi Maliyyə Hesablaşma Mərkəzi (SUN: **********9) tərəfindən 2017-2020-ci illərin İ-İV rübləri üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda və rüblük məcburi dövlət sosial sığortası üzrə hesabatlarda xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları tam məbləğdə **********711 nömrəli fərdi şəxsi hesabında əks olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yaranan günədək pensiyasının yenidən hesablanması, yeni hesablanacaq pensiya arasındakı fərqlərin illər üzrə indeksləşdirmə faizləri əlavə olunaraq hesablanıb birdəfəlik ödənilməsi, son beş ildə indeksləşdirmələrin düzgün aparılması, 2008-2014-cü illərdə hesabına yığılan sığorta vəsaitinin sonrakı illərdəki həmin miqdarda manatdan 2-3 dəfə dəyərli olmasını nəzərə alaraq, xx.xx.2025-ci ildən artırılaraq hesablanması və bunun sonrakı hesablamalarda nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə fərdi şəxsi hesabı haqqında “e-sosial” arayışdan aydın olurki, hesabına 36519,92 manat sosial sığorta kapitalı vardır. 2008-2019-cu illərdə cəmi gəliri 84587,9 manat, buna görə hesablanan sosial sığorta kapitalının heç bir indeksləşdirmə aparılmadığı üçün 21.146,98 manat olmuşdur. xx.xx.2020-ci il tarixdə 16,6 % indeksləşmə aparılmadığı üçün həmin məbləğ 24657,37 manat olmuşdur. 2020-ci ildəki 12173,90 manat gəlirinə görə 3043.5 manat sığorta ödəndiyi üçün xx.xx.2020-ci il tarixdə işdən çıxanda hesabındakı sığorta kapitalı 27774,91 manat olmuşdur. xx.xx.2021-ci ildə indeksləşmədən sonra 30941,25 manat, xx.xx.2022-ci il tarixdə 10 % artımla 34035,38 manat, xx.xx.2023-cü il tarixdə 14,7 % artımla 39038,58 manat, xx.xx.2024-cü il tarixdə 11,2 % artımla 43410,9 manat olmalıdır. Beləliklə, son 5 illdə 2020-2024-cü illər ərzində indeksləşmlərin düz hesbalanmamasına görə hesabında olan kapital təxminən 7000, dəqiq 6890,98 manat azaldılmışdır. Bu səbəbdəb də pensiyası qüsurlu, yəni daha az hesablanmışdır. Ona ilk dəfə əmək pensiyası təyin olunarkən 24657, 37 + 1317,96 = 25975,33 manat pensiya kapitalı və 25 il iş stajı nəzərə alınmalıdır. Lakin bu məbləğ azaldılaraq 25285,44 manat kimi nəzərə alınmışdır. Bununla bağlı o, pensiya hüququnun yaranan günədək pensiyasının yenidən hesablanması, yeni hesablanacaq pensiya arasındakı fərqlərin illər üzrə indeksləşdirmə faizləri əlavə olunaraq hesablanaraq birdəfəlik ödənilməsi, son beş ildə indeksləşdirmələrin düzgün aparılması, 2008-2014-cü illərdə hesabına yığılan sığorta vəsaitinin sonrakı illərdəki həmin miqdarda manatdan 2-3 dəfə dəyərli olmasını nəzərə alaraq, xx.xx.2025-ci ildən artırılaraq hesablanması və bunun sonrakı hesablamalarda nəzərə alınması öhdəlyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı Mabmudağa oğluna xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə emək pensiyası təyin edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır.Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanın fərdi şəxsi hesablarının, sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajına əsasan həmin tarixə hesablanan pensiya kapitalının məbləği 7650 manat təşkil edir;25x306=7850 manat. İddiaçı xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləği 18532,69 manat təşkil edir: (2006-7650 m; 2007, 8.3 = 8282,95 m ; 2008,16.7 =9668,54 m; 2009, 20.8 = 11679,59 m; 2010, 1.5 = 11854,79 m; 2011, 5.7 = 12530,51 m; 2012, 7.9 = 1350,42 m; 2013, 1.1 = 13669,14 m; 2014, 2.4 = 13997,20 m; 2015, 1.4 = 14193,16 m; 2016, 4 = 1476,16 m; 2017, 12.4 = 16591,24 m; 2018, 5.7 = 17536,94 m; 2019, 3 = 18063,05 m; 2020, 2.6 = 18532,69 manat) Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 25285,44 manat pensiya kapitalı (xx.xx.2020-ci il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır.Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixinə əmək pensiyasının sığorta hissəsi 304,28 manat məbləğində hesablanmışdır: SH - (18532,69+25285,44)/144=304,28 manat)Əlavə olaraq bildirilir ki, MEİS-İn “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 1614,65 manat pensiya kapitalı (xx.xx.2020-ci il tarixinə indeksləşdirilmlş məbləğ) qeydə alınmışdır.Həmin kapitala əsasən əmək pensiyasının məbləği aşağıdakı qaydada müəyyən edilmişdir: 1814,85/138=11.70 (xx.xx.2020- 304,28+11,70=315,99 m, xx.xx.2021- 315,99+315,99x11,4%=352,01 m, xx.xx.2022- 352,01 +352,01x3,4%=363,98 m). Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların emək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 380,64 manat müəyyən edib: 363,98+(200/12)=380,64 manat.Qanunun 29.1-ci maddəsinə əsasan xx.xx.2023-cü il tarixindən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək 436,59 manata çatdırılmışdır: (xx.xx.2023-380,84+380,64x14,7%=436,59 manat xx.xx.2024436,59+436,59x11,2%=485,49 manat, xx.xx.2025 - 485,49+485,49x8,1 %=524,82 manat). Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(118)- 1435/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra iddiaçının iş yerinin məlumatları əsasında onun pensiya kapitalı indeksləşdirilərək, pensiya kapitalı artırılmış və hal-hazırda onun pensiya məbləği 524,82 mant təşkil edir. İddiaçı pensiya kapitalının düzgün indeksləşdirilməməsini bildirsə də, bununla bağlı əsaslı sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi mübahisləndirilən illər üzrə hesablanma qaydasına baxdıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği və yaşa görə əmək pensiyasına çıxdığı vaxtdan sonrakı illər üzrə gəlirləri hesablanmaqla kapitalın indeksləşdirilmiş məbləği artırılmışdır. Belə olan halda cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli e-sosial arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixədək onun cəmi kapitalının 36519,22 manatdır və 2021-ci il tarixdə hesabına heç vaxt vəsait köçməyib. Bundan 9 ay sonra hesabına 2021-ci il üçün 11,82 man əlavə yazılıb. Bu halda yekun kapital artaraq 36531,74 manat olmalı idi. Lakin hesabına müdaxilə nəticəsində qəsdən cəmi kapital yenə 23.76 manat azaldılaraq 36507,98 manat yazılmışdır. Hesabındakı məbləğlərə müdaxilə və saxtalaşdırmanın nəticəsidir ki, verilən cavablar eyni şəxs tərəfindən belə doğruluğa şübhə yaradır : xx.xx.2024-cü il tarixdə direktor müavini Anar Mirzəyev xx.xx.2020-ci il tarixədək (2020-ci il üzrə indeksləşmiş) 25285,44 manat kapitalının olduğu yazılsa da, 11 ay sonra xx.xx.2025-ci il tarixdə həmin ədədi yenə 12,42 manat azaldıb 25273,02 manat yazılmışdır. Belə faktlar onun zərərinə çox saydadır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinici instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar

1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsihttps://eqanun.az/framework/11566 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi pensiya hüququnun yaranan günədək pensiyasının yenidən hesablanması, yeni hesablanacaq pensiya arasındakı fərqlərin illər üzrə indeksləşdirmə faizləri əlavə olunaraq hesablanıb birdəfəlik ödənilməsi, son beş ildə indeksləşdirmələrin düzgün aparılması, 2008-2014-cü illərdə hesabına yığılan sığorta vəsaitinin sonrakı illərdəki həmin miqdarda manatdan 2-3 dəfə dəyərli olmasını nəzərə alaraq, xx.xx.2025-ci ildən artırılaraq hesablanması və bunun sonrakı hesablamalarda nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının iş yerinin məlumatları əsasında onun pensiya kapitalı indeksləşdirilərək, pensiya kapitalı artırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddisı qismən təmin edilərək iddiaçının 2006 və 2007-ci illərdə X1 işlədiyi və aldığı əmək haqqına görə X3 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına köçürülməsi, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi, həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasın ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq penisyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli 3-F17-1/2-221261/2025 saylı məktubunda bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası hesablanarkən onun fərdi şəxsi hesabının sığorta hissəsində 2008-ci il tarixdən 2022-ci il tarixədək qeydə alınmış bütün pensiya kapitalı nəzərə alınmışdır. İddiaçının başqa iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)- 52/2024 nömrəli qərarının icrası barədə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya cavab olaraq bilirilmişdir ki, sığortaedən "xxxx" MMC-nun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün X4 və digər alttəşkilatların təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanların məlumatlarının baxış imkaın ilə təmin olunması üçün Fondun Aparatına xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-79359/2025 nömrəli məktub göndərilmişdir. Mmüvafiq funskionallıq təmin edildikdən sonra məhkəmə qərarının icra olunması ilə balı məsələyə baxılacaqdır. İşin hallarından müəyyən edilir ki, hazırda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2008-ci il tarixdən 2022-ci il tarixədək qeydə alınmış bütün pensiya kapitalı nəzərə alınmışdır, yəni nəzərə alınmayan pensiya kaotalı mövcud deyildir. Birinci instanisya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği və yaşa görə əmək pensiyasına çıxdığı vaxtdan sonrakı illər üzrə gəlirləri hesablanmaqla kapitalın indeksləşdirilmiş məbləği artırılmışdır. Belə olan halda cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbini sübut edən təsdiq edən hər hansı sübut, hüquqi əhəmiyyət kəsb edən sənədlər təqdim edilməmişdir.İddiaçı apellyasiya şikayətini ümumi sözlərlər ifadə etmiş, lakin pensiyanın indeksləşdirilməsinin səhv aparılması barədə konkret və hüquqi qüvvəyə malik olan sübutlar təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qərarı əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki iddiaçının iddia tələbi və apellyasiya şikayəti əsassız olmuş, hazırki inzibati iş üzrə cavabdehin iddia tələbinə və apellyasiya şikayətinə etirazının dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(118)- 1435/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar