Məhkəmə qərarları › İş №2-1(105)-820/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-820/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-820/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayənəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-787/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Sumqayıt Şüşə Zavodu MMC-nin xx.xx.2023-cü il tarixli, 11 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 01 may 1997-ci il tarixdən 01 iyun 1997-ci il tarixədək Əmr №26-K, xx.xx.1997, 02 iyul 1997-ci il tarixdən 02 avqust 1997-ci il tarixədək Əmr №41-K, xx.xx.1997, 04 avqust 1997-ci il tarixdən 04 sentyabr 1997-ci il tarixədək Əmr №52-K, xx.xx.1997 ödənişsiz məzunuyyətdə olmuşdur. Sumqayıt Şüşə Zavodu MMC-nin xx.xx.2023-cü il tarixli, 10 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Sumqayıt Şüşə zavodunun Buxar Güc sexində 06 iyun 1986-cı il tarixdən (Əmr № 96-K, xx.xx.1986) - 08 sentyabr 1997-ci il tarixədək (Əmr № 70-K, xx.xx.1997), 12 yanvar 1998-ci il tarixdən (Əmr № 03-K, xx.xx.1998) - 01 iyun 1998-ci il tarixədək(Əmr № 30-K, xx.xx.1998) zərərli şərait ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi peşə üzrə iş stajı: 11 il, 7 ay, 21 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti: Buxar-Güc sexində elektrik qaynaqçısı peşəsinin əsas vəzifəsi - nasos və kompressor maşınlarının sıradan çıxmış giriş-çıxış hissələrinin elektrik qaynağı, eləcə də zavodun hər bir sahəsində par, su, qaz, hava xətlərinin partlayıb sıradan çıxmış hissələrinin elektrik qaynağı ilə təmiri və yeni boru kəmər xətlərinin çəkilməsində qaynaq işlərinin aparılmasından ibarətdir. Ümumi peşələr - XXXİİİ bölməsinin 23200000-19905 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı il təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. X1 Etilen-Polietilen Zavodu Kadrlar Şöbəsinin xx.xx.2023-cü il tarixli, 269 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 12 fevral 2001-ci il tarixindən 30 sentyabr 2002-ci il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun ВТ SH elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarının XXXİİİİ bölməsinin 23200000 - 19906 siyahıda sadalanan (əl qaynaq aparan elektrik qaynaqçıları ) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. X1 Etilen-Polietilen Zavodu Kadrlar Şöbəsinin xx.xx.2023-cü il tarixli, 270 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 01 oktyabr 2002-ci il tarixində 13 yanvar 2004-cü il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun B, ST, və К sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarının XXXİİİİ bölməsinin 23200000 - 19906 siyahıda sadalanan (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, ümumi iş stajı 25 ildən az (20 il 13 gün (xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-13.01,2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay)) təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışında 1997-ci il üzrə ümumilikdə 3 ay ödənişsiz məzuniyyətdə, “Azərikimya” İB-nin xx.xx.2023- cü il tarixli 270 nömrəli arayışında isə 2002-ci il üzrə 2 ay, 2003-cü il ürə isə 9 ay boş dayanma ilə əlaqədar məcburi məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 14 ay) iddiaçının iş stajına daxil etmək mümkün deyil. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışında həmin müəsisənin Buxar-güc sexində xx.xx.1986xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınlarda məşğul olub-olmadığınız barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də iddiaçının işlədiyi həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18002,33 manat təşkil edir. Sumqayıt Şüşə Zavodu MMC-nin 18 fevral 2025-ci il tarixli, 02 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Sumqayıt Şüşə zavodunun Buxar Güc sexində 06 iyun 1986cı il tarixdən (Əmr № 96-K, xx.xx.1986) - 08 sentyabr 1997-ci il tarixədək(Əmr № 70-K, xx.xx.1997), 12 yanvar 1998-ci il tarixdən (Əmr № 03-K, xx.xx.1998) - 01 iyun 1998-ci il tarixədək (Əmr № 30-K, xx.xx.1998) zərərli şərait ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Bundan başqa xx.xx.1990-cı il tarixində (Əmr №140-K xx.xx.1990) ikinci sənət olaraq qaz-qaynaqçısı peşəsinə yiyələnmişdir. İşlədiyi peşə üzrə iş stajı: 11 il, 7 ay, 21 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti: Buxar-Güc sexində elektrik qaynaqçısı peşəsinin əsas vəzifəsi - nasos və kompressor maşınlarının sıradan çıxmış giriş-çıxış hissələrinin elektrod ilə elektrik qaynağı, eləcə də zavodun hər bir istilik sahəsində par, su, qaz, hava xətlərinin partlayıb sıradan çıxmış hissələrinin elektrod ilə elektrik qaynağı və karbit ilə qaz qaynağı işlərinin təmiri və yeni boru kəmər xətlərinin çəkilməsində qaynaq işlərinin aparılmasından ibarətdir. Ümumi peşələr - XXXİİİ bölməsinin 23200000-19905 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın 8 may 2025-ci il tarixli, 3- 17-1/2-108377/2025 saylı məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1- ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “60 yaşının tamam olduğu tarixdən, yəni 06 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1963-cü ildə anadan olmuşdur. Oktyabr 1981-30 dekabr 1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1984xx.xx.1985-ci illərdə Quba rayonu N.Nərimanov adma Sovxozda fəhlə işləmişdir. xx.xx.1985xx.xx.1985-ci ildə Sumqayıt şəhər 7 saylı Peşə məktəbində əl ilə elektrik qaynaqçısı peşəsində təhsil almışdır. xx.xx.1985-xx.xx.1986-cı ildə Sumqayıt Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2001-xx.xx.2004-cü illərdə Sumqayıt “Sintez Kauçuk” zavodunda, xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də, xx.xx.2015-xx.xx.2016-ci ildə "xxxx" MMC-də, xx.xx.2016-xx.xx.2016-ci ildə “X10” MMC-də. xx.xx.2019-xx.xx.2019-cu ildə "xxxx" ASC-də, xx.xx.2021-xx.xx.2021-ci ildə "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işləmişdir. Ümumi iş stajı 26 il 5 ay təşkil edir. Bunu ona məxsus NT- İ seriyalı ******* saylı “Əmək kitabçası” təsdiq edir. Ümumi iş stajının 22 ilini zərərli iş stajı təşkil edir. 57 yaşı tamam olan tarixdə, yəni xx.xx.2020-ci ildə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə 60 yaşı tamam olan tarixdə əmək pensiyası təyini üçün xx.xx.2023-cü ildə Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyinindən imtina etmişdir. Məktubda imtinaya səbəb kimi "ümumi iş stajının 20 il 13 gün olması, təqdim edilən arayışda zərərli iş yerinin hansı sahəyə və koda uyğun olmasının göstərilməməsi, ümumi iş stajının 1 il 2 ayının ödənişsiz məzuniyyətə aid olması, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının cəmi 40320 manat əvəzinə 18002.33 manat olması” qeyd edilmişdir. Cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Beləki ümumi iş stajı yuxarıda qeyd etdiyi kimi 26 il 5 aydan artıqdır. Ümumi iş stajından 1 il 2 ayını çıxsaq belə ümumi iş stajı 25 ildən artıqdır. Belə olan halda “Əmək pensiyaları haqqında"' qanunun 9-cıı maddəsinə əsasən mənim güzəştli şərtlərlə əmək pensiyası almaq hüququm yaranmışdır. Sumqayıt Şüşə zavodunun və “Etilen Polietilen” zavodunun təqdim etdikləri arayışlarla Nazirlər Kabinetinin 320 saylı qərarının bölmələri və kodları göstərilmişdir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçı 60 yaşının tamam olması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının cavabdeh orqandan tələb etdiyi şəkildə, yəni 60 yaşının tamam olması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının güzəştli və ümumi iş stajı mövcud olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, ümumi iş stajı 25 ildən az (20 il 13 gün (xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-13.01,2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay)) təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışında 1997-ci il üzrə ümumilikdə 3 ay ödənişsiz məzuniyyətdə, “Azərikimya” İB-nin xx.xx.2023- cü il tarixli 270 nömrəli arayışında isə 2002-ci il üzrə 2 ay, 2003-cü il ürə isə 9 ay boş dayanma ilə əlaqədar məcburi məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 14 ay) iddiaçının iş stajına daxil etmək mümkün deyil. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Ümumi peşələr bölməsinin (********) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları (23200000—19905) vəzifəsi nəzərdə tutulub. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışında həmin müəsisənin Buxargüc sexində xx.xx.1986-xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınlarda məşğul olub-olmadığınız barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də iddiaçının işlədiyi həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18002,33 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-787/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 06 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə prosesinin gedişində ümumi iş stajı kimi xx.xx.2006-cı il tarixinə qədər iddiaçının xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri nəzərə almışdır. Cavabdehin qəbul etmədiyi iddiaçının 1997-ci il üzrə 3 ay ödənişsiz məzuniyyətdə, 2002-ci il üzrə 2 ay, 2003-cü il üzrə isə 9 ay boşdayanma ilə əlaqədar məcburi məzuniyyətdə olduğu dövrlər olmuşdur. Ödənişsiz və ya boşdayanma ilə əlaqədar məcburi məzuniyyətdə olmaqla bağlı məhkəmə təcrübəsinin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayının qanuna uyğun hesab edilməklə əmək stajına aid edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (2-1(102)- 2797/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1967/2023 saylı xx.xx.2023-cü il tarixli) bir sıra qərarları mövcuddur. Bundan əlavə cavabdeh nə etiraz ərizəsində, nə də sonradan təqdim edilmiş xidməti məktubda iddiaçının əmək kitabçasında qeydiyyatı aparılan xx.xx.1984-xx.xx.1985-ci il tarixlərində N.Nərimanov adına sovxozun 3№li briqadasına fəhlə işlədiyi dövrləri nəzərə almamış və həmin dövrə münasibət bildirməmişdir. Şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Beləliklə qeyd edilən dövrləri nəzərə alsaq iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək (xx.xx.1984-xx.xx.1985-ci il tarixlərində N.Nərimanov adına sovxozun 3№li briqadasına fəhlə işlədiyi, 1997-ci ildə 3 ay, 2002-ci ildə 2 ay, 2003-cü ildə isə yalnız 6 ay ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmaqla) 21 il 9 ay 19 gün təşkil edir. xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın 8 may 2025-ci il tarixli məktubu ilə iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Sığortaolunanın hesab məlumatlarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən aylar üzrə hesablanmış, ödənilmiş sığorta ödənişləri (məzuniyyət dövrləri nəzərə alınmaqla) 43 ay (3 il 7 ay) təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı (25 il 4 ay 19 gün) tamamlanmış olur. Xüsusi iş stajına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazda nəzərə alınmış dövr 2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri ) təşkil edir. xx.xx.1986-xx.xx.1997-ci il və xx.xx.1998xx.xx.1998-ci il tarixlərə münasibətdə mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu təşkil edir. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox (13 il, 7 ay, 21 gün) güzəştli iş stajı mövcuddur. Beləliklə, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Qərarla razılaşmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçının xx.xx.2006-cı il tarixdən aylar üzrə hesablanmış, ödənilmiş sığorta ödənişləri (məzuniyyət dövrləri nəzərə alınmaqla) 43 ay (3 il 7 ay) təşkil etdiyi qeyd edilsə də, iddiaçının xx.xx.2006-cı il tarixindən sonrakı stajı 32 ay ( 2 il 8 ay) təşkil edir. Buna görə də məhkəmə iddiaçının ümumi stajını 25 il 4 ay 19 gün qeyd etsə də iddiaçının ümumi stajı 25 ildən az təşkil edir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələblər baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən az olmasını, güzəştli iş stajının 12 il 6 aydan az olmasını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. İndiki halda cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına malik olması halı mübahisələndirilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 20 il 13 gün (xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001- 13.01,2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay) ümumi iş stajına malik olduğunu, 2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) güzəştli iş stajına malik olduğunu qəbul edir. Hazırda cavabdehin iddiaçı barəsində işlədiyi dövrlərdən "xxxx" MMC-də işlədiyi dövr üzrə 1997-ci il üzrə 3 ay ödənişsiz məzuniyyətdə olduğu, 2002-ci il üzrə 2 ay, 2003-cü il üzrə 9 ay boşdayanma ilə əlaqadar məcburi məzuniyyətdə olduğu, ümumilikdə 14 ay müddəti iş stajına daxil etməmiş, habelə həmin MMC-də işlədiyi xx.xx.1986-xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci ilə aid dövr üzrə işlədiyi elektrik qaynaqçısı peşəsinin müvafiq Siyahıda qeyd edilmiş işə uyğun olubolmadığını müəyyən edə bilmədiyindən, həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamışdır. Eyni zamanda kollegiya onu qeyd edir ki, məhkəməsində icraat zamanı (həm apellyasiya, həm də birinci instansiya icraatı) cavabdehin nümayəndəsi iddiaçı barəsində təhsil aldığı dövrlər daxil edilməklə, ümumilikdə 23 il 2 ay 11 gün ümumi iş stajına malik olması halının qəbul edildiyini bildirmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı ümumi iş stajına aid hissədə onu qeyd edir ki, indiki hada iddiaçıya məxsus əmək kitabçasında işlədiyi xx.xx.1984-xx.xx.1985-ci il (9 ay 28 gün), xx.xx.1985-xx.xx.1986-cı illərə (9 ay) aid qeydlər aparılsa da, cavabdeh tərəfindən həmin dövrlər (ümumilikdə 1 il 6 ay 28 gün) iş stajı kimi nəzərə alınmamış, habelə heç bir münasibət bildirilməmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əmək kitabçasında qeydlər əks olunduğundan, həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası iş stajını müəyyən edən sənəd qismində çıxış etdiyindən, cavabdeh tərəfindən isə əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilmədiyindən, həmin dövrlər iş stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, ödənişsiz məzuniyyət və boş dayanma ilə bağı hissədə birinci instanisya məhkəməsi tərəfindən işin hallarına formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq, düzgün hüquqi qiymət verilmiş, 6 ayadək olan ödəniş məzuniyyət müddəti və məcburi boşdayanma halı ilə bağlı məzuniyyət müddəti (ümumilikdə 14 ay) iş stajına daxil etməkdə düzgün nəticəyə gəlmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh həmin dövrləri iş stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Göründüyü kimi, iddiaçıya münasibətdə cavabdehin mübahisələndirmədiyi dövrlər ümumilikdə 23 il 2 ay 11 gün, 1 il 6 ay 28 gün nəzərə alınmayan iş dövrü, habelə 14 ay məzuniyyətdə olduğu dövr nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajına malik olması halı öz təsdiqini tapdığından, cavabdehin ümumi iş stajına aid hissədə arqumenti əsassız olmuşdur. Eyni zamanda kollegiya cavabdehin şikayətin dəlili kimi istinad etdiyi məcburi dövlət sosial sığort haqqının ödənilməsinə aid dövrlərlə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçıya münaisbətdə hətta həmin dövrlər nəzərə alınmadıqda belə (cavabdehin arqumenti əsaslı olsa belə), qanunla tələb olunan umumi iş stajına aid şərt ödənildiyindən, həmin hissədə də qeyd edilən əsasla da cavabdehin ümumi iş stajına aid şərtin ödənilməməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Kollegiya işin mübahisəli halları ilə bağlı güzəştli iş stajına aid hissədə onu qeyd edir ki, iddiaçının xx.xx.1986-xx.xx.1997-ci ilədək, xx.xx.1998-xx.xx.1998-ci il tarixədək elektrik qaynaqçısı peşəsində işlədiyi, həmin işin xarakteri və xüsusiyyəti, habelə güzəştli pensiya hüququ verən peşəyə aid olması (Siyahı üzrə kod 23200000-19905), 11 il 7 ay 21 gün güzəştli iş stajına malik olması barədə işəgötürən tərəfindən arayış verilmişdir. İndiki halda cavabdeh həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamasını həmin peşənin müvafiq Siyahı üzrə qeyd edilmiş peşə ilə uyğun olmasının müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, işəgötürən tərəfindən iddiaçının görüdüyü işin xarakterinin məhz zərərli sahə olması və həmin koda uyğun olmasına aydınlıq gətirilərək, bu barədə məlumat təqdim etmişdir. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə xx.xx.1986-xx.xx.1997-ci ilədək, xx.xx.1998-xx.xx.1998-ci il tarixədək elektrik qaynaqçısı peşəsində işlədiyi dövrləri güzəştli iş stajı kimi nəzərə almaqda haqlı olmuşdur. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirmədiyi güzəştli iş stajına aid dövrlə (2 il) birlikdə həmin dövr (11 il 7 ay 1 gün) güzəştli iş stajı kimi nəzərə alındıqda (13 il 7 ay 21 günl) qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-787/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar