Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-821/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı. üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X3, X1, xx.xx.2018-ci il təvəllüdlü X5 və X2 ona məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-1533/2024 nömrəli qərarından üçüncü şəxslər X4, X6 və X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X3, X1, xx.xx.2018-ci il təvəllüdlü X5 və X2 ona məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 4 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Həmin mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onların mənzil üzərində heç bir hüququ yoxdur və mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmiş, müraciətinə məktubla cavab verən polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-363/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-363/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4728/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 06 avqust 2021-ci il tarixli, AN–İ ******* nömrəli alqı satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, sözügedən müqavilə X4 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil və ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin satılması barədə razılığa gəlinmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-1533/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, X3, X1, xx.xx.2018-ci il təvəllüdlü X5 və X2 İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 4 nömrəli evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 4 nömrəli evin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər - X7, X4, xx.xx.2018-ci il təvəllüdlü X9 və X6 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatında qalan şəxsdirlər, onların iddiaçı ilə qohumluq münasibəti yoxdur. Mənzilin alqı-satqısı zamanı satıcı 3-cü şəxsləri mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyini götürmüş, lakin verdiyi vədə əməl etməmişdir. Göründüyü kimi 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatları formal xarakter daşıyır. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxslərin atası X4 İddiaçı qarşı iddia tələbi ilə məhkəmə müraciət edərək, onlar arasında bağlanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Bununla da X4 ilə İddiaçı arasında mübahisə predmeti olan mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsi qüvvəsini saxlamışdır. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə mənzil üzərində sahiblik hüququ və onun əsasında yaranmış mülkiyyət hüququ İddiaçı məxsus olduğundan həmin mənzildə başqa şəxslərin qalması mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üçüncü şəxslər X4, X6 və X7 həmin qərardan apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər X4 və X6 apellyasiya şikayətlərini eyni məzmunda əsaslandıraraq qeyd etmişdirlər ki, dinlənilmə hüquqları təmin edilsəydi, hal-hazırda qeyd edilən evin alqısatqı müqaviləsi qüvvəsini almamışdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından xx.xx.2024-cü il tarixində Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında şikayət verilmişdir. İş geri qaytarılsa da, yenidən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Üçüncü şəxs X7 isə apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, halhazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Elektron kabineti nümayəndəsi tərəfindən idarə (və ya lazımınca idarə) olunmur. Ona görə Penitensiar Xidmətdə olduğunu bilə-bilə məhkəmə iclasının vaxtı və yeri barədə saxlanıldığı təcridxanaya bildiriş göndərilməmişdir. Çıxarılmış məhkəmə qərarı da eyni ilə təcridxanaya göndərilməmişdir. Məhkəmədə iştirakı təmin edilməmiş, bununla da inzibati icraatda dinlənilmə hüququ təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin edilmiş üçüncü şəxs X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər X4 və X6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 4 nömrəli evin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər - X7, X4, xx.xx.2018-ci il təvəllüdlü X9 və X6 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatında qalan şəxsdirlər, onların iddiaçı ilə qohumluq münasibəti yoxdur. Mənzilin alqı-satqısı zamanı satıcı 3-cü şəxsləri mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyini götürmüş, lakin verdiyi vədə əməl etməmişdir. Göründüyü kimi 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş 06 avqust 2021-ci il tarixli, AN–İ ******* nömrəli alqı satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, sözügedən müqavilə X4 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil və ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin satılması barədə razılığa gəlinmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-363/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-363/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4728/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən hazırkı iş üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, **********36-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda üçüncü şəxslər tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmə mübahisələri olmuş və üçüncü şəxslərin tələbi təmin edilməmişdir. Hazırki iş üzrə qüvvədə olan alqı-satqı müqaviləsi və onun əsasında İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair **********36-10301 reyestr nömrəli çıxarış mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-1533/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.