Məhkəmə qərarları › İş №2-1(105)-823/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-823/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-823/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-2230/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına aian əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şahan, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç, 134) əyani müayinəyə dəvət olunmuşunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə istehsalat zədəsi səbəbindən xx.xx.2002-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpası haqqında öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona münasibətdə xx.xx.2002-ci ildə istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi ləğv edilmişdir. Cavabdehin 3-17-1/2-B-29025/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən onun əlilliyinin bərpa edilməsi barədə ərizəsi müsbət həll edilməmişdir. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Nazirlik tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ii 16 yanvar tarixli 11 nömrəii qərarı iiə təsdiq ediimiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 21 nəfərə dair xx.xx.2023- cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Məktub qızı tərəfindən qəbul edilmiş və bu hal xəbərnamədə öz əksini tapmışdır.Agentliyinin tibbisosial ekspert komissiyası həmin vətəndaşların 11 (on bir) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 10 (on) vətəndaşın isə tibbi-ekspert sənədləri araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Sumqayıt şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair əlillik təyinatı barədə məlumatlar nə Əlillik AS-də tapılmasa da, avxivə göndərilmiş sorğu əsasında məlum olmuşdur ki, (6 saylı Sumqayıt şəhər TSEK-inin xx.xx.2002-ci il tarixdən AKTNe 2514-dən xx.xx.2002-ci ilədək Akt N3107) xx.xx.2002-ci il tarixdən 2722 nömrəli AKT-a əsasən vətəndaşın istehsalat zədəsi səbəbindən “Baş beynin travmatik xəstəliyi, qabarıq astenonevrotik sindrom, vegetativ damar krizləri ilə. 12 barmaq bağırsağın xora xəstəliyi. İkitərəfli posttravmatik koxlear nevrit” diaqnozuyla müddətsiz üçüncü dərəcə əlilliyi və əmək qabliyyətinin 60% (altmış faiz) itirilməsi mövcud olmuşdur.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-18720/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş üzrə məhkəmənin qərarı onun hüquq və maraqlarına təsir göstərə bilər.Belə ki, İddiaçı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-yə qarşı iddia qaldıraraq 1980-ci il tarixdə həmin müəssisədə xəsarət aldığını və 3-cü qrup əlili olması səbəbindən ona 1988-ci il tarixdən ödənişlər edilməsi tələbi qoymuşdur.Hal-hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Bu iddia tələbindən sonra cəmiyyəti tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, iddiaçıya təyin olunmuş əlillik qanunsuzdur. İddiaçının əlilliyi mövcud sənəd uyğunsuzluğunu nəzərə alınsa, onun hansı yollarla təyin olunması ilə bağlı Dövlət TibbiSosial Ekspertiza və Realibitasiya Agentliyinə müraciət edərək araşdırılma aparılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən təyin olunmuş əlillik ləğv edilmişdir. Əlavə olaraq bildirmişdir ki, cəmiyyət tərəfindən araşırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xəstəliyi ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmiş, Sumqayıt Tibb Mərkəzi X7 Xəstəxanasının sorğuya cavabında qeyd edir ki, İddiaçı xx.xx.1996-ci il tarixdən bu günkü tarixə kimi, xəstəxanaya müraciət etməmişdir.Sumqayıt şəhər 4 Nömrəli Xəstəxana sorğu cavabında qeyd edir ki, İddiaçı 1987-1995ci illər daxil olmaqla 4 nömrəli şəhər xəstəxanasına (köhnə Bərpa müalicə xəstəxanası) müraciət etməmişdir.1 nömrəli Sumqayıt şəhər Xəstəxanasına 2016-ci ildən hal-hazıradək müraciət etməmişdir.1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsində xx.xx.2014- cü il tarixdən endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır.Bu faktlara istinad edərək Sumqayıt şəhər Prokurorluğuna müraciət etmiş, hal-hazırda da prokurorluq tərəfindən araşdırma aparılmaqdadır. Prokurorluq tərəfindən ilkin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı qeydiyyatda olduğu 1 nömrəli şəhər poliklinika şöbəsində İİ tip şəkərli diabet üzrə qeydiyyatdadır. Həmçinin onun xəstəlik kartasında kəllə-beyin travması ilə bağlı heç bir xəstəlik mövcud deyildir. Sumqayıt şəhər 1 nömrəli xəstəxanın baş həkimi M.Musayevin Prokurorluğa təqdim etdiyi arayışda da qeyd olunur ki, İddiaçı əlillik dərəcəsi mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2230/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə qoyulması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı istehsalat zədəsi səbəbindən 2002-ci ildən etibarən müddətsiz üçüncü dərəcə əlil olmuşdur. Sonradan Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin müraciəti əsasında cavabdeh təşkilat iddiaçını müayinəyə dəvət etmiş və iddiaçının müayinəyə gəlməməsi səbəbindən ona təyin edilmiş ömürlük əlilliyi ləğv eləmişdir. Üçüncü şəxs Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin etirazına münasibətdə bildirilir ki, qeyd olunan hallar məhkəmə tərəfindən o halda əsaslı hesab edilə bilərdi ki, həmin hallar Eksperiza və Reabilitasiya Agentliyi tərəfindən araşdırıldıqdan sonra müddətsiz əlillik ləğv edilmiş olardı. Lakin, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat bu səpkidə hər hansı bir araşdırma aparmamış və iddiaçının müayinəyə gəlməməsi səbəbindən ömürlük təyin edilmiş əlilliyini ləğv etmişdir. Halbuki, bu etimadın qorunması prinsipinə ziddir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin hallarından məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur. Ona görə də cavabdeh təşkilatın İddiaçı təyin olunmuş İİİ dərəcə əlilliyin etibarsız hesab olunması haqqında hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının İİİ dərəcə əlilliyi Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bərpa edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı istehsalat zədəsi səbəbindən 2002-ci ildən etibarən müddətsiz üçüncü dərəcə əlil olmuşdur. Sonradan Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin müraciəti əsasında cavabdeh təşkilat iddiaçını müayinəyə dəvət etmiş və iddiaçının müayinəyə gəlməməsi səbəbindən ona təyin edilmiş ömürlük əlilliyi ləğv eləmişdir. Üçüncü şəxs Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin etirazına münasibətdə bildirilir ki, qeyd olunan hallar məhkəmə tərəfindən o halda əsaslı hesab edilə bilərdi ki, həmin hallar Eksperiza və Reabilitasiya Agentliyi tərəfindən araşdırıldıqdan sonra müddətsiz əlillik ləğv edilmiş olardı. Lakin, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat bu səpkidə hər hansı bir araşdırma aparmamış və iddiaçının müayinəyə gəlməməsi səbəbindən ömürlük təyin edilmiş əlilliyini ləğv etmişdir. Halbuki, bu etimadın qorunması prinsipinə ziddir. Şəxsin əlilliyinin ləğv edilməsinə səbəb yuxarıda qeyd edilən və araşdırma nəticəsində ortaya çıxan şübhəli məqamlar olmuş və vətəndaşın əyani müayinədən keçməsi zərurəti mütləq olmuşdur. Şəxs əyani müayinədən yayınmaqla dolayısı yolla bu şübhəli məqamları təsdiq etmişdir. Məhkəmə isə iddiaçının bir növ müdafiəçisi kimi çıxış edərək obyektiv həqiqətin müəyyən olunması üçün əyani müayinə keçirilməsi üçün aralıq qərardad qəbul etməyərək ümumi sözlərə əsaslanaraq əsassız qərar qəbul etmişdir. İddiaçıya təyin edilmiş əlilliklə bağlı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olması halı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin müraciəti əsassında aparılan araşdırma zamanı müəyyən olunmuşdur. Belə ki, İddiaçı xəstəliyi ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmiş, Sumqayıt Tibb Mərkəzi X7 Xəstəxanasının sorğuya savabında qeyd edir ki, İddiaçı xx.xx.1996-ci il tarixdən bu günkü tarixə kimi xəstəxanaya müraciət etməmişdir. Sumqayıt şəhər 4 Nömrəli Xəstəxana sorğu cavabında qeyd edir ki, İddiaçı 1987-1995ci illər daxil olmaqla 4 nömrəli şəhər xəstəxanasına köhnə Bərpa müalicə xəstəxanası) müraciət etməmişdir. 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasına 2016-ci ildən hal-hazıradək müraciət etməmişdir. 1 nömrəli Sumqayıt səhər Xəstəxanasının poliklinika şöbəsində xx.xx.2014-cü il tarixdən endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır. Bu faktlara istinad edərək Sumqayıt şəhər Prokurorluğuna müraciət etmiş, hal-hazırda da prokurorluq tərəfindən araşdırma aparılmaqdadır. Prokurorluq tərəfindən ilkin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı qeydiyyatda olduğu 1 nömrəli şəhər poliklinika şöbəsində İİ tip şəkərli diabet üzrə qeydiyyatdadır. Həmçinin onun xəstəlik kartasında kəllə-beyin travması ilə bağlı heç bir xəstəlik mövcud deyildir. Sumqayıt şəhər 1 nömrəli xəstəxanın baş həkimi 18720/2023 nömrəli məktub əsasında xx.xx.2023cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinə etiraz edərək iddianın düzgün qoyulması üçün iddiaçiya vaxt verərək prosesi təxirə salmış, iddiaçı isə iddia ərzəsinə dəqiqləşməsində hakimə müraciətin vermiş, həmçinin dəqiqləşmədə cavabdeh Dövlət Sosial Müdafiə Fondunu qoymuşdur. Məhkəmə ona ünvanlanmamış və öhdəliyini başqa bir quruma qoymuş dəqiqləşməni qəbul etmişdir. ASC-nin məhkəməyə təqdim təqdim etdiyi sübutlardan görünür ki, iddiaçının tibbi kartasında, eləcə də poliklinika və xəstəxanaların təqdim etdiyi arayışlarda da görünür ki, iddiaçı heç vaxt qeydiyyatda olduğu tibb müəsisələrinə müraciət etməmişdir. Həmçinin Agentlik tərəfindən təqdim olunmuş etirazdan da görünür ki, sənədlər üzərində araşdırılma aparılmış, Sumqayıt Tibb Mərkəzi X7 Xəstəxanasının sorğuya cavabında qeyd edir ki, İddiaçı xx.xx.1996-ci il tarixdən bu günkü tarixə kimi xəstəxanaya müraciət etməmişdir. Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya sorğu cavabında qeyd edir ki, İddiaçı 1987-1995-ci illər daxil olmaqla 4 nömrəli şəhər xəstəxanasına (köhnə Bərpa müalicə xəstəxanası) müraciət etməmişdir. 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasına 2016-ci ildən hal- hazıradək xəstəxanaya müraciət etməmişdir. 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsində xx.xx.2014-cü il tarixdən endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır. Həmçinin iddiaçının tibb kartasından da görünür ki, iddiaçı yalnız şəkərli diabetdi. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının baş həkimi prokurorluğa verdiyi məktubunda qeyd edilir ki, iddiaçının əlilliyi ilə bağlı heç bir sənəd mövcud deyil və bu barədə onlara heç vaxt müraciət etməmişdir. Həmçinin arxiv idarəsinin cavabında qeyd edilir ki, iddiaçının kəllə-beyn travması ilə bağlı hər hansısa bir sənəd mövcud deyildir. Agentliyin sənədlər üzərində araşdırma apardıqdan sonra iddiaçının əlilliyində yaranmış əsaslı şübhələri nəzərə alaraq iddiaçını əyani müayinəyə dəvət etmiş və iddiaçının əyani müayinədən yayınması səbəbindən xx.xx.2023-cü il tarixdə iddiaçının əlilliyini ləğv edilmişdir. Məhkəmə qərəzli mövqey görsədərək Agentliyin araşdırmasına hüquqi qiymət verməmiş, əksinə iddiaçının müdafiəsini təmin etmişdir. Agentlik tərəfindən şəfafliğı təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iki vəsatətə təqdim edərək iddiaçını əyani müayinəyə cəlb edilməsini və həmçinin məhkəmə-tibbi ekspertizisanın keçirilməsini təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatətə münasibətdə iddiaçıya sağalıb-sağalmadığını soruşduqda iddiaçı sağalıb-sağalmadığını bilmir cavablandırmış buda o deməkdir ki, iddiaçıda kəllə-beyin travması ilə bağlı hansısa bir xəstəlik mövcud olmamasıdır, məhkəmə bu kimi faktlara münasibətdə vəsatəti təmin etməmişdir. Məhkəmə prosesual qanunları pozaraq iddiaçının maraqlarını müdafiə etmişdir. Belə ki, iddiaçının xəstəliyi mövcud olsaydı, iddiaçı aylarla bəlkədə illərlə çəkə biləcək məhkəmə proseslərində iştirakına ayıracaq vaxtdansa ekspert komissiyasının dəvəti ilə əyani müayinəsindən keçməklə öz xəstəliyini sübut edərək əlilliyini daha-rahat şəkildə bərpa edə bilərdi. İşin mahiyyəti üzrə qanuni və əsaslı şəkildə həlli üçün tətbiq edilməli maddi hüquq norması düzgün şəkildə tətbiq edilməmişdir. İş üzrə təqdim edilmiş mötəbər sübutlara tətbiq edilməli hüquq normasına uyğun hüquqi qiymət verilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara istinad olunmamış, məhkəmə münasibətdə öz mövqeyini yalnız etimadın qorunması prinsipinə istinad etmişdir. Əsaslı olaraq təqdim edilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək, üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq formalı arayışına əsasən iddiaçıya xx.xx.2002-ci il tarixdən üçüncü dərəcə müddətsiz əlillik təyin edilmiş, əsas kimi xx.xx.2002-ci il tarixli 2722 nömrəli müayinə aktına istinad edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyə görə əmək pensiyası alan kimi müvafiq inzibati orqanda qeydiyyatdadır və aylıq pensiyanın məbləği 268,62 manat təşkil edir. İş materiallarında olam müvafiq Tibbi Sosial Ekspert Komissiyasının 28 iyul 2022-ci il tarixli müayinə aktından çıxarışın məzmunundan görünür ki, iddiaçı barəsində əlillik dərəcəsinin üçüncü dərəcə, səbəbi istehsalat zədəsi, müayinə tarixi xx.xx.2002-ci il, müddətsiz, əsas 2722 kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya məktub ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin ləğvi barədə inzibati akt qəbul ediləcəyi bildirilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı ilə bağlı qərarının mötəbərliyini şübhə altına alınmasının əsası kimi, iddiaçı barəsində Əlillik altsistemində məlumatın olmaması, habelə arxiv sənədlərinə iddiaçı barəsində müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılması, müxtəlif risk qrupları üzrə araşdırılma aparılması məqəsilə bağlı hallara istinad etmişdir Daha sonra cavabdeh inzibati orqan iddiaçı barəsində iddiaçının əyani müayində iştirak etmədiyini, mövcud sənədlər əsasında qiymətləndirilmə aparılaraq, diqanoz əlillik əlaməti təyin etmədiyindən, əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, üçüncü şəxs xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana məktub ünvanlayaraq, iddiaçının 1980-1983-cü il tarixdə cəmiyyətdə işlədiyini, həmin dövrdə xəsarət aldığı, ona görə əmək qabiliyyətini itirdiyini, əlillik təyin olunduğunu qeyd etdiyini, iddiaçının müraciətindən sonra onun barəsində arxiv sənədlərinə xəsarəti ilə bağlı heç bir rəy tapılmadığını, bu səbəbdən də əlilliyin təyin edilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı barəsində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində istehsalata zədəsi alması ilə bağlı akt tərtib edilmişdir (xx.xx.1980-ci il tarixli) Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı barəsində 2002-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə alt sistemdə məlumatın olmaması halını qeyd etsə də, iş materialları əsasında iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə iddiaçıya həmin əsasa görə pensiya ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində aparılmış inzibati icraatın nəticəsi olaraq ona müddətsiz əlillik təyinatı apardığı (məhz onun əsasında da pensiya təyin edilmişdir) halda, həmin əlilliyin sonradan iddiaçının iştirakı ilə heç bir inzibati icraat həyata keçirilmədən, altsistem məlumatının olmaması halına istinad etməklə, əlilliyin ləğv edilməsi barədə gəldiyi nəticə qanunauyğun olmamışdır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olubolmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan məlumatlarda uyğunsuzluq olduğu halda, bu istiqamətdə inzibati icraat çərçivəsində araşdırma aparmalı, məhz həmin şəxsə aid hallar müəyyən edilməli, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda əvvəlki qərraın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (dayandırılması) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq altsistemdə olan məlumatların kağız daşıyıcıda olan məlumatlara uyğun olması, habelə həmin məlumatların tamlığının təmin edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda müvafiq alsistemdə məlumatın olmaması halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbinə də zidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan özünün iddiaçı barsində əlilliyin təyin edilməsi barədə qəbul etdiyi əvvəlki qərarının düzgünlüyünü şübhə altına alsa da, onun əsaslarına dair heç bir dəlilə istinad etməmişdir. Halbuki, yalnız belə bir əsaslar olduğu halda, cavabdeh inzibati orqan əvvəlki inzibati icraatı təzələməli, aparlmış yeni inzibati icraatın nəticəsi olaraq iddiaçının əlillik vəziyyəti qiymətlndiirlməklə, müvafiq qərar qəbul edilə bilərdi. İndiki halda isə cavabdeh tərəfindən həmin hala dair heç bir dəlilə istinad edilməmiş, nəticə etibarilə cavabdehin hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının əyani müyainədə iştirak etməkdən imtina etməsi halı cavabdeh inzibati orqanın inzibati icraat haqqında və digər qanunvericilik normasının tələblərinə riayət etmək vəzifəsindən azad etmir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hallar və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən məhz istehsalat zədəsi əsası ilə üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi və ona uyğun olaraq əlillik təyinatının aparılması məhz cavabdehin səlahiyyətinə aid olmuşdur. İndiki halda isə cavabdeh tərəfindən iddiaçı barəsində belə bir dəyərləndirmə aparılmaqla, üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin qərarın düzgünlüyünün mötəbərliyini şübhə altına alan heç bir əsaslı sübut olmadığı halda, qanunvericiliyin tələbinə zidd olaraq əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. İndiki halda, cavabdeh və üçüncü şəxs iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə qərarın mötəbərliyini şübhə altına alınmasının əsası kimi, iddiaçı barəsində müvafiq xəstəxanada heç bir müraciətin və məlumatın olmaması halına istinad etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası onu qeyd edir ki, iş materiallarında olan müvafiq xəstəxana tərəfindən verilmiş məktubun məzmununda 1995-ci ilədək olan sənədləri ləğv olunduğundan, təqdim edilməsinin mümkün olmadığı, həmin vaxtdan hazıradək müraciətin olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlillik təyinatı məhz 1980cı il tarixli istehsalat zədəsi ilə bağlı olmuş, müvafiq inzibati orqanın verdiyi məktubun məzmununda da iddiaçının 1981-ci ildən əlliyə görə pensiya alan kimi qeydiyyatda olduğu və pensiya ödənildiyi qeyd edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə onun barəsində müvafiq poliknikada qeydə alınmış ambulator kitab təqdim edilmiş, həmin məlumatlar tədqiq edilmiş, həmin məlumatların məzmunu da özlüyündə cavabdeh və üçüncü şəxsin istinad etdiyi halları təkzib edir. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı barəsində müvafiq müraciətə dair məlumatların və həmin məlumata dair sənədlərin saxlanılması və arxivləşdirilməsi müvafiq qurumun səlahiyyətinə aid olmaqla, iddiaçının təqsiri ilə bağlı olan hal kimi çıxış etmir. Belə olan halda, cavabdeh və üçüncü şəxsin istinad etdiyi həmin hal cavbdeh tərəfindən iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qəbul edilməsi məqsədmüvafiq deyildir. Bundan əlavə qeyd edilməlidir ki, yuxarıd istinad ediən müvafiq Qaydaların 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2002-ci il tarxdən üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 15 il keçdikdən sonra heç bir əsas olmadan inzibati icraatın təzələnməklə, əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilməsi qanunvericiliyin istinad olunan normalarının tələbinə də zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2230/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar