Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-824/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 19.892,35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100.000 manat məbləğində siyahıya alınmış əmlakının satılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-1021/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 19.892,35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100.000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-1021/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2023-cü il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 19.892,35 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli, **********6 nömrəli Protokol əsasında siyahıya alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dəyəri 100.000 manat məbləğində olan 1 (bir) ədəd 2021-ci il istehsalı, Drobilka H-10 markalı Çınqıldoğrayan qurğu ixtisaslaşdırılmış açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına 19.892,35 manat borc çıxıldıqdan sonra yerdə qalan vəsait "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, ümumiyyətlə, əsaslandırılmamış və prosessual hüquq normaları pozulmaqla tərtib edilmişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə tərəfindən cavabdehə 08 avqust 2024cü il tarixli məktub göndərilərək, göstərilən nöqsanların 22 avqust 2024-cü il tarixədək aradan qaldırılması təklif edilmişdir. SX034425446AZ saylı sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, məhkəmənin sözügedən məktubu qəbul edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin apellyasiya şikayətində yol verilən nöqsanları aradan qaldıraraq, inzibati prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edilmiş şikayəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərə İnzibati Prosessual Məcəllənin 85-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayəti verən şəxs tərəfindən şikayətin əsaslandırılmalı olması, eləcə də şikayətin 86.1-ci maddənin tələblərinə uyğun tərtib edilməsidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 85.2-ci və 85.3-cü maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; (çıxarılıb) 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti “ərizə” adlandırılmış, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85 və 86-cı maddələrinin tələbləri pozulmaqla tərtib edilmiş, eyni zamanda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının hansı hissələrdə mübahisələndirildiyi, şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar qeyd olunmamış, müvafiq normalara istinad edilməmişdir. Ərizədə cavabdehin Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e-2-1(118)-1021/2024 nömrəli qərarı ilə razı olmadığından işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılması xahiş edilsə də, konkret tələb qeyd edilməmişdir. Kollegiya tərəfindən cavabdehə 08 avqust 2024-cü il tarixli məktub ilə qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilsə də, müəyyən edilmiş müddət ərzində çatışmazlıq aradan qaldırılmamışdır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-1021/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-824/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-824/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver