Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-829/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X17 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X2 tərəfindən verilmiş 28 mart 1997-ci il tarixli, 020 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xırdalan şəhəri, X16 küçəsi ünvanında yerləşən 10 nömrəli qeyriyaşayış binasının 49,06 kv.m hissəsi üzərində X6, 18 iyun 1998-ci il tarixli, 020A reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən isə həmin qeyri-yaşayış binasının 36,7 kv.m hissəsi üzərində X5 paylı mülkiyyət hüquqları reyestr kitabında qeydə alınmışdır. 10 yanvar 2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən X9 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 85.76 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus 36,07 kv.m hissəsini İddiaçı satmışdır. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 26 oktyabr 2023-cü il tarixli, 3-21-3-32/2-810/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı qeyri-yaşayış binasının qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəbdən, müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcı X9 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 85.76 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən iddiaçıya satılmış 36,7 kv.m qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş və müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, qeyri-yaşayış binasının alqı-satqı müqaviləsindən həmin sahənin paylı mülkiyyətdə olduğu aydın görünür. Məntiqi cəhətdən, paylı mülkiyyətdə olan sahə eyni dam örtüyü altında yerləşməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış ümumi sahəsi 36.7 kv.m qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 36,7 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir. Nəzərə alınmalıdır ki, cavabdehin qeyri-yaşayış binasının qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında yerləşməsi ilə bağlı imtinası formal xarakterlidir, yəni cavabdehin göstərdiyi arqument iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, X16 küçəsi 10 ünvanında yerləşən qeyriyaşayış binasının üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə 10 yanvar 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının qonşu qeyriyaşayış binası ilə eyni dam örtüyünün altında yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəbdən, müraciətin icrası mümkün olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin də tərkibində olduğu 85.76 kv.m sahə əvvəllər bütövlükdə xüsusi mülkiyyətdə olmuş, daha sonra bölünərək 49,06 kv.m hissəsi X6, 36,07 kv.m hissəsi isə X5 paylı mülkiyyətinə verilmişdir. Hazırda iddiaçıya satılan 36,07 kv.m qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün digər payçı - X6 razılığı olmalıdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85.76 kv.m olan qeyri-yaşayış binasının 36,7 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin qonşu qeyri-yaşayış binası ilə eyni dam örtüyünün altında yerləşməsi əsası ilə iddiaçıya imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlilə istinad etmişdir. Kollegiya cavabdehin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Abşeron rayonu 2 nömrəli Dövlət notariat kontorunda bağlanmış 18 iyul 1998-ci il tarixli, 3M-3-289 reyestr nömrəli müqaviləyə əsasən X10 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən 10 nömrəli 85,76 kv.m qeyri-yaşayış sahəsinin 36,7 kv.m hissəsini X1. Daha sonra həmin qeyri-yaşayış binasının qalan 49,06 kv.m hissəsi üzərində X6, 36,07 kv.m hissəsi üzərində isə X5 paylı mülkiyyət hüquqları qeydə alınmışdır. Belə ki, cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1838 nömrəli “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” arayışdan müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən 10 nömrəli qeyri-yaşayış binasının “20” nömrəli 49,06 kv.m hissəsi V.N.Hacıyevanın, həmin qeyri-yaşayış binasının “20A” nömrəli 36,07 kv.m hissəsi isə Ə.M.Şikarovun paylı mülkiyyətindədir. Daha sonra Ə.M.Şikarov paylı mülkiyyətində olan “20A” nömrəli 36,07 kv.m qeyri-yaşayış sahəsini 10 yanvar 2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən iddiaçıya satmışdır. “20” nömrəli 49,06 kv.m qeyri-yaşayış sahəsi isə hazırda V.N.Hacıyevanın paylı mülkiyyətindədir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış binası əvvəllər bütövlükdə, X6 xüsusi mülkiyyətində olmuş, daha sonra həmin sahənin “20A” nömrəli 36,7 kv.m hissəsi X5, qalan “20” nömrəli 49,06 kv.m hissəsi isə V.N.Hacıyevanın ümumi paylı mülkiyyətinə verilmişdir. Bundan sonra Ə.M.Şikarov öz payını - 36,7 kv.m qeyri-yaşayış obyektini iddiaçıya satmışdır. Yəni, mübahisəli qeyri-yaşayış binası əvvəllər bütövlükdə mövcud olmuş, daha sonra bölünərək müvafiq paylar ayrılmışdır. Bu mənada, hər iki payçının qeyri-yaşayış binalarının eyni dam örtüyünün altında yerləşməsi hazırki halda iddiaçının hüquqlarına müdaxilə təşkil edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən (Formal tələblərdən sui-istifadənin qadağan olunması) Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Bundan əlavə, iddiaçıya satılan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X2 tərəfindən Ə.M.Şikarovun adına tərtib edilmiş ilkin texniki pasportda sahənin – mağazanın ölçüsü 38,6 kv.m göstərilmiş, daha sonra həmin sahədə əlavə tikili inşa edildiyindən dəyişiklik nəzərə alınaraq 47,00 kv.m qeyri-yaşayış sahəsinə dair həmin şəxsin adına yeni texniki pasport tərtib edilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı” ndan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd (texniki pasport) üzrə sahəsi 47,00 kv.m təşkil edir. Texniki pasportda göstərilən qeyri-yaşayış binası mövcuddur, daxili ölçüləri uyğundur. Bina 4 hissədən ibarətdir və ayrı-ayrı giriş-çıxışları mövcuddur. Qonşu qeyri-yaşayış binası ilə eyni dam altındadır. Göründüyü ilkin mülkiyyətçi Ə.M.Şikarovun faktiki istifadəsində olmuş qeyri-yaşayış sahəsi 47,00 kv.m olsa da, hazırda iddiaçı sənəd üzrə istifadədə olmuş və alqı-satqı qaydasında ona satılmış həmin sahənin 36,07 kv.m hissəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaq niyyətindədir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - 10 yanvar 2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsaslanır. İstinad olunan həmin normada daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədə malik olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası əsassızdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan 10 yanvar 2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin qeyri-yaşayış sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.