Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-829/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim) Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçılar İddiaçı10, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı12, İddiaçı13 iştirakları ilə, İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X7, İddiaçı12, İddiaçı13, İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-2441/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X7, İddiaçı12, İddiaçı13, İddiaçı11 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9n tabeliyində olan tibb müəssisələrində sürücü vəzifəsində çalışan şəxslərdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Quba Rayon Mərkəzi Xəstəxanası X9n oktyabr 2020-ci il tarixli müvafiq əmrləri ilə adıçəkilən şəxslər oktyabr 2020-ci il tarixi üzrə Füzuli şəhərinə ezam edilmişdilər. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 tərəfindən onun tabeliyindəki tibb müəssisələrində çalışan və aidiyyəti istiqamətdə ezam olunmuş şəxslərə (yuxarıda adıçəkilən şəxslər də daxil olmaqla) “müharibə veteranı” adının verilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi 4/3-13113 nömrəli məktubu ilə müraciətin icrasında imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Nazirliyin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” da sözügedən məsələyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq, qoşmada əlavə edilmiş siyahıda adları qeyd olunan əməkdaşlara dair Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə və döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunmaları barədə müvafiq məlumatlar olmadığından onların adlı siyahısının “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədilə razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı10, İddiaçı1 və İddiaçı14 Kamaləddin oğlu da ərizə ilə AR Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Onun müraciətinə baxılmış və inzibati orqan xx.xx.2022-ci il tarixli, 4/3-12422 nömrəli məktubu ilə müraciətə eyni məzmunda imtina cavabı verilərək, MN-nin hərbi hissələrinə ezam olunması barədə müvafiq sənədlərin təqdim edilmədiyini bildirmişdir. Daha sonra iddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X7, İddiaçı12, İddiaçı13, İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X6 X9n direktorunun xx.xx.2020-ci il tarixli, 1538 nömrəli əmrinə, Quba rayon Hərbi komissarlığı tərəfindən verilmiş ezamiyyə vərəqələrinə, həmçinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin müvafiq arayışlarına və digər sübutlara əsasən 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində yaxından köməklik göstərmiş müharibə iştirakçılarıdırlar. Bu fakt Fizuli Rayon Diaqnostika Mərkəzi direktoru tərəfindən təltif edildikləri Fəxri Fərmanlarla, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqələri ilə də öz təsdiqi tapmışdır. İddiaçılar döyüş əməliyyatları aparılan ərazilərdə müvafiq tibbi təxliyyə yolları üzərində müvəqqəti məntəqələrin yaradılması və onun işinin təşkilinin həyata keçirilməsi ilə əlaqədar döyüş bölgəsində iştiraklarına görə onlara müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə TƏBİB-ə çoxsaylı müraciətlər etmiş, həmçinin, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də müraciət edərək onlara müharibə veteranı adı verilməsini xahiş etmişdilər. Lakin, cavabdeh müraciətlərinin icrasından imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-4100/2023 nömrəli qərardadı ilə iddiaçılar tərəfindən hazırkı tələblə cavabdeh orqana müraciətin olmaması əsası ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdilər. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2023-cü il tarixli 2-1(105)-801/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-4100/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakim Hökümə Babayeva). c) Birinci instansiya məhkəməsindəki ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(105)-2441/2024 nömrəli qərardadı ilə iddia ikinci dəfə də mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki işdə 16 iddiaçının hər birinə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinin mümkünlüyü, əsaslılığı yoxlanılmalıdır. Bu isə 16 ayrı şəxsə münasibətdə məhkəmə araşdırmasının aparılması deməkdir. Həmçinin, hazırki hal həm inzibati prosessual qanunvericiliyin prosessual həmiştirakçılıqla bağlı tələblərinə uyğun gəlmir, həm də hər bir iddiaçıya münasibətdə ətraflı araşdırma aparılmasının, yəni işin mahiyyəti üzrə baxılmasının mürəkkəbləşməsinə, araşdırma prosesinin uzadılmasına gətirib çıxara bilər. Bu isə prosesssual həmiştirakçılıq zamanı bir iş çərçivəsində bütün sübutetmə vasitələrinin toplana bilməsi və məcmu halında məhkəmə tərəfindən qiymətləndirilərək həqiqətin əldə edilməsinin çətinləşməsinə səbəb ola biləcəyinə şübhə doğurmur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, izah edir ki, iş üzrə iddiaçılar ayrı-ayrılıqda iddia irəli sürməklə ehtimal etdikləri hüquqlarının müdafiəsini həyata keçirə bilərlər. Qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdilər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdirlər ki, məhkəmə istinad etdiyi maddi hüquq normalarını düzgün tövsif etmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Həmin qəraradadla iddiaçıların qanunla müəyyən edilən hüquqlarını pozulmuşdur. Əlavə olaraq qeyd edirlər ki, onlarla bərəbər 44 günlük İİ Vətən müharibəsində ön cəbhədə çiyin-çiyinə tapşırıqları, əmrləri yerinə yetirən iş yoldaşları da şəhid olmuş və şəhid statusu almışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı9 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı10, İddiaçı5, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı12, İddiaçı13 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Maddə 30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya, ilk növbədə, qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün hər bir iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddiaçıların iddia tələbi üzrə birgə iddiaçı qismində prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyüdür. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də qeyd edilən mümkünlük şərti də yerinə yetirilmiş olmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtinin ödənilmədiyi, yəni prosesssual həmiştirakçılığın yolverilməzliyi və iddiaçıların hüquqlarının müdafiəsini ayrı-ayrılıqda iddia irəli sürməklə həyata keçirə biləcəkləri əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ düzgün həll edilməmişdir. Belə ki, İPM-nin 30.1 və 30.2-ci maddəsinin tələblərinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər, habelə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçılar tələblərinin faktiki əsası olaraq 2020-ci ilin oktyabr ayında döyüş əməliyyatları aparılan dövrdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9n tabeliyində olan tibb müəssisələrinin işçiləri kimi Füzuli şəhərinə ezam edilərək tibbi təxliyə işinin təşkilinin həyata keçirilməsində iştirak etmələri halına istinad etmişlər. İşdən görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Quba Rayon Mərkəzi Xəstəxanası X9n oktyabr 2020-ci il tarixli, 1593, 1594, 1538, 1635, 1490, 1416, 1547, 1564, 1565, 1592, 1634, 1567, 1492, 1418, 1691, 1539 nömrəli əmrləri ilə müvafiq olaraq iddiaçılar X7, İddiaçı1, İddiaçı10, İddiaçı11, İddiaçı15, İddiaçı4, İddiaçı3, X2, İddiaçı9, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı12, İddiaçı16, İddiaçı13 oktyabr 2020-ci il tarixi üzrə Füzuli şəhərinə ezam edilmişdirlər. X3 Mərkəzi, eləcə də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçılar barəsində 2021-ci il tarixdə verilmiş arayışlarla iddiaçıların qismən səfərbərliklə 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazisində şəhid və yaralıların təxliyyə edilməsində iştirak etdikləri təsdiq edilmişdir. Göründüyü kimi iddiaçılar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Quba Rayon Mərkəzi Xəstəxanası X9n əməkdaşları kimi eyni tarixdə - 2020-ci ilin oktyabr ayında, eyni ərazidə - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazisində şəhid və yaralıların təxliyyə edilməsində iştirak etmişlər. Qeyd olunan faktiki əsasa istinadla hazırda iddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq onlara “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsini tələb edirlər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıların hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənir, bu hal da özlüyündə onların müştərək hüquqi marağa malik olması, nəticə etibarilə prosessual həmiştirakçı qismində çıxış etmələrinə əsas yaradır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə birgə iddiaçı qismində prosessual həmiştirakçılığın yol verilənliyinə dair mümkünlük şərti ödənildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-2441/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X7, İddiaçı12, İddiaçı13, İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-829/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-829/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver