Məhkəmə qərarları › İş №2-1(105)-83/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-83/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-83/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X4, Cavabdehin hakim-eksperti X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun əlilliyinin təyini üzrə sonuncu qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-420/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0003 saylı, xx.xx.2016cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək (baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-üzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıq baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; xr.pielonefrit; hipertoniya xəstəliyi İİ mərhələ) diaqnozaları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. TQS № 088, 0531003AANA6 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93.2: aşağı ətrafın digəq sınıqlarının nəticələri, sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud varus deofmrasiyası (Elmi-Tədqiqar Travmatologiya və ortopediya institunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Ağırlaşma R26.2 başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pzoulması ağrı sindromu ilə, M62.5 əzələnin başqa rubrikalardatəsnif olunmayan atrodiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişkiliyi, əzələ atrofiyası, M19.1 Digər oynaqların posttravmatik artrozu, sol diz oynağının postramvatik deformasiyaedici artrozu, M19.2 Digər ikincili artroz, sol aşıq-baldır oynağının deformasiyaedici artrozu; M24.5 Oynaqların kontrakturası, sol diz oynağının kontrakturası, açma 165 dərəcə, bükmə 90 dərəcə, sol aşıq-valdır oynağının açıcı-bükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə).Yanaşı xəstəliklər E10 insulindən asılı şəkərli diabet, şəkərli diabet İİ tip, ağır gedişli, insulin tələbi, 110 essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə, risk 2 (orta), N 11.1 xroniki obstruktiv pielonefrit, xroniki pielnefrit, G90.8 vefetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, H25.0 Başlanğıc qocalıq kataraktası OS-balanğın katarakta. xx.xx.2019-cu ildə OS-KTE+İOL əməliyyatından sonrakı vəziyyət. TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89- Diz və baldırın travmaları – S82- Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; baldır sümüklərinin, aşıq-baldır oynağı dadaxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıa baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; XR. Pielonefrit; hipertoniya xəstəliyi İİ mər.qeyd edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 1059 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı “Sumqayıt 1 nömrəli xəstəxanası” poloklinika şöbəsində xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Aşağı ətrafın digər sınıqlarının nəticələri. Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınıdğı, kobud Varus deformasiyası (ElmiTədqiqar Travmatologiya və ortopediya institunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə. Əzələnin başqa rubrikalard təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ artofiyası” müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il məktubundan görünür ki, iddiaçının əlillik vəziyyətiniz Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AANA6 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: İxtisaslı klinikada əlavə müalicəyə qərar verildi) barədə qərar verilmişdir. İddiaçı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (Forma-088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilib müvafiq qərar veriləcəkdir. “Sumqayıt Tibb Mərkəzi” X13in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-cı il tarixindən poliklinikada dispanser qeydiyyatdadır. Diaqnoz: Sol qamış sümüyün proksimal metafirinin qeyri-düzgün bitişmiş sınığı, kobudvarus deformasiyası, incik sümüyünün yuxan 1/3-nin bitişmiş sınığı. Sol diz oynağının artrozu, açıcı-bükücü kontrakturası (açına 165%, biikmə 90%) sol aşıq-baldır oynağının artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 100%, bükmə 90 %), baldırın aşağ, 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası, daim ağrı sindromu və dayaq-həkət funksiyasının pozulmas. Hipertoniya xəstəliyi. Xroniki pielonefrit. Şəkərli diabet İİ tip ağır forma. İddiaçı xx.xx.2016-cı il tarixində ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci ii il tarixində əlillik dərəcəsinə xitam verilmişdir. İddiaçı sənədləri 2021-ci ildə Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Lakin xx.xx.2021-ci il tarixində imtina cavabı gəlmişdir.(bildiriş№ 053İ003AAİ.6L) Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr tam qeyd olunmayıb, dəqiqləşdirilsin. xx.xx.2022-ci il tarixində yenidən sənədləri Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmişdir (BİLDİRİŞ № 0531003AANA6). lakin xx.xx.2022-ci il tarixində imtina cavabı gəlmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: İxtisaslı klinikada əla və müalicə qərarı verildi. İddiaçı xx.xx.2021. xx.xx.2022. xx.xx.2022. xx.xx.2022-ci il tarixlərində poliklinikaya həkim-travmatoloqa ambulator müraciətlər etmişdir. Qeyd: Xəstə xx.xx.2023-cü il tarixində Sumqayıt Hospitalda angioplastika əməliyyatı olmuşdur. Diaqnoz: Sol koronar arteriyada 80% tutulma. Sol koronar arteriya STENT x1. əlavə xəstə xx.xx.2019-cıı il tarixində İOİ. klinikasımla OS KTE müayinəsi olmuş. "Qlaukoma" diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixində "Qlaukoma" diaqnoz ilə əməliyyat olunmuşdur. Diaqnoz: OS-Anilakiya. A/b Hia qlaukoma. OD-D/b Ha qlaukoma. “Sumqayıt Tibb Mərkəzi” X13in 1 nömrəli xəstəxanasının xx.xx.2023-cü il tarixli il tarixli məktubundan görünür ki, İddiaçı xəstəxanaya stasionar müraciət etməmişdir. Cavabdehin xx.xx.2024-cü il məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsinin 0531003AANA6 nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun ləyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşa dair Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ətraflı müayinə olunaraq, həkim-mütəxəssislərin tibbi rəyi əsasında hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilərsə, müvafiq XBT kodu göstərilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunur. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, dianoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin vətəndaş Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ətraflı müayinə olunaraq, həkim-mütəxəssislərin tibbi rəyi əsasında hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilərsə, müvafiq XBT kodu göstərilməklə yeni göndəriş rəsmiləşdirilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X13in xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından onun hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən onun qərardadda qoyulmuş sualda qeyd edilmiş ’’Əsas diaqnoz: Aşağı ətrafın digər sınıqların nəticələri Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası (T93.2), Ağırlaşmaları: başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması ağrı sindromu ilə (R26.2), Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofık dəyişikliyi, əzələ atrofiyası (M62.5), Digər orqanların posttravmatik artrozu Sol diz oynağının posttravmatik deformasiyaedici artrozu (M 19.1), digər ikincili artroz Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu (M19.2), Oynaqların kontraktrurası. Sol diz oynağının kontrakturası. Açma 165 dərəcə, bükmə 90 dərəcə, Sol aşıq-baldır oynağının açıq-bükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə (M24.5), Yanaşı xəstəlikləri: insulindən asılı şəkərli diabet. Şəkərli diabet İİ tip ağır gedişli insulin tələbli (E10), Essensial (birincili) hipertenziya. Arterial hipertenziya, İİ dərəcə risk 2(orta) (110), Xroniki obstruktiv pielonefrit Xroniki pielonefrit (N11.1), Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları Astenonevrotik sindrom (G90.8), Başlanğıc qocalıq kataraktası, OS-başlanğıc katarakta xx.xx.2019-cu ildə OS-KTE+İO əməliyyatından sonrakı vəziyyət (H25.0) xəstəliklərindən əziyyət çəkməsini də inkar etmək olmaz. Belə ki, həmin diaqnoz ona stasionarda olduğu zaman anamnestik, laborator instrumental müayinələri və müalicəsi əsasında müəyyən edilmişdir. Qərardadda olan sualın digər hissəsi əlilliklə əlaqədar olduğundan onların həlli məhkəmə tibb ekspertlərinin deyil, Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş qiymətləndirilməsi “Əlilliyin qiymətləndirməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “2021-ci ilin sentyabr ayından etibarən onun əlilliyinin bərpa edilməsi və həmin tarixdən ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçının əlilliyinin təyini üzrə sonuncu qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildən ikinci qrup əlildir və ona əlilliyə görə aylıq təqaüd təyin edilmişdir. 2021-ci ilin sentyabr ayından etibarən ona əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib faktla bağlı araşdırma aparılmasını və nəticə barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********2 saylı imtina məktubu ilə ona cavab verilmişdir ki, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (Fornıa-88) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun xəstəliyi aşağıdakı kimidir: "Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz və aşıqbaldır oynağının postravmatik artrozu. Oynaqların kontrakturası. Sol diz və aşıqbaldır oynağının kontrakturası. Essensial hipertenziya. Şəkərli diabet İİ tip İnsulin tələbi ilə. Xr.pielonefrit. Hipertoniya xəstəliyi 11 mərhələ." Cavabdeh orqanın ona verdiyi cavabı əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı Şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmalan => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz və aşıq baldır oynağınım posttravmatik artrozu. Oynaqların kontrakturası. Sol diz və aşıq baldır oynağının kontrakturası. Essensial hipertenziya. Şəkərli diabet İİ tip. insulin tələbi ilə. Xr. pielonefrit. Hipertoniya xəstəliyi İİ mər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı Şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmalan => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz yə aşiq; baldır oynağımın, poş.ttravm.atik artrozu. Oynaqların kontrakturası. Sol diz; və aşıq . baldır oynağının kontrakturası. Essensiai hipertenziya. Şəkərli diabet İİ tip. insulin tələbi ilə. Xr. pieionefrit. Hipertpniyə xəstəliyi İİ mər.; Meyar: 2.2. İkinci dərəcə əlillik DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi; xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri »> S80-S89 -Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz və aşıq baldır oynağınırn posttravmatik artrozu. Oynaqların kontrakturası. Sol diz və aşıq baldır oynağının kontrakturası. Essensiai hipertenziya Şəkərli diabet İİ tip, insulin tələbi ilə. Xr. pieionefrit. Hipertoniya xəstəliyi İİ mər.; Meyar: 2.2. İkinci dərəcə əlillik -> DİGƏR: ; 2.2.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi xx.xx.2021-çi il tarixli göndərişi əsasında baxılmış və '’X1: XİX Sinif - Travmalar, : zəhərlən mələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => Т90-Т98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 – Aşağı...; Diaqnozun mətni: Əsas diaqnoz T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri, Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş, sınığı. (ELMİ- TƏDQİQAT TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUTUNUN 23:08.2021-ci İL TARİXLİ **********/810 NÖMRƏLİ ARAYİŞA ƏSASƏN) Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının kontrakturası. Açma 170 dərəcə, bükmə 90 dərəcə Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif, olunmayan yeriş çətinləşməsi, .Yerişin pozulması, ağrı sindromu ilə Ağırlaşma M19.2 Digər ikincili artroz, . Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, . Sol diz oynağının postravmatik deformasiyaedici artrozu Yanaşı xəstəliklər : N11.1 Xroniki obstruktiv pielonefrit,. Xroniki pielonefrit Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, . AstƏno-nevrotik sindrom Yanaşı xəstəliklər E10 İnsulindan asılı şəkərli diabet,. Şəkərli diabet, İİ tip, ağır gedişli. İNSULiN TƏLƏBLİ Yanaşı xəstəliklər 110 Essensiai [birincili] hipertenziya, , Arterial hipertenziya, İİ dərəcə, risk 2-(orta); Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: -Diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr tam qeyd olunmayıb.dəqiqləşdirilsin.;” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar; zəhərlənmələr vƏ xarici səbəblərin təsirinin bəzi digər nəticələri -> T90-T98 - , Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - aşağı Diaqnozun mətni: T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri.. Sol baldır sümüklərinin yuxan 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası. (ELMİ-TƏDQİQAT TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUNUN xx.xx.2022-Cİ İL TARİXLİ **********/327 NÖMRƏLİ ARAYİŞA ƏSASƏN) Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, . Sol baldırn aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi” olmuşdur. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci ildə verilsə də o 2022-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin avqust ayında, yəni təxminən 7 ay sonra xx.xx.2022-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ’’İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü, bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də həzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyim, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin, bir iddiada birləşdirilməsinin mümkünlüyünü. İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümüküniüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədiləitibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasrinm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ,2008-ci il 29 : fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnartıəilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestrimə elektron sənəd . formasındam daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və yə stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5 1-cİ yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-420/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı son qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İddiaçı ona 2-ci dərəcə əlillik təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); …. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti müvafiq tibbi göndəriş əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: İxtisaslı klinikada əlavə müalicəyə qərar verildi) barədə qərar verilməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2014cü il tarixdə ümumi xəstəlik səbəbi ilə “baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyr-düzgün bitişmiş sınığı. Sol diz və aşıq-baldır oynağının postravmatik artrozu. Oynaqların kontraktirası.Sol diz və aşıq-baldır oynağının kontrakturası. Essensial hipertenziya.Şəkərli diabet İİ tip insulin tələbli,Xr.pielonefrit,Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı, 2015-ci ildə eyni daqnoz xəstəliklər səbəbi ilə 1 il müddətinə əlillik təyinatı, 2016cı il tarixdə eyni diaqnoz xəstəliklərlə beş il müddətinə əlillik təyinatı aparılmışdır. İş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilmiş, həmin tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz Aşağı ətrafların digər sınıqların nəticələri Sol baldır sümüklərinin 1/3-nin oynaqdaxili qeyridüzgün bitişmiş sınığı, kobud Varus deformasiyası (T93.2), ağırlaşmaları Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması, ağrı sindromu ilə (R26.2), Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası (M62.5), Digər oynaqların posttravmatik artrozu Sol diz oynağının postravmatik deformasiyaedici artrozu (M19.1), Digər ikinci dərəcəli artroz Sol aşıq-baldı oynağının deformasiyaedici artrozu (M19.2), Oynaqların kontrakturası sol diz oynağının kontrakturası, açma 165 dərəcə, bükmə 90 dərəcə, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə (M24.5), yanaşı xəstəliklər İnsulindən asılı şəkərli diabet, İİ tip, ağır gedişli (E10), Essensial hipertenziya Arterial hipertenziya, İİ dərəcə, risk 2 (orta) (İ10), Xroniki obstruktiv pielonefrit Xroniki pielonefrit(N11/1)? Vegetativ sinir sisteminin poz]unluqlar; asteno-nevrotik sindrom (G90.8), Başlanğıc qocalıq kataraktası OS-başlanğıc katarakta əməliyyatdan sonrakı vəziyyət (H25.0) kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki,iddiaçının müayinəsi zamanı “aşağı ətrafın digər sınıqların nəticələri.Sol baldır sümüklərinin 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası.Başqa rubrikalarda təsnif olunmayan yerin çətinləşməsi.Yerişin pozulması, ağrı sindromu ilə.Əzələni başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası” müəyyən edilmişdir. İş materiallarında olan ambulator kartadan çıxarışın məzmunundan görünür ki, iddiaçı qeyd ediln diaqnoz xəstəliklə əlaqədar daimi ambulator və stasionar müalicədə olmaqla, xəstəliyin gedişi xroniki, xəstəliyin nəticəsinin dəyişiksiz olduğu qeyd edilmişdir. İş materiallarında olan “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışının məzmunundan görünür ki,iddiaçı barəsində diaqnoz xəstəlik ətraflı qeyd edilmiş, həmin xəstəliklərin XBT kodu əks olunmuşdur, onlardan biri kimi də məhz M24.5 XBT kodu olan xəstəlik qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı müvafiq şəhər poliklinikasında xx.xx.2005-ci il tarixdən dispanser qeydiyyatdadır, diaqnoz xəstəliyi kimi məhz “Sol qamış sümüyünün proksimal metafirinin qeyri-düzgün bitişmiş sınığı, kobudvarus deformaisyası, incik sümüyünün yuxarı 1/3-nin bitişmiş sınığı. Sol diz oynağının artrozu, açıcıbükücü kontrakturası (açma 165%, bükmə 90%) sol aşıq-baldır oynağının artrozu, açıcı-bükücü kəskin kotrakturası (açma 100%, bükmə 90%), baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası, daim ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması.Hipertoniya xəstəliyi.Xroniki pielonefrit.Şəkəli diabet İİ tip aır forma” qeyd edilmiş, habelə 2021-2022-ci illərdə həkim-travmatoloqa ambulator müalicələr etdiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndiirlmiş, onun obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərraına əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, müvafiq xx.xx.2022-ci il tarilxi 187 nömrəli Qərara əsasən əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilərsə, müvafiq XBT kodu göstərilməklə, yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 13 may 2024-cü il tarixli ekpsert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmalar və yanaşı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz, həmin diaqnoz ona stasionarda olduğu zaman anamnestik, laborator instrumental müayinələr və müalicəsi əsasında müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri əsasında öz təsdiqini tapır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı məhz həmin xəstəliklərlə əlaqədar olaraq 2005-ci il tarixdən müvafiq poliknikada dispanser qeydiyyatındadır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları və yanaşı xəstəliklərin bir qismi (XBT kodu M24.5, E10, R26.2,M19, İ10,G90) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq Qərarlarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan ağırlaşmalar və patofunksional dəyişikliklərin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin bir qisminin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qnaunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyas cavabdehin iddiaçının müalicə alması ilə bağlı istinad etdiyi hallara dair qeyd edir ki, iddiaçı barəsində həmin diaqnoz xəstəliklər əsasında əvvəlki dövrlərdə əlillik təyinatı aparılmış, habelə iddiaçı həmin diaqnoz xəstəliklərlə bağlı 2005-ci ildən hazıradək müvafiq poliknikada dispanser qeydiyyatdadır, ambulator kartdadan çıxarışın məzmununda isə həmin xəstəliklərlə bağlı daimi ambulator və stasionar müalicədə olması, xəstəliyinin xroniki, dəyişiksiz olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən isə həmin halları təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının yuxarıda qeyd edilən həmin hissələrdə şikayətin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi ona məhz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş müvafiq ekspert rəyi, tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyn təyininə əsas verən xəstəlik (XBT kodu M24.5) üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olan hal kimi qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin bir çoxu (R26.2, M19, E10,İ10,G90) hazırda qüvvədə olan müvafiq qanunvericilik normasında əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyin edilməsinin əsas meyarı məhz orqanizmin funskiyasının pozulmasının faiz göstəricisi və müddətinə uyğun olaraq, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında müvafiq qaydada müəyyən edilir, habelə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti də həmin meyarlarda müəyyən edilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qnaunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İndiki halda iddiaçıya münasibətdə tərtib edilən müvafiq tibbi göndərişdə qeyd edilmiş diaqnoz xəstəliklər müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarına əsasən üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsas olduğu müəyyən edilmiş, hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən isə iddiaçıda müəyyən edilmiş bir çox xəstəliklər əlilliyin təyininə əsas verən hal kimi qeyd edilmişdir. Bu halda iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlillik təyin edilməsi olsa da, indiki halda isə həmin halın müəyyən edilməsi mümkün olmadığından, iddiaçıya hansı tip məhdydlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iş üzrə gəldiyi nəticə işin hallarına və qanunvericilik normasının tələbinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-420/2023 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar