Məhkəmə qərarları › İş №2-1(105)-831/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-831/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-831/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayənəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlüdür. “Sumqayıt Kompressorları” zavodunun 88 nömrəli, xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı həmin zavodda 1981-1994-cü illər arasında təmirçi çilingər, ərinti töküntüçüsü peşələrində işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ПT-İ ******* nömrəli əmək kitabçanının surətində xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt Kompressorları zavodunda növbətçi çilingər, xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, xx.xx.1986- xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində isə tökücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi növbətçi çilingər vəzifəsi sözügedən müəssisənin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 88 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun işlədiyi tökücü vəzifəsinin siyahıda qeyd olunan qurğuşunlu-qalaylı ərinti tökücüləri vəzifəsinə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində şlədiyi sahə sözügedən arayışda istinad edilən siyahıda qeyd olunan tökmə istehsalatı sahəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 10 il 5 ay 6 gün (xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ПT-İ ******* nömrəli əmək kitabçanının surətində xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt Kompressorları zavodunda növbətçi çilingər, xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, xx.xx.1986- xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində isə tökücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi növbətçi çilingər vəzifəsi sözügedən müəssisənin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 88 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun işlədiyi tökücü vəzifəsinin siyahıda qeyd olunan qurğuşunlu-qalaylı ərinti tökücüləri vəzifəsinə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində şlədiyi sahə sözügedən arayışda istinad edilən siyahıda qeyd olunan tökmə istehsalatı sahəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 10 il 5 ay 6 gün (xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Sumqayıt Texnologiyalar Parkı MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, STP-də “məişət soyuducları üçün kompressorları, sənaye kompressorları, ralelər və onların ehtiyat hissələrinin” istehsalı və ya oxşar istehsal sahəsində “növbətçi və təmirçi çilingər, töküçü” peşələri mövcud olmadığından sorğuda qeyd olunan ənəd və məlumatların təqdim olunması imkan xaricindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona hüququnun yarandığı vaxtdan-60 yaşından yaşa görə güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə anadan olmuş, hazırda 64 yaşı vardır, onun ümumi əmək stajı 25 ildən artıqdır ki, bunun da 12 il 6 ayındən də artıq bir hissəsi zərərli iş sahəsi hesab olunur. Ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh onun haqlı müraciətini təmin etməmiş və ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda onun Sumqayıt şəhər Kompressorlar zavodunda bəzi dövrlər üzrə işlədiyi zərərli iş sahələri nəzərə almamış və göstərilmişdir ki, ona 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən zərərli iş sahələri ümumilikdə 10 il 5 ay 6 gün təşkil edir. Cavabdehin bu imtinası ilə razı deyil. Belə ki, o bir sıra zərərli peşələrdətəmirçi çilingər, ərinti tökücüsü vəzifələrində işləmiş və bununla bağlı o hələ xx.xx.2020-ci il tarixdə işlədiyi Kopressorlar zavodundan rəsmi arayış da almışdır ki, həmin arayışla da təsdiq olunur ki, onun 1981-1994-cü illərdə icra etdiyi vəzifələrin AR Nazirlər Kabinetinin 23 iyul 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulan vəzifələrə daxildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinin mümkülüyünə dair ərizəsində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi TİT-İ ******* nömrəli əmək kitabçanının surətində xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt Kompressorları zavodunda növbətçi çilingər, xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, xx.xx.1986- xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində isə tökücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi növbətçi çilingər vəzifəsi sözügedən müəssisənin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 88 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun işlədiyi tökücü vəzifəsinin siyahıda qeyd olunan qurğuşunlu-qalaylı ərinti tökücüləri vəzifəsinə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində şlədiyi sahə sözügedən arayışda istinad edilən siyahıda qeyd olunan tökmə istehsalatı sahəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 10 il 5 ay 6 gün (xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçının işlədiyi vəzifələr xx.xx.2006-cı ilədək və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, Sumqayıt Kompressorları zavodu tərəfindən təqdim edilmiş 88 nömrəli, xx.xx.2020-ci il tarixli arayışda 1981- 1994-cü illər arasında iddiaçının təmirçi çilingər, ərinti töküntüsü peşələrində 12 il 7 ay 23 gün işləməsi müəyyən olunur. Lakin, iddiaçıya aid əmək kitabçasında arayışda sözügedən illərə dair qeydlərə nəzər saldıqda, İddiaçı xx.xx.1985-xx.xx.1985-ci illərdə (5 ay 14 gün), xx.xx.1988xx.xx.1989- cu illər (8 ay) arası həmin müəssisədə briqadir vəzifəsində işləmişdir. Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının Xİ bölməsinin 5-ci bəndində və Metal emalı bölməsində (XİV) nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır.(11 il 6 ay 9 gün) Ona görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq götərilmişdir ki, məhkəmə mübahisəyə yalniş mövqedən yanaşaraq onun əmək kitabçasında «briqadir» təyin edilməsi ilə bağlı qeydi icra etdiyi vəzifə ilə qarışıq salmış və bunu işlədiyi peşənin dəyişməsi kimi qəbul edərək bu barədə qeydin aparıldığı dövrləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən zərərli iş stajından çıxmışdır. Cavabdeh orqanın razılaşmadığı vəzifələri məhkəmə güzəştli şərtlərlə əmək pensiyası təyin etməyə əsas verən vəzifə kimi tanıyır. Lakin həmin vəzifədə işləməklə briqadaya rəhbərlik etməyini məhkəmə güzəştli staj kimi qəbul etmir, nəticədə bu yanaşma məhkəmə tərəfindən onun üçün güzəştli əmək stajı kimi hesablanmalı olan dövrün azalmasına və əsaslı olan bir iddia tələbinin rədd edilməsinə səbəb olmuşdur. “Əmək pensiyaları haqqıda” Azəbaycan RespublikasıQanunun 9.1-ci maddəinə əsasən axırıncı iş yerində aslı olmayaraq, güəzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışan 25 ildən artıq ümumi, 12,6 ay güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışan kişilərə əmək pensiyası 60 yaşdan təyin edilir (pensiya yaş həddi 5 il azaldılmaqla). Hazırda qüvvədə olan qanunvericiliyə əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. onun azı 25 il ümumi sığorta stajının mövcud olması; 2. onun azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Konkret halda yaşı ümumi əmək stajının 25 ildən artıq olması və onun da 12,6 ilinin zərərli işlərdə işləndiyi iş materialları ilə sübuta yetir, belə olan təqdirdə iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçıya 29 iyun 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının eyni müəssisədə işlədiyi növbətçi çilingər peşəsinin təmir çilingər peşəsinə uyğun olmadığından xx.xx.1981xx.xx.1983-cü illəri, xx.xx.1985-xx.xx.1986-cı illərdə işlədiyi təmirçi çilingər peşəsinin tökmə istehsalatına aid olmadığından, həmin illəri habelə tökücü peşəsinin qurğuşunlu-qalaylı ərinti tökücüləri vəzifəsinə uyğun olub-olmadığını müəyyən edə bilmədiyindən, xx.xx.1986-xx.xx.1986-cı illəri güzəştli iş stajı kimi nəzərə almamış, 10 il 5 ay 6 gün güzəştli iş stajın malik olduğundan, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya katpitalı məbləğinə aid şərt İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1960-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmaması halını mübahisələndirməmiş, habelə imtina və şikayətin əsasını yalnız güzəştli iş stajı ilə bağlı hallar təşkil etmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş bütün qeydlər, təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər nəzərə alındıqda, iddiaçının azı 25 il iş stajına malik olması halı öz təsdiqini tapır. İndiki halda isə cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının və orada əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan heç bir sübut təqdim edilməmiş, habelə bununla bağlı da hər hansı hal mübahisələndirilməmişdir. Nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmasına dair şərt də ödənilmiş olur. Bundan əlavə, kollegiya güzəştli iş stajına aid hissədə işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən mübahisələndirilən dövrlərdə “Sumqayıt Kompressorlar” zavodunda növbətçi çilingər və tökücü peşələrində işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi peşələrin müvafiq Siyahı üzrə güzəştli pensiya hüququ verən peşələrə aid olmasına dair arayış (Siyahı üzrə kod:2150100a-18559, 1110400a-12180) təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XİV bölmədə “”Metal Emalı” 1-ci bənddə Tökmə istehsalatı (kod 2150100), 2150100a- 18559 kodu üzrə “Tökmə istehsalatı: təmirçi çilingərlər”, həmin bölmədə 3-cü bənddə “Termiki Emal” 1110400a-12180 kod üzrə “qurğuşunlu-qalaylı ərinti tökücüləri” qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi peşələr məhz Metal Emalı bölməsinə aid olmaqla, tökmə istehsalatı və termik emal bəndinə öz əksini tapmışdır. Bu hallar iş materialları əsasında öz təsdiqini tapmışdır. İndiki halda iddiaçının işlədiyi peşələr müvafiq siyahıda əks olunduğu və bu barədə müəssisə tərəfindən arayış verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan cavabdeh həmin peşələrin siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut təqdim etməmiş, habelə işəgötürən müəssisə tərəfindən verilmiş arayışı təkzib edən heç bir dəlilə istinad etməmişdir. Nəticə etibarilə iddiaçının işlədiyi peşələr (çilingər və tökücü) müvafiq Siyahıda nəzərdə tutulduğu, habelə müvafiq müəssisənin fəaliyyətini xarakteri (görülən işlərin xarakteri:məişət soyuducuları üçün kompressorlar, sənaye kompressorları, ralelər və onların ehtiyat hissələrinin istehsalı və s. ilə məşğul olmuşdur) məlum olduğu halda, cavabdeh formal yanaşma tətbiq edərək, həmin dörvləri mübahisələndirmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin güzəştli iş stajına aid hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Göründüyü kimi qeyd edilən dövrlər güzəştli iş stajı kimi nəzərə alındığı halda, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli stajına malik olmasına dair şərt də ödənilmiş olur (mübahisələndirilməyən dövr 10 il 5 ay 6 gün +2 il 2 ay 25 gün). Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, idiaçıya münasibətdə pensiya hüququnun yaranması üçün qanunla tələb olunan bütün şərtlər öədnildiyi halda, həmin halları nəzərə almamış, cavabdehin hərəkətlərinə qanunvericiliyin tələbi baxımından düzgün hüquqi qiymət verməmiş, bununla da yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi yanlış olaraq iddiaçıya münasibətdə cavabdehin mübahisələndirməyərək, güzəştli iş stajı kimi nəzərə aldığı dövrü, müvafiq Siyahı üzrə dəyərləndirərək, mübahisəli dövr kimi qiymət vermiş, habelə güzəştli iş stajı kimi nəzərə almayaraq, iddiaçı barəsində güzəştli iş stajının tamamlanmaması qənaətinə gəlmişdir. Nəticə etibarilə birinci instansiya məhkəməsinin hazırki iş üzrə işin faktiki və hüquqi hallarının dəyərləndirməsi və gəldiyi nəticə yanlış olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. İndiki halda iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt (yaş həddi,ümumi və güzəştli iş stajına aid) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə də işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmiş, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan bütün şərtlər (yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməsi təklif edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (iddia ərizəsi icraata qəbul edilmişdir). Bu halda kollegiya hesab edir ki, iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar