Məhkəmə qərarları › İş №2-1(105)-832/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-832/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-832/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxslər X6, X7, X4 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.9 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, mənzildə qeydiyyatda olan digər şəxslər .............. X9, X7 və X5r. İddiaçı ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, X4, X2 və X3 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, ünvanında yerləşən 6 nömrəli mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh 28 mart 2023-cü il tarixli, 3-13-58/2-A-126xx/xx/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd olunan məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X4, X2 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4, X2 və X3 onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17 ünvanında yerləşən 5 nömrəli evin 6 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X9, X7 və X6 həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Üçüncü şəxslər mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə heç vaxt yaşamamışlar. Həmin fakt qonşuların və 1 saylı MKS-nin tərtib etdiyi aktla da təsdiqlənir. Üçüncü şəxslərin mənzildə qeydiyyatda olmaları səbəbindən mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli qərardadı ilə X9, X7 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X4, X2 və X3 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatları formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Həmçinin, hazırkı iş üzrə üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla, onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Həmin qərardaddan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdilər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində qeyd olunan hallara aydınlıq gətirmədən, üçüncü şəxslərin mübahisəli ünvana nə vaxtdan və hansı əsaslarla qeydiyyata alınmalarını araşdırmadan iddiaçının tələbini təmin etmişdir. Qeyd edir ki, X6 uzun müddət “Kimyasənaye” İstehsalat Birliyində işləmiş və həmin birliyinin MKT-si tərəfindən onun yaşayış sahəsinə ehtiyacı nəzərə alınaraq adına 530 saylı, xx.xx.1991-ci il tarixli order verilmiş və həmin orderə əsasən üçüncü şəxslər hazırki mənzilə qeydiyyata alınmışlar. Lakin həmin otağa dair adına order olmuş və sonradan ləğv edilərək Sumqayıt şəhəri, 47-ci məhəllədən 3 otaqlı mənzil verilmiş İradə Aşurovanın (hazırki iddiaçının anasının) mənzili Qubadlı rayonundan məcburi köçkün ailəsi tərəfindən zəbt olunduğu üçün o mübahisəli mənzili boşaldaraq təhvil verməmişdir. Üçüncü şəxs S.K.Əliyeva 2003cü ildə İ.Aşurovanın ailə üzvləri ilə hazırki mənzildən çıxarılmaları barədə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış, lakin məhkəmənin qərarı ilə onun iddiası təmin edilsə də, İ.Aşurovaya verilmiş mənzildən məcburi köçkün ailəsi çıxana qədər ona mənzildə yaşamasına və üçüncü şəxs S.K.Əliyevanın da bu mənzilə köçürülməyinə möhlət verilmişdir. Yəni, üçüncü şəxslərin hazırda sözügedən mənzildə yaşamamaqları qanun qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bağlıdır. Belə ki, iddiaçının anası İ.Aşurova həmin vaxt azyaşlı olan iddiaçı ilə mənzildən çıxmadıqları üçün üçüncü şəxslər də mənzilə köçə bilməmişdilər. Qeyd edir ki, mənzilə dair orderin üçüncü şəxsin adına olmasına və onun ailə üzvləri ilə birlikdə mənzildə uzun illər qeydiyyatda olmasına baxmayaraq, iddiaçı mənzili öz adına özəlləşdirmiş və sonra da onların mənzildən qeydiyyatdan çıxarılmalarına nail olmuşdur. Halbuki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbinə əsasən mənzil özəlləşdirilərkən mənzil kirayə müqaviləsində adı olan 18 yaşından yuxarı şəxslərin də razılıq ərizələri alınmalıdır. Lakin, hazırki halda üçüncü şəxslərin mənzilin iddiaçının adına özəlləşdirilməsindən məlumatları olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisəli mənzil üzərində xüsusi mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS-nin aktından və apellyasiya şikayətindən görünür ki, üçüncü şəxslər mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə heç vaxt yaşamamışlar. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını və buna uyğun olaraq iddianın mümkünlüyü ilə bağlı şərtləri yoxlamadan, işə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5 ünvanında yerləşən 6 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla, mənzildə qeydiyyatda olan digər şəxslərə üçüncü şəxslər X9, X7 və X6 da aiddir. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarındakı mövqeyə əsasən yaşayış sahəsinə əmlak hüququ mövcud olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilməsinin mümkün olması əsası ilə iddianı təmin etmişdir. Üçüncü şəxslər məhkəmənin qərarı ilə razılaşmayaraq apellyasiya şikayətlərinin dəlillərində qeyd etmişdilər ki, X6 “Kimyasənaye” İstehsalat Birliyində işləmiş və hazırda mübahisə predmeti olan mənzilə dair onun adına həmin müəssisə tərəfindən 1991-ci il tarixli order verilmiş həmin orderə əsasən üçüncü şəxslər mənzilə qeydiyyata alınmışlar. Həmin mənzilə dair iddiaçının anası X8 adına order olsa da, order sonradan ləğv edilərək ona Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanından 3 otaqlı mənzil verilmişdir. Lakin, həmin mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt olunduğu üçün İ.A.Aşurova mübahisəli mənzili boşaldaraq üçüncü şəxslərə təhvil verməmişdir. Bununla bağlı üçüncü şəxslə İ.A.Aşurova arasında 2003-cü ildə məhkəmə mübahisəsi də olmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469-2003-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehin ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmasını onun həmin sahəyə köçürülməsini xahiş etmişdir. Həmin iş üzrə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən mənzil sahəsinə dair “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən müxtəlif tarixlərdə - 1988-ci ildə cavabdehin, 1994-cü ildə isə iddiaçının adına order verilmiş, hər iki tərəf mənzilə yaşayış hüququ əldə etmişdir. Cavabdehə order əsasında başqa ünvandan 3 otaqlı mənzil verilsə də, mənzilin yerləşdiyi binanın inşası başa çatmamış həmin mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən məcburi köçkünlərin zəbt etdikləri yaşayış sahələrindən çıxarılmaları qadağan edildiyindən cavabdeh ona ayrılmış mənzilə köçə bilməmişdir. İddiaçı isə order əsasında ona ayrılmış Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, otaq 6 ünvanında yerləşən mənzilə yaşayış hüququ əldə etməsinə baxmayaraq, faktiki olaraq bu hüququndan istifadə edə bilməmiş, artıq müəssisə tərəfindən mənzil növbəsindən də çıxarılmışdır. Belə olan halda məhkəmə iddiaçının yataqxanada yerləşən mənzilə yaşayış hüququnun, cavabdehin isə ona sonradan verilmiş 3 otaqlı mənzilə istifadə hüququnun pozulduğu qənaətinə gələrək, hər iki tərəfin maraqlarının qorunması zərurətindən çıxış etməklə, qeyd edilən obyektiv səbəblərdən qətnamənin icrasına cavabdehə məxsus mənzil boşaldılanadək möhlət verilməsi şərtilə, iddia tələbinin təmin edilməsini qət etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi üçüncü şəxs X3 həmin dövrdə işlədiyi “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən onun adına verilmiş 1994-cü il tarixli order əsasında mübahisəli mənzil ona ayrılmışdır. Həmin mənzil daha əvvəl müvafiq order əsasında hazırki iş üzrə iddiaçının anası X10 ayrılmış, daha sonra həmin order ləğv edilərək ona başqa ünvandan mənzil verilsə də, sonuncu mübahisəli mənzili boşaldaraq üçüncü şəxsə təhvil verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469-2003-cü il tarixli qətnaməsi ilə İ.A.Aşurovanın mənzildən çıxarılması, üçüncü şəxs S.K.Əliyevanın isə mənzilə istifadə hüquqları tanınaraq onun mənzilə köçürülməsi qət edilmişdir. Bununla da müəyyən edilir ki, hazırki iş üzrə üçüncü şəxslər X6 və onun uşaqları X2, X4 mübahisəli mənzilə istifadə hüquqları mövcuddur. Məhkəmə kollegiyası işin hüquqi halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi yalnız mülkiyyətçinin ərizəsi əsasında yaşayış sahəsinə qeydiyyata alınmış və əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılmasından imtina edildiyi halda, bu kateqoriyadan olan işlərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazıki işdən isə göründüyü kimi üçüncü şəxslər bu kateqoriyadan olan şəxslər sırasına daxil olmamaqla, mübahisələndirilən mənzilə dair üçüncü şəxs X3 adına müəssisə tərəfindən order verilmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi onun həmin mənzilə istifadə hüquqları tanınmışdır. Hansı ki, bununla da onun yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının mövcudluğu təsdiq edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.1-15.3-cü bəndlərinə görə İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı işdə üçüncü şəxslərin mübahisələndirilən mənzilə əmlak hüquqlarının mövcudluğu müəyyən edildiyindən həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul edərkən haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar