Məhkəmə qərarları › İş №2-1(105)-836/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-836/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-836/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-1719/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının kontrakturası, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya xroniki dəmir defisitli anemiya xəstəsidir. İddiaçı anadangəlmə əlil olsa da, onun əlillik vəziyyəti ilkin olaraq 16 mart 2019-cu il tarixdə rəsmiləşdirilmiş, 04 aprel 2019-cu il tarixdə barəsində "Ümumi xəstəlik" səbəbi ilə müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmış, lakin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktı müəyyən edilməmişdir. İddiaçının atası X4 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üşün müraciət etmişdir. Həmin vaxt ona əlilliyinin 18 yaşından sonra, yəni 19 yaşında təyin edilməsi səbəbi ilə imtina cavabı verilmişdir. Bununla bağlı o, cavabdehə müraciət edərək 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsini xahiş etmişdir, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki iddiaçı barədə əlillik alt sistemində xx.xx.2019-cu il tarixində bir dənə göndəriş var orada da iddiaçıya müddətsiz əlillik təyin edilmişdir. İddiaçın 18 yaşına çatanadək müraciəti olmadığında iddia mümkünsüz iddiadır, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-1719/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə qərarda diaqnozu aşağıdakllardan ibarət olmuşdur - “ikitərəfli anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli anemiya”. Göründüyü kimi iddiaçıya elə cavabdeh orqanın özü tərəfindən təyin edilmiş diaqnozda da əsas xəstəliyinin anadangəlmə olması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyin təyin edilməsi üçün 18 yaşı tamam olduqdan sonra (18 il 9 ay) müraciət etməsi onun həmin xəstəliyə anadangəlmə düçar olması, xəstəliyin verdiyi əziyyətlərə qatlaşması faktını inkar etmir və bu səbəblə onun hüquqlarının məhdudlaşdırılması əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə iddiaçıya imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd edrilər ki, İddiaçı barəsində əlillik altsistemində xx.xx.2019-cu il tarixdə yalnız bir ədəd göndəriş vardır və həmin göndərişə əsasən iddiaçının vəziyyəti qiymətləndirilərək ona müddətsiz əlillik təyin edilmişdir. İddiaçın 18 yaşına çatanadək müraciəti olmadığına görə cavabdeh tərəfindən hər hansı qanunuszluğa yol verilməmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə qərarda diaqnozu aşağıdakılardan ibarət olmuşdur - “ikitərəfli anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli anemiya”. Göründüyü kimi iddiaçıya elə cavabdeh orqanı özü tərəfindən təyin edilmiş diaqnozda da əsas xəstəliyinin anadangəlmə olması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyin təyin edilməsi üçün 18 yaşı tamam olduqdan sonra (18 il 9 ay) müraciət etməsi onun həmin xəstəliyə anadangəlmə düçar olması, xəstəliyin verdiyi əziyyətlərə qatlaşması faktını inkar etmir və bu səbəblə onun hüquqlarının məhdudlaşdırılması əsassızdır. Sözügedən mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-324/2023 saylı, xx.xx.2023-cü il anoloji qərarı mövcuddur. Həmin qərara əsasən “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, cavabdehin yuxanda göstərilən xx.xx.2020-ci il tarixli imtina qərarı hazıradək qüvvədə olduğundan və həmin qərar məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, M.Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğunun imtina qərarının qəbul edildiyi tarixdən əvvəlki dövrə yəni, xx.xx.2019-cu il tarixdən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. b) İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qərarı barədə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayətində göstərilmiş dəlilləri əsassızdır. İnzibati Prosessual Məcəllənin 58.7ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın ona verdiyi imtina əsassız olduğuna görə məhkəməyə müraciət etmişdir və 1-ci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək yuxanda göstərilən qərarı qəbul etmişdir. Hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin mübahisə edilən qərarı tam əsaslı, məntiqli və qanunauyğundur. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, tam və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hesab edir ki, həmin qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ailə başçısının itirilməsinə görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin müraciətinin imtina məktubu ilə cavablandırılmış, daha sonra isə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin edilməmiş, həmin qərar Ali Məhkəmədə də qüvvədə saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə qərarda diaqnozu aşağıdakllardan ibarət olmuşdur - “ikitərəfli anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli anemiya”. Göründüyü kimi iddiaçıya elə cavabdeh orqanın özü tərəfindən təyin edilmiş diaqnozda da əsas xəstəliyinin anadangəlmə olması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyin təyin edilməsi üçün 18 yaşı tamam olduqdan sonra (18 il 9 ay) müraciət etməsi onun həmin xəstəliyə anadangəlmə düçar olması, xəstəliyin verdiyi əziyyətlərə qatlaşması faktını inkar etmir və bu səbəblə onun hüquqlarının məhdudlaşdırılması əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə iddiaçıya imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən qərar ləğv edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ailə başçısının itirilməsinə görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini, lakin müraciətinin imtina məktubu ilə cavablandırıldığını, daha sonra isə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyini, iddia tələbinin təmin edilmədiyini, həmin qərarın Ali Məhkəmədə də qüvvədə saxlanıldığını bildirmişdir. Beləliklə də, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı ailə başçısını itirməyə görə əmək pensiyası almağa nail olmaqdan ibarətdir. Hüquqi müdafiə vasitəsi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmiş “onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” iddiası ilə məhkəməyə müraciət etmişdir. Belə bir iddia növü isə inzibati məhkəmə icraatında mövcud deyildir. Birinci instansiya məhkəməsi də tərəflərə düzgün hüquqi yardım etməmiş, iddiaçı məhkəmədən “18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə iddiaya məcburetmə haqqında iddia kimi baxmışdır. Halbuki, ən azından məcburetmə haqında iddianın mümkünlük şərtlərindən biri olan inzibati orqana müraciət şərti hazırkı işdə ödənilməmişdir. Eyni zamanda bu müraciət olsa belə, qanunvericilikdə əlilliyin əvvəlki dövrlərə münasibətdə müəyyən edilməsi əsasları mövcud deyil. Lakin məhkəmə kollegiyası iddiaçının hüquq müdafiə vasitələrinin mövcud olubolmamasına münasibət bildirməyi zəruri hesab edir. İddiaçının hüquqi marağı ailə başçısını itirməyə görə pensiya təyinatına nail olmaqdan ibarətdir. Lakin həmin iddia üzrə iddiaçının ziyanına olan olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, 18 yaşından əvvəl əlil olmuş, lakin əlilliyi 18 yaşın tamamından sonra müəyyən edilmiş şəxslərin ailə başçısını itirməyə görə pensiya tələbləri ilə bağlı məhkəmə təcrübəsi müxtəlif vaxtlarda fərqli formalaşmışdır. Əvvəllər bu cür iddialar məhkəmələr tərəfindən təmin edilmiş, sonra məhkəmə təcrübəsi dəyişmiş, həmin iddialar təmin edilməmiş, lakin hazırda məhkəmə təcrübəsi yenidən dəyişmiş, artıq bu kategoriya iddialar əsaslı hesab edilərək təmin edilməyə başlamışdır. Məhkəmə kolegiyası hesab edir ki, bu kateqoriya işlərdə məhkəmə təcrübəsi dəyişdiyindən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana bu əsasları nəzərə alaraq yenidən müraciət etməsi istisna edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarının 6.2-ci bəndinin tələbinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərini yoxlamadan, mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edisin ki, məhkəmə təcrübəsi dəyişdiyini nəzərə alaraq, yenidən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq səlahiyyətli inzibati orqana müraciət etməsi istisna edilmir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-1719/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar