Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-839/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, fərqin ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-cü il tarixli, 2-1(118)-3373/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xəstə olduğunu, yeriyə bilmədiyini, məcburi köçkün, müharibə veteranı, yaşınını 74 olduğunu nəzərə alaraq, pensiyasından artıq ödəmənin tutulmasına köməklik edilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması haqqında 26 sentyabr 2024-cü il tarixli qərarının ləğvi və həmin qərara uyğun olaraq hesablanma nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və əvvəlki məbləğin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Zəngilanın işğalı zamanı bud hissəsindən zədə almışdır. Ondan sonra bir il rayon mərkəzində yaşamalı olmuşlar və bir ildən sonra Zəngilandan çıxanda iddiaçını xərəkdə İran vasitəsilə Bakı şəhərinə gətirmişlər. Uzun müddət müalicə olunmuş, çox çətinliklə rayonu tərk etmişdir. Bütün sənədlər rayonda qalmış, lakin çox çətinliklə pensiyanı bərpa etmişlər. İddiaçı onun pensiyasının yenidən hesablanmasından və tutulmaların həyata keçirilməsindən narazıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək 36 il 4 ay 16 gün sığorta stajı, pensiya təyin olunan tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 12740,62 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2018-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 654,62 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (artıqödəmə ilə bağlı qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) 549.72 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 568,41 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə uyğun olaraq, İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 585,07 manat müəyyən edilmiş, eyni zamanda, Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq, indeksləşdirilərək həmin tarixdən 671,07 manata, xx.xx.2024-cü il tarixindən xx.xx.2024- cü il tarixli qərarla 746,23 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərin (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan, şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİ dərəcə əlilliyi olan şəxslərin pensiyalarının sığorta hissəsinə 77 manat məbləğində əlavə hesablanır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Qanunun 19.1.7.2-ci maddəsinin xx.xx.2021-ci il tarixindən ləğv olunmasına baxmayaraq, sözügedən maddədə qeyd edilən 77 manat əlavə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı pensiyasının sığorta hissəsinin üzərinə hesablanmış və illər üzrə indeksləşdirilmişdir. Nəticədə, Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıq ödəmə (5425,56 manat məbləğində) müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-P- 267607/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 14cü maddəsinin tələblərinə əsasən, İddiaçı xx.xx.2002-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir, bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman, sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçı pensiya işində olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixinədək 36 il 4 ay 16 gün sığorta stajı, pensiya təyin olunan tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2006-cı il tarixindən 01,07.2017-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 12745,62 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 654,62 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) 549,72 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 568,41 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə uyğun olaraq, İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 585,07 manat müəyyən edilmiş, eyni zamanda, Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq, indeksləşdirilərək həmin tarixdən 671,07 manata, xx.xx.2024-cü il tarixindən 746,23 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixdə qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış, vətədaşın pensiyası illər üzrə indeksləşdirilərkən müharibə veteranlarına verilmiş 77 manat əlavə pensiyanın tərkib hissəsi olaraq indeksləşirilmişdir. Nəticədə Qanunun 39.1 madəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək 5425,56 manat artıq ödəmə aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-cü il tarixli, 2-1(118)-3373/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və həmin qərara uyğun olaraq, hesablanma nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və əvvəlki məbləğin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Qanunun 19.1.7.2-ci maddəsinin xx.xx.2021-ci il tarixindən ləğv olunmasına baxmayaraq sözügedən maddədə qeyd edilən 77 manat əlavə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı pensiyasının sığorta hissəsinin üzərinə hesablanmış və illər üzrə indeksləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir) 19-cu maddə yeni redaksiyada verilmişdir. Beləliklə, yeni dəyişikliyə əsasən 19.1.7.2-ci maddədə qeyd edilir ki, yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİ dərəcə əlilliyi olan şəxslərin pensiyalarının sığorta hissəsinə əlavə hesablanmışdır. Həmin qanunla yeni redaksiyada verilmiş 26.2-ci maddədə də qeyd edilmişdir ki, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Daha sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240-VQD nömrəli Qanunla (1 yanvar 2021-ci il tarixindən qüvvəyə minmişdir) 19-cu maddə ümumiyyətlə ləğv edilmişdir. Eyni zamanda, adıçəkilən Qanunun 2.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Burada isə 19.1.7-maddə üzrə xx.xx.2021-ci ilədək hesablanmış əlavələrin ödənilməsinin davam etdirilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin istinad etdiyi “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına şamil edilmir” müddəası 19-cu maddənin ləğvinə münasibətdə deyil, 2017-ci il iyulun 1-dən etibarən əmək pensiyasının baza hissəsinə əlavələrin əmək pensiyasının sığorta hissəsinə əlavə kimi nəzərə alınması ilə bağlıdır. Hansı ki, müvafiq şəxsə münasibətdə də qanunvericiliyin həmin tələbi nəzərə alınmış və 2017-ci il iyulun 1-dən xx.xx.2021-ci il tarixədək həmin əlavənin sığorta hissəsinə əlavə kimi ödənilməsi davam etdirilmişdir. Beləliklə, 1 yanvar 2021ci il tarixdən 19-cu maddə ləğv edildiyindən və iddiaçının tələb etdiyi əlavə hazırda qanunvericilikdə nəzərdə tutulmadığından şəxsə münasibətdə də həmin ödənişin saxlanılması qanuni deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2021-ci il tarixədək qüvvədə olan redaksiyada) : Maddə 19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr 19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində; 19.1.2. İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat, digər İ dərəcə əlilliyi olan şəxslərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur); 19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində;https://e-qanun.az/framework/11566 19.1.4. İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində; 19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində; 19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində; 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində; 19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə: 19.1.8.1. İ dərəcə əlilliyi olan şəxslərə 154 manat məbləğində; 19.1.8.2. İİ dərəcə əlilliyi olan şəxslərə 121 manat məbləğində; 19.1.8.3. İİİ dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olmayan müharibə iştirakçılarına 99 manat məbləğində. 19.2. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. 19.3. Bu Qanunun 19.1.7-19.1.8-ci maddələrində nəzərdə tutulmuş əlavələrdən əmək pensiyaçısına yalnız biri - daha yüksəyi verilir. ... Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 dekabr 2020-ci il tarixli, 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu: 1.4. 19-cu maddə ləğv edilsin; 1.6. 26.2-ci maddədən “bu Qanunun 19-cu maddəsinə uyğun” sözləri çıxarılsın; Maddə 2. Keçid müddəalar 2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Maddə 3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, fərqin ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, iddiaçıya 05 yanvar 2002-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Eləcə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçı müharibə veteranıdır, onun pensiyasına müvafiq əlavələr hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixdə qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış, vətəndaşın pensiyası illər üzrə indeksləşdirilərkən müharibə veteranlarına verilmiş 77 manat əlavə pensiyanın tərkib hissəsi olaraq indeksləşdirilmişdir. Nəticədə Qanunun 39.1 maddəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək 5425,56 manat artıq ödəmə aşkar edilmişdir. Eləcə də qərardan görünür ki, iddiaçıya 05 yanvar 2002-ci il tarixdə təyin edilmiş əmək pensiyasının hazırki məbləği 918,61 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği isə 746,23 manat müəyyən edilmişdir. Cavabdeh inzibati orqan sözügedən qərarın qəbul edilməsini aşağıdakılarla əsaslandırıb: Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Qanunun 19.1.7.2-ci maddəsinin xx.xx.2021-ci il tarixindən ləğv olunmasına baxmayaraq sözügedən maddədə qeyd edilən 77 manat əlavə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı pensiyasının sığorta hissəsinin üzərinə hesablanmış və illər üzrə indeksləşdirilmişdir. Nəticədə, Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıq ödəmə (5425,56 manat məbləğində) müəyyən edilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirməklə, qərarın ləğv edilməsi, fərqin ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsinə nail olmaq istəyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək yalnış nəticəyə gəlmiş və aşağıda qeyd olunan halları nəzərə almamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 yanvar 2021-ci il tarixədək qüvvədə olan redaksiyası) 19-cu maddəsinin tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində; 19.1.2. İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat, digər İ dərəcə əlilliyi olan şəxslərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur); 19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində; 19.1.4. İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində; 19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində; 19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində; 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində; 19.1.7.3. İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində; 19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə: 19.1.8.1. İ dərəcə əlilliyi olan şəxslərə 154 manat məbləğində; 19.1.8.2. İİ dərəcə əlilliyi olan şəxslərə 121 manat məbləğində; 19.1.8.3. İİİ dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olmayan müharibə iştirakçılarına 99 manat məbləğində. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli, 240- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.4-cü maddəsinə əsasən 19-cu maddə ləğv edilmişdir. Sözügedən qanunun “keçid müddəaları” adlanan 2.2-ci maddəsinin tələbinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Eləcə də 3-cü maddədən görünür ki, bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçıya İİ dərəcə əlilliyi olan şəxs kimi əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavə hesablanması ilə bağlı qanunvericilik norması 01 yanvar 2021-ci ilədək qüvvədə olmuşdur. Belə ki, keçid müddəalarda istinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci (Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvləri (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq), şəhidlərin ailə üzvləri (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq)), 19.1.3-cü (öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində), 19.1.5-ci (siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslər) və 19.1.8-ci maddələrində (Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslər) nəzərdə tutulan şəxslərə bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd olunsa da, iddiaçının kateqoriyasından olan 19.1.7.2-ci maddədə (İİ dərəcə əlilliyi olan şəxslər) göstərilən şəxslərə isə ödənişin davam etdirilməsi nəzərdə tutulmamışdır. Eləcə də Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 yanvar 2021-ci il tarixədək qüvvədə olan redaksiyası) 26.2-ci maddəsinin tələbinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Lakin 29 dekabr 2020-ci il tarixli, 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.6-cı maddəsinin tələbinə əsasən 26.2-ci maddədən “bu Qanunun 19-cu maddəsinə uyğun” sözləri çıxarılmışdır. Göründüyü kimi iddiaçının pensiyasının hesablanması zamanı nəzərə alınan 77 manat əlavənin nəzərə alınmasının hüquqi əsası ortadan qalxmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən qərarla pensiyasının azaldılması əsaslı olsa da, 01 yanvar 2021-ci il tarixdən 30 sentyabr 2024cü il tarixinədək olan dövrlərə aid artıq ödəmənin tələb edilmə əsasının yaranması isə qanuni olmamışdır. Belə ki, kollegiya hesab edir ki, bu zaman Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarındakı mövqeyi əsas götürən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulan 1 illik müddət ötürülmüşdür. Sözügedən qərarda aşağıdakı mövqe ifadə olunmuşdur: “Şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı pensiyanın yenidən hesablanması hisəsində qanuni olsa da, həmin qərar əsasında müəyyən edilmiş artıq ödəmələrin iddiaçıdan tələb olunması qanunsuz olacaqdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı qərarın ləğv edilməsi, həmin qərar əsasında yaranmış fərqin ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbi tam əsaslı olmasa da, mahiyyət etibarı ilə 01 yanvar 2021-ci il tarixdən 30 sentyabr 2024-cü il tarixinədək olan dövrlərə aid artıq ödəmə ilə bağlı tutulmaların qanunsuz hesab edilməsi onun tələbinin tərkib hissəsi kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmənin iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmamasını və iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia qimən təmin edilməli, cavabdeh inzibati orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarix qərarı əsasında müəyyən edilmiş artıq ödəmənin iddiaçıdan tələb olunması qanunsuz hesab edilməli, 01 yanvar 2021-ci il tarixdən 30 sentyabr 2024-cü il tarixinədək olan dövrlərə aid artıq ödəmə ilə bağlı tutulmalar olacağı halda, həmin məbləğlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayəti iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yanaşı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmalıdır. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-cü il tarixli, 2-1(118)-3373/2025 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh inzibati orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsasında müəyyən edilmiş artıq ödəmələrin iddiaçıdan tələb olunması qanunsuz hesab edilsin. (01 yanvar 2021-ci il tarixdən 30 sentyabr 2024-cü il tarixinədək olan dövrlərə aid artıq ödəmə ilə bağlı tutulmalar olacağı halda, həmin məbləğlər iddiaçıya geri qaytarılmalıdır.) İddia qalan hissədə rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-839/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-839/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver