Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-84/2022 10.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X32, Cavabdehin nümayəndəsi X39 iştirakı ilə İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2- 1(118)-999/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Bahadur qızı JN-2715 və JN-2717 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında Quba rayonu, ikinci Nügədi kəndində yerləşən 18.87 ha və 23.16 ha torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair xx.xx.2021- ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, müraciətə baxılmış və cavabdehin xx.xx.2021-ci il tarixli, **********43 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş JN-2715 və JN-2717 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığı, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmadığı qeyd edilmişdir. Bu baxımdan, cavabdeh orqan iddiaçının müraciətinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 2715Z saylı sahəsi 7581 kv.metrdən, 2715D saylı sahəsi 2078 kv.metrdən, 2715A saylı sahəsi 2527 kv.metrdən, 2715B saylı sahəsi 7581 kv.metrdən, 2715O saylı sahəsi 2801 kv.metrdən, 2715P saylı sahəsi 2800.97 kv.metrdən, 2715J saylı sahəsi 15163 kv.metrdən, 2715R saylı sahəsi 2527 kv.metrdən, 2715E saylı sahəsi 10108 kv.metrdən, 2715 saylı sahəsi 2527 kv.metrdən, 2715V saylı sahəsi 7581.03 kv.metrdən, 2715K saylı sahəsi 5054 kv.metrdən, 2715C saylı sahəsi 4641.69 kv.metrdən, 2715T saylı sahəsi 7581 kv.metrdən, 2715L saylı sahəsi 2891.34 kv.metrdən, 2715U saylı sahəsi 9217.95 kv.metrdən, 2715S saylı sahəsi 5594.87 kv.metrdən, 2715H saylı sahəsi 12628.78 kv.metrdən, 2715G saylı sahəsi 44809.85 kv.metrdən, 2715W saylı sahəsi 5000.83 kv.metrdən, 2715Y saylı sahəsi 20431.28 kv.metrdən, 2715M saylı sahəsi 7580.57 kv.metrdən ibarət torpaq sahələrinə və JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 2717İ saylı sahəsi 8403 kv.metrdən, 2717J saylı sahəsi 14006 2717G saylı sahəsi 5602 kv.metrdən, 2717H saylı sahəsi 5602 kv.metrdən, 2717C saylı sahəsi 8718 kv.metrdən, 2717E saylı sahəsi 10108 kv.metrdən, 2717L saylı sahəsi 6458.23 kv.metrdən, 2717D saylı sahəsi 7574.05 kv.metrdən, 2717 saylı sahəsi 5085.37 kv.metrdən, 2717A saylı sahəsi 7584.20 kv.metrdən, 2717M saylı sahəsi 7004.91 kv.metrdən, 2717N saylı sahəsi 20340.97 kv.metrdən, 2717O saylı sahəsi 5064.77 kv.metrdən, 2717P saylı sahəsi 15173.81 kv.metrdən, 2717Q saylı sahəsi 7372.07 kv.metrdən, 2717B saylı sahəsi 5853.13 kv.metrdən, 2717R saylı sahəsi 38702.35 kv.metrdən, 2717S saylı sahəsi 6922.32 kv.metrdən, 2717U saylı sahəsi 5046.47 kv.metrdən, 2717V saylı sahəsi 2533.74 kv.metrdən, 2717X saylı sahəsi 7573.34 kv.metrdən, 2717Y saylı sahəsi 7573.56 kv.metrdən, 2717Z saylı sahəsi 15430.92 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqı-satqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə, “Torpaq mülkiyyət hüququna dair Dövlət Akt” larını almışdır. Bundan sonra, 2008 və 2011-ci illərdə qeyd edilən torpaq aktlarının bir neçəsini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar almışlar. Həmin vaxtı kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. İddiaçı həmin torpaq sahələrinin yarısına artıq çıxarış almışdır. Bundan başqa, sputnik xəritəsindən də ərazinin görünüşündən orada eyni vaxtda, yəni eyni boyda, ağacların əkilməsini görmək olar. Hesab edir ki, onun mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Qanunvericliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmiş, lakin cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddiaya etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(118)-999/2021 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(118)-999/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarla razılaşmayan cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, JN-2717 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2717 E, 2717 F, 2717 N və 2717 O konturlu sahələrini torpaq mülkiyyətçiləri ilə təkrarən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarış əldə etmişdir. Bu səbəbdən də, həmin torpaq sahələri istisna olmaqla Dövlət Aktlarndakı qalan torpaq sahələrinə dair çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1.Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam araşdırılmamış, eləcə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Quba rayon DNK-nın 10 iyul 2003-cü il tarixli, 4Ə-443- 460, 462 və 4Ə-463-472 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 18.87 ha torpaq sahəsinə dair iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna Dair JN 2715 seriyalı, KOD 30320018 nömrəli Dövlət Aktı, həmçinin, Quba rayon DNK-nın 06 oktyabr 2004-cü il tarixli, 4Ə-311-336 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 23.16 ha torpaq sahəsinə dair iddiaçının adına JN 2717 seriyalı, KOD 30320018 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Hazırda iddiaçı qeyd edilən Dövlət Aktlarına əsasən 18.87 ha və 23.16 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu dövlət aktlarının 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması səbəbindən imtina cavabı vermişdir. Beləliklə iddiaçı tələbində 1) JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2715 Z, 2715D, 2715A, 2715B, 2715O, 2715P, 2715J, 2715R, 2715E, 2715, 2715V, 2715K, 2715C, 2715T, 2715L, 2715U, 2715S, 2715H, 2715G, 2715W, 2715Y və 2715M konturlu torpaq sahələrinin və 2) JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2717 İ, 2717 J, 2717 К, 2717 G, 2717 H, 2717 C, 2717 L, 2717 D, 2717, 2717 A, 2717 M, 2717 P, 2717 Q, 2717 В, 2717 R, 2717 S, 2717 U, 2717 V, 2717 X, 2717 Y və 2717 Z konturlu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsini xahiş edir. İddiaçı qeyd edilən torpaq sahələrini Quba rayonu, İİ Nügədi kəndi ərazisində yaşayan vətəndaşlardan notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən əldə etdiyini və həmin müqavilələrə əsasən Dövlət Aktı aldığını bildirmişdir. Belə ki, iş materiallarında olan cavabdehin 15 yanvar 2022-ci il tarixli, **********92 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarına əsasən JN-2715 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın 2715B hissəsi - JN-671 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X52 və ailə üzvləri, 2717 D hissəsi – JN-1001 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X33, 2715G hissəsi - JN-2074 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X14 və ailə üzvləri, JN-2075 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X40 və ailə üzvləri, JN-2076 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X7 və ailə üzvləri, JN-2077 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X18, JN-2078 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X41 və X15, JN-2079 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X19, 2715J hissəsi - JN-1293 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X42 və ailə üzvləri, 2715L hissəsi - JN-1914 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X16, 2715O hissəsi - JN-2083 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X34, 2715P hissəsi - JN-2086 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X35, 2715S hissəsi - JN-393 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən Yuzbaşov Fərasət Nüsrət oğlu və JN-394 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən Yuzbaşov Rüfət Nüsrət oğlu, 2715T hissəsi - JN-2180 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X53 və ailə üzvləri, 2715Z hissəsi - JN-1395 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X85 və ailə üzvlərinin adınadır. JN- 2717 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın 2717B hissəsi - JN-1297A KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (arxiv nüsxəsi aşkar edilməmişdir) və 2271B KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən X20 və ailə üzvləri, 2717C hissəsi - JN-1904 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X43 və ailə üzvləri, 2717G hissəsi - JN-2082 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X26 və X54, 2717H hissəsi - JN-2087 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X55 və X86, 2717U hissəsi - JN-2165 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X63, JN-2167 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair aktı” na əsasən X10 və ailə üzvlərinin adınadır. İşə baxan birinci instansiya məhkəməsi Dövlət Aktlarında qeyd edilən məlumatların mötəbərliyini yoxlamadan cavabdehin imtinasını əsaslı saymış və iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən Dövlət Aktlarında qeyd edilən məlumatların mötəbərliyini yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisinə sorğular verilmiş və alınmış cavablardan aşağıdakılar müəyyən edilmişdir: - xx.xx.2003-cü ildə rəsmiləşmiş 4Ə-443-460, 462 və 4Ə-463-472 reyestr nömrəli və xx.xx.2004-cü ildə rəsmiləşmiş 4Ə-311-336 reyestr nömrəli alqı-satqı müqavilələrinin tələb edilməsi ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi 26 noyabr 2021-ci il tarixli, xx/xx-5680/11 saylı məktubla bildirmişdir ki, 4Ə- 460-465 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-471 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə, 4Ə-311-316 reyestr nömrəli müqavilələrin xx.xx.2004cü il tarixdə, 4Ə-317 reyestr nömrəli müqavilənin xx.xx.2004-cü il tarixdə, 4Ə-318 reyestr nömrəli müqavilənin xx.xx.2004-cü il tarixdə, 4Ə-319-322, 4Ə-324-329 reyestr nömrəli müqavilələrin xx.xx.2004-cü il tarixdə, 4Ə-330, 4Ə-331 reyestr nömrəli müqavilələrin xx.xx.2004-cü il tarixdə, 4Ə-332, 4Ə-333 reyestr nömrəli müqavilələrin xx.xx.2004-cü il tarixdə İddiaçı Bahadur qızının adına deyil, digər şəxslərin adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, sorğuya cavabda 2003-cü ildə rəsmiləşdirilmiş 4Ə-443-459, 4Ə-466- 470, 4Ə-472 reyestr nömrəli və 2004-cü ildə rəsmiləşdirilmiş 4Ə-323, 4Ə-334-336 reyestr nömrəli müqavilələrin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. - Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş 4Ə-311-322, 4Ə- 324-329, 4Ə-332, 4Ə-333, 4Ə-460-465, 4Ə-471 reyestr nömrəli müqavilələrdən görünür ki, həmin müqavilələrin İddiaçı Bahadur qızına heç bir aidiyyəti yoxdur. Bundan əlavə Dövlət Aktında qeyd edilən müqavilələrin tarixi ilə arxivdə aşkarlanan müqavilələrin tarixi də tam fərqlidir. Belə ki, JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 4Ə-332 saylı müqavilənin tarixi xx.xx.2004-cü il qeyd edilsə də, həmin müqavilənin arxiv nüsxəsindən görünür ki, alqı-satqı müqaviləsi 09 iyul 2004-cü il tarixdə bağlanmış, müqaviləyə əsasən, X5 şəhəri, Qaqarin küçəsi 36 ünvanında yerləşən yaşayış evini X1; - JN 2717 saylı Dövlət Aktında 4Ə-325 saylı müqavilənin tarixi xx.xx.2004-cü il qeyd edilsə də, həmin müqavilənin arxiv nüsxəsindən görünür ki, alqı-satqı müqaviləsi 03 iyul 2004-cü il tarixdə bağlanmış, müqaviləyə əsasən X13, X64, X21, X22 və X11 rayonu, Qəşrəş kəndində yerləşən 6 sot torpaq sahəsini X2; - Həmçinin JN 2715 saylı Dövlət Aktında 4Ə-463 saylı müqavilənin tarixi xx.xx.2003cü il qeyd edilsə də, həmin müqavilənin arxiv nüsxəsindən görünür ki, alqı-satqı müqaviləsi 30 dekabr 2003-cü il tarixdə bağlanmış, müqaviləyə əsasən X8, X6 rayonu, Amsar kəndində yerləşən 2300,82 kv.m torpaq sahəsini X3. - Eləcə də, JN 2715 saylı Dövlət Aktında 4Ə-465 saylı müqavilənin tarixi xx.xx.2003cü il qeyd edilsə də, həmin müqavilənin arxiv nüsxəsindən görünür ki, alqı-satqı müqaviləsi 30 dekabr 2003-cü il tarixdə bağlanmış, müqaviləyə əsasən X9 rayonu, Amsar kəndində yerləşən 46 sot torpaq sahəsini X3. Sorğuya əsasən tələb edilmiş digər alqı-satqı müqavilələrinin də tarixi Dövlət Aktında qeyd edilən tarixlərdən fərqli tarixlərdə bağlanmış, eləcə də müqavilə tərəfləri qismində heç birində torpaq sahəsinin alıcısı qismində iddiaçının adı keçməmiş, həmçinin qeyd edilən müqavilələrin predmetinin də hazırda mübahisəsi gedən torpaq sahələrinə heç bir aidiyyəti olmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN 2717 seriyalı, KOD 30320018 nömrəli Dövlət Aktında qeyd edilən 2717 E, 2717 F, 2717 N və 2717 O konturlarında olan torpaq sahələrinə dair iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçiləri arasında notariat qaydasında təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən, sözügedən torpaq sahələrinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyetsrindən çıxarış verilmişdir. Belə ki, - 25 may 2011-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X37 və ailə üzvləri Quba rayonu İİ Nügədi kəndində yerləşən mülkiyyətlərində olan 1,74 ha torpaq sahəsini iddiaçıya 4000 manata satmış və həmin müqaviləyə əsasən, iddiaçının adına Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,74 ha torpaq sahəsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; - 25 oktyabr 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Rusiya vətəndaşları X56, X29, X46 və X30 tərəfindən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,01 ha torpaq sahəsi iddiaçıya 4500 manata satılmış və həmin torpaq sahəsinə dair iddiaçının adına “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. - 05 aprel 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X12 rayonu İİ Nügədi kəndində yerləşən 0,5054 ha torpaq sahəsini iddiaçıya 4000 manata satmış, həmin müqaviləyə əsasən, torpaq sahəsinə dair iddiaçının adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Beləliklə, JN 2717 seriyalı, KOD 30320018 nömrəli Dövlət Aktında 23.16 ha torpaq sahəsinin 06 oktyabr 2004-cü il tarixli, 4Ə-311-336 saylı alqı-satqı müqavilələrinə, JN 2715 seriyalı, KOD 30320018 nömrəli Dövlət Aktında 18.87 ha torpaq sahəsinin 4Ə-443-460, 462 və 4Ə-463-472 saylı alqı-satqı müqavilələrinə əsasən satıldığı göstərilsə də, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, Dövlət Aktlarında istinad edilən alqı-satqı müqavilələrinin bir qismi, yəni 4Ə-460-465, 4Ə-471, 4Ə-311-322, 4Ə-324-329, 4Ə-332, 4Ə-333 reyestr nömrəli müqavilələri üzrə iddia tələbinə aidiyyəti olmayan torpaq sahələri və yaşayış evlərinin alqı-satqısı aparılmış, həmin müqavilələrdə iddiaçı alıcı qismində çıxış etməmişdir. Eyni zamanda Dövlət Aktında istinad edilən 4Ə- 443-459, 4Ə-466-470, 4Ə-472 reyestr nömrəli və 4Ə-323, 4Ə-334-336 reyestr nömrəli müqavilələr dövlət arxivinə təhvil verilmədiyindən həmin müqavilələri əldə etmək mümkün olmamışdır. Qeyd edilən müqavilələr arxivə təhvil verilməsə də, arxivdən təqdim edilən yuxarıda sadalanan müqavilələri nəzərdən keçirdikdə aydın olur ki, ən azından arxivdə aşkar edilməyən müqavilələrin tarixi reallığı əks etdirmir. Belə ki, JN 2715 saylı Dövlət Aktında istinad edilən bütün müqavilələrin tarixi xx.xx.2003-cü il qeyd edilsə də, 4Ə-465 saylı müqavilənin arxiv nüsxəsindən məum olur ki, həmin reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi 30 dekabr 2003-cü il tarixdə bağlanmışdır. Başqa sözlə 4Ə-465 reyestr nömrəsi 2003-cü ilin dekabr ayında bağlanmış müqavilələrə verilmişdir. Belə olan halda 443-459, 4Ə-466-470, 4Ə-472 reyestr nömrəli müqavilələrin 2003-cü ilin iyul ayında bağlanması imkansızdır. Analoji hal digər Dövlət Aktında da rast gəlinmişdir. Bu isə Dövlət Aktında istinad edilən lakin arxivə təhvil verilməyən 4Ə-443-459, 4Ə-466-470, 4Ə-472 reyestr nömrəli və 4Ə-323, 4Ə-334-336 reyestr nömrəli müqavilələrinin də mötəbərliyini şübhə altına almış olur. Bundan əlavə cavabdehin imtina məktubundan da görünür ki, Dövlət Aktları 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, JN2717 və JN 2715 seriyalı KOD 30320018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktlarındakı məlumatların həqiqiliyi –həqiqətən də, Aktda qeyd edilən torpaq sahələrinə dair ilkin mülkiyyətçilər ilə iddiaçı arasında Aktda qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı torpaq sahələrinin notariat qaydasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun: 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalanan hüquq normalarının hazırkı mübahisəyə tətbiqi baxımdan kollegiya hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 2717 və JN 2715 seriyalı Dövlət Aktındakı məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(118)-999/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-84/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-84/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver