Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-840/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1469/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 15 oktyabr 1984-cü il tarixdən 08 oktyabr 1985-ci il tarixədək və 15 yanvar 1988-ci il tarixdən 07 avqust 1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər (xx.xx.1991-ci il tarixdən Sumqayıt Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsi adlandırılmışdır), 13 sentyabr 1996-cı il tarixdən 02 avqust 2004-cü il tarixədək və 01 noyabr 2005-ci il tarixdən 11 yanvar 2006-cı il tarixədək Sumqayıt “Sintez-Kauçuk” zavodunda quraşdırıcı quraşdırıcı çilingər və elektrik qaynaqçısı, 18 aprel 2008-ci il tarixdən 14 iyul 2011-ci il tarixədək, 01 sentyabr 2011-ci il tarixdən 25 oktyabr 2013-cü il tarixədək, 25 noyabr 2013-cü il tarixdən 30 dekabr 2016-cı il tarixədək Azərbaycan Dizaynerlər İttifaqı X4 16 saylı X1ynaqçı və elektrik qaynaqçısı, 25 yanvar 2018-ci il tarixdən 19 sentyabr 2018-ci il tarixədək "xxxx"ASC-də qaynaqçı vəzifələrində işləmiş, 20 sentyabr 2018-ci il tarixədən hal-hazıradək SOCAR-ın “Neftqaztikinti” trestində elektrik qaynaqçısı vəzifəsində işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 04 oktyabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 02 noyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC” -nin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışında iddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi sözügedən sahə arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC”-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışı, “Azərkimya” İstehsalat Birliyi “Etilen- Polietilen” zavodunun 16 yanvar 2019-cu il tarixli 30, 31, 32 saylı arayışlarını, 08 iyul 1993cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr- 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə almaqla, 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 1985-ci il tarixdən 22 noyabr 1987-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 yanvar 1988-ci il tarixdən 01 iyul 1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işləmişdir. 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. Qeyd edir ki, o, 15 oktyabr 1984-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, 10 ildən artıq ağır zərərli şəraitdə iş stajına malikdir. Bununla əlaqədar olaraq, iddiaçı 05 oktyabr 2022-ci il tarixdə ona 52 yaşdan, yəni 17 yanvar 2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuna zidd və əsassızdır. Belə ki, 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışına əsasən, 15 yanvar 1988-ci il tarixdən 01 yanvar 1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövr- 4 il 11 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli. 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin, cavabdeh bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji işlər üzrə qərarlarında formalaşdırdığı mövqeyi nəzərə almamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışda onun işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir. Həmçinin, arayışda iddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi sözügedən sahə arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1469/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışı, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun 16 yanvar 2019-cu il tarixli 30,31,32 saylı arayışlarını, 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə almaqla 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıdakı 1080A010 kodlu Siyahının Vİİİ bölməsinin “A” yarımbölməsinə tam iş günü müvafiq istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri aiddir və həmin kod altında fərqli istehsalatlar nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi istehsalatlar da bura aiddir. İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi 1 nömrəli Siyahısının Vİİİ “Kimya istehsalatı” bölməsində nəzərdə tutulmuş 1080A010 kodla müəyyən edilən peşələrə (fəhlələr) aid olduğundan, onun 01 yanvar 2006-cı il tarixədək ümumilikdə 10 ildən artıq güzəştli iş stajı yaranmış olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışda onun işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir. Həmçinin, arayışda iddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi sözügedən sahə arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Sözügedən arayışda iddiaçının xx.xx.1988xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunsa da, iddiaçıya məxsus əmək kitabçasında onun 15 oktyabr 1984-cü il tarixdən 08 oktyabr 1985-ci il tarixədək və 15 yanvar 1988-ci il tarixdən 01 mart 1992-ci il tarixədək sözügedən müəssisədə işlədiyi, 01 mart 1992-ci il tarixdən etibarən isə Sumqayıt “Sintez- Kauçuk” zavoduna keçirildiyi qeyd olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyətli olan bütün hallar araşdırılmadan qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışda iddiaçının 1988-1996-cı illərdə Sumqayıt Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçı həmin aralıqda, yəni 1993-1996-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında hərbi xidmətdə də olmuşdur. Bu uyğunsuzluğa görə iddiaçının 1988-1993-cü illərlə yanaşı, 1993-1996-cı illər üzrə də stajı tərəflərindən güzəştli iş stajı kimi qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 52 yaşından, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 02 yanvar 2011-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olduğu üçün 52 yaşına çatması (xx.xx.2019), 20 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 15 oktyabr 1984-cü il tarixdən 08 oktyabr 1985-ci il tarixədək və 15 yanvar 1988-ci il tarixdən 07 avqust 1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər (xx.xx.1991-ci il tarixdən Sumqayıt Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsi adlandırılmışdır), 13 sentyabr 1996-cı il tarixdən 02 avqust 2004-cü il tarixədək və 01 noyabr 2005-ci il tarixdən 11 yanvar 2006-cı il tarixədək Sumqayıt “Sintez-Kauçuk” zavodunda quraşdırıcı çilingər və elektrik qaynaqçısı işləmişdir. İddiaçı 1985-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (02 il). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 31 avqust 2022-ci il tarixli, 484 nömrəli arayışına əsasən iddiaçı 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmət keçmişdir. (2 il 7 ay 7 gün) Əmək kitabçasında iddiaçının 15 yanvar 1988-ci il tarixdən 07 avqust 1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində qeyd edilsə də, həm yuxarıda qeyd edilən arayışdan, həm də iddia ərizəsindən görünür ki, iddiaçı 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu baxımdan, 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək olan hərbi xidmət dövrü istisna olmaqla, iddiaçının əmək kitabçası üzrə ümumi iş stajı 14 il 11 ay 19 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 24.0 və 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Göründüyü kimi, həm iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə həmin dövr ikiqat ölçüdə güzəştli şərtlərlə sığorta stajına daxil edilir. Bu baxımdan, iddiaçının 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi dövr 5 il 2 ay 14 gün təşkil edir. (2 il 7 ay 7 gün x 2) Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1996xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 8 il 19 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Bununla belə, həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1996-xx.xx.2004-cü il və xx.xx.2005-xx.xx.2006-cı il tarixlərində Sumqayıt “Sintez-Kauçuk” zavodunda quraşdırıcı çilingər və elektrik qaynaqçısı vəzifələrində işləmişdir. “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 16 yanvar 2019-cu il tarixli 30, 31 və 32 nömrəli güzəştli arayışlardan görünür ki, iddiaçı 13 sentyabr 1996-cı il tarixdən 31 mart 2002-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, kauçuk, butadien istehsalatları üzrə quraşdırıcı çilingər, 01 aprel 2002-ci il tarixdən 02 avqust 2004-cü il tarixədək və 01 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək həmin zavodun mexaniki təmir və quraşdırma sexində və təmir quraşdırma sexində həmin istehsalatlar üzrə elektrik qaynaqçısı işləmişdir. Göstərilən peşələr (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahıda sadalanan spirt, butadien və kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışlardan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1996-xx.xx.2004-cü il və xx.xx.2005-xx.xx.2006-cı il tarixlərində hazırkı “Sintezkauçuk” zavodunda quraşdırıcı çilingər və elektrik qaynaqçısı vəzifələrində işləmişdir. (08 il 20 gün) İddiaçının işlədiyi quraşdırıcı çilingər və elektrik qaynaqçısı peşələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndindən görünür ki, yarımbəndin 1080A010 şifrində butadien, spirtlər, kauçuk istehsalatlarında və işlərində məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri qeyd edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC”-nin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışında göstərilən iddiaçının işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir. İddiaçının xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunan sahə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı sahəsinə aid deyil. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasından və işin yuxarıda sadalanan hallarından görünür ki, o, 15 yanvar 1988-ci il tarixdən 01 iyul 1993-cü il tarixədək, 16 fevral 1996-cı il tarixədək 07 avqust 1996-cı il tarixədək “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. (08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir) (05 il 10 ay 28 gün). “1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC” tərəfindən verilmiş 25 yanvar 2019-cu il tarixli, 01 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı 1988-ci ildə Superfosfat zavodunun sulfat turşusu sexində, 1989-cu ildə Sintezkauçuk zavodunun D-1-13-divinil istehsalı sexində, 1990-cı ildə Sintezkauçuk zavodunun P-7- butadien sexində, 1991-1992-ci illərdə SAM zavodunun ilkin benzol sexində işləməklə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, 01 iyul 1993-cü il tarixdən 07 avqust 1996-cı il tarixədək 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-də quraşdırıcı çilingər vəzifəsində işləmişdir.Göstərilən peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 1080A010 koduna uyğundur. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.1996cı il tarixlərində “Azqur” 1 saylı Sumqayıt Mexaniki Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. (05 il 10 ay 28 gün) Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-369/2021 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə iddiaçı 1 nömrəli siyahı üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə də cavabdeh orqanın kassasiya şikayətinin dəlili iddiaçının 1985-1995-ci illərdə quraşdırıcı çilingər işlədiyi “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsinin iş sahəsinin kimya sahəsi deyil, tikinti quraşdırma sahəsi olması olmuşdur. Kassasiya instansiya məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab edərək iddiaçının cavabdehin qeyd etdiyi kimi tikinti quraşdırma sahəsində deyil, kimya sahəsində (divinil, spirt, kauçuk istehsalatları) işlədiyi quraşdırıcı çilingər peşəsinin 1 №-li Siyahının Vİİİ “Kimya istehsalatı“ bölməsinin 1080A00—17541 kodu ilə “Kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri” kimi nəzərdə tutulduğundan həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınmalı olması qənaətinə gəlmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının sulfat turşusu, divinil, butadien və ilkin benzol istehsalatlarında işlədiyi quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndinin 1080A010 şifrinə (müxtəlif istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 1 nömrəli siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətinin dəlillərində “1-ci Sumqayıt Tikinti- Quraşdırma MMC” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışda iddiaçının xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı-çilingər vəzifəsində işlədiyinin qeyd olunduğunu, lakin əmək kitabçasında onun 15 yanvar 1988-ci il tarixdən 01 mart 1992-ci il tarixədək sözügedən müəssisədə işlədiyi, 01 mart 1992-ci il tarixdən etibarən isə Sumqayıt “Sintez-Kauçuk” zavoduna keçirildiyinin qeyd olunduğunu bildirmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabında onun 15 yanvar 1988-ci il tarixdən 07 avqust 1996-cı il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi, 01 mart 1992-ci il tarixdən deyil, 07 avqust 1996-cı il tarixdən Sumqayıt “Sintez-Kauçuk” zavoduna keçirildiyi qeyd edilmişdir. Bu baxımdan, güzəştli arayışla əmək kitabçasının qeydləri arasında ziddiyyət yoxdur. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, məhkəmə iddiaçıya pensiya ödənişlərinin onun cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməli olmasını nəzərə almamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırki halda, iddiaçının pensiya hüququ 17 yanvar 2019-cu il tarixdə yaransa da, o, pensiyanın təyini üçün 04 oktyabr 2022-ci il tarixində cavabdeh inzibati orqana müraciət etmişdir. Bu baxımdan, iddiaçıya ödənilməmiş pensiya ödənişlərinin onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə - 04 oktyabr 2019-cu il tarixdən ödənilməsi nəzərə alınmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə (vəkili) hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 52 yaşından, yəni 17 yanvar 2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 52 yaşından, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1469/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 52 yaşından, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.